Məhkəmə qərarları › İş №2-1(118)-265/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-265/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-265/2021 07.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı2 (işləməyən, ünvan 5 evdə yaşayan) iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı yaşadıqları ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin cavadeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, yaşadıqları ünvan 4 ünvanına qeydiyyata alınması öhdəliyinin cavadeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evini almış və artıq uzun müddədtir ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Evin kommunal xidmətlərinin sayğacları onun adına qeyd alınmışdır, kommunal xərclərini ödəyir. Bununla bağlı iddiaçılar həmin evə qeydiyyata düşmək üçün cavabdeh inzibati orqana müraciət etmişlər, lakin onlara imtina cavabı verilmişdir. Şifahi məhkəmə baxışında İddiaçı2 və əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı1 və İddiaçı3 iddianı müdafiə etdilər və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : -İV-ЖГ № 254033 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 ilə X2 10.03.1986-cı ildə nikaha daxil olmuşlar. -20.04.2020-ci il tarixli podrat müqaviləsindən görünür ki, həmin müqavilə Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq Hüseynov küçəsi,ev 37 A ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi ilə bağlı X3 ilə İddiaçı3 arasında bağlanmışdır. - “Su təchizatı və tullantı sularının axıdılması xidmtlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan 08.07.2020-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə “xxxx” ASC ilə İddiaçı3 arasında bağlanmışdır. -“Qaz paylayıcısı ilə məişətqaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 15.07.2020-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə “Azəriqaz İB ilə İddiaçı3 arasında bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı onların qeydiyyatdan alınması üçün cavabdeh Abşeron rayon Polis Şöbəsinə müraciət etmiş, lakin onlara 25.06.2020-cu il tarixli məktubla imtina cavabı verilərək bildirilmişdir ki, şəxsin qeydiyyata alınması üçün mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya qanunvericilikdə nəzərdə tutulmuş başqa sənəd, yaşayış sahəsi verən şəxsin ərizəsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsas ola bilər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçı İ.Abdullauevin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, cavabdeh Abşeron rayon Polis İdarəsi tərəfindən iddiaçıların tələbinin təmin olunmasından imtina edilməsi qanunauyğun olmuş və iddiaçının hər hansı hüquqlarının pozulması təsdiqini tapmamışdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci abzasında göstərilir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 8-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. «Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması, şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunması və qeydiyyatdan çıxarılması qaydaları haqqında Təlimatın təsdiq olunması barədə» Daxili İşlər Nazirliyinin 2 sentyabr 2010-cu il tarixli 550 nömrəli əmrinin 2 –maddəsinin “a” bəndinə əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış,”g” bəndinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikası qanunverciliyində nəzərədə tutulmuş başqa sənəd, ”g” bəndinə əsasən şəxdə yaşayış sahəsi verən şəxsin ərizəsi, şəxsin ərizəsi, şəxsin təsdiq edən sənəd və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında qeydiyyata alına bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar yuxarıda göstərilən normada sadalanan əsaslardan heç birinə malik deyidirlər. İddiaçılar evin tikintisi ilə bağlı podrat müqaviləsi, evin qiymətləndirmə rəyi və təbii inhisar subyektləri (“xxxx” ASC, “Azəriqaz” İB və “xxxx” ASC) ilə bağlanmış müqavilələrdən başqa hər hansı sənəd təqdim edə bilmədilər. Məhkəmə qeyd edir ki, qanunvericilikdə göstərilən sənədlər yaşayış sahəsinə qeydiyyata alınmaq üçün əsas kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi halları və cavabdehin hərəkətinin qanunsuzluğunu əsaslandıra bilməmişlər. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 7 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar