Məhkəmə qərarları › İş №2-1(118)-2686/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2686/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2686/2023 28.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, məsləhətçi X3 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh-yə qarşı “ünvan 1 ünvanında yerlşən mənzilin keçmiş istahlakçısı Xəlilova Qızbəsin adına abonent nömrəsi **********00407 olan sayğacda hesablanmış 305.37 manat borc abonent nömrəsi **********M0610811 olan sayğacdan borcun silinməsi, həmin ünvanda iddiaçı ilə elektrik enerjisinin istehlakına dair müqavilənin bağlanması, yeni sayğacın quraşdırılması və iddiaçının adına yeni abonent kodunun verilməsi öhdəliyinin Cavabdeh-nin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzili X1 alqı-satqı müqaviləsi əsasında almış, xx.xx.2019-cu il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mənzil adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. Mənzilə dair alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl cavabdehə müraciət edərək, elektrik enerjisinə görə borcun olub-olmaması barədə bildiriş almış və bildirişdə borcun olmaması göstərilmişdir. Mənzildə istehlakçı kimi abonent nömrəsi **********00407 olmaqla, elektrik enerjisi ilə təmin edilmişdir. Həmin ünvana quraşdırılmış sayğac və elektrik enerjisinin verilməsi barədə müqavilə həmin mənzilin keçmiş sahibi Xəlilova Qızbəsin adına bağlanmış və sayğac onun adına olmuşdur. Lakin həmin sakin iddiaçıda olan məlumata görə bir neçə il əvvəl ölmüşdür. İddiaçı həmin mənzili X1 almış və keçmiş sakini ümumiyyətlə tanımamışdır. Lakin mənzili aldıqdan sonra istehlak olunmuş elektrik enerjisinə görə 305.37 manat borcun yarandığı ona bildirilmişdir. Borc onun tərəfindən deyil, mənzilin keçmiş sakini tərəfindən yarandığından borcun ondan tələb edilməsi düzgün deyildir. İddiaçı cavabdehə müraciət edərək, elektrik enerjisinin istehlakına görə yaranmış borcun silinməsi və mənzilə elektrik enerjisinin istehlakına görə yeni sayğac quraşdınlmasını xahiş etsə də, borc ödənilmədiyi və ya silinmədiyi təqdirdə yeni sayğac quraşdırılmasının mümkünsüz olduğu bildirilmişdir. Cavabdeh mənzilində quraşdırılmış sayğacda hesablanmış borcun tələb edilməyən borclar qrafasına aid olduğunu bildirsə də, həmin borcun silinməsindən imtina edir. Bu isə iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasma dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə "Elektrik enerjisindən istifadə Qaydaları" təsdiq edilmişdir. Qaydalara görə: 1.1 elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. 1.3. enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. 4.1. enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalanndakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarmda ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2015-ci il tarixli 190 nömrəli qərarı ilə "xxxx" ASC-nin Nizamnaməsi təsdiq edilmişdir. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adma şəxsi hesab açmalıdır. Məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. İşin hallarından müəyyən olunur ki, iddiaçı notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzili X1 almış, xx.xx.2019-cu il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mənzil adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. Həmin vaxtdan da mənzil iddiaçı tərəfindən istifadə olunmuşdur. İddiaçı cavabdehə müraciət edərək elektrik enerjisinə görə müqavilənin onunla bağlanılması və abonent kodunun onun adına keçirilməsini xahiş etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina olunmuşdur. Cavabdeh bildirmişdir ki, alqı-satqı müqaviləsi bağlanılan tarixə **********00407 saylı abunə kodu üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında abunə vərəqinə əsasən mənzildə elektrik enerjisi sərfinə görə borc məbləği alqı-satqıdan əvvəl yaranmış və həmin borca görə hazırki mülkiyyətçinin hər hansı bir öhdəliyi olmamışdır. İddiaçı həmin borcu qəbul etməyərək müqavilənin onunla bağlanılmasını xahiş edir. Belə olan halda hesab edir ki, cavabdeh öz fəaliyyətində formallığa yol verərək iddiaçının xahişini təmin etməməklə onun tərəfindən elektrik enerjisi sərfinə ödənişlərin tutulmasına əngəllər yaratmışdır. Beləliklə hesab edir ki, ünvan 2 ünvanında yerləşən mənzilin keçmiş istahlakçısı Xəlilova Qızbəsin adına abonent nömrəsi **********00407 olan sayğacda hesablanmış 305.37 manat borc abonent nömrəsi **********M0610811 olan sayğacda hesablanmış 305.37 manat borcun silinməsi, həmin ünvanda iddiaçı ilə elektrik enerjisinin istehlakına dair müqavilənin bağlanması, sayğacın quraşdırılması və iddiaçının adına yeni abonent kodunun verilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı ünvan 2 ünvanında yerlşən mənzilin keçmiş istahlakçısı Xəlilova Qızbəsin adına abonent nömrəsi **********00407 olan sayğacda hesablanmış 305.37 manat borc abonent nömrəsi **********M0610811 olan sayğacdan borcun silinməsi, həmin ünvanda iddiaçı ilə elektrik enerjisinin istehlakına dair müqavilənin bağlanması, yeni sayğacın quraşdırılması və iddiaçının adına yeni abonent kodunun verilməsi öhdəliyinin Cavabdeh-nin üzərinə qoyulmasını istəyir. Lakin iddiaçının cavabdeh qismində qoyduğu "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir və hazırkı mübahisə cavabdehin inzibati fəaliyyəti ilə əlaqədar yox, eletrik enerjisinin satışı ilə bağlı mülki hüquq münasibətlərindən yaranmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Məhkəmə qeyd edir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli qərarında təbii inhisar subyektləri ilə bağlı mübahisələrə hansı hallarda inzibati icraat qaydasında baxılmalı olması müəyyənləşdirilmişdir. Həmin qərarın nəticəsi olaraq qeyd olunmuşdur ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında İnzibati məhkəmələr tərəfindən baxılır. Lakin hazırki mübahisə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn bir mübahisə deyildir. Belə ki, hazırkı mübahisə cavabdehin inzibati fəaliyyəti ilə əlaqədar yox, eletrik enerjisinin satışı ilə bağlı mülki hüquq münasibətlərindən yaranmışdır. Mübahisənin tərəfləri isə hazırkı iş üzrə iddiaçı, cavabdeh və iddiaçının daşınmaz əmlak əldə etdiyi əvvəlki mülkiyyətçilərdir və mübahisə tərəflər arasında daşınmaz əmlakın və eletrik enerjisinin satışı ilə bağlı müqavilə öhdəliklərindən yaranmışdır Bu halda iddiaçı öz hüquqlarını mülki məhkəmə icratı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələri ilə qoruya bilər. Bu halda müvafiq ümumi məhkəmədə iddia inzibati orqandan tələb formasında deyil, mülki məhkəmə icratı qaydasında nəzərdə tutulmuş iddia tələbləri formasında qaldırılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edərək, müvafiq ümumi məhkəməyə müraciət etməsi istisna edilmir. Məhkəmə onuda qeyd edir ki, bu kateqoriya işlərdə iddiaçılar əksər hallarda bildirirlər ki, əvvəlki borcun silinməsini mülki məhkəmə icraatı qaydasında tələb etdikdə subyektiv hüququn olmaması əsası ilə iddialarına baxılmır. Məhkəmə bildirir bu hallarda əvvəlki mülkiyyətçilərin borcunun ondan tələb edilməsinin qadağan olunması, elektrik enerjisi satışı müqaviləsinin bağlanması və abonent kodunun onun adına dəyişilməsi tələb edilə bilər və bu tələb publik hüquq sahəsinin araşdırma predmeti ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar