Məhkəmə qərarları › İş №2-1(118)-2689/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2689/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2689/2024 12.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin kameral yoxlanması əsasında 2022-ci il üzrə vergilərin hesablanması barədə 30 oktyabr 2023-cü il tarixli **********1816400 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 2 saylı Ərazi Vergilər Baş İdarəsinin kameral yoxlanması əsasında 2022-ci il üzrə vergilərin hesablanması barədə 30 oktyabr 2023-cü il tarixli, **********1816400 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ********** saylı VÖEN almışdır. Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş idarəsinin 2022-cı il üzrə kameral yoxlaması nəticəsinə əsasən 31 mart 2023-cü il tarixdə 40708.53 manat məbləğində vergi hesablanmışdır. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 31 oktyabr 2023-cü il tarixli **********640600 nömrəli məktubun vergi ödəyicisinə göndərilməsinə və həmin məktubda kameral vergi yoxlamasının başa çatdırılması üçun 5 gün ərzində əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsinin tələb edilməsinə baxmayaraq Vergilərin hesablanması barədə **********816400 qərar 30 oktyabr 2023-cü il tarixdə qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra tərəfə məktub gödərilmişdir. Vergi orqanına xx.xx.2023-cü ildə bəyannamə təqdim etmiş və bu bəyannamədə zay olan məhsulu xərc kimi deyil, alış qiyməti ilə satışdan və maya dəyərii ilə alışdan azaltmışlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108.5-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 17 iyul tarixli 307 nömrəli qərarı ilə təsdiq edilmiş “Ticarət və ictimai iaşə sahəsində ərzaq məhsullarının təbii itki Normaları”-na uyğun olaraq müvafiq təbii itki normalarını xərc maddəsi kimi əlavə etmidir. Bu bəyannaməyə xx.xx.2023-cü il tarixiə 2 saylı ƏVBİ tərəfindən uyğunsuzluq məktubu göndərilmişdir və tərəfindən məktubda qeyd olunan məqamlara xx.xx.2023-cü tarixdə izahat verilərək yazılı formada təqdim olunmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə 2 saylı ƏVBİ tərəfindən verdikləri izahata 30 iş günü ərzində baxılaraq münasibət bildiriləcəyi qeyd olunsa da, heç bir cavab verilməmişdir. İddiaçının vergi borcu təsdiq olunmadan və məsələ həllini tapmadan 2 saylı ƏVBİ iddiaçının ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. xx.xx.2023-cü tarixdə yenidən 2 saylı ƏVBİ-nə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə (izahatdan 53 gün sonra) izahata münasibət bildirmək əvəzinə, kamreal yoxlama barədə qərar təqdim olunmuşdur. Bundan sonra iddiaçı xx.xx.2023-cü tarixdə Vergilər Nazirliyinə dəvət edilmiş və iddiaçı görüşdə həm kamera, həm yoxlama, həm də zay olma ilə bağlı sənədləri təqdim etmişdir. İddiaçıya bu məsələ ilə bağlı ən qısa müddətdə cavab veriləcəyi bildirilsə də, nə cavab verən olmuşdur, nə də məsələ həllini tapmışdır. İddiaçı tarixdə 2 saylı ƏVBİ-nə getmiş, lakin onu qəbul edən olmamışdır. İddiaçı onlavn kargüzarlıq vasitəsilə 7 dəfə müraciət emiş və xx.xx.2023-cü il tarixdə vergi orqanı tərəfindən məktub gəlmiş və məktubda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək olan müraciətlərini cavablandırılacağı bildirilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə 2 saylı ƏVBİ tərəfindən iddiaçının müraciətlərinə baxıldığı və bu işlə Ceyhun Nəsirovun məşğul olduğu bildirilmişdir. Məktubda qeyd olunan əlaqə nömrəsi (**********) ilə əlaqə saxlamaq cəhdləri boşa çıxmışdır. 2022-ci il tarixində iddiaçının ixrac etdiyi 801 ton məsulun təxminən 160 tonu öz istehsalı, qalan hissəsi isə rəsmi aktlarla alınan məhsullar olub. Hələ 2021-ci ildə plar nar və xurma bağı icarəyə götürüb, onu AQTA-də qeydiyyatdan keçirib, sertifikat alıb fəaliyyətə başlamışlar. Sonradan 2022-ci ildə 2 sahə də icarəyə götürülmüşdür. Bu barədə bütün sənədlər həm inzibatı şikayətlər, həm də bu müddət ərzində ayrı-ayrı vergi əməkdaşlarına təqdim olunub. Hətta iddiaçı ilk dəfə inzibati şikayətlər şöbəsinə xx.xx.2023 tarixində çağırılanda onlar AQTA-ya rəsmi müraciət etmiş və AQTA bu faktları təsdiq etmişdir, cavab məktubu vergi orqanda var. Vergi orqanını bəyannaməni zay olma nəzərə almaqla təqdim etmiş və bu qəbul olunmamışdır, daha sonra 2-ci bəyannamənin vergi orqanının istədiyi formada təqdim etmişlər. Əlavə olaraq bu dövrdə icarə götürdükləri sahələr üzrə ÖMV hesablanmış və müvafiq qaydada ödənilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, Baş idarədə vergi ödeyicisi kimi qeydiyyatda olan İddiaçı (VÖEN: **********) 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasına əsasən 44.000,45 manat vergi məbləği hesablanmışdır. Belə ki, vergi ödəyicisi 2022ci il üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. Bəyannamədə malların təqdim edilməsindən əldə edilən gəlir 1.106.871,49 manat göstərilmiş, halbuki ixrac olunan malların dəyəri 1.196.513,04 manat təşkil etmişdir ki, nəticədə 89.641,55 manat kənarlaşma yaranmışdır. Həmçinin, vergi ödəyicisi 160.189,64 manat dəyərində vergidən azad edilən gəlir göstərməsinə baxmayaraq, cəmi 8.327,73 vergidən azad olunan xərc göstərmişdir. Vergi ödəyicisi tərəfindən sənədlə təsdiqini tapmayan 100.400,00 manat gəlirdən çıxılmayan xərclər, həmçinin 160.189,64 manat vergidən azad edilən gəlir silinmiş və yekunda 43.463,14 manat zərər silinərək 44.000,45 manat gəlir vergisi hesablanılmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********082300 nömrəli elektron kameral üçün uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən kameral vergi yoxlamasına əsasən 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə əlavə 44.000,45 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********397000 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilərək hesablanmış vergi məbləği azaldılmışdır. Yenidən araşdırılma zamanı vergi ödəyicisi vergi orqanının sənədlərin göndərilməsi barədə xx.xx.2023-cü il tarixli **********549000 nömrəli məktuba cavab olaraq sənədləri tam şəkildə təqdim etmədiyi üçün vergi ödeyicisinin müraciəti nəzərə alınmamışdır. Vergi ödəyicisi 2022-ci il üzrə təqdim etdiyi dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən əldə edilən gəliri 1.106.871,49 manat göstərmişdir. Halbuki ixrac olunan malların dəyəri 1.196.513,04 manat təşkil etmişdir. Vergi ödəyicisi müraciətində yaranan 89.641,55 manat fərqin malların ixracı zamanı zay olduğunu qeyd etmişdir. Tərəfdaş təşkilatlardan biri olan Rusiyanın "OOO "FRUTREAL" firması ödəyiciyə 89.353,10 manat dəyərində təzə xurma məhsulunun zay olması ilə bağlı məktub göndərib. Lakin malların zay olması ilə bağlı fitosanitar xidmətin təsdiqedici sənədi təqdim edilməyib. İxrac olunan 668.900 kq xurma məhsulundan 5.900 kq-nın, 92.500 kq nar məhsulundan 54.500 kq-nın, 20.000 kq kartof məhsulunun və 20.000 kq yerkökü məhsulunun alış sənədiyoxdu. Lakin malların zay olması ilə əlaqədar müvafiq orqandan təsdiqedici sənədlər təqdim edilməmişdir. Vergi ödəyicisi 160.189,64 manat dəyərində vergidən azad edilən gəlir göstərməsinə baxmayaraq, cəmi 8.327,73 vergidən azad olunan xərc göstərmişdir. AQTA-dan vergi ödeyicisinin Şəmkir və Göyçay rayonlarında kənd çəyirdəkli meyvələr. kartof soğan məhsullarının yetişdirilməsi təsərrüfatı ilə bağlı məktublar daxil olmuşdur. Lakin vergi ödeyicisinin kənd təsərrüfatı məhsulların istehsalı ilə bağlı vergi orqanında təsərrüfat subyekti olmamışdır. Yaranmış kənarlaşma üzrə yenidən vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********302200 nömrəli elektron kameral üçün uyğunsuzluq məktubu göndərilmişdir. Vergi orqanı tərəfindən yenidən kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********816400 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. İş materiallarına əlavə edilmiş : -30 oktyabr 2023-cü il tarixli **********1816400 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarından görünür ki, İddiaçı 40.708,53 manat əlavə vergi borcu hesablanmışdır. - Sumqayıt şəhər Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. -Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 1458/2023 saylı qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/02519 saylı qərarı ləğv edilmiş, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 300/2023 saylı qərarından görünür ki, İddiaçınin inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 01400/04706 saylı qərarı ləğv edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur; ... Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə zidd olaraq vergi orqanı tərəfindən əlavə vergi məbləği iddiaçı tərəfindən vergi bəyannaməsi təqdim edildikdən 30 gün sonra qəbul edilmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının barəsində inzibati xəta icraatında aparılan araşdırmalar zamanı məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə onun konsiqnasiya yolu ilə Rusiya Federasiyasına xurma məhsulunun ixrac etdiyi, ixrac olunan məhsulun bir hissəsinin dəyəri müqabilində vəsaitin məhsulu qəbul edən şirkət tərəfindən iddiaçınən Azərbaycandakı bank hesabına köçürülməsi təmin edilməsi, lakin gönərilən məhsulun qida məhsulu olduğundan və saxlama müddətinin zamanla məhdudlaşdığı nəzərə alınmaqla, bir hissəsinin təbii proseslər və təsir nəticəsindəkorlanaraq istifadəyə yararsız hala gəldiyi, bu səbəbdən məhsulun dəyərinin ödənilməsindən imtina edidiyi öz təsdiqini tapmışdır. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Göstərilən Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 30 oktyabr 2023-cü il tarixli **********1816400 saylı qərar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar