Məhkəmə qərarları › İş №2-1(118)-2670/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2670/2022

05.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2670/2022 05.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı ("xxxx"MMC-də ehtiyyat kadrlar bölməsində yığıcı çilingərişləyən, ünvan 1 ünvanında yaşayan) və onun vəkili Vəkil (ünvan 2 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X5 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, Hövsan qəsəbəsi, 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filailının üzərinə öhdəliyin qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək qarşı iddiaçıya mövcud qanunvericiliyə əsasən pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli əsaslarla əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filailının üzərinə öhdəliyin qoyulmasıbarədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1980-ci ildə başlamışdır. xx.xx.1980-xx.xx.1983-cü illrədə keşmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur (xidmət müddəti 2 il 12 gün). xx.xx.1983-xx.xx.1985-ci illərdə "xxxx" ASC-nin UXP-101 istehsalat sahəsində texniki qurğuların təmiri və xidməti üzrə çilingər peşəsində (2 il 12 gün), xx.xx.1985-xx.xx.1987-ci illərdə Azərbaycan Boru Yayma Zavodunun boru yayma sexində “140” aqreqatında soyuq şöbədə növbətçi personal üzrə təmirçi çjlingər (1 il 4 ay 22 gün), xx.xx.1987-xx.xx.1991-ci illərdə “Azkimyatəmir” Trestinin 3 saylı TTQİ-də təmirçi çilingər (4 il 29 gün), xx.xx.1991xx.xx.1992-ci illərdə 5 nömrəli sahədə quraşdıncı çilingər (1 il 7 ay 8 gün), xx.xx.1992xx.xx.2002-ci illərdə “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X7” zavodunun sulfanolun qurudulması və yanmkonpozisiya sexinin mexaniki təmir sahəsində təmirçi çilingər, elektrik avadanlıqların təmiri üzrə elektrik mantyoru (ödənişsiz məzuniyyətlər çıxılmaqla- 10 il 5 ay 4 gün), 17.05. 2006-xx.xx.2007-ci illərdə Sumqayıt “Sintezkauçuk” TQS-nin quraşdırma sahəsinə divinil, spirt, kauçuk istehsal avadanlıqlarının quraşdırılması üzrə quraşdırıçı çilingər (1 il 2 ay 14 gün), xx.xx.2011-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2020-ci illərdə Sumqayıt Texnologiyalar Parkında yığıcı çilingər (8 il 11 ay 27 gün), xx.xx.2020xx.xx.2021-ci ilərdə "xxxx" MMC-nin X1ynaq sexində yığıcı çilingər peşələrində işləmiş və hazıradək MMC-də ehtiyyat kadrlar bölməsində yığıcı çilingər peşəsində əmək fəaliyyətini davam edir. İşlədiyi peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verdiyindən, pensiyaya çıxmaqla əlaqədar olaraq Sumqayıt şəhər “Asan Xxidmət” Mərkəzi vasitəsi ilə cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi A.Əzizli iddianı qəbul etməyərək izah etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şisti emalı bölməsinin (10) Qazma bəndinin (10.1) fəhlələr yarımbəndində (a) bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçiçilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Cavabdeh orqana təqdim edilən 14 may 1980-cı il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin iddiaçıya aid xx.xx.2019cu il tarixli 2 nömrəli arayışda xx.xx.1983-ci il tarixdən xx.xx.1985-ci il tarixədək olan dövr ərzində 11ХП-10 istehsalatında texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər vəzifəsində işlədiyi qeyq olunmuşdur, nəticə etibarilə, işlədiyi sahə yuxarıda qeyd olunan neftin, qazın, qa kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə uyğu deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az, yəni 7 il 3 ay 21 gün təşkil edir. Eyni zamanda cavabdeh orqana təqdim edilən X2 “Etilen- Polietilen” zavodunun iddiaçıya dair 8 avqust 2018-ci il tarixli 270 nömrəli arayışınd xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğ qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən yuxarıda qeyd edilən dövr üzrə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddət iş stajına daxil etmək mümkün deyildir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiy kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imka vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiy təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşac həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48960,00 manat hesablandıc halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 39012,3 manat təşkil edir. İstinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili və isin faktik halları nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı güzəştli sosial sığorta stajı yetərəli olmadığından, fərdi hesabının sığorta hissəsində qeydə alınmıı pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün ona güzəştli şərtlərlə yasa görə əmək pensiyas təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. İş materiallarında olan : -AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüddür. -İddiaçının adına açılmış ИТ-№ ******* seriyalı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1980-cı il tarixlərdə ‘‘Sumqayıt Aşqarlar" ASC-nin VKOS sexində elektrik qaynaqçısı,xx.xx.1980-xx.xx.1981-ci il tarixləri arasında"xxxx" ASC-nin su təchizatı və kanalizasiya sahəsində əllə elektrik qaynaqçısı,xx.xx.1983-xx.xx.1985-ci il tarixlərdə "xxxx" ASC-nin UXP-101 istehsalat sahəsində texniki qurğuların təmiri və xidməti üzrə çilungər peşəsində, xx.xx.1985-xx.xx.1987-ci il tarixlərdə Azərbaycan Boru Yayma Zavodunun boru yayma sexində “140” aqreqatında soyuq şöbədə növbətçi personal üzrə təmirçi çilingər, xx.xx.1987-xx.xx.1991-ci il tarixlərdə “ Azkimyatəmir” Trestinin 3 saylı TTQİ-də təmirçi çilingər, xx.xx.1991-xx.xx.1992-ci il tarixlərdə 5 nömrəli sahədə quraşdıncı çilingər, xx.xx.1992-xx.xx.2002-ci il tarixlərdə “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X7” zavodunun sulfanolun qurudulması və yarımmkompozisiya sexinin mexaniki təmir sahəsində təmirçi çilingər, elektrik avadanlıqların təmiri üzrə elektrik montyoru, 17.05. 2006-xx.xx.2007-ci il tarixlərdə Sumqayıt “Sintezkauçuk” TQS-nin quraşdırma sahəsinə divinil, spirt, kauçuk istehsal avadanlıqlarının quraşdırılması üzrə quraşdınçı çilingər, xx.xx.2011-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2020-ci il tarixlərdə Sumqayıt Texnalogiyalar Parkında yığıcı çilingər, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasında "xxxx" MMC-nin X1ynaq sexində yığıcı çilingər peşələrində işləmiş, hazırda həmin işdə işləməyə davam edir. - НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. - "xxxx" ASC tərəfindən verilmiş 27122 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1981-ci illərdə "xxxx" ASC VKOS sexində elektrik qaynaqçı vəzifəsində işləmişdir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda 1100000a115588 kodu ilə göstərilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 02 saylı xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1983-xx.xx.1985-ci illərdə “İXP -101 istehsalatında texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər peşəsində işləmişdir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda 1100000a18559 kodu ilə göstərilmişdir. -"xxxx" ASC tərəfindən verilmiş 43 nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1985-xx.xx.1987-ci illərdə zavodun boruyayma sexində 140 aqreqatında soyuq şöbədə növbətçi personal üzrə təmirçi çilingər peşəsində işləmişdir. İşlədiy peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının İİİ bölməsinin 4 a yarımbölməsinin 2040400a-18559 sifri ilə göstərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, Qanunun tələbindən göründüyü kimi şəxsə 60 yaşdan əmək pensiyasının təyin edilməsi üçün azı 25 il ümumi, 12 il 6 ay xüsusi stajın və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcud olması tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının təhsil, hərbi xidmət və işlədiyi dövrlərin hamısı nəzərə alınmaqla ümumi iş stajı 26 il 10 ay 5 gün təşkil edir. Lakin onun xüsusi iş stajı 12 il 6 aydan az olduğundan bu hal ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istisna edir. Belə ki, iddiaçı iddia tələbinin əsaslandırdığı sübutlar kimi məhkəməyə güzəştli şərtlərlə işləməsi barədə bir neçə iş yerindən arayışlar təqdim etmişdir : 1) "xxxx" ASC-dən iddiaçının xx.xx.1980-xx.xx.1981-ci illərdə 2-ci dərəcəli elektroqaynaqçı (xx.xx.1993cü il tarixli Qərarla təsdiq edilmiş 1 nömrəli Siyahı üzrə kod 11000009-11588), xx.xx.1983xx.xx.1985-ci illərdə texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər peşəsində ( 1 nömrəli Siyahı üzrə kod 11000000-18559) , 3) "xxxx" ASC_də xx.xx.1985-xx.xx.1987-ci illərdə boruyayma sexində 140 aqreqatında soyuq şöbədə növbətçi personal üzrə təmirçi çilingər (2 nömrəli Siyahı üzrə lll bölməsinin 4 a yarımbölməsinin2040400a- 18559), 4) “Etiletin Polietilen” zavodundan -xx.xx.2006-xx.xx.2007-ci illərdə təmir quraşdırma sexinin quraşdırma sahəsində butaden, spirt, kauçuk istehsalı avadanlıqlarının quraşdırılması üzrə qurtaşdırıcı çilingər (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş Siyahının 8-ci bölməsinin 8.1.1-ci bəndi) və xx.xx.1992-xx.xx.2002-ci illərdə (xx.xx.1997-xx.xx.2001ci illərdə ödənişsiz məzuniyyətdə olmaqla) - sulfanolun quraşdırılmasıvə yarımkompozisiya sexinin mexaniki təmir sahəsində təmirçi çilingər, elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru (2 saylı Siyahı üzrə kod 2110A020). Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının 1983-1985-ci illərdə işlədiyi dövrü güzəştli iş stajı kimi qəbul etmir. Belə ki, arayışda istinad olunan 1 nömrəli Siyahıda həmin kod altında yalnız bilavasitə buruqlarında avadanlıqların təmiri ilə mə.öul olan təmirçi çilingərlər nəzərdə tutulmuşdur. Həmin dövr və iddiaçının xx.xx.1997-xx.xx.2001-ci illərdə ödənişsiz məzuniyyətdə olduğu dövr çıxıldıqda onun xüsusi iş stajı 7 ilə yaxın təşkil edir ki, bu müddət də ona güzəştli şərtlərlə əmək pensiyanının təyin edilməsinə imkan vermir. Belə olan halda məhkəmə hesab edir ki, Qanunun pensiya kapitalı ilə bağlı tələbinin yoxlanılmasına artıq zərurət qalmır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunvericiliyin mənasından görünür ki, əmək pensiyasının hesablanması üçün işçinin fəaliyyəti dövründə əmək haqqından məcburi sosial sığorta haqqının tutulması şərtdir. Əmək haqqının ödənilmədiyi halda həmin müddətin sosial sığorta stajına daxil edilməsi qanunauyğun deyildir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailının üzərinə öhdəliyin qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar