Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-268/2022 01.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarının 5-ci bəndinə və iddiaçının işlədiyi ərazilərin həmin qərarın 2 nömrəli əlavəsinə əsasən, dəniz səviyyəsindən 1500 metrdən-2000 metrədək yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısında olduğunu nəzərə alaraq iddiaçıya əmək haqqında artımın minimum miqdarının 1,2 % məbləğində müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksində (Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə - Plan İdarəsinin 22.06.2021-ci il tarixli rədd məktubunda aşağıdakılar əks olunmuşdur: Pensiya təminatınız barədə DİN-in Maliyyə-Plan İdarəsinə daxil olmuş təkrar müraciətinizə bir daha baxılmışdır. Bildiririk ki, Sizə pensiya təyinatı üçün Lerik RPŞ tərəfindən DİN-in Maliyyə-Plan İdarəsinə göndərilmiş pul attestatı səhv tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 nömrəli Qərarının 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işilərin əmək haqqında artımın (əmsalın) minimum miqdarı 1,1 (yəni 10%) məbləğində müəyyən edilmişdir. Sonuncu xidmət yeriniz Lerik RPŞ-nın yerləşdiyi Lerik şəhəri yuxarıda qeyd olunan qərarın dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısında göstərildiyi baxımından pul attestatındakı səhv aradan qaldırılaraq yüksəkliyə görə 10% əlavə nəzərə alınmaqla aylıq pul təminatınız əsasında “Məlumat vərəqi” tərtib edilərək pensiya təyinatı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. İddiaçı 21 yanvar 2016-cı ildə Lerik Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Hüseyinəli Məlikovun imzaladığı “Lerik RPŞ-nın sahə rəisi və sahə inspektorları arasında ərazi bölgüsünün aparılması barəsində” Ə-24-153-16 saylı əmrinə əsasən 1 saylı inzibati əraziyə təhkim olunmuşdur. Bu əraziyə Lerik rayonunun Qosmalian, Hiveri, Tathoni, Şonayçola, Divağac, Çökərə, Digah, Lələhiran, Qələsər, Hoveri, Kələxan, Kəlvəz, Anbudərə, Göydərə, Hilidərə, Hüseynəbad, Məhləbad, Xocadoy, Qışlaq kəndləri daxildir. Sonralar 21 yanvar 2017-ci ildə Lerik Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Hüseyinəli Məlikovun imzaladığı “Lerik RPŞ-nın sahə rəisi və sahə inspektorları arasında ərazi bölgüsünün aparılması barəsində” Ə-21-153-21 saylı əmrinə əsasən 3 saylı inzibati əraziyə təhkim olunmuşdur. Bu əraziyə Lerik rayonunun Qosmalian, Hiveri, Tathoni, Şonayçola, Divağac, Çökərə, Digah, Lələhiran, Qələsər, Hoveri, Kələxan, Kəlvəz, Anbudərə, Göydərə, Hilidərə, Hüseynəbad, Məhləbad, Xocadoy, Qışlaq kəndləri daxildir. 02 mart 2017-ci ildə Lerik Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Hüseyinəli Məlikovun imzaladığı “Lerik RPŞ-nın sahə rəisi və sahə inspektorları arasında ərazi bölgüsünün aparılması barəsində” Ə-23-13-17 saylı əmrinə əsasən 3 saylı inzibati əraziyə təhkim olunmuşdur. Bu əraziyə Lerik rayonunun Qosmalian, Hiveri, Tathoni, Şonayçola, Divağac, Çökərə, Digah, Lələhiran, Qələsər, Hoveri, Kələxan, Kəlvəz, Anbudərə, Göydərə, Hilidərə, Hüseynəbad, Məhləbad, Xocadoy, Qışlaq kəndləri daxildir. Sonuncu dəfə 18 may 2017-ci ildə Lerik Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Hüseyinəli Məlikovun imzaladığı “Lerik RPŞ-nın sahə rəisi və sahə inspektorları arasında ərazi bölgüsünün aparılması barəsində” Ə-32-153-17 saylı əmrinə əsasən 3 saylı inzibati əraziyə təhkim olunmuşdur. Bu əraziyə Lerik rayonunun Qosmalian, Hiveri, Tathoni, Şonayçola, Divağac, Çökərə, Digah, Lələhiran, Qələsər, Hoveri, Kələxan, Kəlvəz, Anbudərə, Göydərə, Hilidərə, Hüseynəbad, Məhləbad, Xocadoy, Qışlaq kəndləri daxildir. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabnetinin 2002-ci il, 22 avqust tarixli 137 nömrəli qərarına əsasən, nazirliklər, dövlət komitələri və baş idarələr Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla bu qərarın 1-ci bəndinə uyğun olaraq tabeliklərindəki büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda əmək şəraiti ağır və zərərli, xüsusilə ağır və zərərli olan iş yerlərində peşə və vəzifələrin siyahısının müvafiq artım əmsalları göstərilməklə təsdiq etmələri qərara alınmışdır. Həmin qərarın 5 və 6-cı bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına 2 nömrəli əlavəyə əsasən, Lerik rayonunun Hilədərə, Coqara, Qoşmalyan, Hivəri, Xocadoy, Lələkəran, Yuxarı Ambudərə, Məhləabad, Kələxan, Hüseynabad, Gövdərə, Tatoni, Digov, Kəlvəz, Aşağı Amburdərə, Sonaçola kəndləri dəniz səviyyəsindən 1500 metrdən - 2000 metrədək yuxanda yerləşən yaşayış məntəqələrinin adları siyahısında vardır. Məhkəmə prosesində iştirak edən iddiaçı yazılı izahat təqdim edərək bildirdi ki, o, 1985-ci ilin noyabr ayından 2009-cu ilin dekabr ayınadək Sumqayıt şəhər Polis İdarəsində müxtəlif vəzifələrdə xidmət etmişdir. Azərbaycan Respublikası DİN-in əmri ilə 2009-cu ilin dekabr ayından Lerik RPŞ-nin sahə rəisi, 2011-ci ilin noyabr ayından son yaş həddi ilə əlaqədar xidmətdən buraxıldığı günədək həmin şöbənin X1 (İTB) rəisi vəzifəsində çalışmışdır. Lerik RPŞ-də X1 (İTB-nin) rəisi kimi xidmət etdiyi illər ərzində Lerik RPŞ-nin rəisinin 21.01.2016-cı il tarixli Ə-24-153-16 nömrəli, 21.01.20017-ci il tarixli Ə/21-153-21 nömrəli, 02.03.2017-ci il tarixli Ə/23-157-17 nömrəli və 18.05.2017-ci il tarixli Ə/32-153-17 nömrəli əmrləri ilə rayon polis şöbəsində vakant olan 3 saylı inzibati əraziyə aid yaşayış məntəqələri (Qosmalian, Hiveri, Tatoni, Şonayçola, Divağac, Çökərə, Digah, Lələhiran, Qələsər, Hoveri, Kələxan, Kəlvəz, Yuxarı Anburdərə, Aşağı Anburdərə, Göydərə, Hilidərə, Hüseynabad, Məhləabad, Xocadoy.) iddiaçıya təhkim olunmuşdur. Ona təhkim olunmuş yaşayış məntəqələri “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarının 5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə (yüksəklikdə) yerləşən, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1500 metrdən 2000 metr olduğundan əmək haqqı artımın (əmsalın) minimum miqdarı 1.2 məbləğində hesablanmışdır. DİO-dan xidmətdən buraxıldığı günə 09.03.2018-ci il tarixində Lerik RPŞdə tərtib olunmuş 2 nömrəli pul attestatında 1) 321 manat vəzifə maaşı, 2) 130 manat rütbə maaşı, 3) 50% fasiləsiz xidmət illərinə görə 225.50 manat, 4) 35% məharət dərəcəsinə görə 112.35 manat, 5) 64 manat ərzaq payı əvəzinə pul kompensasiyası və 157.77 manat yüksəkliyə görə əlavə əmək haqqı (əmək haqqında artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində) hesablandığı halda Azərbaycan Respublikası DİN-in maliyyə plan idarəsində artımın (əmsalın) minimum miqdarı 1,1 məbləğində 78.88 manat hesablamışdır. İddiaçının əmək stajı Azərbaycan Respublikası DİN-in 08.03.2018-ci il tarixli Ə-514- ş/h-001-18 nömrəli əmrlə 05.03.2018-ci il tarixinədək təqvimi hesablama ilə 35 il 5 ay, imtiyazlı hesablama ilə - Fövqəladə şəraitdə Sumqayıt şəhərində xidmət etdiyi üçün 5 il 3 ay, Lerik RPŞ-də dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək hündürlükdə yaşayış məntəqələrində xidmət etdiyi üçün artımın (əmsalın) minimum miqdarı 1,2 ilə 3 (üç) il 11 (on bir) ay hesablanmışdır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası 07.02.2006-cı il tarixli 54-3-Q nömrəli qanunun 1.0.5. maddəsində “Təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama göndərildiyi günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğ” olduğu göstərilir. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 nömrəli qərarının 1 nömrəli əlavəsinin 14-cü bəndində “Yüksəkliyə görə əlavə qanunvericiliklə müəyyən edilmiş məbləğdə vəzifə, xüsusi rütbə maaşlarından, fasiləsiz xidmət illərinə və məharət dərəcəsinə görə əlavə haqqlardan hesablandığı göstərilmişdir”. Azərbaycan Respublikası DİN-in 08.03.2018-ci il tarixli Ə-514-ş/h 001-18 nömrəli əmrdə, xidmət etdiyi illər ərzində Lerik RPŞ-nin rəisinin 21.01.2016-cı il tarixli Ə-24-153-16 nömrəli, 21.01.2017-ci il tarixli Ə/21-153-21 nömrəli, 02.03.2017-ci il tarixli Ə/23-157-17 nömrəli, 18.05.2017-ci il tarixli Ə/32-153-17 nömrəli əmrləri ilə iddiaçıya təhkim olunmuş rayon polis şöbəsində vakant olan 3 saylı inzibati əraziyə aid yaşayış mənətəqələri (Qosmalian, Hiveri, Tatoni, Şonayçola, Divağac, Çökərə, Digah, Lələhiran, Qələsər, Hoveri, Kələxan, Kəlvəz, Yuxarı Anburdərə, Aşağı Anburdərə, Göydərə, Hilidərə Hüseynabad, Məhləabad, Xocadoy kəndləri) dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək hündürlükdə (yüksəklikdə) olduğundan 09.03.2018-ci il tarixində Lerik RPŞ-də tərtib olunmuş 2 nömrəli pul attestatında buraxıldığı günə aldığı əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarının 5-6-cı bəndlərinə əsasən yüksəkliyə görə əlavə əmək haqqı artımın (əmsalın) minimum miqdarı 1,2 (157-77 manat) məbləğində hesablanmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabnetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına əsasən dəniz səviyyəsindən hündürlükdə yerləşən yaşayış məntəqələrinin siyahısına əsasən yüksəkliyə görə 20% əlavə ödənilməsi nəzərdə tutulmuş ərazilərdə vakant ştatı müvəqqəti əvəz edərək xidmət etməsinə baxmayaraq Lerik RPŞ-nin İTB-nin rəisi (yüksəkliyə görə əlavə - 10%) vəzifəsindən xidmətdən xaric olunmuşdur. Bu baxımdan iddiaçının xidmətdən xaric olunduğu 08.03.2018-ci il tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsinə əsasən (təminat xərcliyi – hərbi qulluqçuların xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzi verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələrdən ibarət olan məbləğdir) DİO-da sonuncu vəzifəsi olan İTB-nin rəisinin maaşı 432,0, rütbə maaşı 150 manat, xidmət illərinə görə 50% əlavə - 291,0 manat, məharət dərəcəsinə görə 35% əlavə - 151,20 manat, yüksəkliyə görə 10% əlavə - 102,42 manat və ərzaq payı əvəzinə kompensasiya 64,0 manat daxil olmaqla aylıq pul təminatı əsasında “Məlumat vərəqi” tərtib edilərək pensiya təyinatı üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazla eyniməzmunlu izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara daxildir: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1962-ci ildə Lerik rayonunun Çayrud kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanda yaşaması ünvan 2 tarixli arayışı ilə müəyyən olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin 22.06.2021-ci il tarixli iddiaçıya ünvanlanmış məktubu ilə müəyyən olunmuşdur ki, iddiaçının sonuncu xidmət yeri Lerik RPŞ-nin yerləşdiyi Lerik şəhəri dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısında göstərildiyi baxımından pul attestatındakı səhv aradan qaldırılaraq yüksəkliyə görə 10 faiz əlavə nəzərə alınmaqla aylıq pul təminatı əsasında “Məlumat vərəqi” tərtib edilərək pensiya təyinatı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Həmin İdarənin 25.05.2021-ci il tarixli məktubuna əsasən iddiaçınn hazırda pensiyası vəzifə maaşı – 432,0 manat, rütbə maaşı – 150,0 manat, xidmət illərinə görə 50 faiz əlavə - 291,0 manat, məharət dərəcəsinə görə 35 faiz əlavə - 151,20 manat, yüksəkliyə görə 10 faiz əlavə - 102,42 manat və ərzaq payı əvəzinə kompensasiya - 64,0 manat nəzərə alınmaqla cəmi 1190,62 manat aylıq pul təminatının 100 faizi hesabı ilə 1190,62 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 08.03.2018-ci il tarixli, Ə514ş/h-001- 18 nömrəli əmrinə əsasən iddiaçı Lerik rayon Polis şöbəsinin X1 rəisi, “istefada olan polis mayoru” sayılmaqla, həmin tarixdən xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətdən xaric edilmişdir. İddiaçının 05.03.2018-ci il tarixə xidmət müddəti təqvimi hesablama ilə 35 il, 05 ay, imtiyazlı hesablama ilə 44 il, 07 ay, 10 gün təşkil edir. 09 mart 2018-ci il tarixli Lerik rayon polis şöbəsi tərəfindən təsdiq edilmiş 02 nömrəli pul attestatına əsasən İTB-nin rəisi polis mayoru İddiaçı yüksəkliyə görə əlavə əmək haqqı olaraq 157-77 manat pul hesablanmışdır. 10 mart 2018-ci il tarixli pul attestatında isə yüksəkliyə görə əlavə əmək haqqı 10% olmaqla 78-88 manat məbləğində müəyyən edilmişdir. Pul attestatına əsasən 28.02.2005-ci il tarixli, 31 nömrəli əmrlə iddiaçıya “usta” məharət dərəcəsi verilmişdir. İşdə olan 21 yanvar 2016-cı il tarixli Lerik Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Hüseyinəli Məlikovun imzaladığı “Lerik RPŞ-nın sahə rəisi və sahə inspektorları arasında ərazi bölgüsünün aparılması barəsində” Ə-24-153-16 saylı əmrinə əsasən iddiaçıya 1 saylı inzibati ərazi təhkim olunmuşdur. Bu əraziyə Lerik rayonunun Qosmalian, Hiveri, Tathoni, Şonayçola, Divağac, Çökərə, Digah, Lələhiran, Qələsər, Hoveri, Kələxan, Kəlvəz, Anbudərə, Göydərə, Hilidərə, Hüseynəbad, Məhləbad, Xocadoy, Qışlaq kəndləri daxildir. 21 yanvar 2017-ci il tarixli Ə-21-153-21 saylı əmə əsasən iddiaçıya 3 saylı inzibati ərazi təhkim olunmuşdur. 02 mart 2017-ci il tarixli Ə-23-153-17 saylı əmrə əsasən 3 saylı inzibati ərazi iddiaçıya təhkim olunmuşdur. 18 may 2017-ci il tarixli Ə-32-153-17 saylı əmrə əsasən 3 saylı inzibati ərazi iddiaçıya təhkim olunmuşdur. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də iddia tələbi təmin edilə bilməz. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı Daxili İşlər Nazirliyinin əmri ilə 2009cu il tarixdən Lerik rayon Polis Şöbəsinin sahə rəisi vəzifəsində, 2011-ci ilin noyabr ayından 2018-ci ilin mart ayının 8-nə qədər (son yaş həddi ilə əlaqədar xidmətdən buraxıldığı günədək) isə həmin şöbənin X1 (İTB) rəisi vəzifəsində çalışmışdır. İTB-nin rəisi vəzifəsində çalışarkən Lerik RPŞ-nin 21.01.2016, 21.01.2017, 02.03.2017 və 18.05.2017ci il tarixli əmrlərilə rayon polis şöbəsində vakant olan inzibati əraziyə aid yaşayış məntəqələri ona təhkim olunmuşdur. İddiaçı hazırda əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına və həmin qərarın 2 nömrəli əlavəsinə əsaslanaraq ona təhkim olunmuş ərazilərin dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə yerləşməsini bildirərək əmək haqqında artımın (əmsalın) minimum miqdarının 1,2 məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh orqan isə iddia tələbinə etiraz edərək iddiaçının Lerik rayonunun polis şöbəsinin X1 rəisi, “istefada olan polis mayoru sayılmaqla” işdən xaric olunduğu vaxtda (08.03.2018-ci il) əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Məlumat Vərəqində yüksəkliyə görə artımın 10% (1,1 əmsal) məbləğində müəyyən edilməsini bildirir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının tələbindən imtinası əsaslıdır. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il, 22 avqust tarixli 137 nömrəli qərarın 5 və 6-cı bəndlərinə əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, Lerik rayon Polis şöbəsi tərəfindən bir gün aralıq fərqi ilə (09.03.2018-ci il və 10.03.2018-ci il tarixlərdə) 02 №-li Pul Attestatları tərtib olunmuşdur. İlkin tərtib olunan pul attestatında yüksəkliyə görə 1,2 əmsal (20% - 157-77 manat) müəyyən edilsə də, sonradan növbəti gün tərtib olunmuş pul attestatında yanlışlıq aradan götürülmüş və həmin əmsal 1,1 (10% - 78-88 manat) məbləğində müəyyən edilmişdir. Yəni, iddiaçının 08.03.2018-ci il tarixində DİO-da xidmətdən xaric edildikdən sonra pensiya təyini üçün xidmət illəri, sonuncu tutduğu Lerik RPŞ-nin İTB-nin rəisi vəzifəsi və polis mayoru rütbəsinin maaşları, faziləsiz xidmət illərinə görə 50 faiz əlavə, məharət dərəcəsinə görə 35% əlavə, yüksəkliyə görə 10% əlavə və ərzaq payı əvəzinə kompensasiya daxil olmaqla aylıq pul təminatı əsasında məlumat vərəqi tərtib edilmiş və pensiya təyinatı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Hazırda həmin vəzifə maaşı – 432,0 manat, rütbə maaşı – 150,0 manat, xidmət illərinə görə 50% əlavə - 291,0 manat, məharət dərəcəsinə görə 35 % əlavə - 151,20 manat, yüksəkliyə görə 10% əlavə - 102,42 manat və ərzaq payı əvəzinə kompensasiya – 64,0 manat nəzərə alınmaqla cəmi 1190,62 manat məbləğində müəyyən edilmişdir. Yəni, qeyd olunan qərarla iddiaçının sonuncu xidmət yeri - Lerik RPŞ-nin yerləşdiyi Lerik şəhəri dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısında göstərildiyi baxımından pul attestatındakı səhv aradan qaldırılmış və yüksəkliyə görə 10% əlavə nəzərdə tutulmuşdur. İddiaçının iddia etdiyi Lerik RPŞ-nin 21.01.2016, 21.01.2017, 02.03.2017 və 18.05.2017-ci il tarixli əmrlərilə rayon polis şöbəsində vakant olan inzibati əraziyə aid yaşayış məntəqələrinin ona təhkim olunması ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı həmin vəzifələrdə müvəqqəti xidmət etməsi müqabilində əmək haqqına artım əldə etmişdir. Lakin Azərbaycan Respublikası X2 08.03.2018-ci il tarixli əmri ilə iddiaçının Lerik rayonunun polis şöbəsinin X1 rəisi olaraq xidmətdən xaric edilməsi iş materialları ilə müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarının 5-ci bəndinə və iddiaçının işlədiyi ərazilərin həmin qərarın 2 nömrəli əlavəsinə əsasən, dəniz səviyyəsindən 1500 metrdən-2000 metrədək yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısında olduğunu nəzərə alaraq ona əmək haqqında artımın minimum miqdarının 1,2 % məbləğində müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-268/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-268/2022
01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver