Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2651/2024 20.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X10 Filialına qarşı təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2020-ci il tarixdən təyin edilməsi və həmin müddətdən xx.xx.2023-cü il tarixədək ödənilmiş yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyasının arasında olan fərqin çıxılmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ailə başçısını itirdiyinə görə təyin edilmiş əmək pensiyasının 2020-ci ilin iyun ayından hesablanaraq fərqin ödənilməsi öhdəliyinni cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-13711/2023 saylı qərardadı ilə inzibati işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2020-ci il tarixdən təyin edilməsi və həmin müddətdən xx.xx.2023-cü il tarixədək ödənilmiş yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyasının arasında olan fərqin çıxılmaqla ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ailə başçısını itirdiyinə görə təyin olunan pensiya Azərbaycan Respublikasının Pensiya haqqında mövcud qanuna görə düzgün hesablanmamışdır. Belə ki, bu pensiyanı almaq hüququ 2020-ci ilin iyun ayında yaranmışdır. Cavabdeh orqan isə onun yaşa görə əmək pensiyasını ailə başçısını itirməyə görə əmək pensiyasına onun müraciət etdiyi 2023-cü ilin mart ayından keçirmiş və ödəməyə başlamışdır. O, cavabdehə müraciət edərək ailə başçısını itirdiyinə görə təyin olunan pensiyanı 2020-ci ilin iyun ayından hesablanaraq yaranan fərqin ödənilməsini xahiş etmişdir. Lakin cavabdehdən imtina cavabı almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Z.Sadullayev iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı Fondun Xüsusi Şərtlərlə X10 Filialına müraciət edərək onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun 2020-ci ilin may ayından yarandığını bildirmiş və həmin tarixdən pensiya fərqinin hesablanaraq ödənilməsini xahiş etmişdir. İddiaçıya 11 avqust 2023-cü il tarixli 3-17-1 /2-S- 182412/2023 nömrəli məktubla imtina cavabı verilmişdir. Belə ki, iddiaçı 07 mart 2023-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Fondun Maliyyə və Mühasibatııq üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixədək (aylıq pensiya məbləği 327.21 manat) yaşa görə əmək pensiyası ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 34.2-ci maddəsinə əsasən, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçıya 06 aprel 2023-cü il tarixdə mərhum X1 müvafiq təminat xərcliyinin (866,50 manat) 80 faizi -693,20 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və 07 mart 2023-cü il tarixdən yenidən hesablanmışdır. Bununla əlaqədar olaraq, iddiaçıya cari ilin mart ayı üzrə (25 gün üçün) Xüsusi Şərtlərlə X10 Filial tərəfindən ödənilməli olan 559,03 manat pul vəsaitindən Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filial tərəfindən həmin dövr üzrə ödənilmiş 263,87 manat pul vəsaiti çıxılmış, qalıq 295.16 manat fərq məbləği cari ilin aprel ayında iddiaçının müvafiq kart hesabına köçürülmüşdür. Bildiririk ki, yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmur. Buna görə də, Mərkəzi Filialın iddiaçıya ödənilməli hər hansı borc məbləği yoxdur. İddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının ödənişləri 327,21 manat olmaqla xx.xx.2023-cü il tarixədək ödənilmiş, daha sonra iddiaçı tərəfindən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün mərkəzi filiala müraciət edildikdən sonra ona sonuncu pensiya növündə əmək pensiyası təyin edilərək 07 mart 2023-cü il tarixdən ödəniş həyata keçirilmişdir. Cavabdehin nümayəndəsi L.Məmmədova etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : -iddiaçıya aid şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. -Əmək pensiyasının təyin edilmısi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən ailə başçısını itirməyə görə 693,20 manant pensiya təyin edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçının əri X2 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra onun müraciətinə əsasən xx.xx.2023-cü il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təin edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək 2023-cü ilin aprel ayında təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının 2020-ci ilin may ayından (61.5 yaş) təyin olunmasını xahiş etmişdir. Cavabdeh isə iddiaçıya pensiyanın düzgün olaraq müraciət etdiyi vaxtdan təyin olunmasını bildirərək imtina cavabı vermişdir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu : Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Maddə 34.1 Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Maddə 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Maddə 99. Təyin olunmuş pensiyaların yenidən hesablanması müddətləri Təyin olunmuş pensiyalar aşağıdakı müddətlərdə yenidən hesablanır: pensiyanın artırılması hüququ yarandıqda, ərizə bütün lazımi sənədlərlə birlikdə ayın 15-dək verilmişdirsə - müraciət edilən ayın 1-dən, ayın 15-dən gec təqdim edilmişdirsə— növbəti ayın 1-dən; Maddə 37.7 (2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş redaksiyada) keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması üçün xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. "Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 10 mart tarixli Qanunla əlavə edilmiş və 2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş 32.1-1-ci maddəyə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1 -1 -ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. 28 aprel 2022-ci il tarixədək qüvvədə olmuş Nazirlər Kabinetinin 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə Qanunun 34-cü maddəsinə uyğun olaraq aparılır. Həmin Qaydaların 6.2-ci bəndinə görə pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. 6.4. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarının 6.4-cü bəndinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Məhkəmə hesab edir ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ istinad olunan Qaydaların qüvvəyə mindiyi tarixdən əvvəl yarandığından və həmin norma onun vəziyyətini pisləşdirdiyindən onun barəsində daha əvvəl qüvvədə olan (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qəraı ilə təsdiq edilmiş) Qaydalar tətbiq olunmalı və onun müraciət etdiyi vaxtdan əvvəlki üç il üçün (eyni zamanda hüququ yarandığı) vaxtdan təyin edilməlidir. Beləliklə, istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2020-ci il tarixdən təyin edilməsi və həmin müddətdən xx.xx.2023-cü il tarixədək ödənilmiş yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyasının arasında olan fərqin çıxılmaqla ödənilməsi ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X10 Filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2020-ci il tarixdən təyin edilməsi və həmin müddətdən xx.xx.2023-cü il tarixədək ödənilmiş yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyasının arasında olan fərqin çıxılmaqla ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X10 Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2651/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2651/2024
20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver