Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2684/2022 28.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 38a/44, mənzil 16-da yaşayan) Cavabdehin nümayəndəsi X2 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 şöbəsində baş mütəxəssis işləyən, Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllə ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xx.xx.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətə cavab verilməməsinin cavabdehin qanunpozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 0,67 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “xx.xx.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətə cavab verilməməsinin cavabdehin qanunpozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 1,17 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli 2-1(118)-462/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iddianın mümkünlüyü məsələsinə yenidən baxılması üçün inzibati işin Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətə cavab verilməməsinin cavabdehin qanunpozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 0,67 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, xx.xx.2021-ci il tarixədək təyin edilmiş əlillik müddətinin qurtarması ilə bağlı dövlət qulluğu pensiyası dayandırılmışdır. Hal-hazırda o, aldığı pensiyanın hesablanması barədə ətraflı məlumatı möhürlə təsdiq edilmiş vəziyyətdə almaq üçün cavabdehə müraciət etmişdir. Poçt xəbərnaməsindən göründüyü kimi, ƏƏSM Nazirliyinin məsul şəxsi “Abdullayev” məktubunu xx.xx.2021-ci il tarixdə rəsmi qaydada almışdır. Poçt göndərişi üçün 0.67 manat ödəmişdir. Lakin bu günə kimi müraciətinə cavab verilməmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı əvəllər əlilliyə görə pensiya almışdır. Daha sonra əlillik müddətinin başa çatması ilə əlaqədar pensiyanın ödənilməsi dayandırılmışdır. İddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə xx.xx.2021-ci il tarixdə cavab verilmiş, məktub həmin tarixdə imzalanaraq sadə poçt vasitəsi ilə yola salınmışdır. Məktubun göndərilməsi və iddiaçı tərəfindən alınmasını təsdiq edən sənəd mövcud deyildir. Bundan başqa “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa görə də 3 dəfədən artlıq göndərilən müraciətlər baxılmamış saxlanılır. İddiaçının eyniməzmunlu müraciətlərinə isə dəfələrlə cavabdeh tərəfinən cavab verilmişdir. İş materiallarına əlavə edilmiş : -iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, pensiyasının hesablanması barədə ətraflı məlumatın möhürlə təsdiq edilmiş vəziyyətdə ona göndərilməsini xahiş etmişdir. -“Azərpoçt”-un xəbrnaməsindən görünür ki,İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı sənəd xx.xx.2021-ci il tarixdə alınmışdır. -“Azərpoçt”-un xx.xx.2021-ci il tarixli qəbzindən görünür ki,İddiaçı göndərilmiş sifariş məktub üçün 1,17 manat ödəniş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli **********3 saylı məktubundan görünür ki, əlillik vəziyyətinizin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi QaydasTna uyğun olaraq əlillik vəziyyətiniz dövlət tibb müəssisəsinin 0531003AALG8 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar tibb müəssisəsi tərəfindən müayinə olunacağı və göndərişin rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək aldığı pensiyanın hesablanması barədə ətraflı çəlumatın möhürlə təsdiqlənmiş vəziyyətdə təqdim edilməsini xahiş etmişdir. Həmin ərizə cavabdeh orqana xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, lakin qanunla müəyyən edilmiş müddət ərzində ərizəsinə cavab verilməmişdir. Odur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinə cavab kimi təqdim etdiyi xx.xx.2021-ci il tarixli məktubunun surətini təqdim edərək sadə poçtla iddiaçıya göndərildiyini izah etmişdir. İddiaçı tələbində onun ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin qanunpozuntusu kimi kimi tanınması, həmin ərizəyə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını və cavabdehdən poçt xərcinin tutulmasını tələb edir. Məhkəmə araşdırması zaçamı cavabdeh inzibati orqanın iddiaçının müraciətinə qanunvericiliklə müəyyən edilmiş müddətvə və qaydada cavab verilməsi öz təsdiqini tapmadı. Cavabdeh bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Belə ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Göstərilən Qanunun 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Qanunun 10.2-ci maddəsinə görə bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır (10.3). Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır (10.4). Həmin Qanunun 8.1-ci maddəsinə əsasən müraciət aşağıdakı hallarda baxılmamış saxlanılır...... 8.1.4. vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda. 8.2-ci maddəsinə görə bu Qanunun 8.1-ci maddəsində göstərilən hallarda müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciət edən şəxsə səbəblər göstərilməklə müraciətin (anonim müraciət istisna olmaqla) baxılmamış saxlanılması barədə beş iş günündən gec olmayaraq, şifahi müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda isə dərhal məlumat verir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüququ şəxslərdə və büdcə təşkilatlarında kargüzarlıöın aparılmasına dair Təlimat” :
1. Bu Təlimat dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılması işini, o cümlədən sənədlərin hazırlanmasını, qeydiyyatını, hərəkətini, icrasını, uçotunu və arxivə verilməsini tənzimləyir.
97. İmzalanmış sənədlər qeydə alınmaq və göndərilmək üçün kargüzarlıq xidmətinə verilir.
98. Göndərilən korrespondensiyanın işlənməsinə onun növlərə ayrılması, zərflərin hazırlanması, göndəriş dəyərinin müəyyənləşdirilib yazılması, sifarişli poçt göndərişlərinin siyahısının tərtib edilməsi və elə həmin gün rabitə xidmətinə verilməsi daxildir. Sənədlər tamamilə tərtib olunmuş şəkildə poçt göndərişi kateqoriyası haqqında qeydlə (adi göndərişlərdən başqa) göndərilmək üçün verilir. Mühüm zərurət olmadan sənədlər sifarişli məktubla göndərilmir.
128. Sənəd ancaq orada qaldırılan məsələlər həll olunduqda və sənəd göndərənə mahiyyətcə cavab verildikdə icra edilmiş sayılır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilən vətəndaşın müraciətinə cavabın qeydiyyat vərəqindən görünür ki, sənədin (cavabın) xx.xx.2022-ci il tarixdə tərtib olunmaqla hazır olsa da, sənədin göndərilmə üsulu və tarixi qeyd olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının müraciətinə cavab verilmədiyindən, yəni hazırlanmış cavab məktubunun ona təqdim edilməməsindən həmin müraciət icra edilmiş sayıla bilməzdi. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən arayış iddiaçının müraicətini tam əhatə etmədiyindən iddia tələbi təmin edilmiş kimi qəbul edilmir. Belə ki, iddiaçı müraciətində pensiyasının hesablanması barəıdə ətraflı məlumat istəməsinə baxmayaraq cavabdeh tərəfindən təqdim edilən cavab məktubunda yalnız əlilliyin müddətinin uzadılmaması səbəbləri göstərilmişdir, pensiya barədə hər hansı məlumat verilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi cavab məktubu ilə iş materiallarında olan eyni tarixli, eyni nömrəli məltubun məzmunu fərqlənir. Məhkəmədə təqdim edilmiş cavab məktubunda daha bir abzas əlavə edilmişdir ki, “Belə ki, Sizə dair Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilmiş 0529003AAHXJ nömrəıli göndərişdə (Forma-88) qeyd edilmiş diaqnozu ilə ağırlaşmaları ilə təsdiq edən ixtisaslaşmış stasionar müalicə müddəti yetərli olmadığından əlillik təyinatının aparılması mümkün olmamışdır”. Bu isə məktubun həqiqətən də xx.xx.2021-ci il tarixdə tərtib olunaraq iddiaçıya göndərilməsinə şübhə yaradır. Azərbaycan Respublikası İnzibati Prosdessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Göstərilən Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən poçt göndərişinə görə ödənilmiş 0,67 manat pulun İddiaçı xeyrinə tutulması ilə bağlı məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 108-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının poçt göndərişinə görə ödədiyi məbləğ iş üzrə prosessual xərclərə aid deyil. Belə olan halda, poçt göndərişinə görə ödənilmiş 0,67 manat pulun cavabdehdən tutulması barədə iddia tələbi əsaslı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada cavab verilməməsi qanunpozuntusu kimi tanınmalı, iddiaçının həmin müraciətinə cavab verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ :
İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verməməsi qanunpozuntusu kimi tanınsın və cavabdehin üzərinə iddiaçının həmin müraciətinə cavab veriməsi öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova