Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2640/2022 30.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi və yerləşdiyi 0,0506 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi və yerləşdiyi 0,0506 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Abşeron rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 134 nömrəli Xırdalan qəsəbəsində Bakı Quşçuluq fabriki ərazisində və Sovet küçəsində neçə illərdən bəri zəbt edilmiş torpaq sahəsində tikilmiş fərdi evlərin rəsmiləşdirilməsi haqqında qərar verilmişdir. Həmin qərar əsasında iddiaçıya 0.0506 ha torpaq sahəsi ayrılmışdır, həmin torpaqda ev inşa etmişdir. Evə dair 1989-cu ildə texniki pasport tərtib edilmişdir. Lakin qərara vətəndaşların adlı siyahısı əlavə edilmədiyindən cavabdeh orqan onun mülkiyyət hüququnu qeydə almaqdan imtina edir. Cavabdeh məhkəmə iclasınını vaxtı veri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə clasında nümayəndisinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, araşdırma zamanı Abşeron rayon Xərdalan şəhəri ünvanında İddiaçı məxsus fərdi yaşayış evi evi və yerləşdiyi torpaq sahəsinə dair tələb olunan əsaslar üzrə hüquqməyyənedici sənədlər ərizəyə əlavə olunmadığı aşkar edilmişdir.Bundan başqa sözügedən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 kvt) mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan : - Abşeron rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 134 nömrəli Xırdalan qəsəbəsində Bakı Quşçuluq fabriki ərazisində və Sovet küçəsində neçə illərdən bəri zəbt edilmiş torpaq sahəsində tikilmiş fərdi evlərin rəsmiləşdirilməsi haqqında qərardan görünür ki, RİK uzun illərdən bəri rayonun sovet təsərrüfat və inzibati orqanlarının nəzarətsizliyi üzündən ayrı-ayrı vətəndaşlar tərəfindən qanunsuz torpaq sahəsi zəbt edilərək yaşayış və digər tikililər inşa edilmişdir. - -xx.xx.1990-cı il tarixli 170 nömrəli Abşeron Rayon XDS İcraiyyə Komitəsinin qərarından görünür ki, Xırdalan qəsəbəsi Bakı Quşçuluq ərazisində neçə illərdən bəri zəbt edilmiş torpaq sahəsində qanunsuz tikilmiş, ümumi sahəsi 21951 kvm və yaşayış sahəsi 12257,06 kvm olan yaşayış evi İ №-li mənzil istismar istehsalat təmir sahəsinin ərazisində yerləşdiyi üçün həmin idarənin balansına verilməsi qərara alınmışdır. - Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayon XDS İK-nin 10 iyul 1990-cı il tarixli 170 saylı sərəncamı ilə Bakı quşçuluq fabirki ərazisində tikilmiş evlərə rəsmilik hüquq verilmişdir. Lakin sərəncam ümumi olduğundan heç bir adlı siyahı daxil edilməmişdir. - -Abşeron rayon RTİB tərəfindən 1989-cu ildə tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İddiaçı istifadəsində olan fərdi yaşayış evinə dair tətrib edilmiş, evin həyətyanı torpaq sahəsi 0.0506 ha göstərilmişdir. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, qeyd olunan torpaq sahəsi 6 kV-luq “Bakı Quşçuluq fabriki" elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir.Göstərilən torpaq sahəsinin mühafizə zonasında yerləşdiyi 6 kV-luq EVX-nin Bakı Quşçuluq fabrikinin balansında olması səbəbi ilə hansı tarixdə çəkilməsinə dair məlumatın təqdim edilməsi mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş Siyahıda daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd növü kimi iki növ “pasport” fərqləndirilmişdir : 1) Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar, 2) https://e-qanun.az/framework/29097üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). İddiaçının təqdim etdiyi texniki pasport Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfat Nazilriyi Abşeron İdarələrararasıTexniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilsə də, həmin sənəd yuxarıda istinad edilən “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” deyil, müvafiq Siyahının 2.4-cü bəndində nəzərdə tutulmuş “texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport”dur. İstinad edilən Fərmanın 2.4-cü bəndinə əsasən isə həmin texniki pasport yalnız o halda həyətyanı torpaq sahəsinə münasibətdə daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini ətsdiq edən sənəd növü çıxış edə bilər ki, texniki pasportda göstərilən yaşayış evinin üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış olsun. Hazırkı işdə isə Abşeron rayonu, Xırdalan çşəhərində yerləşən yaşayış evi üzrənidə mülkiyyət hquqqu qeydə alınmadığından torpaq sahəsi üzərində mülkiyət hüququnun qeydə almaqdan cavabdehin imtinası qanuna zidd olmamışdır. Belə ki, iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyedtri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulasm əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, daşınmaz əmlaka çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2640/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2640/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver