Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2689/2022 19.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Şamaxı rayonu Məlikçobanlı kəndində yaşayan) və vəkili X3 (Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Şamaxı rayonu Məlikçobanlı kəndində yerləşən 0.23 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X15 məxsus barədə arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı rayonu, Məlikçobanlı kəndində qeydiyyatda olduğu, mərhum həyat yoldaşı X15 məxsus fərdi yaşayış evi üçün müvafiq sənədlər tərtib olunmaqla xüsusi mülkiyyət hüququ ilə ona düşən pay üçün onun adına çıxarış verilməsinin və bu öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Məlikçobanlı kəndində yerləşən 0.23 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X15 məxsus barədə arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X19 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2014-cü il tarixdə X20 ilə rəsmi nikaha daxil olmuşdur. Bundan sonra onlar birlikdə A.Qarayevə məxsus Şamaxı rayonu Məlikçobanlı kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Evin yerləşdiyi 0.23 ha torpaq sahəsi Şamaxı rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli, 13 saylı qərarı ilə Abdullayev (Qarayev) Arif Pənah oğluna verilmişdir. Sonuncu 2018-ci ildə vəfat edəndən sonra ev və torpaq sahəsi onun qardaşı oğlu, birinci nikahının dövründə övladlığa götürdüyü X7 istifadəsində qalmışdır. X2 birinci arvadı isə vəfat etmişdir. Hazırda iddiaçı mərhum həyat yoldaşım X17 məxsus fərdi yaşayış evi və torpaq sahəsindən ona miras əmlak kimi düşən payın ayrılmasını istəyir. O, həmin daşınmaz əmlaka dair çıxarış almaqdan ötrü cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət etmiş lakin ona imtina cavabı verilmişdir. Ərizəyə əlavə edilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (JN-022A kod ********) həyat yoldaşının və digər şəxslərin soyadları səhvən “Abdullayev” kimi yazılmışdır. Bundan başqa A.Qarayevin əvvəlki arvadı olan Sonanın adı “şəhadətnamədə “Lalə” kimi göstərilmişdir. Bununla bağlı onun ərizəsinə əsasən Şamaxı rayon Məhkəməsinin 2(074)- 62/2020 saylı 25 fevral 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə bəzi sənədlərdə mərhum həyat yoldaşının soyadının “Abdullayev” kimi yazılması səhv olması aşkar edilmiş və onun soyadının “Qarayev” olması müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçı X5ən ərizəsinə əsasən aparılan araşdırma zamanı məlum olmuşdur ki, mərhum X8 mülkiyyətində olan fərdi yaşayış evinin 0.23 ha həyətyanı torpaq sahəsinə aqrar islahatlarından sonra ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-022A kod 41000048 nömrəli şəhadətnamə tərtib olunmuşdur. Həmin şəhadətnamədə mərhum X6 başqa digər iki nəfərin adları qeyd olunmuşdur. Şəhadətnamədə qeyd olunan digər şəxslərin şəxsiyyətlərini təsdiq edən sənədlər təqdim olunmamışdır.Bundan əlavə qeyd olunan 0.23 ha həyətyanı torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi və fərdi yaşayış evinin texniki inventarlaşdırılması üçün fərdi yaşayış evində müvafiq ölçmə işlərinin aparılması zəruridir. Lakin, əmlakın üzərində mübahisə olduğu üçün müvafiq ölçmə işlərinin aparılması mümkün olmamış və bu səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaqxtı və yeri barədə xəbərdar edilmişlər, lakin səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - AZ-İ № 918882 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, X1 Arif Pənah oğlu ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşdur. - AZ-İ № 946324 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2018ci ildə vəfat etmişdir. - JN-022A kod 41000048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şamaxı rayon AİK-nin xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə X10 və ailə üzvlərinə 0.23 ha torpaq sahəsi ayrılmışdır. - Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-62/2020 saylı qətnaməsindən görünür ki, DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən hazırlanmış JN-022A kod 41000048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları qeyd olunmuş şəsxslərlə yanaşı mərhum X15 məxsus olması faktı müəyyən edilmişdir. - dekabr 1987-ci ildə tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd X15 məxsus Şamaxı rayonu Məlikçobanlı kəndində yerləşən yaşayış evi barəsindədir. - Şamaxı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(074)-837/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X11 Şamaxı rayon Məlikçobanlı kəndində 0.23 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə araşdırması zamanı 0.23 ha torpaq sahəsinin iddiaçının mərhum həyat yoldaşı X20 tərəfindən qanuni əsaslarla əldə etməsi öz təsdiqini tapdı. Cavabdeh imtinanın dəlilləri kimi təqdim edilən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə digər şəxslərin də adlarının qeyd edilməsi və fərdi yaşayış evinin mübahisəli olduğundan baxışa keçirilməsinin mümkün olmamasına istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi aqrar islahatları aparılan zaman iddiaçı X20, onun birinci həyat yoldaşı Qarayeva Sona (Lalə) Mirələm qızı və oğlu X16 ayrılmışdır. X12 2013-cü ildə vəfat etmişdir. Hazırda iddiaçı vərəsəlik işinin açılması məqsədi ilə torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum ərinə məxsus olması barədə arayışın verilməsini tələb edir. Məhkəmə hesab edir ki, şəhadətnamədə digər şəxslərin də adlarının göstərilməsi mərhumun mülkiyyət hüququnun qeydə alınmasından üçün imtina əsas ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bununla yanaşı mübahisəli evin hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir. Belə ki, iddiaçı tərəfindən yalnız 1987-ci ildə tərtib edilmiş texniki pasport təqdim edilmişdir ki, həmin sənəd mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədləri Siyahısı”:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ...1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Burada nəzərə alınmalıdır ki, iddiaçının mərhum ərinin adına olan 21 inventar nömrəli texniki pasport 1987-ci ilin dekabr ayında tərtib edilmişdir. Həmin texniki pasport Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Abşeron İdarələrarası Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilsə də, həmin sənəd Siyahının 1.11-ci bəndində qeyd edilən “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport”, müvafiq Siyahının 2.4-cü bəndində nəzərdə tutulmuş “texniki inventarlaşdırma orqanları” tərəfindən 2001-ci ilin yanvarın 1-dək tərtib olunmuş texniki pasport” deyildir. Həmin texniki pasportun Siyahının 2.4-cü bəndində nəzərdə tutulan sənədlər kateqoriyasına aid edilməsi üçün həmin texniki pasportda göstərilən fərdi yaşayış evi üzərində iddiaçının mərhum ərinin mülkiyət hüquqları qeydə alınmalı idi. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən texniki pasportda da sənəd sahibinin soyadı “Abdullayev” kimi göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, ləğv edilmiş DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən verilmiş JN-022A kod 41000048 saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamədə göstərilən 0.23 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X15 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia qismən təmin edilsin. Ləğv edilmiş DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən verilmiş JN-022A kod 41000048 saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamədə göstərilən 0.23 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X15 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova