Məhkəmə qərarları › İş №2-1(118)-2680/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2680/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2680/2022 30.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclas katibi Qafarova Ülviyyə Şəmşir qızının katibliyi, İddiaçı (ünvan 1i ünvanında yaşayan) və vəkili Vəkil Qurban oğlunun, Cavabdehin nümayəndəsi X1 (Azərbaycan Respublikası DİN X3 İdarəsində baş inspektor işləyən, Bakı şəhəri, Ş.Mehdiyev küçəsi 1054, mənzil 192-də yaşayan) iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı onun müharibə veteranı statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsiniə müraciət edərək, müharibə veteranı statusunun və imtiyazlardan istifadə etmək hüququnun bərpa olunması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəmənsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8985/2022 saylı qərardadı ilə inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnizbati Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək,onun onun müharibə veteranı statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1950-ci ildə Siyəzən rayonu Böyük Həmyə kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra 1971-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Orqanlarına işə daxil olmuşdur. Həmin ildən 1995-ci ilə kimi daxili işlər orqanlarında polis nəfəri kimi xidmət keçmişdir. 01 may 1995-ci il tarixdən təqaüdə çıxmışdır. 1992-1994-cü illərdə Dəvəçi rayon Polis Şöbəsində PPX-də sürücü kimi xidmət edən zaman Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Belə ki,bu müddətdə DİN tərəfindən Dəvəçi rayon Polis Şöbəsinin rəisinin əmri ilə vaxtaşırı şöbənin digər polis əməkdaşları ilə birlikdə 10-15 nəfərlik qrup şəklində Zəngilan, Qubadlı, Goranboy, Şuşa və Cəbrayıl rayonları uğrıında gedən döyüşlərdə iştirak etmək üçün ezamiyyətlərdə olmaqla Azərbaycaan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla bağlı ona 20 sentyabr 1997-ci il tarixdən müharibə veteranı statusu almaqla, ona 002761 saylı müharibə veteranı vəsiqəsi verilmişdir. Həmin dövrdən də qeyd olunan vəsiqə sahibi kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olmuşdur. Bir neçə il bundan əvvəl "Müharibə veteranı" kimi Dövlət Sosial Müdafiə Fondu tərəfindən mənə ödənilən müavinat dayandırılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fonduna yazılı müraciət etmişdir. Lakin imtina cavabıl verilmişdir. Şifahi məhkəmə baxışında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədi və bildirdi ki, Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiyanın protokollarında iddiaçı barəsində qeydiyyat olmadığını, eləcə də Baş Əməliyyat və Statistik İdarəsindən təqdim olunmuş iddiaçının arxiv şəxsi işində döyüş əməliyyatlarında iştirakı barədə hər hansı məlumat aşkar edilmədiyindən onun müraciətinin təmin edilməsi mümkün deyildir.Bununla bağlı iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : -002761 seriyalı vəsiqənin surətindən görünür ki, İddiaçı 20 sentyabr 1997-ci il tarixdə "Müharibə veteranı" statusu verilmişdir. -AR DİN X3 İdarəsinin xx.xx.2020-ci il tarilxi 024-1425M-3220 saylı məktubunan görünür ki, iddiaçının qaldırdığı məsələnin Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq, Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon Şöbəsi tərəfindən ona təqdim olunmuş məktubda mövcud olan səhflərin düzəldilərək ziddiyyətlərin aradan qaldırılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyi məqsədəmüvafiqdir. - Məhkəmənin sorğusuna əsasən AR DİN X3 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarilxi 024-3182-1222 saylı məktubunan görünür ki, "Müharibə veteran” adının verilməsi üçün əvvəlki müraciəti ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinə edilmiş sorğuya alınmış cavab məktubunda vət. İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1995-ci il tarixədək daxili işlər orqanlarında xidmət etməsi müəyyən edilsə də, 1990- 1994-cü illəri əhatə edən əmrlərində onun döyüş əməliyyatlarında iştirak etməsini və yaxud döyüş bölgəsinə ezam olunmasım təsdiq edən heç bir qeydiyyat aşkar edilməmişdir.Göstərilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarının tələblərinə uyğun olaraq vət. İddiaçı “Müharibə veteran” adının verilməsi məqsədəuyğun hesab edilməmiş və bu barədə ona rəsmi məlumat verilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü'Yıün təsis edilməsi haqqında Fərmanının tələblərinə müvafiq olaraq qeyd olunan təqaüdün yalnız müharibə veteranlarına ödənilməsi nəzərdə tutulmuşdur. -Məhkəmənin sorğusuna əsasən AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli 012-17583-1222 nömrəli cavab məktubundan görünür ki, arxivdə saxlanılan İddiaçı arxiv şəxsi işinə və Şabran RPŞ-nin 1990-1994-cü illəri əhatə edən əmrlərinə baxılmış, lakin onun döyüş bölgəsinə ezam olunması barədə əmr müəyyən edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 11-ci bəndinin 8-ci yarımbəndində əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cu il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Məhkəmə qeyd edir ki, iddiaçı ezam olunduğu bölgələrdə döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən sübut kimi ona 1997-ci ildə verilmiş müharibə veteranı vəsiqəsini təqim edir. Bu halı təsdiq edən başqa hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi həmin vəsiqə ona müharibə vetertanı adı və vəsiqəsinin verilməsi üçün əsas deyildir və mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzinbati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar