Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2677/2023 26.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin üzərinə 2020-ci ilin noyabr ayından Azərbaycan Respublikasının müdafiəsi uğrunda alınmış əlilliyin təyin olunmasının həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Komissiyasına qarşı cavabdehin üzərinə 2020-ci ilin noyabr ayından Azərbaycan Respublikasının müdafiəsi uğrunda alınmış əlilliyin təyin olunmasının həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabehi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X1 Hüuqi şəxsi ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi xidmət vəzifgələrini yerinə yetirərkən mərmi atışı zamanı tərəfindən xəsarət almışdır. Aldığı xəsarətlər nəticəsində qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonra asteno-nevrotik təzahürlər diaqnozu qoyulmuşdur. Nəticədə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir və 15 gün müddətinə məzuniyyətə buraxılmışdır. xx.xx.2022-ci il tarixdə MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Cavabdeh orqana göndərişdə “Kəllədaxili trvmaların nəticələri, baş beyin silkələnməsi, dəqiqləşdirilməmiş enselafopatiya, postkontuzion sindrom, fəlakət keçirdikdən sonra şəxsiyətin davamlı dəyişikliyi” diaqnozu qoyulmuşdur, lakin ona itmina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının müraciəti və müvafiq səhiyyə müəssisəsinin göndərişi əsasında X2 orqanizminin funksiyalarının pozulması faizi qimətlənidirilmiş və ona “Diaqnoz əlillik əlamətləri təyin etmir” səbəbi ilə imtina cavabı verilmişdir. R.Məmrrədova Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 5778 nömrəli Şəhadətnamə verilmişdir. Hənin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli təşviş pozuntusu Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional iabii pozuntu. Mülayim dərəcədəl ifadə olunmuş uzunmüddətli posüravmatik stress pozuntusu. Keçirilmiş qapalı kfylle-beyin travması, baş beyin silkələnməsindən sonrakı voçıetativ damar davamsızhpr' diaqnozlu travmanm səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.Azərbaycan Respublikas Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-ci il tarixli 45/204 nömrəli Tibbi rəyində diaqnoz11Üzvi mənşəli (keçirilmiş qapalı kəllə-beyin travması) emosionəl-labil (astenik} pozuntu "kimi müəyyənləşdirilmişdir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.9022-xx.xx.2022-ci il tarixli 2693/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi (travma mənşəli) emosional-labil pozuntu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 3636 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (qapaiı kəllə- beyin travması) təsvis obzuntusu. Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-ci il tarixli 219/1401 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyət dəyişkənliyi. Üzvi mənşəli (qapalı kəllə-beyin travması) təşviş pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022xx.xx.2022-ci il tarixli 10036/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi. Üzvi mənşəli (qapalı kəllə-beyin travması) təşviş pozuntusu" kimi müəyyənləşdirilmişdir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 10115 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakətdən sonrakı (müharibədə yaralanma) şəxsiyyət dəyişikliyi. Postkommosion sindrom’’ kimi müəyyənləşdirilmişdir, Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir.Ünsiyyət zamanı həyəcanlılıq izlənilmiş, suallara sakit, adekvat cavab vermiş, hadisələri təfsilatı ilə danışmış, emosional labillik və astenik-qıcıqlı əlamətlər qeyd olunmuşdur.Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Həyəcantəşviş pozuntusu11 kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər qeyd olunmamışdır.Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan : - Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-cı il tarixli arayışından görünür ki, İddiaçı diaqnozunun səbəbli əlaqəsi kimi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” göstərilmişdir. -N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli travma arayışından görünür ki,İddiaçı diaqnozu “keçirilmiş qapalı kəllə beyin travnası,baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər” göstərilmişdir -Ambulator kitabçadan çıxarışdan görünür ki,İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə saatlı rayon MRX-da, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Sumayıt 4 nömrəli şəhər xəsətəxanasında, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasının PHŞ-da müalicələr alımışdır. -TSEK-nin xx.xx.20202-ci il tarixli cavabından görünür ki, İddiaçı əlillik təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi “dövlət diaqnoz əlillik əlaməti təyin etmir” göstərilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X4 tərəfindən verilmiş T/612 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı ilkin tibbi sənədlərində qeyd edilmiş “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonra asteno-nevrotik təzahürlər” diaqnozu, sonrakı dövrlərdə Respublika Psixiatriya Xəstəxanasında 07.09-xx.xx.2022-ci il tarixlərdə müalicəsi və həkim psixiatr komissiyasının xx.xx.2022-ci il tarixli “ Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi. Üzvi mənşəli (qapalı kəllə-beyin travması) stres pozuntusu” rəyi ilə öz təsdiqini tapır. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin tibbi- sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” : 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; (-). 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan electron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il “26” dekabr tarixli “19-1” nörəi qəarıilətədiq edilmiş “Ehtiyata və ya istefaya buraxımı . həbi qulluqçlara həbi xidmələ əlaqədar əillik səələinin mü .yyə olunmasıbarəə” Təlimat: 1.1-ci bənd. Bu Təlimat Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə (bundan sonra Silahlı Qüvvələr), hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda), habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. 2.1-ci bənd. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra – Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyası – “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar”) (çıxarılmışdır) 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.1.5. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; 2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik. Ekspert rəyindən müəyyən edilir ki, iddiaçı canlı müayinə olunmaqla onda “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonra asteno-nevrotik təzahürlər” diaqnozu, sonrakı dövrlərdə Respublika Psixiatriya Xəstəxanasında 07.09xx.xx.2022-ci il tarixlərdə müalicəsi və həkim psixiatr komissiyasının xx.xx.2022-ci il tarixli “ Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi. Üzvi mənşəli (qapalı kəllə-beyin travması) stres pozuntusu” diaqnozu öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsindən imtina cavabı verərkən haqlı olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə iddiaçının məruz qaldığı xəstəliklərin bir neçəsi nəzərdə tutulmuşdur. Həmin meyarların “sinir sistemi xəstəlikləri” adlanan 6-cı bəndinə görə orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzühüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətlri icra etmək qabiliyyəti) əsaslanır. İddiaçının əsas diaqnozu kimi müəyyən edilən “başın travmaları” diaqnozu həmin bənddə nəzərdə tutulmuşdur (S02-S09). Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının orqanizminin funksiyalarında baş vermiş pozuntular 2020-ci ilin niyabr ayında aldığı travmanın nəticələri olaraq yaransa da, fəsadların həmin vaxtdan və ya sonra yaranması dəqiq müəyyən edilmədiyindən əlilliyin 2020-ci ilin noyabr ayından təyin olunması üçün kifayət qədər əsas yoxdur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2677/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2677/2023
26.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver