Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2635/2022 28.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı (ünvan 1 ünvanında yaşayan ) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışa düzəliş edilməsi və çıxarışda qeyd edilmiş Abşeron rayonu, Qobu qəsəbəsi, Əli Bayramov küçəsi, ev 76 ünvanının “76 A” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışa düzəliş edilməsi və çıxarışda qeyd edilmiş ünvan 3 ünvanının “76 A” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasport iddiaçının mərhum atası X2 adına olmuşdur. Sonradan sğzügedən fərdi yaşayış evi ona bağışlanmış və iddiaçı həmin evin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına çıxarış verilməsi üçün cavabdeh idarəyə müraciət etmiş və onun adına xx.xx.2019-cu il tarixdə çıxarış verilmişdir. Lakin çıxarışda yalnışlığa yol verilmiş və ünvan 3 A yazılmalı olduğu halda, fərdi yaşayış evi Abşeron rayonu, Qobu qəsəbəsi, Əli Bayramov küçəsi, ev 76 kimi göstərilmişdir. İddiaçı cavabdeh quruma bu yalnışlığın aradan qaldırılması və çıxarışda evin nömrəsinin “76 A” kimi yazılmasını xahiş etmiş, laki ona xx.xx.2022-ci il tarixdə imtina məktubu verilmişdir. Bu səbəbdən də, mövcud tələblə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümnkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Əli Bayramov küçəsi, ev 76 ünvanı Milli Qevdivvat Sistemində və arxiv məlumatlarında təkrarlanmadığı üçün ünvan düzəlişinin aparılması mümkün olmamışdır. İş materiallarında olan : -**********86-10301 reyestr nömrəli daçınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Əli Bayramov küçəsi ev 76 İddiaçı xüsusi mülkiyyətindədir. - Abşeron rayonu, Qobu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 975 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Əli Bayramov küçəsi, ev 76 İddiaçı məxsusdur. Qobu qəsəbəsi, Əli Bayramov küçəsi, 76 saylı evdən iki ünvanda vardır. Əli Bayramov küçəsi 76 saylı evdə İddiaçı ailəsindən başqa heç kim yaşamır. - 1977-ci ilin fevral ayında tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd X3 məxsus ünvan 5 ünvanına dair tərtib edilmişdir. - Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki,X1 mülkiyyətində olan 0.14 ha torpaq sahəsini İddiaçı bağışlanmışdır. -2019-cu ilin avqust ayında tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, həmin sənəd İddiaçı məxsus ünvan 6 ünvana dair tərtib edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2) Göstərilən Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: (3.2.1) qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə, (3.2.2) qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə, (3.2.3) Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda, (3.2.4) daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda, (3.2.5) daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə, (3.2.6) daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Mülkiyyət hüququ dedikdə, elə bir subyektiv mülki hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əşyaya öz mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun haqqında sərəncam vermək səlahiyyətlərini ifadə edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin olaraq iddiaçının hazırda mülkiyyətində olan fərdi yaşaıyş evinin ilkin ünvanı “76A” olmuşdur. Lakin ev və torpaq sahəsi iddiaçının mülkiyyətinə keçdikdə məlum olmayan səbəbdən evin ünvanı hüquqmüəyyənedici sənədlərdə “76” kimi göstərilmişdir. Hazırda iddiaçının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda müvafiq düzəlişin aparılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh həmin ünvanın Milli Qeydiyyat Sistemində və arxiv məlumatlarında həmin ünvanın təkrarlanmadığını bildirərək imtina cavabı vermişdir. Məhkəmə cavabdehin imtinasının səbəbini formal xaraktertli kimi qiymətləndirərək iddianın təmin edilməsini məqsədəuyğun hesab edir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiytətində olan Abşeron rayonu, Qobu qəsəbəsi, Əli Bayramov küçəsi, 76 saylı evə dair verilmiş saylı, tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda düzəliş edilərək evin nömrəsinin “76 A” kimi yazılması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2635/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2635/2022
28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver