Məhkəmə qərarları › İş №2-1(118)-265/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-265/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-265/2020 11.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə”dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Qəbələ rayonunun hərbi kolmissarlığı tərəfindən 1992-ci ilin 17 may ayında orduya çağırılmış, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün orduya göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən N nömrəli hərbi hissəyə göndərilib, Həmin hərbi hissədə yoldaşları ilə birlikdə Ağdam rayonunun Naxçıvanik, Şenli. Qara qaya, Şiş qaya və başqa ərazilərdə döyüşlərdə iştirak etmişdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, döyüşlərdə Qələdə rayonundan ilk şəhid olan X2 meyidini komandirin göstərişi ilə o Qəbələ rayonunun valideynlərinə təhvil vermişdir. Bu barədə Azərbaycan Respublikaşı Dövlət Televiziyasının günün ekranı proqramında xəbər verildi, eyni zamanda Qəbələ rayon Şəhidlərin şiyahıaya alındaa kitabında qeyd edilmişdir. Bu proseslərdə o iştirak etmişdir. Onun xidmət etdiyi hərbi hissənin komandiri xx.xx.1992-ci ildə yeni çağrışçılar gəldiyinə görə onları ordudan tərxis etdilər. Bundan sonra onlar evlərinə qayıtmışlar. Ona o vaxtı Qəbələ rayonunda təşkil edilmiş veteranlar şurası tərəfindən veteranlıq vəsiqəsi verildi. Vəsiqənin rəngi qırmızı rəngli idi. Bir neçə ildən sonra həmin Veteranlar Şurası ondan və başqa şəxslərdən olan qırmızı rəngli veteranlıq vəsiqəsini aldılar və qeyd etdilər ki, Müdafiə Nazirliyi tərəfindən vəsiqələr veriləcək göy rəngdə. O gözəmiş ki, nə vaxtsa ona vəsiqələr veriləcək, lakin vəsiqəni ona verməmişlər. Dəfələrlə müraciət etməyinə baxmayaraq hər dəfə bir bəhanə ilə ona vəsiqə verməkdən boyun qaçırmışlar. O bu yaxınlarda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə rəsmi ərizə ilə müraciət etmiş ki, ona veteranlıq vəsiqəsi versinlər, cavab olaraq göstərdilər ki, bizdə döyüş əməliyyatlarında iştirak etdiyiniz üçün kifayət qədər məlumat yoxdur. Siz döyüş bölgəsində iştirak etməyiniz barədə Məhkəməyə müraciət edə bilərsiz. Onun həqiqətdə orduda xidmət etməyini təsdiq edən istənilən qədər şahidləri var. Ona görə də hesab edir ki, məhkəmə ona veteranlıq vəsiqəsinin verilməsi öhdəliyini cavabdeh təşkilatın üzərinə qoyulması barədə qərar qəbul etməlidir. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Məhkəmə iclasında iştrak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmənin verdiyi sorğuya cavab olaraq bildirmişlər ki, vətəndaş N nömrəli hərbi hissə xx.xx.1992xx.xx.1992-ci ilədək və xx.xx.1993-xx.xx.1994-cü ilədək döyüş əməliyyatlarında iştirak edib. Əsas: xx.xx.1997–ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrın siyahısı” Məhkəmə iclası barəsində cavabdeh inzibati orqan lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, ona görə də məhkəmə qanunvericiliyə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan prosesə baxılmışdır. Məhkəmə iclasına dəvət edilən şahidlər X5 və X1 bildirdilər ki, İddiaçı həqiqətən hərbi hissədə döyüş əməliyyatlarında iştrak edib və X1 (859 saylı HH keçmiş komandiri) bütün sənədləri qanuni şəkildə həmin vaxt Müdafiə Nazirliyinə göndərilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019cu il tarixli, Müdafiə Nazirliyinin İşlər X4 İdarəsinin xx.xx.2020-ci il tarixli məktubları və H3 ******* nömrəli Hərbi biletin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Hazırki işdə də iş materiallarında olan sənədlərdə iddiaçının N nömrəli hərbi hissələrin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və məhkəmə araşdırması zamanı iddiaçının təxris olunması ilə bağlı dəlil əldə edilə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər X4inin məlumatlarında İddiaçı N nömrəli hərbi hissə xx.xx.1992xx.xx.1992-ci ilədək və xx.xx.1993-xx.xx.1994-cü ilədək döyüş əməliyyatlarında iştirak edib. Əsas: xx.xx.1997–ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrın siyahısı”. Bundan əlavə həmin hərbi hissədə olması ilə əlaqədar hərbi biletində müvafiq qeyd aparılmamışdır. Beləliklə iddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar