Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-265/2023 17.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehna qarşı “xx.xx.2021-ci il tarixli qərarda aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək "hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi verilməsi öhdəliyinin MN-nin MHHK-nın üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehna qarşı iddia qaldıraraq “xx.xx.2021-ci il tarixli qərarda aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək " hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi verilməsi öhdəliyinin MN-nin MHHKnın üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 6/212 №-li əmrilə əsgəri xidmətə qəbul edilərək, yemək, geyim, yataq və pul təminatı ilə təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli 8 №-li əmrində xx.xx.N5-ci il tarixdən sıravi İddiaçı “sanitar xərəkçi” təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N6-ci il tarixli 93 №-li əmrində sıravi İddiaçı Heybə oğlunun “sürücü sanitar” vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. Sürücü-sanitar, baş əsgər İddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr N7-ci il tarixli 272 №-li əmrlə xx.xx.N7-ci il tarixdən 5 (beş) günlük məzuniyyətə getmiş hesab edilərək ərzaq təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin N oktyabr N7-ci il tarixli 284 №-li əmrində sanitar xərəkçi, sıravi İddiaçı Heybətah oğlunun xx.xx.N7-ci il tarixindən xidməti ezamiyyətdən gəlmiş hesab edilərək ərzaq təminatına salınmaqla öz xidməti vəzifəsinə başlaması barədə məlumat vardır. AR MN-nin xx.xx.N7-ci il tarixli müvafiq əmrinə əsasən, xidmət müddəti başa çatdığına görə Ordu sıralarından tərxis olunmuş, sürücü sanitar, baş əsgər X4 N №-li hərbi hissə komandirinin N oktyabr N7-ci il tarixli 288 №-li əmrində şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata alınmaq üçün Quba RHK-na göndərilmişdir. İddiaçı N №-li h/h-də xx.xx.N7-ci il tarixindən xx.xx.N7-ci il tarixinə kimi ezamiyyətdə olmuş və xx.xx.N7-ci il tarixində N №-li h/h-yə qayıtmışdır. N №-li h/h-də olarkən N4-cü ilin may ayında atəşkəs elan olunmasına baxmayaraq Marquşevan kəndində xidmətdə, xidməti ezamiyyətdə olarkən Ermənistan Silahlı Qüvvələrinin bizi atəşə tutması nəticəsində xx.xx.N7-ci il tarixində düşmən tərəfindən atılan mərminin onun yanına düşməsi və partlayışı nəticəsində “Qapalı kəllə-beyin travması” almışdır. Bundan sonra onun onunla birgə xidmət edən əsgər yoldaşları həmin ərazidən çıxararaq tibb məntəqəsinə çatdırmışdırlar. Tibb məntəqəsində bir neçə gün müalicə olunduqdan sonra yenidən N №-li hərbi hissəyə qayıtmışdır. Beləliklə xx.xx.N7-ci il tarixində “Qapalı kəlləbeyin travması” almışdır. Bu fakt AR Silahlı Qüvvələri Baş Klinin Hospitalının xx.xx.2021-ci il tarixli, 4642 saylı arayışı ilə də təsdiq olunur. İddiaçı tibb məntəqəsindən təxliyyə olunarkən ona heç bir tibbi sənəd (epikriz) təqdim edilməmişdir. AR MN-nin xx.xx.2021-ci il tarixli 267 saylı Qərarına əsasən İddiaçı N4-cü ildə Quba RHK tərəfindən hərbi xidmətə çağırılmış, hərbi xidmət dövründə hərbi xidmət keşərkən xəstələndiyi və xx.xx.N7-ci ildən xx.xx.N7-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik- diaqnoz: “Sağ tərəfi qasıq xaya yırtığı” və xx.xx.N7-ci ildən 1 1.10.N7-ci ilə kimi N saylı hərbi hissədə müalicə olunduğu travma-diaqnoz: “Qapalı kəlləbeyin travması” (AR səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 798 saylı göndərişi, xx.xx.2021-ci il tarixli 424 saylı arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.N7-ci il tarixim xx.xx.N7-ci ii tarixli çıxarış epikrizləri, SQ Baş Klinin Hospitalından verilmiş xx.xx.2021-ci il tarixli 4642 saylı məkrub, MN MHHK-mn həkim mütəxəssisinin rəyi ilə tədıq edilir), “XƏSTƏLİKDİR, TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi müəyyən edilmişdir. Lakin hesab edir ki, MN MHHK-nin həmin Qərarı əsassızdır. Hal-hazırda onun aldığı “Qapalı kəllə- beyin travması” haqqında MN MHHK-mn “XƏSTƏLİKDİR, TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” ifadəsi “XƏSTƏLİKDİR, TRAVMADİR, HƏRBİ XİDMƏTİ VƏZİFƏSİNİ İCRA EDƏRKƏN ALİNMİŞDİR” ifadəsilə əvəz olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Quba RHK tərəfindən N4-cü ildən hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.N7-ci ildən xx.xx.N7-ci ilədək N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu “Sağtərəfli qasıq xaya yırtığı” və xx.xx.N7-ci ildən xx.xx.N7-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma-diaqnoz: “Qapalı kəllə-beyin travması" diaqnozları ilə olan travmanın hərbi xidmətlə səbəb əlaqəsi MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) yarımbəndınə əsasən xx.xx.2021-ci il tarixdə “XƏSTƏLİKDİR, TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.3. maddəsinin tələblərinə əsasən, hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Lakin vətəndaş İddiaçı aldığı travma ilə bağlı xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən travma haqqında arayış komissiyaya təqdim edilməmişdir. Bu səbəbdən vətəndaş İddiaçı “Qapalı kəllə-beyin travması” diaqnozu ilə olan xəsarətinin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021ci il tarixli, 267 saylı qərarı ilə müəyyən edilmişdir: Quba RHK tərəfindən N4-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.N7-ci ildən xx.xx.N7-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Sağtərəfi qasıq xaya yırtığı”və 05.10 N7-ci ildən 11.10 N7- ci ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu travma-dıaqnoz: “Qapalı kəlləbeyin travması" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 798 nömrəli göndərişi, xx.xx.2021^- ci il tarixli 424 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.N7-ci il tarixli, xx.xx.N7-ci il tarixli çıxarış epikrizləri. SQ Baş Klinik Hospitalından verilmiş xx.xx.2021- ci il tarixli 4642 nömrəli məktub, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR" İddiaçı, xx.xx.2021-ci il tarixli qərarda aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək "hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Quba RHK tərəfindən N4-cü ildən hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.N7-ci ildən xx.xx.N7-ci ilədək N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu “Sağtərəfli qasıq xaya yırtığı” və xx.xx.N7-ci ildən xx.xx.N7-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma-diaqnoz: “Qapalı kəllə-beyin travması" diaqnozları ilə olan travmanın hərbi xidmətlə səbəb əlaqəsi MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) yarımbəndınə əsasən xx.xx.2021-ci il tarixdə “XƏSTƏLİKDİR, TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.3. maddəsinin tələblərinə əsasən, hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Lakin vətəndaş İddiaçı aldığı travma ilə bağlı xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən travma haqqında arayış komissiyaya təqdim edilməmişdir. Bu səbəbdən vətəndaş İddiaçı “Qapalı kəllə-beyin travması” diaqnozu ilə olan xəsarətinin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Beləki cavabdeh inzibati orqan tərəfindən iddiaçının xəstəliyinin səbəb əlaqəsinin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.3. maddəsinin tələblərinə əsasən həyata keçirilir. Həmin normaya əsasən hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Lakin iddiaçı xəstəliyin səbəb əlaqəsini müəyyən edən müvafiq sənədi cavabdeh inzibati orqana təqdim etməmişdir. Eyni zamanda arxiv sənədləri ilədə müəyyən edilir ki, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 6/212 №-li əmrilə (əsas: səh.-40, sıra-5) əsgəri xidmətə qəbul edilərək, yemək, geyim, yataq və pul təminatı ilə təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli 8 №-li əmrində (əsas: səh.-7, §1; qeyd: əmrdə atasının adı yazılmamışdır) xx.xx.N5-ci il tarixdən sıravi İddiaçı “sanitar xərəkçi" vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 93 №-li əmrində (əsas: §3, srra- 124; əmrdə atasının adı “Heybət” yazılmışdır) sıravi İddiaçı Heybət oğlunun “sürücü sanitar” vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. Sürücü-sanitar, baş əsgər İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli 272 №-li əmrilə (əsas: səh.-11, §3, sıra-2; qeyd: əmrdə hərbi rütbəsi “baş əsgər” yazılmışdır) xx.xx.N7-ci il tarixdən 5 (beş) günlük məzuniyyətə getmiş hesab edilərək, ərzaq təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli 284 №-li əmrində (əsas: səh,- 25, §2, sıra-4; əmrdə atasının adı “Heybətalı” yazılmışdır) sanitar xərəkçi, sıravi İddiaçı Heybətalı oğlunun xx.xx.N7-ci il tarixdən xidməti ezamiyyətdən gəlmiş hesab edilərək, ərzaq təminatına salınmaqla öz xidməti vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli 288 №-li əmrində (əsas: §3, sıra-5; əmrdə atasının adı “Heybətalı” yazılmışdır) Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N7-ci il tarixli müvafiq əmrinə əsasən, xidmət müddəti başa çatdığına görə Ordu sıralarından tərxis olunmuş, sürücü-sanitar, baş əsgər İddiaçı Heybətalı oğlunun şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıaxarılaraq, qeydiyyata alınmaq üçün Quba RHK-na göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin oktyabr N7-ci il və N №-li hərbi hissə komandirinin oktyabr N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezamiyyətə göndərilməsi, yaralanması barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi, iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanmasını təsdiq edən hərhansı bir sübut mövcud deyildir. Eyni zamanda iddiaçı N7-ci ildə olmuş hadisə ilə əlaqədar tələblər irəli sürür ki, həmin vaxtan uzun müddət keçmiş sübutların əldə edilməsi imkanlarıda çətinləşmişdir. Məhkəmə hesab edir ki, bu qeyd edilən hal iddiaçının məsuliyyəti dairəsində qiymətləndirilməlidir və cavabdeh inzibati orqana xəstəliyin səbəb əlaqəsini dəyişdirməyə əsas olan hər hansı bir sübut təqdim edilməddiyi üçün iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-265/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-265/2023
17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver