Məhkəmə qərarları › İş №2-1(118)-2653/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2653/2022

30.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2653/2022 30.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2021-ci ilin avqust ayından dayandırılmış İİ dərəcə əlilliyinin bərpa olunaraq, həmin tarixdən İİ dərəcəli əlilliyinin müddətsiz təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ttələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2021-ci ilin avqust ayından dayandırılmış İİ dərəcə əlilliyinin bərpa olunaraq, həmin tarixdən İİ dərəcəli əlilliyinin müddətsiz təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, orta məktəbdə təhsil dövründə yıxılarkən aldığı travma ilə əlaqədar olaraq ona 10 may 2000-ci il tarixdə 2-ci qrup əlillik təyin edilmişdir. Bundan sonra qanunvericiliyə uyğun olaraq 2003, 2014, 2015, 2016-cı illərdə müvafiq qaydada müayinələrdən keçmiş, 2016-cı ildə isə 5 il müddətinə əlillik təyin edilmişdir. Həmin müayinələrin nəticələrinə görə əlilliyi davam etdirilmişdir. 2021 -ci ilin avqust ayına qədər, yəni 20 il 3 ay əlilliyi ilə əlaqədar sosial müavinət (pensiya) almışam. Lakin 2021-ci ilin sentyabr ayından mənə müavinətin verilməsi dayandırılmlşdır. Bundan sonra 2 dəfə müvafiq qaydada müayinədən keçmiş, lakin ona əlillik təyin edilməmişdir. Halbuki, göz görmə qabiliyyətində hər hansi bir irəliləyiş olmamış, əksinə daha da ağırlaşma müşahidə olunmuşdur. O, 20 il 3 ay müddətində fasiləsiz olaraq əlilliyə görə müavinət almışdır. Lakin hər hansı bir əsas olmadan onun bu hüququ qanunsuz olaraq dayandırılmışdır.Bununla əlaqədar olaraq cavabdeh orqana xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, əlilliyinin 2021-ci ilin avqust ayından bərpa olunaraq davam etdirilməsini xahiş etsə də, müraciətindən 40 gündən artıq vaxt keçməsinə baxmayaraq rəsmi cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Cavabdeh məhkəməyətə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Ağdaş rayon Mərkəzi Xəstəxanasının xx.xx.2000-ci ii tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Sağlamlıq imkanları məhdud uşaqlar; X1: Vİl Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H49-H52 - Göz alması əzələlərinin xəstəlikləri, gözlərin müştərək hərəkətinin, akkomodasiya və refraksiyanın pozğunluqları => H52 - Refrak...; Diaqnozun mətni: OU-Yüksək dərəcəli miopik astiqmarizm. Vod=0,1 k/il, Vos=0,09 k/itə.; Meyar: 2. İki il müddətinə: => 2.2. analizator sistemlərinin pozulmaları: => 2.2.1. hər iki gözün görmə itiliyinin zəifləməsi, yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0,2-dən aşağı olması və ya gör..." səbəbi ilə 2 il əlillik dərəcəsi verilmişdir. Ağdaş rayon Mərkəzi Xəstəxanasının xx.xx.2003-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H49-H52 - Göz alması əzələlərinin xəstəlikləri, gözlərin müştərək hərəkətinin, akkomodasiya və refraksiyanın pozğunluqları => H52 - Refrak...; Diaqnozun mətni: OU-Yüksək dərəcəli miopik astiqmarizm. Vod=0,1 k/il. Vos=0,09 k/ilə.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: OU-Yüksək dərəcəli miopik astiqmarizm. Vod=0,1 k/il. Vos=0.09 k/ilə...” səbəbi ilə 1 il əlillik dərəcəsi verilmişdir. Ağdaş rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H49-H52 - Göz alması əzələlərinin əstəlikləri, gözlərin müştərək hərəkətinin, akkomodasiya və refraksiyanın pozğunluqlar} => H52 - Hefrak Diaqnozun mətni: OU- Yüksək dərəcəli miopik astiqmarizm, Vod~0,1 к/Н. Vos=Ö,Ö9'k/üə.; Meyar; 2.2. İkinci dərəcə əlillik => 2.2.13. Hər 2 gözdə görmə itiliyinin :korreksiya ilə 0,08-dən aşağı olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması,” səbəbi iiə 1 il əlillik dərəcəsi verilmişdir.Ağdaş Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixil göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1; Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri N49-H52 - Göz alması əzələlərinin xəstəlikləri; gözlərin müştərək hərəkətinin, akkomodasiya və refraksiyanın pozğunluqları 4> H52 - Refrak...; Diaqnozun mətni: OU-Yüksək dərəcəli miopik astiqmarizm. Vod=Q,1 m\. Vos-0,09 k/iiə.; Meyar: 2.2. ikinci dərəcə əlillik -> 2.2.13. Hər 2 gözdə görmə itiliyinin kprreksiya ilə 0,08-dən aşağı olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması Ysəbəhi ilə 1 il əlillik dərəcəsi verilmişdir.Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəliklər; => H49-H52 - Göz alması əzələlərinin xəstəlikləri, gözlərin müştərək.hərəkətinin, akkomodasiya və refraksiyanın pozğunluqları -> H52 - Refrak...; Diaqnozun mətni: OU- Yüksək dərəcəli miopik astiqmarizm. Vod~0,l k/il. Vos=ö,Ü9 k/ilə.; Mdyar: 2.2. İkinci dərəcə əlillik ~> 2.2.13. Hər 2 gözdə görmə itiliyinin korreksiya ilə 0,08- dəp aşağı oinrasi və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması." səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçıya sonuncu dəfə 5 il müddətinə İİ qrup əlillik təyin edilmiş və 2021-ci il tarixdə müddəti bitdiyi üçün pensiya ödənişi dayandırılmışdır. Həmin tarixdən sonra İddiaçı təkrar müraciəti ilə bağlı heç bir məlumat daxil olmamışdır. İş materiallarında olan : -İddiaçıya məxsus AA № ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o xx.xx.1986cı il təvəllüddür. - X3 adına Milli Oftalmologiya Mərkəzi tərəfindən verilmiş tibbi rəylərdən görünür ki, İddiaçı diaqnozu “mürəkkəb mioplu astqmatizm,periforlu xorioretinal distrofiya,Ambliopiya”dır. -elektron sistamdən çıxarışlardan görünür ki, X2 ilk dəfə xx.xx.2000-ci ildə ll dərəcəli əlillik təyin edilmiş, daha sonra hər dəfə 1 il müddətinə olmaqla, 2016-cı ildə 5 il müddətinə əlilliyin müddəti uzadılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndində əlilliyin müəyyən olunması meyarları göstərilmişdir. Həmin Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkət etmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. Həmin Qərarın 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçıya ilk dəfə əlillik 2000-ci ildə təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçının 2022-ci ilin may aylnda etdiyi müraciəti cavabdeh tərəfindən cavabsız qalmışdır. Məhkəmə qeyd edir ki, ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 2021-ci ilin avqust ayından dayandırılmış İİ dərəcə əlilliyinin bərpa olunaraq, həmin tarixdən İİ dərəcəli əlilliyinin müddətsiz təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 2021-ci ilin avqust ayından dayandırılmış İİ dərəcə əlilliyinin bərpa olunaraq, həmin tarixdən İİ dərəcəli əlilliyinin müddətsiz təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun . Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar