Məhkəmə qərarları › İş №2-1(118)-2663/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2663/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2663/2023 20.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan JN-309 KOD 30319018 N-li Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən X2 adına verilmiş 17 may 2016-cı il tarixli 0.37 ha torpağa dair ********** qeydiyyat KOD **********65 reyestr nömrəli və 0.235 ha torpaq sahəsinə dair 17 may 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair inzibati işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70), açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan JN- 309 KOD 30319018 N-li Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən X2 adına verilmiş 17 may 2016-cı il tarixli 0.37 ha torpağa dair ********** qeydiyyat KOD **********65 reyestr nömrəli və 0.235 ha torpaq sahəsinə dair 17 may 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsinə dair qərar qəbul edilməsi”ni məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba Rayonu Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli 06 N-li qərarı ilə Quba Rayonu 1-ci Nügədi kəndi ərazisindən 0.60 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ayrılmış və iddiaçının adına mülkiyyətini təsdiq edən JN-309 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsini özgəninkiləşdirməklə əlaqədar hüquqmüəyyənedici sənədləri cavabdeh təşkilata təqdim etmiş, cavabdeh özünün xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının adına olan JN-309 KOD 30319018 saylı dövlət aktına əsasən X2 adına 0.37 ha torpaq sahəsinə xx.xx.2016cı il tarixli, ********** qeydiyyat, **********5 reyestr nömrəli, 0.235 ha torpaq sahəsinə xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat, **********66 resyetr nömrəli çıxarış işlənmişdir. İddiaçı mülkiyyətinə verilmiş 0.60 ha torpaq sahəsini heç kəsə satmamış, heç bir alqı-satqı müqaviləsinə imza çəkməmişdir. İddiaçının torpağı saxtakarlıq yolu ilə mənimsənilmişdir. Ona görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə edilən JN-309 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən iddiaçıya Quba Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-cİ il tarixli Qərarı ilə 0.60 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq verilmişdir. İddia ərizəsinə əlavə edilən cavabdehin məktubundan aşkar olur ki, iddiaçının mülkiyyətində olan 0.60 ha torpaq X1. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X5 9-cu bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olmuşdur ki, həmin növ iddiaların xüsusi mümkünlük şərti iddiaçının eyni əsasla cavabdeh orqana müraciət etməsi və sonuncunun bununla bağlı imtinasının mövcud olmasıdır. Hazırkı halda iddiaçı xüsusi mümkünlük şərtinə riayət etməməklə cavabdeh orqana müraciət etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar