Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2666/2022 07.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sumqayıt bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Sumqayıt bələdiyyəsinin mülkiyyətində olan və alqı-satqı predmeti olan Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən sahəsi 50 kv m torpaq sahəsinin sahibkarlıq üçün icarəyə verilməsi məqsədi ilə müsabiqənin keçirilməsi barədə Sumqayıt bələdiyyəsi ilə müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt bələdiyyəsinin mülkiyyətində olan və alqı-satqı predmeti olan Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən sahəsi 50 kv m torpaq sahəsinin sahibkarlıq üçün icarəyə verilməsi məqsədi ilə müsabiqənin keçirilməsi barədə Sumqayıt bələdiyyəsi ilə müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ərizə ilə Sumqayıt bələdiyyəsinə müraciət edərək bələdiyyənin mülkiyyətində olan 14-cü məhəllə ərazisində yerləşən 50 kv m torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş etmişdir. hər hansı yüklülüklər və məhdudiyyətlər müəyyən edilmədiyindən bələdiyyə torpaq sahəsinin hərrac (müsabiqə) yolu ilə rəsmiləşdirilməsi üçün müvafiq prosedurlara başlanmasına dair qərar qəbul etmişdir. bunula bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalmda İdarəsi torpaq sahəsinin ayrılmasına etiraz etmədiyi barədə rəy vermiş, kadastr planı hazlranmışdır. Daha snra bələdiyyə cavabdeh inzibati orqanın Sumqayıt şəhər şöbəsinə müraciət edərək torpaq sahəsinə dair müsabiqənin keçirilməsini xahiş etmişdir. lakin həmin şöbə imtina cavabı vermiş və müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin əlavə edilmədiyini bildirmidir. Bu zaman cavabdeh orqan torpaq sahəsinin artıq bələdiyyə mülkiyyətində olmasına və artıq bir dəfə 2022-ci ildə müsabiqənin keçirilməsinə əhəmiyyət verməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Abbasov iddianı müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. əvvəlki məhkəmə iclasında iştirak etmiş cabvabdehin nümayəndəsi X5 iddianı qəbul etməmiş və izah etmişdir ki, hazırki mübahisə üzrə cavabdehliyi Əmlak Məsələləri Dövlət Xidmətinin tabeçiliyində olan “X3” Publik hüquqi şəxs olmalıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarınə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinni tələblərinə uyğun olaraq hüquqi yardım göstərilmiş və iddia tələbi üzrə cavabdehlik daşımalı olan şəxsin Əmlak Məsələləri Dövlət Xidmətinin tabeçiliyində olan “X3” Publik hüquqi şəxs olmasl izah edilmişdir. Lakin iddiaçının nümayəndəsi iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən müsabiqə və hərracların təçkilatçısı – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdmətinin tabeliyində olan “X3” publik hüquqi şəxsdir. Bundan başqa iddiaçı cavabdeh kimi Əmlak Məsələləri Dövlət Xidmətini qəbul etsə də, ilkin müeraciəti deyil Xidmətə deyil, Sumqayıt Ərazi şöbəsinə etmiş və imtina cavabı da ƏMDX_nin Sumqayıt Ərazi şöbəsi tərəfindən verilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Sumqayıt bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Sumqayıt bələdiyyəsinin mülkiyyətində olan və alqı-satqı predmeti olan Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən sahəsi 50 kv m olan torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə müsabiqənin keçirilməsi barədə Sumqayıt bələdiyyəsi ilə müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2666/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2666/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver