Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2677/2022 12.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi Nümayəndə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Məhkəmə Mübahisələri üzrə iş şöbəsində aparıcı mütəxəssis işləyən, Abşeron rayonu, Binəqədi Gənclər şəhərciyində ev 20 mənzil 49-da yaşayan) iştirakə ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı 47 yaşı tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli əsaslarla əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filailının üzərinə öhdəliyinin qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının 47 yaşı tamam olduğu xx.xx.2013-cü il tarixdən ona güzəştli əsaslarla əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filailının üzərinə öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. O, xx.xx.1983-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Sumqayıt Kimya Zavodunun 02 saylı istehsalatda operator vəzifəsində işləmişdir.xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixinədək "xxxx" zavodunun maliyyə şöbəsində iqtisadçı vəzifəsində çalışmış, xx.xx.2003-cü il tarixdən öz xahişi İlə tutduğu vəzifədən azad olmuşdur. Onun işlədiyi operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının Vll bəndinin 1080 Б 000-17541 şifrəsinə uyğundur. Bu hal ona güzəştli pensiya təyin olunması hüququ verir. Lakin cavabdeh onun müraciətinin təmin olunmasından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının təqdim etdiyi 2 mart 1983-cü il tarixli ИТ-1 N ******* nömrəli əmək kitabçasında və “Azərbaycan Məişət Malları" ASC-nin iddiaçıya dair 8 aprel 2021-ci il tarixli 18 nömrəli arayışında xx.xx.1983 - xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Sumqayıt Kimya zavodunda 2 saylı istehsalatda operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisədə iddiaçının iş stajına dair sənədlərdə qeyd olunan məlumatların Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması məqsədilə İddiaçı dair T-2 şəxsi işə əlavə kağız yapışdırılaraq iddiaçının vəzifəsi operator kimi qeyd edildiyi məlum olmuşdur. Bundan başqa xx.xx.1983-cü il tarixdə açılmış İddiaçı məxsus ИТ-1 ******* nömrəli əmək kitabçasının titul vərəqinin sonradan yazıldığı və sözügedən əmək kitabçasının 2-3-4-cü səhifələrindəki qeydlərdə eyni zamanda iki əlifbadan (kiriİ və latın əlifbasının hərflərindən) istifadə olunduğu aşkar olunmuşdur. Bu da əmək kitabçasında qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Qeyd edilən faktlar "xxxx" ASC-nin 19 may 2021-ci il tarixli aktı ilə təsdiq edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli 18 nömrəli arayışa əsasən o, xx.xx.1983-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Sumqayıt Kimya zavodunun 02 saylı istehsalatda operator vəzifəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" zavodunun maliyyə şöbəsində iqtisadçı vəzifəsində işlədiyini və sözügedən dövrlərin onun sosial sığorta stajına Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 01 nömrəli Siyahının Vİİ bəndinin 1080B000-17541 üzrə güzəştli şərtlərlə daxil edilməli olduğunu iddia edir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 01 nömrəli Siyahısının Vİİİ bəndinin 1080B000-17541 nömrəli kod üzrə vəzifələrə məhsul istehsalında texnoloji proseslərdə tam is günü məşğul olan xalq təsərrüfatında və sənayenin başqa sahələrində müəssisələrin ustaları və fəhlələr; gevri-üzvü kimya, gübrələr, polimərlər plastik kütlələr kompozik materiallar süsə plastik və poliuretanlar, (o cümlədən tozlama üsulu ilə), kaucuklar, lak-bovama, məişət kimyası, üzvi sintez, sintetik rəngləyicilər, neft-kimya, rezin texniki və azbest, kimyəvi reaktivlər xüsusi sexlərdə, bölmələrdə, sahələrdə və qurğularda, isti zonalarında, havada 1 və 2-ci sinif təhlükəli zərərli maddələr olan yüksəktəmizlikli maddələr həmçinin kanserogenlər, sadalanan istehsalatlarda texnoloji avadanlığın və elektrik avadanlığının xidməti və təmiri ilə məşğul olan ustalar və fəhlələr aid edilmişdir. Hazırki işin hallarından məlumdur ki, iddiaçının işlədiyi vəzifə siyahı üzrə müvafiq vəzifələr üzrə ziddiyət təşkil edir.Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçının inzibati orqana müraciət etdiyi tarixdəki dövrə münasibətdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 50640,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38045,12 manat təşkil edir.İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən yas həddinə çatmasına baxmayaraq, onun ümumi və güzəştli is stajının qanunvericiliyin tələblərinə uyqun olaraq kifayət etməməsi və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən asaqı olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və etirazda göstərilənləri müdafiə edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan : -AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı Nürdi qızı xx.xx.1965-ci il təvəllüdlüdür. - -PB № 039092 seriyalı diplomun surətindən görünür ki,İddiaçı 1982-1988-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun əsas üzvi və neft kimyası sintezinin texnologiyası ixtisası üzrə tam kursu bitirmişdir. - -İddiaçının adına açılmış ИТ-№ ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1983-xx.xx.2003-cü illərdə "xxxx" İB (Azərbaycan Məişət Malları ASC-də), xx.xx.2005 - xx.xx.2007-ci illərdə "xxxx" MMC-də, xx.xx.2007-xx.xx.2017-ci illərdə "xxxx" MTK-da, xx.xx.2018-xx.xx.2018-ci illərdə və xx.xx.2019-xx.xx.2019-cu illərdə "xxxx" MMC-də işləmişdir. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Sumqayıt Məişət Kimyası zavodunun 02 saylı istehsalat sexində operator vəzifəsində işləmişdir (əmr №22k xx.xx.1983), xx.xx.1994cü il tarixdən xx.xx.2003-cü il tarixədək "Sumqayıt Məişət Kimyası'' zavodunun maliyyə şöbəsində iqtisadçı vəzifəsində işləmişdir (əmr N79, xx.xx.1994), xx.xx.2003-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının Vİİ bəndinin 1080 Б 000-17541 üzrə ona güzəştli pensiya təyin olunması hüququ verilir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində güzəştli şərtlərlə əmək pensiyası, onun üçün tələb olunan yaş həddinin nə vaxt tamamlanmasından asılı olmayaraq, yaşa və staja görə, bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə tam əmək stajının toplandığı anda qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə qadınlar - 47 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbinin əsası kimi əmək kitabçası və "xxxx" ASC tərəfindən verilmiş 8 aprel 2021-ci il tarixli 18 nömrəli arayışına istinad edir. Həmin arayışda onun xx.xx.1983 - xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Sumqayıt Kimya zavodunda 2 saylı istehsalatda operator vəzifəsində və xx.xx.1994-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində iqtisadçı vəzifəsində işləməsi qeyd edilmişdir. Eyni zamanda işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş ( ) nömrəli (arayışda Siyahının nömrəsi qeyd edilməmişdir) Siyahısının Vll bəndinin 1080 Б 000-17541 üzrə ona güzəştli pensiya təyin olunması hüququnun verildiyi göstərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin təqdim etdiyi, lakin iş materiallarına əlavə etmək üçün surətini verməkdən imtina etdiyi əmək kitabçasında iddiaçının 1983- 1994-cü ilərdə həmin müəssisədə mühəndis (“injener”) işlədiyi qeyd edilmişdir. İddiaçının nümayəndəsi bu ziddiyyətin yaranma səbəbini izah edə bilmədi. Cavabdeh DSMF-nin əməkdaşları və "xxxx" ASC-nin baş mühasibi T.Sayadovanın iştirakı ilə tərtib edilmiş qarşılıqlı yoxlama aktından görünür ki, iddiaçının müəssisədə saxlanılan T-2 şəxsi işində əlavə kağız yapışdırılmış və onun pensiya hüququ yaranması məqsədi ilə “operator” kimi işləməsi qeyd edilmişdir. Əmək kitabçasındakı titul vərəqəsində xx.xx.1983-cü il tarixdə açılması qeyd edilsə də, latın qrafikalı möhürlə təsdiqlənmiş, 2-ci səhifədə müəssisənin adı olan ştamp 1983-cü ilə aid edilsə də və işlədiyi dövr xx.xx.1983cü il tarixə aid olsa da, müəssisənin adı SSRİ Kimya Sənayesi Nazirliyinin 726 N-li əmri ilə xx.xx.1983-cü il tarixdə dəyişdirilmişdir. Bundan başqa qeyd olunmalıdır ki, cavabdehin də bildirdiyi kimi əmək kitabçasının həmin dövrə aid qeydləri kiril qrafikası ilə aparılsa da, bəzi hərflər latın qrafikası ilə yazılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının göstərilnə müəssisədə operator işləməsi əsas götürülsə belə, həmin peşə Azərbaycan Respublikası Nazrilər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda güzəştli şərtlərlə pensiya çıxmaq hüququ verən peşələrə aid edilməmişdir. İddiaçının təqdim etdiyi arayışda həmin peşənin 1 nömrəli Siyahının Vll bəndinin 1080 Б 000-17541 üzrə ona güzəştli pensiya təyin olunması hüququnun verildiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, həmin Siyahının Vll bəndi “Metallurgiya (əlvan metallar) adlanır. “Kimya istehsalı” adlanan bölmə Vlll-dir. Arayışda göstərilən 1080 Б 000-17541 kodu altında isə “Məhsul istehsalında texnoloji proseslərdə tam is günü məşğul olan xalq təsərrüfatında və sənayenin başqa sahələrində müəssisələrin ustaları və fəhlələr; gevriüzvü kimya, gübrələr, polimərlər plastik kütlələr kompozik materiallar süsə plastik və poliuretanlar, (o cümlədən tozlama üsulu ilə), kaucuklar, lak-bovama, məişət kimyası, üzvi sintez, sintetik rəngləyicilər, neft-kimya, rezin texniki və azbest, kimyəvi reaktivlər xüsusi sexlərdə, bölmələrdə, sahələrdə və qurğularda, isti zonalarında, havada 1 və 2-ci sinif təhlükəli zərərli maddələr olan yüksəktəmizlikli maddələr həmçinin kanserogenlər, sadalanan istehsalatlarda texnoloji avadanlığın və elektrik avadanlığının xidməti və təmiri ilə məşğul olan ustalar və fəhlələr aid edilmişdir ki, operator peşəsini həmin şifrəyə uyğunlaşdırmaq mümkün deyildir. Ümumiyyətlə, Siyahının “Kimya istehsalı” adlanan bölməsində “operator” peşəsi nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun yaranması öz təsdiqini tapmadığından iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2677/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2677/2022
12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver