Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2678/2022 06.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X11 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) və nümayəndəsi Vəkil (ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, özünün, həyat yoldaşı X4 və iki övladı X8, X6 müvəqqəti yaşayış sahəsi ilə tmin edilməsi vəzifəsinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmiş və N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 063 əç əmrinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. xx.xx.2020-ci il tarixdə AR SHÇDX-nin Sumqayıt şəhər şəhər Baş İdarəsində hərbi uçota alınmışdır. İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş etmiş, lakin ona imtina cavabı verlmişdir. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.Məhkəməyə ünvanladığı ərizədə məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin nümayənfəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəməyə təqdim etdiyi etiraz ərizəsində bildirmişdir ki, xx.xx.1978-cı ıl təvəllüdlü müddətdən artıq həqiqi hərbi xıdmə qulluqçu baş çavuş İddiaçı 14 04.2002-ci il tarixdən 05XJ8.2020-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmət keçmiş, 212 nömrəli Hərbi Hissə komandirinin xx.xx.2020-ci il tarixli 063 əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında ” Əsasnamənin 156-cı maddəsinin V bəndinə əsasən (xəstəliyə gorə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2020-cı ıl tarixdən Səfərbərlik yə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsində hərbi qeydiyyatdadır. Vətəndaş İddiaçı ailə tərkibi 4 nəfərdən (özü, arvadı və 2 ovladı) ibarət olmaqla özü 2020-ci ildən qohumu X14 məxsus, yaşayış sahəsi 30,05 kv m olan 2 otaqlı ünvan 1 ünvanında, arvadı X2 rayonunun Rudəkənar kəndində, 2 ovladı isə Yardımlı rayonunun Sırıq Ə/D, Alçabulaq kəndində qeydiyyatdadır. Təqdim edilmiş sənədlərə əsasən İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşayır. Eyni zamanda məlum olmuşdur ki Daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı adına Yardımlı rayonunun Alçabulaq kəndində ümumbirgə mülkiyyətdə olan torpaq sahələri 15 09.1998-ci il və xx.xx.2020-cı il tarixlərdə, arvadı X4 adına isə Masallı rayonunun Rudəkənar kəndində ümümbırgə mülkiyyətdə olan torpaq sahələri xx.xx.2006-cı il və xx.xx.2006-cı il tarixlərdə qeydə alınmışdır.Buna görə də onun müraciətinin müsbət həlli mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş : - AR SHÇDX-nin Sumqayıt şəhər şəhər Baş İdarəsi tərəfindən verilmiş 27 may 2022-ci il tarixli 349 saylı arayışdan görünür ki,İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmiş və N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 063 əç əmrinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. xx.xx.2020-ci il tarixdə AR SHÇDX-nin Sumqayıt şəhər şəhər Baş İdarəsində hərbi uçota alınmışdır. - DƏDKR–nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, X7, X8 adına daşınmaz əmlak aşkar edilməmişdir. - DƏDKR –nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda görünür ki,X3 adına Yardımlı rayon Alçabulaq kəndində iş ümumbirgə mülkiyyətdə olan torpaq sahələri aşkar edilmişdir. - DƏDKR –nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda görünür ki, X4 adına Masallı rayonu Rüdəkənar kəndində iş ümumbirgə mülkiyyətdə olan torpaq sahələri aşkar edilmişdir. -xx.xx.2022-ci il tarixli kirayə müqaviləsində görünür ki, kirayəverən X18 mülkiyyətində olan Sumqayıt şəhəri 11-ci mikrorayon ,ev 3, mənzil 5-i kirayəçi X1 verir. -Sumqayıt bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1751 saylı arayışdan görünür ki, X5 Sumqayıt bələdiyyəsi tərəfindən fərdi ev tikintisi və bağ torpaq sahəsi ayrılmamışdır. -Müdafiə Nazirliyi Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixi 2618 saylı arayışdan görünür ki, İddiaçı Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır.Onun adı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahsında qeydiyyatdan keçmir. -Masallı rayon Mahmudavar kənd bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 14 saylı arayışda görünür ki, X2 rayonu Rüdəkənar kəndində qeydiyyatdadır. Onun adına 0.06 ha həyətyanı torpaq sahəsi və mülkiyyəti təsdiq edən şəxsi mükiyyətə dair şəhadətnamə yoxdur. Qeyd olunan 0.06.ha torpaq sahəsi JN-60 nömrəli torpağa mülkiyyətə dair şəhadətnamə isə X4 anası X9 məxsusdur. - DƏDKR –nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki,X3 adına Yardımlı rayon Alçabulaq kəndində 9 nəfər ilə ümumbirgə mülkiyyətdə olan kənd təsərüüfatı təyinatlı 2 torpaq sahəsi (0.5284 ha və 1.0734 ha 9 nəfər ilə ümumbirgə) , X4 adına Masallı rayonu Rüdəkənar kəndində 0.06 ha həyətyanı ( 6 nəfərlə ümumbirgə) və 0.6446 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri qeydə alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı baş çavuş İddiaçı xx.xx.1999cu ildən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, təqvim üzrə xidmət illəri 20 il 02 ay 23 gün, güzəştli şərtlərlə hesablanarkən 38 il 03 ay 19 gün təşkil edir. Hərbi qulluqçu kimi o, yaşayış sahəsi və ya torpaq sahəsi ilə təmin edilməmiş və hazıradək müvafiq mənzil növbəsinə götürülməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Məhkəmə qeyd edir ki, cabadeh iddiaçıya imtina cavabı verərkən yeganə dəlil kimi iddiaçının və həyat yoldaşının mülkiyyətində torpaq sahələrinin olmasını göstərmişdir. Bununla bağlı məhkəmə əvvəla qeyd edir ki, göründüyü kimi həmin torpaq sahəsi iddiaçının və həyat yoldaşının mülkiyyətinə aqrar islahatı zamanı pay torpaqları kimi verilmişdir. Bu hal iddiaçının qanunla təsbit edilmiş hərbi qulluqçu kimi yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququndan istifadə etməkdən məhrum edilməsi üçün əsas ola bilməz. Bundan başqa Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsiunə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Məcəllənin 53.1-ci maddəsində yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina üçün əsaslar göstərilmişdir : 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Lakin cavabdehin imtina məktubunda göstərdiyi əsas həmin normada sadalanan əsasların heç birinə uyğun deyildir. Mənzil Məcəlləsinin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan iddiaçının hər hansı niyyətli hərəkətini təsdiq edən sübut təqdim etmədi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti isə iddiaçının müraciətinə yalnız məktubla cavab verməklə kifayətlənmiş, uçota almaqdan imtina haqqında qərar qəbul etməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 15 ildən artıq xidmət etmiş və xəstəliyə görə ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi vəzifəsi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafıq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafıəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilən Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, cavabdehin göstərdiyi dəlillər iddiaçının müraciətinin təmin olunmaması üçün əsas ola bilməz, buna görə də iddia tələbi əsaslı hesab edilərək təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 15 ildən artıq xidmət etmiş və xəstəliyə görə ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2678/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2678/2022
06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver