Məhkəmə qərarları › İş №2-1(118)-2645/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2645/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2645/2024 17.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə N7 sentyabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş:

1. 5 dekabr N985-ci il tarixli, НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”dən görünür ki, İddiaçı 4 aprel N3-cü il tarixdə Zəngilən hərbi komisarlıq tərəfindən Silahlı Qüvvələrə çağırılmış, 24 mart N4-cü il tarixdə ehtiyata buraxılmış və 29 mart N4-cü il tarixdə Zəngilan RHK-ya hərbi qeydiyyata götürülməsi üçün göndərilmişdir. 4 aprel N3-cü il tarixdən 28 dekabr N3-cü il tarixədək N nömrəli hərbi hissədə sürücü vəzifəsini tutmuşdur.

2. Zəngilan rayon Hərbi Komisarlığın 29 aprel N8-ci il tarixli, 290 nömrəli arayışdan görünür ki, X6 4 aprel N3-cü il tarixdən 28 dekabr N3-cü il tarixədək respublikanın ərazi bütövlüyü uğrunda keçən döyüşlərdə iştirak etmişdir. Əsas: НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”.

3. AA seriyalı, N54007 nömrəli “Məcburi köçkün vəsiqəsi”ndən görünür ki, həmin vəsiqə İddiaçı 7 fevral 2007-ci il tarixdə verilmişdir.

4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N5 sentyabr 202N-ci il tarixli, 4/2-755 nömrəli arxiv arayışından görünür ki, Zəngilan rayonundan səfərbərlik yolu ilə gəlmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin N aprel N3-cü il tarixli, 85 nömrəli əmrilə (əsas: § N, sıra N4, səh 94, əmrdə hərbi rütbəsi göstərilməmiş, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək TTB-də sürücü vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda oktyabr N3-cü il tarixdə (əsas: “8 dekabr N3”, sıra 44, səh NN2, məlumatda atasının adı tam yazılmamışdır) təminat təchizat bölüyünün hərbi qulluqçusu, sürücü yanacaqdolduran, çavuş İddiaçı S. oğlunun adı qeyd olunmuşdur. Lakin məvacib alması barədə imzası yoxdur. N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda noyabr N3-cü il tarixdə (əsas: “8 dekabr N3”, sıra 44, səh N87, məlumatda atasının adı yazılmamışdır) təminat təchizat bölüyünün hərbi qulluqçusu, sürücü yanacaqdolduran, çavuş İddiaçı adı qeyd olunmuşdur. Lakin məvacib alması barədə imzası yoxdur. ŞHQM-dən göndərilmiş, çavuş İddiaçı (N72 nömrəli hərbi hissə komandirinin 2N yanvar N4-cü il tarixli N nömrəli əmrilə (əsas: § 8, sıra-220, səh 37) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək manqa komandiri vəzifəsinə təyin olunmuşdur. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin may-dekabr N3-cü il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissənin dekabr N3-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəllərində və N72 nömrəli hərbi hissə komandirinin fevral-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. Bildirilir ki, N72 nömrəli hərbi hissənin N4-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.

5. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin Səbail rayon MKTB-nın N49 saylı Mənzil Kommunal İstismar Sahəsinin NN may 2023-cü il tarixli, 3397 nömrəli arayışdan görünür ki, XN rayonundan məcburi köçkündür və müvəqqəti N49 saylı MKİS-ın ərazisində A.İsmayılov küçəsi 88/3 ünvanda məskunlaşmışdır.

6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Katibliyi tərəfindən İddiaçı göndərilmiş N noyabr 2023-cü il tarixli, 2/2-N0099 nömrəli məktubdan görünür ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 5 noyabr 202N-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N5 sentyabr 202N-ci il tarixli 4/2-755 nömrəli arayışına əsasən, 2N yanvar N4-cü il tarixdən sonra xidməti barədə məlumat olmadığına görə və hərbi biletinin 3-cü və 4-cü səhifəsində N72 nömrəli hərbi hissədən ehtiyata buraxılmağı barədə qeydlər öz təsdiqini tapmadığı üçün “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N2 iyun 2024-cü il tarixli, N774 nömrəli məktubundan görünür ki, Zəngilan rayonundan səfərbərlik yolu ilə gəlmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin N aprel N3-cü il tarixli 85 nömrəli əmrilə (əsas: §N, sıra- N4, səh.-94; qeyd: əmrdə hərbi rütbəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək TTB-də “sürücü” vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: qovluq: “xx.xx.N3-xx.xx.N3”; sıra-50, səh.-58; qeyd: qovluqda atasının adı yazılmamışdır) təminat təchizat bölüyünün hərbi qulluqçusu, sürücü, sıravi İddiaçı may N3-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: qovluq: “xx.xx.N3-xx.xx.N3”; sıra-45, səh.-36; qeyd: qovluqda hərbi rütbəsi “çavuş” yazılmış, atasının adı yazılmamışdır) N967-ci il təvəllüdlü, təminat təchizat bölüyünün hərbi qulluqçusu, sürücü, çavuş İddiaçı iyun N3-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: qovluq: “xx.xx.N3-xx.xx.N3”; sıra-45, səh.-N56; qeyd: qovluqda hərbi rütbəsi “çavuş” yazılmış, atasının adı tam yazılmamışdır) N967-ci il təvəllüdlü, təminat təchizat bölüyünün hərbi qulluqçusu, sürücü, çavuş İddiaçı S. oğlunun iyul N3-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: qovluq: “xx.xx.N3-xx.xx.N3”; sıra-44, səh.-9N; qeyd: qovluqda hərbi rütbəsi “çavuş” yazılmış, atasının adı tam yazılmamışdır) N967-ci il təvəllüdlü, təminat təchizat bölüyünün hərbi qulluqçusu, sürücü rad.tel., çavuş İddiaçı S. oğlunun avqust N3-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: qovluq: “xx.xx.N3-xx.xx.N3”; sıra-44, səh.-224; qeyd: qovluqda hərbi rütbəsi “çavuş” yazılmış, atasının adı yazılmamışdır) N967-ci il təvəllüdlü, təminat təchizat bölüyünün hərbi qulluqçusu, sürücü r.tel., çavuş İddiaçı sentyabr N3-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda oktyabr N3-cü il tarixdə (əsas: qovluq: “xx.xx.N3”, sıra-44, səh.-NNN; qeyd: qovluqda hərbi rütbəsi “çavuş” yazılmış, atasının adı tam yazılmamışdır) təminat təchizat bölüyünün hərbi qulluqçusu, sürücü yanacaqdolduran, çavuş İddiaçı S. oğlunun adı qeyd olunmuşdur. Lakin məvacib alması barədə imzası yoxdur. N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda noyabr N3-cü il tarixdə (əsas: qovluq: “xx.xx.N3”, sıra-44, səh.-N86; qeyd: qovluqda atasının adı yazılmamışdır) təminat təchizat bölüyünün hərbi qulluqçusu, sürücü yanacaqdolduran, çavuş İddiaçı adı qeyd olunmuşdur. Lakin məvacib alması barədə imzası yoxdur. ŞHQM-dən göndərilmiş, çavuş İddiaçı N72 nömrəli hərbi hissə komandirinin 2N yanvar N4-cü il tarixli N nömrəli əmrilə (əsas: §8, sıra-220, səh.-37; qeyd: əmrdə hərbi rütbəsi “çavuş” yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “manqa komandiri” vəzifəsinə təyin olunmuşdur. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin may-dekabr N3-cü il tarixli nizami hissə üzrə əmrlərində, N72 nömrəli hərbi hissə komandirinin fevral-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin N4-cü il tarixli şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və N nömrəli hərbi hissənin dekabr N3-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəllərində pul təminatı ilə təmin olunması barədə əlavə məlumat aşkar olunmamışdır. Bildirilir ki, N72 nömrəli hərbi hissənin N4-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməmişdir.

8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hüquq İdarəsinin 3N iyul 2024-cü il tarixli, 3-25-4/2-4786/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən təqdim olunmuş tələbnamə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin etirazı arasında olan ziddiyyətlərə aydınlıq gətirilməsi tələb olunmuşdur. Bununla bağlı qeyd edilir ki, hər-hansı ziddiyyət mövcud deyil, çünki Azərbaycan Respublikası Milli Məclisinin N7 oktyabr N7-ci il tarixli 383-İQR Qərarın (etirazda ona istinad olunmuşdur) 9-cu bəndinə əsasən: “...Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, “... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin.”

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

9. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin N noyabr 2023-cü il tarixli, 2/2-N0099 saylı imtinasını əsassız və qanunsuz hesab edərək, iddiaçıya “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, N dekabr N987-ci il təvəllüdlü iddiaçı N985- N987-ci illərdə keçmiş SSRİ silahlı qüvvələrində hərbi qulluq keçmişdir. 4 aprel N3-cü il tarixdə könüllü olaraq Azərbaycan Respublikası Silahlı qüvvələrdə xidmətə getmiş, 28 dekabr N3-cü il tarixədək Zəngilan rayonunda yerləşən N saylı hərbi hissədə sürücü kimi xidmət etmişdir. Həmin tarixdən ordudan buraxılmışdır. 2N yanvar N4-cü il tarixdən isə N72 saylı hərbi hissədə yenidən könüllü xidmətə qəbul edilmişdir. 24 aprel N4-cü il tarixədək həmin hərbi hissədə xidmət etmişdir. Sonradan yenidən ordudan təxris olunmuşdur. Bu barədə qeydlər hərbi biletində öz əksini tapmışdır. Hərbi hissədə döyüş əməliyyatlarında iştirak etdiyi üçün 24 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran Adlarının və X3 üzrə Komissiyasına müraciət edərək iddiaçıya veteran adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. N noyabr 2023-cü il tarixdə 2/2-N0099 nömrəli imtina məktubu ilə müraciəti və əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılaraq 2N yanvar N4-cü il tarixdən sonra xidməti barədə məlumatlar olmadığından, iddiaçıya “müharibə veteranı adı və vəsiqəsinin verilməsi”nin məqsədə uyğun olmadığı barədə məlumat verilmişdir. Həmin imtina məktubu sənədləri ilə birlikdə 7 noyabr 2023-cü il tarixdə poçt vasitəsi ilə çatdırılmışdır. İddiaçı həqiqi hərbi xidmətə yollanmış və qanunvericilikdə nəzərdə tutulmuş qaydada təxris olunmuşdur. Bundan başqa, qeyd edilir ki, xidmət etdiyi hərbi hissə döyüş tapşırığını yerinə yetirən hərbi hissə olmuş, daima ön xəttə olmuşdur. Ağır döyüşlərin getdiyi Zəngilan rayonunda yerləşən hərbi hissədə xidmət etmişdir. Orada xidmət edilməsi arxiv sənədlərində öz əksini tapmışdır. İddiaçıya veteran adı və vəsiqəsinin verilməsinə dair xahişindən imtina edilməsini tamamilə əsassız və qanunsuz hesab edir. Bildirilir ki, iddia ərizəsinə əlavə edilmiş hərbi biletində olan məlumatlara əsasən, N və N72 saylı hərbi hissələrdə xidmətdə olmuşdur. Bu barədə hərbi biletində qeydlər, faktı təsdiq edən şahidlər vardır.

11. İddia tələbinin maddi hüquqi əsası kimi “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2, 3, “Veteranlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7-ci maddələrinə, “Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlara uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 iyul 2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 saylı Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.2, 2.2.7, 32.2, 33.N, 34.N, 38.2, 58.7, 68, 70.3-cü maddələrinə istinad olunmuşdur.

12. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

14. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, Komissiyanın məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Arxivin N5 sentyabr 202N-ci il tarixli 4/2-755 nömrəli arxiv arayışına əsasən, iddiaçının 2N yanvar N4-cü il tarixdən sonrakı xidməti və N72 nömrəli hərbi hissədən ehtiyata buraxılmağı barədə hərbi biletdə olan qeydlər təsdiq olunmadığından, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunur. Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin N7 oktyabr N7-ci il tarixli 383-İQR Qərarın 9cu bəndinə əsasən: “...Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin.

16. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli Qərarına, Azərbaycan Respublikası Milli Məclisinin N7 oktyabr N7-ci il tarixli 383-İQR Qərarının 9-cu bəndinə, prosessual hüquqi əsası kimi İPM-in 47.2-ci maddəsinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

17. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, müvafiq sənədlərin mövcud olmaması iddiaçının səhvi deyildir. Bu səbəbdən də etiraz əsassız olduğundan, iddia təmin edilməlidir.

18. Cavabdeh orqan yazılı formada etirazını bildirərək, məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N8 may 202N-ci il tarixli, 2-N(N02)-895/202N saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

20. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § N-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

21. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

22. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

23. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

24. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. Həmin Məcəllənin 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq:

27. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: … Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslə; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. ... Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.

29. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

30. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.

31. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

32. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin yuxarıda qeyd edilən N-ci bəndinin N0-cu abzasının təhlilindən müəyyən edilir ki, 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək olan müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş aşağıdakı şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində: - hərbi hissə və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara; - döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara; - döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissə və ya orqanların mülki işçilərinə; - döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının vəya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə.

34. Hazırda araşdırılmalı olan məsələ iddiaçının həmin şəxslər dairəsinə aid olub-olmamasının müəyyən edilməsidir.

35. Qeyd olunan şəxslərin (§ 33) döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlər hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir.

36. Məhkəmə araşdırması müəyyən olunmuşdur ki, Zəngilan rayonundan səfərbərlik yolu ilə gəlmiş iddiaçı N nömrəli hərbi hissə komandirinin N aprel N3-cü il tarixli 85 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək TTB-də sürücü vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda təminat təchizat bölüyünün hərbi qulluqçusu, sürücü, sıravi iddiaçının may N3-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. Həmçinin, N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda N967-ci il təvəllüdlü, təminat təchizat bölüyünün hərbi qulluqçusu, sürücü, olan iddiaçının iyun N3-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır (§ 7- 8).

37. Göründüyü kimi iddiaçı ona müharibə veteranı adının verilməsi üçün təqdim edilməsi qanunvericiliklə imperativ qaydada tələb olunan sənədlərə malik deyildir.

38. Bundan əlavə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hüquq İdarəsinin 3N iyul 2024-cü il tarixli məktubunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən təqdim olunmuş tələbnamə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin etirazı arasında olan ziddiyyətlərə münasibətdə bildirilmişdir ki, məlumatlar arasında hərhansı ziddiyyət mövcud deyil, çünki Azərbaycan Respublikası Milli Məclisinin N7 oktyabr N7-ci il tarixli 383-İQR Qərarın (etirazda ona istinad olunmuşdur) 9-cu bəndinə əsasən: “...Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, “... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin.”

39. Məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi onun hüquqi əsasının dispozisiya şərtlərini ödəmədiyindən, təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

40. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “cavabdehin N noyabr 2023-cü il tarixli, 2/2-N0099 saylı imtinasını əsassız və qanunsuz hesab edərək, iddiaçıya “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar