Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2628/2022 05.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Bakı şəhər 12 saylı Vəkil bürosunun vəkili, Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 36, mənzil 37-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba rayonu Ağbil Bələdiyyəsi ilə 04 iyun 2004-cü il tarixdə bağlanmış torpaq icarə müqaviləsi ilə Quba rayonu Mirzəməmmədkənd kəndi ərasizində ayrılmış 0.7 ha torpaq sahəsi üzərində icarə hüququnun və Quba rayonu Mirzəməmmədkənd kəndi ərazisində yerləşən Quba rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihədə göstərilən iaşə obyektinin (əmlak kompleksi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının adına Quba rayonu Mirzəməmmədkənd kəndi Ərazisində yerləşən Quba Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihədə göstərilən iaşə obyektinin (əmlak kompleksi) üzərində Hüquqların dövlət qeydiyyatına alınması, Quba Rayonu Ağbil Bələdiyyəsi ilə 04 iyun 2004-cü il tarixdə bağlanmış torpaq icarə müqaviləsi ilə Quba rayonu Mirzəməmməkənd ərazisində ayrılmış 0.7 ha torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsi və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu Ağbil Bələdiyyəsi ilə 04 iyun 2004-cü il tarixdə bağlanmış torpaq icarə müqaviləsi ilə Quba rayonu Mirzəməmmədkənd kəndi ərasizində ayrılmış 0.7 ha torpaq sahəsi üzərində icarə hüququnun və Quba rayonu Mirzəməmmədkənd kəndi ərazisində yerləşən Quba rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihədə göstərilən iaşə obyektinin (əmlak kompleksi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Mirzəməmmədkənd kəndi ərasizində 1,0 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatllı torpaq sahəsi iddiaçının mütkiyyətindədir. Əlavə olaraq, Quba rayonu Ağbil bələdiyyəsi ilə 04 iyun 2004-cü il tarixdə bağlanmış torpaq icarə müqaviləsi ilə Quba rayonu Mirzəməmmədkənd kəndi ərasizində 0,7 ha torpaq sahəsi də kommersiya məqsədi üçün iddiaçının istifadəsinə verilmişdir. Quba rayonu İcra Hakimiyyətinin 29 dekabr 2017-ci il tarixli 219 saylı sərəncamına əsasən, Quba rayonu Mirzəməmmədkənd kəndi ərasizində 1,7 ha torpaq sahəsində iaşə obyektinin tikintisinə icazə verilmiş və layihə təsdiq edilmişdir. Quba rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihəyə əsasən, iaşə obyektinin tikintisi işləri həyata keçirilmişdir. Yuxarıdakı sənədlər əsasında təsdiq edilmiş layihə üzrə əmlakların qeydiyyata alınması üçün iddiaçı tərəfindən cavabdeh idarəyə müraciət edilmiş, lakin xx.xx.2022-ci il tarixdə əmlakın müvafiq dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Əlavə olaraq, Quba rayonu Ağbil bələdiyyəsi ilə 04 iyun 2004-cü il tarixdə bağlanmış icarə müqaviləsi üzrə hüquqların rəsmiləşdirilməsi və müvafiq çıxarışın verilməsi ilə əlaqədar da imtina verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Cavadeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlərin tam təqdim olunmadığı aşkar olunmuşdur. Belə ki,qeyd olunan qeyri-yaşayış binasının yerləşdiyi 0.70 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər, torpaq sahəsinin yerləşdiyi ərazinin 1:2000 və 1.10000 miqyasda təsdiqlənmiş yerquruluşu sxemləri və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. xx.xx.2004-cü il tarixli 06 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsin iştirakı təmin edilməmişdir. İş materiallarında olan : - **********53 reyestr nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Mirzəmmədkənd kəndində yerləşən 1,0 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - xx.xx.2004-cü il tarixli 06 saylı Quba rayon Ağbil bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış torpaq icarə müqavilələrindən görünür ki, həmin müqavilənin predmetini Quba rayonu Mirzəmmədkənd kəndində yerləşən 0,70 ha torpaq sahəsinin icarəyə verilməsi təşkil edir. - Quba rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 219 nömrəli sərəncamından görünür ki, İddiaçı Quba rayonu, Mirzəmmədkənd kəndində yerləşən 1.70 ha torpaq sahəsində iaşə obyektinin tikintisinə icazə verilmişdir. - "xxxx" MMC tərəfindən 2017-ci ildə tərtib edilmiş iaşə obyektinin layihəsindən görünür ki, həmin layihə Quba rayonu Mirzəməmmədkənd kəndidə yerləşən İddiaçı məxsus olan iaşə obyektlərinin layihələndirilməsi barəsindədir və Quba rayon İHBA Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiqlənmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin Qanunun 9.8-ci maddəsinə 2 oktyabr 2008-ci il tarixli 698-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0, 8.0.1-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur. Həmin Qanunun 10.2.1-ci madddəsində vurğulanır ki, hüquqların dövlət qeydyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinə əsasən Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən ödənilir. Məhkəmə qeyd edir ki, İddiaçı mülkiyyətində və icarəsində olan torpaq sahələri üzərində inşa etdiyi qeyri-yaşayış sahəsini (ictimai iaşə obyekti) yerli icra hakimiyyəti orqanının sərəncamına əsasən inşa etmişdir. Həmin tikili hazır olduqdan sonra istismara qəbul edilməsinə dair akt olmasa da, eskiz layihə Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmişdir. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz əmlakln dövlət reyestri haqqnda” Azırbaycan Respublikası Qanununun 15-ci maddəsində təsbid edilmişdir. Məhkəmə tədqiqatı zamanı iddiaçının 0.70 ha torpaq sahəsi üzərində icarə və inşa etdiyi əmlak kompleksi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə icarə və inşa etdiyi əmlak kompleksi üzərində mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı Quba rayonu Ağbil Bələdiyyəsi ilə 04 iyun 2004-cü il tarixdə bağlanmış torpaq icarə müqaviləsi ilə Quba rayonu Mirzəməmmədkənd kəndi ərasizində icarəyə verilmiş 0.7 ha torpaq sahəsi üzərində icarə və Quba rayonu, Mirzəməmmədkənd kəndi ərazisində yerləşən Quba rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihədə göstərilən iaşə obyektinin (əmlak kompleksi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsinə dair öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı adına Quba rayonu Ağbil Bələdiyyəsi ilə 04 iyun 2004-cü il tarixdə bağlanmış torpaq icarə müqaviləsi ilə Quba rayonu Mirzəməmmədkənd kəndi ərasizində icarəyə verilmiş 0.7 ha torpaq sahəsi üzərində icarə və Quba rayonu, Mirzəməmmədkənd kəndi ərazisində yerləşən Quba rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihədə göstərilən iaşə obyektinin (əmlak kompleksi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsinə dair öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2628/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2628/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver