Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-265/2022 30.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X8 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Qusar rayon İcra Hakimiyyətinə qarşı “İddiaçı cavabdeh Qusar rayon İcra Hakimiyyətinə qarşı Qusar rayonu Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli, 10/4 saylı qərarın Qusar rayonu X14 kəndi ərazisində vətəndaş X3 adına 0.15 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair hissədə ləğv edilməsi və həmin qərar əsasında X3 adına DT və XK Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-042A kod 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız hesab edilməsinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qusar rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “Qusar rayonu Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli, 10/4 saylı qərarın Qusar rayonu X14 kəndi ərazisində vətəndaş X3 adına 0.15 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair hissədə ləğv edilməsi və həmin qərar əsasında X3 adına DT və XK Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-042A kod 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız hesab edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi, X9 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonu Toxumçuluq Sovxozu üzrə 8 aprel 1996-cı il tarixli 273 saylı əmri ilə İddiaçı Qusar rayonu, X14 kəndi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi səlahiyyətli şəxslər tərəfindən ona yerində təhkim olunmuş və oranı hasara alaraq istifadə etməyə başlamışdır. 25 ildir ki, göstərilən torpaq sahəsi onun istifadəsindədir. 01 oktyabr 2020-ci il tarixdə iddiaçı göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması,çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin İdarənin rəisi Eldəniz Hacıyevin imzası ilə iddiaçıya 16.10.2020-ci il tarixdə **********20 nömrəli cavab gəlmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə ərizəsinə əlavə edilmiş Qusar rayonu toxumçuluq sovxozu üzrə 08.04.1996-cı il tarixli, 27 nömrəli əmri ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin kadastr məlumat bazasına əsasən digər şəxsin adına JN - 042A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənilməsi aşkar olunmuşdur. "Daşınmaz əmlakın Dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən həmin cavab məktubunu aldıqdan sonra iddiaçı adına olan torpaq sahəsinə şəhadətnamənin verilmiş şəxsin kimliyinin öyrənməsi üçün vəkil vasitəsilə idarəyə sorğu göndərmişdir. Vəkil sorğusuna 5 saylı Xaçmaz Ərazi İdarəsindən 28.07.202İ-ci il tarixli **********73 saylı məktubla cavab verilmişdir ki, həmin torpaq sahəsinə Qusar rayon AİK-nin 12.08.1999-cu il tarixli 10/4 saylı qərarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən X3 adına 0.15 ha torpaq sahəsinə verilmiş JN -042A kod 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" işlənmişdir. JN-042A 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" nin verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş DT və XK tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. İddiaçı 0.12 hya torpaq sahəsinin ayrılmasına dair Qusar rayonu Toxumçuluq Sovxozu üzrə 08 aprel 1996-cı il tarixli 273 saylı əmr heç bir səlahiyyətli orqan tərəfindən ləğv edilməmişdir. Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli 278 saylı arxiv arayışı ilə də təsdiq olunur ki, Qusar rayon Balaqusar kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərin X14 kəndi üzrə 20 nömrəli təsərrülatbaşına kitabında şəxsi hesab nömrəsi 1296 olan İddiaçı təsərrüfatının xüsusi mülkiyyətində 1996- 2000-ci illərdə cəmi 0.12 ha torpağın olduğu qeyd edilmişdir. “Torpaq İslahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanununun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçlıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpağlara görə onlara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilir. Beləliklə, qanuni əsaslarla istifadəsinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinə qanunsuz olaraq vətəndaş X3 adına “Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə” işlənildiyindən iddiaçı öz adına hüquq müəyyənedici sənəd ala bilmir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi bu səbəbdən də iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iştirak etmiş, izahatında bildirmişdir ki, torpaq sahəsi iddiaçıya 1996-cı il tarixdə ayrılmışdır. Uzun müddət iddiaçı Rusiya Federasiyasında yaşamışdır. Rusaiya Federasiyasından qayıtdıqdan sonra torpaq sahəsinə çıxarış almaq istəmişdir. DƏDRX tərəfindən bildirilmişdir ki, ləğv edilmiş DTXK tərəfindən Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatlarına əsasən iddiaçının adına Qusar rayonunun X14 kəndi ərazisində iddiaçının adına “Torpağın Mülkiyyətə Verilməsinə dair Şahədatnamə”nın arxiv nüsxəsinin aşkar edilmədiyi bildirilmişdir. Halbuki iddiaçının adı arxiv arayışında qeyd edilmişdir. Vəkil sorğusu əsasında əldə olunmuş məlumata görə həmin torpaq sahəsi Qusar rayon AİK-nın 12.08.1999-cu il tarixli 10/4sayl qərarına əsasən ləğv olunmuş DTXK-nin Qusar rayon şöbəsi tərəfindən X3 adına 0,15 ha torpaq sahəsinə verilmiş JN-042A 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” işlənmişdir. İddiaçıya torpaq sahəsinin ayrılması barədə Qusar rayon Toxumçuluq Sovxozu üzrə əmr ləğv olunmamışdır. Heç kim istifadə etməmişdir. Torpaq sahəsi iddiaçının sahibliyində olmuşdur. X6 tanıyan olmamışdır. Deyilənə görə guya həmin kəndə gəlin gəlmişdir. Sonra Rusiya Federasiyasına getmişdirlər. Harada olduqlarını bilmirlər. Əmisi həmin kənddə yaşayır. Onlar da üçüncü şəxsi tanımırlar. Torpağa özləri sahiblik etmişdirlər. Hasara almış, ağac əkmişdirlər. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X10 iştirak etmiş, izahatında bildirmişdir ki, ola bilsin ki, JN-020A KOD 30106048 Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə paylı mülkiyyətdə olan torpaq sahəsinə dair verilmişdir. JN-042A KOD 30106048 Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə isə X3 öz adına verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı Qusar rayonu Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli, 10/4 saylı qərarın Qusar rayonu X14 kəndi ərazisində vətəndaş X3 adına 0.15 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair hissədə ləğv edilməsi və həmin qərar əsasında X3 adına DT və XK Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-042A kod 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız hesab edilməsini istəyir. Göründüyü kimi iddia tələbi 2 hissədən ibarətdir:
1. Qusar rayonu Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli, 10/4 saylı qərarın Qusar rayonu X14 kəndi ərazisində vətəndaş X3 adına 0.15 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair hissədə ləğv edilməsi
2. həmin qərar əsasında X3 adına DT və XK Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-042A kod 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız hesab edilməsi İddia tələbinin 1-ci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin qaldırılması üçün qanunvericiliklə müəyyən olunmuş müddəti ötürmüşdür. Belə ki, Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Məhkəmə hesab edir ki, uzun müddət əvvəl mövcud olmuş və mübahisələndirmə imkanı olduğu halda mübahisələndirilməmiş hərəkətlərə iddia müddətinin tətbiq edilməməsi hüquqi müəyyənlik prinsipi ilə də ziddiyyət təşkil edir. Eyni zamanda mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri baxımından iddia müddəti ötürülmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı mübahisənin yaranması əsasını aqrar islahat komisiyasının müvafiq qərarı yox, hüququqların dövlət qeydiyyatı zamanı yol verilmiş uyğunsuzluq təşkil edir. İddiaçı mübahisələndirilən qərar əsasında X3 adına DT və XK Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-042A kod 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız hesab edilməsini istəyir. Lakin tələbini cavab verməli olan orqana yönəltməmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq məhkəməyə aşağıdakı sənədlər təqdim edilmişdir: Belə ki, Qusar rayon Dövlət Arxivinin 20.10.2021-ci il tarixli 405/47 saylı Arxiv Çıxarışında qeyd edilmişdir ki, Qusar rayon Toxumçuluq sovxozunda torpaq islahatı ilə əlaqədar torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısında X4 adı qeyd edilmişdir. (0.12/0.16) Qusar rayon Dövlət Arxivinin 25.10.2021-ci il tarixli 50 saylı Arxiv Çıxarışında qeyd edilmişdir ki, Toxumçuluq sovxozunun K/Xudat Qazmalar kəndi üzrə fəhlə və qulluqçular tərəfindən istifadə olunan həyətyanı torpaqlar barədə məlumatda İddiaçı adı qeyd edilmişdir. (kitab üzrə 0.12 ha, faktiki 0.15 ha, fərq 0.3 ha) Qusar rayon Dövlət Arxivinin 25.10.2021-ci il tarixli 51 saylı Arxiv Çıxarışından göründüyü kimi Toxumçuluq sovxozunun K/Xudat Qazmalar kəndi üzrə fəhlə və qulluqçular tərəfindən istifadə olunan həyətyanı torpaqlar barədə məlumatda X3 adı qeyd edilmişdir. (kitab üzrə 0.12 ha, faktiki 0.16 ha, fərq 0.4 ha) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi **********22 saylı, 12.11.2021-ci il tarixli məktubunda bildirmişdir ki, İddiaçı ,onun ailə üzvülərinə eyni zamanda üçüncü şəxs X3 Qusar rayon, Köhnə-Xudat Qazmalar kənd ərazisində hər hansı bir torpaq sahələrinin ayrılıb ayrılmaması barədə məlumatın verilməsi ilə bağlı Məhkəmənin 08 oktaybr 2021-ci il tarixli, 2-1(118)-1837/2021 nömrəli məktubuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində baxılmışdır. Yuxarıda adları sadalanan şəxslərdən yalnız X3 adına ümumi birgə 0.16 ha torpaq sahəsinə verilmiş JN-020A KOD 30106048 nömrəli və 0.15 ha torpaq sahəsinə verilmiş JN 042A KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” aşkar edilmişdir. Əlavə olaraq qeyd edirlər ki, JN-042A KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhdətnamələrin verilməsi kitabında qeydiyyatdan keçmiş lakin torpaq sahəsində, JN nömrəsində və adı, soyadında təsdiqlənməmiş düzəliş olunmuşdur. Sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Belə ki, JN-020A KOD 30106048 Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli 10/4 saylı Qərarı ilə 0.16 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. JN-042A KOD 30106048 Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli 10/4 saylı Qərarı ilə 0.15 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Beləliklə iş materillarından göründüyü kimi mübahisəli torpaq sahəsinin dövlət qeydiyyatına alınması zamanı uyğunsuzluq olmuşdur. Aqarar islahat zamanı həm iddiaçıya həmdə üçüncü şəxsə torpaq sahəsi ayrıldığı halda, iddiaçnın hüquqları dövlət qeydiyatına alınmamaış, üçüncü şəxsin adına yuxarıda qeyd edilən sənədlər hazırlanmışdır. Lakin məhkəmə qeyd edir ki, iddia tələbi 1-ci hissədə mümkün sayılmadığına görə 2-ci hissədə də mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12.08.1999-cu il tarixli 10/4 saylı qərarına əsasən X3 adına JN-042A, KOD 30106048 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə”-nin ləğv edilməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsindən tələb edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə, inzibati məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim İsmayıl Quliyev