Məhkəmə qərarları › İş №2-1(118)-2655/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2655/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2655/2022 30.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 2 yaşayan), Cavabdehin nümayəndəsi X8 (DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 2007-ci ildən xx.xx.2020-ci il tarixədək xəstə anası X2 qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilərək 01 mart 2022-ci il tarixdən 5 uşaq anası kimi əmək pesniyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək akta əsasən 2007-ci ildən xx.xx.2020-ci il tarixədək xəstə anası X2 qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməklə, 01 mart 2022-ci il tarixdən 5 uşaq anası kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1964-cü ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1984-cü ildə başlamışdır. Ona məxsus ИT-İ serixalı ******* saylı əmək kitabçasına görə iş stajı 22 il 08 ay 12 gün təşkil edir. xx.xx.2006-cı il tarixədək iş stajım 21 il 5 ay 11 gündür. O,5 usaq anasıdır və həmin uşaqları 8 yaşınadək böyüdüb tərbiyə etmişdir. 2007-ci ildən vəfat etdiyi tarixədək, yəni xx.xx.2020-ci ilə qədər anası X3 baxıb qulluq etmişdir. Anası hərəkətsiz yataq xəstəsi olmuşdur. Anasına qulluq etməsini Sumqayıt şəhər H.Zeynalbadin qəsəbəsi icra nümayəndəliyinin 12 aprel 2022-ci il tarixli aktı təsdiq edir. İddiaçı əmək pensiyasının təyin edilməsi ilə bağlı Sumqayıt Asan Xidmət Mərkəzinə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı özünün 06 may 2022-ci il tarixli məktubu ilə müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün Filiala müraciət etmiş, 5 uşağı doğub 8 yaşınadək böyütməsi və xəstə anasına 2007-2020-ci illərdə qulluq etdiyi illərin sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müraciətin müsbət həlli mümkün olmamışdır.Filial tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********1 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı ümumi stajı 22 il 8 ay 12 gün, pensiya kapitalı 18030.70 manat təşkil edir. Həmçinin iddiaçının mərhum X2 qulluq etdiyi dövrlərin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadığından sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, ümumi sığorta stajı tələb olunan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan : - iddiaçıya məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1964-cü il təvəllüdlüdür. - Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Gənclik küçəsinin sakinləri tərfindən tərtib edilmiş və Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş 17.10. 2022-ci il tarixli aktdan görünür ki, həqiqətən X4 2007-ci ildən yataq xəstəsi olmuş, vəfat etdiyi günə qədər qızı İddiaçı ilə ünvan 2 ünvanda yaşamış və qızı ona baxaraq qullu etmişdir. -iddiaçının adına açılmış ИТ-İ № 235825 seriyalı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1984-xx.xx.1994-cü illərdə Sumqayıt şəhər 6 nömrəli məktəbdə, xx.xx.1994xx.xx.2006-cı illərdə 19 nömrəli bağçada,xx.xx.2006-xx.xx.2006-cı illərdə N saylı hərbi hissədə, xx.xx.2014-xx.xx.2014-cü illərdə N saylı hərbi hissədə işləmişdir. - Qobustan rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.2002-ci ildə vəfat etmişdir. - AЗ № 701455 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki,İddiaçıxx.xx.1964-cü ildə anadan olmuş, ata qrafasında X1, ana qrfasında X5 qeyd edilmişdir. -doğum haqqında şəhadətnamələrdən görünür ki, iddiaçının xx.xx.1985-ci il təvəllüdlü Cəmilə, xx.xx.1986-cı il təvəllüdlü Ramilə, xx.xx.1988-ci il təvəllüdlü Vüsalə, xx.xx.1990-cı il təvəllüdlü Bəsti və xx.xx.1997-ci il təvəllüdlü Səbuhi adlı övladları var. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür, 5 uşaq (xx.xx.1985-ci il təvəllüdlü Cəmilə, xx.xx.1986-cı il təvəllüdlü Ramilə, xx.xx.1988-ci il təvəllüdlü Vüsalə, xx.xx.1990-cı il təvəllüdlü Bəsti və xx.xx.1997-ci il təvəllüdlü Səbuhi ) doğub onları səkkiz yaşadək tərbiyə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanının məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və ya eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 8.1-ci madəsinə görə beş və daha çox uşaq doğub onları səkkiz yaşına kmi tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 8.2-ci maddəsinə əsasən 18 yaşa kimi sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsində uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1 maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti daxil edilir. http://www.e-qanun.az/alpidata/framework/data/11/c_f_11566.htm Məhkəmə araşdırması zamanı iddiaçının anası T.Nurəhmədovanın 2007-2020-ci illərdə yataq xəstəsi olan ahıl anasına qulluq etməsi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının H.Zeynalabdin qəsəbəsi İƏD üzrə nümayəndəliyi və qonşuları tərəfindən tərtib edilmilş aktıa təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının anasına qulluq etdiyi müddətin onun sosial sığorta stajına daxil olunmasından imtina edilməklə iddiaçının hüquqları pozulmuşdur. Həmin müddət iddiaçının sosial sığorta stajına daxil edildikdə onun “Əmək pensiyaları haqqında” Qanunun həm 8.1-ci, həm də 8.2-ci maddəsində göstərlən şərtlər daxilində yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 2007-ci ildən xx.xx.2020-ci il tarixədək xəstə anası X2 qulluq etdiyi dövrün sosial sığorta stajı hesab edilməklə, iddiaçıya 01 mart 2022-ci il tarixdən 5 uşaq anası kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 2007-ci ildən xx.xx.2020-ci il tarixədək xəstə anası X2 qulluq etdiyi dövrün sosial sığorta stajı hesab edilməklə, iddiaçıya 01 mart 2022-ci il tarixdən 5 uşaq anası kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar