Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2671/2022 24.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Siyəzən rayonu, Yenikənd kəndində yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydinin “soyad” qrafasında “Şəfiyev”dən “Şəfiyeva”ya, cinsiyyət qrafasında “kişi”dən “qadın”a dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun adına Şabran rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğum haqqında akt qeydinin “soyad” qrafasında “Şəfiyev”-dən “Şəfiyeva”-ya, milliyyət qrafasında “kişi”-dən “qadın”-a dəyişiklik edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, onu iddiaçı, Cavabdeh qismində qəbul edilməsini, doğum haqqında akt qeydinin “soyad” qrafasında “Şəfiyev”dən “Şəfiyeva”ya cinsiyyət qrafasında “kişi”dən “qadın”a dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci ildə Şabran rayonu Tağay kəndində anadan olmuşdur. Şabran rayonunda onun adına doğum akt qeydi tərtib edilən zaman “X5” əvəzinə səhvən “X7”, uşağın cinsi isə “qadın” əvəzinə “kişi” yazılmışdır. Akt qeydində dəyişiklik edilməsi üçün Cavabdehnə müraciət etmişdir. Lakin rayon qeydiyyat şöbəsi tərəfindən cavab məktubunda dəyişiklik edilməsi üçün heç bir əsas olmadığı göstərilərək ona imtina məktubu verilmiş və məhkəməyə müraciət etməli olduğum tövsiyə edilmişdir. İddiaçının şəxsiyyət vəsiqəsi yoxdur.Əvvəllər SSRİ-i nümunəvi pasportu var idi. Sonradan həmin pasportu itirmişdir. Hal-hazırda doğum şəhadətnaməmdə səhvlər olduğu üçün şəxsiyyət vəsiqəsi ala bilmir. Bununla əlaqədar olaraq hazırki iddianı qaldırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - AЗ № ******* seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə Şabran rayonuTağay kəndində anadan olmuşdur. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarilxi arayışdan görünür ki, X1 ilə İddiaçı nikaha daxil olmaları barədə xx.xx.1983-cü il tarixdə 16 nömrəli akt qeydi tərtib olunmuşdur. -Siyəzən rayon qeydiyyat şöbələri tərəfindən verilmiş doğum haqqında arayışlardan görünür ki, iddiaçının övladları xx.xx.1984-cü il təvəllüdlü X8 və xx.xx.1988-ci il təvəllüdlü X2 atası X1, anası isə X3r. Məhkəmənin sorğusuna əsasən Şabran rayon qeydiyyat şöbəsindən alınmış 69 nömrəli xx.xx.1968-ci il tarilxli doğum haqqında akt qeydinin surətindən görünür ki, uşağın adı qrafasında “Ziyafət”, soyadı qrafasında “Şəfiyev”, ata adı qrafasında “Aydın”, cinsi qrafasında “kişi” qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı doğum haqqında akt qeydində soyadın “Şəfiyeva”, cinsin “qadıın” yazilması və müvafiq şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh özünün xx.xx.2022-ci il tarixli 43 saylı məktubu ilə imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X16: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: ..... vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ...... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı.
8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.
12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X6 doğularkən ona “Ziyafət” adı verilmiş, soyadı “Şəfiyeva”, ata adı “Aydın” olmuş və hazıradək onun bütün sənədləriə ona uyğun tərtib edilmişdir. Lakin ilkin doğum haqqında akt qeydində soyadı səhvən “Şəfiyev”, cinsi isə “kişi” kimi göstərilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və gələcəkdə iddiaçının doğum haqqında akt qeydi və şəhadətnaməsi ilə digər şəxsi sənədləri arasında ziddiyyət yaranmadığı üçün doğum haqqında akt qeydində soyadı və cinsi qrafalarında düzəliş edilərək müvafiq olaraq “Şəfiyeva”, cinsi “qadın” göstərilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı 69 saylı 18 iyun 1968-ci il tarixli doğum haqqında akt qeydinin “soyad” qrafasında soyadı “Şəfiyev”dən “Şəfiyeva”ya, cinsiyyət qrafasında “kişi”dən “qadın”a dəyişiklik edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova