Məhkəmə qərarları › İş №2-1(118)-266/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-266/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-266/2022 11.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X7 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ünvan 6 ünvanında yerləşən 34 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 01 sentyabr 2021-ci il tarixli, **********949 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti, X7 oğlu, X9 oğlu, Hüseynov Məhəmməd Gülməmməd oğlu məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. 12.07.1976-cı ildən 24.08.2012-ci ilə qədər “Üzvi Sintez” zavodunda işləmişdir. Bunu ona məxsus NT-1 seriyalı ******* saylı əmək kitabçası, “Üzvi-Sintez” İB-nin 21.05.2021-ci il tarixli 17 saylı “Azərkimya” İB-nin 26.05.2021-ci il tarixli məktubu təsdiq edir. "Üzvi-Sintez” zavodunda işlədiyi zaman mənzil növbəsində dayanmış və ona “Üzvi-Sintez” İB-nin X1 Komitəsi və Mənzil-Məişət Komissiyasının 10.05.1990-cı il tarixli, 6 saylı Protokoluna əsasən ünvan 2 ünvanında mənzil ayrılmış və bu 07.09.1990-cı il tarixli 58/132 saylı orderlə təsdiqlənmişdir. Qeyd edilən faktı 07.09.1990-cı il tarixli, 58/132 saylı order, yuxarıda adı qeyd edilən 21.05.2021-ci il tarixli və 26.05.2021-ci il tarixli arayışlar təsdiq edir. Qeyd edilən sənədlər təsdiq edir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 38A/44 saylı evin, 34-cü mənzili iddiçıya verilmişdir və həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Sumqayıt 6 saylı Mənzil-Kommunal Sahəsinin 574 saylı 16.06.2021-ci il tarixli, 2 №-li forma arayışına görə mənzildə 4 nəfər qeydiyyatda olmaqla yaşayır. Mənzilin sahibi kimi o, həmin mənzildə 09.10.2010-cu ildən qeydiyyatda olmaqla yaşayır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq iddiaçı ünvan 3 ünvanında yerləşən 34 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq cavabdeh özünün 01.09.2021-ci il tarixli məktubu ilə bildirmişdir ki, “yaşayış sahəsinin dövlət mənzil fonduna aid olub-olmaması barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, sözügedən yaşayış sahəsinə dair arxiv sənədləri aşkar edilməmişdir. Buna görə də xahişlərindən imtina olunmuşdur”. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Beləki yuxarıda qeyd edilən sənədlər təsdiq edir ki, ünvan 2 Sumqayıt “Üzvi Sintez” İB-nin Müdriyyətinin, HİK-nin, Mənzil-Məişət Komissiyasının 10.05.1990-cı il tarixli 6 saylı Protokolu əsasında iddiaçıya verilmişdir (58/132 saylı Order). 08.07.1982-ci ildə qəbul edilmiş və 01.10.2009-cu il tarixinə kimi qüvvədə olmuş AR- nın Mənzil Məcəlləsinin 33-cü maddəsinə görə “Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar iş yerində....uçota götürülür”. “AR-da Mənzil Fondunun özəlləşdirilməsi haqqında” qanunun 8-ci maddəsinə görə “mənzilin özəlləşməsi üçün razılıq ərizəsi, 2 №-li forma-arayış, mənzil sahəsinin orderi olduğu halda mənzillər özəlləşdirilir. Bu sənədlərdən əlavə sənədlər tələb edilə bilməz”. Yuxarıda qeyd edilənlərə əsaslanaraq ünvan 6 ünvanında yerləşən 34 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. AR İMP-nin 33-cü maddəsinə görə “Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı ünvan 6 ünvanında yerləşən 34 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 17 iyun 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, yaranmış zərurətlə əlaqədar olaraq, yaşayış sahəsinin dövlət mənzil fonduna aid olub- olmaması, sözügedən yaşayış sahəsinin dövlət qeydiyyatına alınmasına münasibət bildirilməsi ilə bağlı Sumqayıt Şəhər icra Hakimiyyətinə 25 iyun 2021-ci il tarixli **********44 nömrəli sorğu ünvanlanmış və sorğuya cavab olaraq bildirilmişdir ki, sözügedən yaşayış sahəsinə dair arxiv sənədləri aşkar edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında’ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ünvan 6 ünvanda yerləşən 34 nömrəli mənzil üzərində İddiaçı hüquqlarının qeydiyyata alınmasından imtina edilmiş və bu barədə ona 01 sentyabr 2021-ci il tarixli **********49 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatının 22.02.2022-ci il tarixli çıx 6 saylı rəyinə əsasən mübahisə predmeti olan, yaşayış sahəsi 30,2 kvadrat metrdən ibarət 2 otaqlı ünvan 3 ünvanında yerləşən 34 saylı mənzil ictimai mənzil fonduna aid olmuş, “Üzvi Sintez" zavodunun 10.05.1990-cı il tarixli 6 saylı protokoluna əsasən həmin müəssisənin işçisi iddiaçi İddiaçı adına mənzilə dair 07.09.1990-cı il tarixli 58/132 saylı order verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 16.09 2010-cu il tarixli 153 saylı sərəncamı ilə "Azərkimya" İstehsalat Birliyinin zavodlarının balansında olan 26 yataqxana və 9 yaşayış evi ( cəmi 35 bina),o cümlədən, 2-ci mikrorayonda yerləşən 38a/44 saylı yaşayış binası Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilmişdir. Beləliklə, mənzilə dair order “Üzvi Sintez" zavodu tərəfindən verildiyindən, şöbənin arxivində mübahisə predmeti olan, 2 otaqlı ünvan 6 ünvanında yerləşən 34 saylı mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Hazırda mübahisəli mənzildə iddiaçı da daxil olmaqla 4 nəfər ( özü, əri və 2 oğlu) qeydiyyatdadır. Qeyd edilənlərə əsasən iddia tələbinə baxılmasını məhkəmənin mülahizəsinə buraxmışdırlar. Üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X7 oğlu iştirak etmiş, izahatında mənzilin özəlləşdirilməsinə etiraz etmədiyi bildirərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər üçüncü şəxslər Hüseynov Məhəmməd Gülməmməd oğlu və X9 oğlunun 09.03.2022-ci il tarixdə daxil olmuş ərizələrinə əsasən üçüncü şəxslər məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmiş, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: 07.09.1990-cı il tarixli 58/132 nömrəli orderə əsasən ünvan 7 ünvanında yerləşən 34 saylı mənzil Hüseynova (Rəşidova) Solmaz Rəşid qızının adına qeydiyyata alınmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 16 sentyabr 2010-cu il tarixli 153 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 263s nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azərikimya» istehsalat Birliyinin zavodlarının balansında olan bina və tikililər Sumqayıt şəhər icra hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı X4 balansına qəbul edilmişdir. X2 balansından Sumqayıt şəhər İcra Hakimiyyətinin balansına verilən bina və tikililərin siyahısına əsasən 38a/44 nömrəli yaşayış binası Sumqayıt şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 03 sentyabr 2010-cu il tarixli 88 s saylı Sərəncamına əlavə ) Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 22 fevral 2021-ci il tarixli 99 saylı Arxiv arayışına əsasən Sumqayıt Şəhər XDS İK-nın 10.05.1990-cı il tarixli 6 №-li protokolu mövcud deyil. 1990-cı il üzrə aprel- may-iyun aylarına dair iclas protokollarında vətəndaş Hüseynova (Rəşidova) Solmaz Rəşid qızının adına mənzil verilməsi barədə məlumat aşkar olunmamışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı Mənzil-Kommunal Sahəsinin 574 saylı, 16.06.2021-ci il tarixli Forma-2 arayışından görünür ki, ünvan 7 ünvanında yerləşən 34 saylı mənzilin sahibi İddiaçı olmaqla aşağıdakı şəxslər daimi qeydiyyatdadır:

1. İddiaçı

2. X7 oğlu

3. X9 oğlu

4. Hüseynov Məhəmməd Gülməmməd oğlu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 17 yanvar 2022-ci il tarixli məktubuna əsasən sorğuda qeyd olunan ünvanda yerləşən bina Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının və SOCAR-ın müvafiq sərəncamları ilə (surəti əlavə olunur) SOCAR-ın balansından çıxarılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 21 yanvar 2022-ci il tarixli **********171 saylı məktubuna əsasən ünvan 6 nömrəli binada ümumilikdə 32 mənzil özəlləşmişdir ki, onların 24-ünə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, 8-nə isə qeydiyyat vəsiqəsi verilmişdir. Bundan əlavə, vətəndaş İddiaçı sözügedən binada yerləşən 34 nömrəli mənzilin özəlləşdirilməsi ilə bağlı müraciəti əsasında 02.04.2021-ci il tarixdə AR Dövlət Neft Şirkətinə sorğu ünvanlanmış və sorğuya cavab məktubunda “Üzvi-Sintez” zavodunun Həmkarlar ittifaqı Komitəsinin birgə iclasının 10.05.1990-cı il tarixli, 06 nömrəli protokolu təqdim edilməmişdir. 25.06.2021-ci il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlansa da cavab məktubunda sözügedən yaşayış sahəsinə dair arxiv sənələrinin aşkar edilmədiyi qeyd olunmuşdur. Notarial qaydada təsdiq edilmiş **********504, **********481, **********503 saylı ərizələrə müvafiq olaraq X7 oğlu, X9 oğlu, Hüseynov Məhəmməd Gülməmməd oğlu ünvan 7 ünvanında yerləşən 34 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həm də əsaslıdır. Belə ki, iddiaçı ünvan 6 ünvanında yerləşən 34 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını istəyir. İddiaçı qeyd edir ki, o, 12.07.1976-cı ildən 24.08.2012-ci ilə qədər “Üzvi Sintez” zavodunda işləmişdir. Bunu ona məxsus ИТ-İ seriyalı ******* saylı əmək kitabçası, “Üzvi- Sintez” İB-nin 21.05.2021-ci il tarixli 17 saylı “Azərkimya” İB-nin 26.05.2021-ci il tarixli məktubu təsdiq edir. "Üzvi-Sintez” zavodunda işlədiyi zaman mənzil növbəsində dayanmış və ona “Üzvi-Sintez” İB-nin X1 Komitəsi və Mənzil-Məişət Komissiyasının 10.05.1990-cı il tarixli, 6 saylı Protokoluna əsasən ünvan 2 ünvanında mənzil ayrılmış və bu 07.09.1990-cı il tarixli 58/132 saylı orderlə təsdiqlənmişdir. Qeyd edilən faktı 07.09.1990-cı il tarixli, 58/132 saylı order, yuxarıda adı qeyd edilən 21.05.2021-ci il tarixli və 26.05.2021-ci il tarixli arayışlar təsdiq edir. Qeyd edilən sənədlər təsdiq edir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 38A/44 saylı evin, 34-cü mənzili iddiçıya verilmişdir və həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Sumqayıt 6 saylı Mənzil-Kommunal Sahəsinin 574 saylı 16.06.2021-ci il tarixli, 2 №-li forma arayışına görə mənzildə 4 nəfər qeydiyyatda olmaqla yaşayır. Mənzilin sahibi kimi o, həmin mənzildə 09.10.2010-cu ildən qeydiyyatda olmaqla yaşayır. Cavabdeh isə sözügedən yaşayış sahəsinə dair arxiv sənədlərinin olmamasını əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 12.07.1976-cı ildən 24.08.2012ci ilə qədər “Üzvi Sintez” zavodunda işləmişdir. ( ИТ-İ seriyalı ******* saylı əmək kitabçası) 07.09.1990-cı il tarixli 58/132 nömrəli orderə əsasən ünvan 7 ünvanında yerləşən 34 saylı mənzil Hüseynova (Rəşidova) Solmaz Rəşid qızının adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı Sumqayıt şəhər XDS İK-nın 26.07.1990-27.09.1990cı il tarixli iclas protokollarına baxış zamanı İddiaçı adına mənzilin ayrılması barədə məlumat aşkar olunmamışdır. “Üzvi Sintez” HİK-nin və Mənzil-Məişət Komissiyasının protokolları Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. (Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt filialının 13.12.2021-ci il tarixli, 114 saylı məktubu) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sorğuda qeyd olunan ünvanda yerləşən bina Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının və SOCAR-ın müvafiq sərəncamları ilə (surəti əlavə olunur) SOCAR-ın balansından çıxarılmışdır. (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 17 yanvar 2022-ci il tarixli məktubu) Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 16.09 2010-cu il tarixli 153 saylı sərəncamı ilə "Azərkimya" İstehsalat Birliyinin zavodlarının balansında olan 26 yataqxana və 9 yaşayış evi ( cəmi 35 bina),o cümlədən, 2-ci mikrorayonda yerləşən 38a/44 saylı yaşayış binası Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti mənzilin özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. (Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatının 22.02.2022-ci il tarixli çıx 6 saylı rəyi) Habelə notarial qaydada təsdiq edilmiş **********504, **********481, **********503 saylı ərizələrə müvafiq olaraq X7 oğlu, X9 oğlu, Hüseynov Məhəmməd Gülməmməd oğlu ünvan 7 ünvanında yerləşən 34 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişdirlər. Məhkəmə qeyd edir ki, iddiaçıya mənzilin verilməsinə əsas olmuş order hal-hazırda da qüvvədə olmaqla, hər hansı bir qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Bundan əlavə, həmin tarixdən mənzilin iddiaçının və onun ailə üzvlərinin istifadəsində olması və mənzillə bağlı digər şəxslərlə hər hansı bir mübahisənin olması müəyyən olunmur. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın əsaslı olmasını sübut edir və iddiaçıya müvafiq çıxarışın verilməməsi, onun mülkiyyət hüququnu pozur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Avropa Məhkəməsi öz qərarlarında daşınmaz əmlakdan istifadə və sərəncamda məhdudiyyətlər yaranmasını mülkiyyət hüququnun pozulması kimi qiymətləndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycan”a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə “sosial kirayə müqaviləsi” bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının “mülkiyyəti” hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirilmişdir. Hazırkı işdə də, inzibati orqanın mübahisələndirilən imtinası iddiaçının müvafiq sənədləri olsada mülkiyyətindən tam istifadə edə bilməsində məhdudiyyətlər yaratmış, onun yuxarıda qeyd olunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının mülkiyyətində olan mənzil üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanunsuz olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 6 ünvanında yerləşən 34 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 6 ünvanında yerləşən 34 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar