Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-269/2020 03.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, X2 katibliyi ilə, İddiaçılar İddiaçı39 Nüdrət oğlunun, İddiaçı56 və cavabdeh təşkilatın nümayəndəsi X3 iştrakları ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “onların torpaq payları üzərində mülkiyyət hüquqları, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınarkən və müvafiq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilərkən, torpaq payları onların müllkiyyətinə əvəzsiz verilməsini nəzərə alaraq, çıxarışların onlara dövlət rüsumu ödənilmədən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar bildirmişlər ki, torpaq islahatı aparılarkən müəyyən texniki səhvlərə yol verildiyinə görə Dağquşçu (“Ataçay”) təsərrüfatında baş sxem hazırlanarkən təsərrüfatın ərazisində əkin sahələrinə yararsız olan torpaq sahələri, qayalar, daşlıqlar və erroziyaya uğramış torpaq sahələri əkinə tam yararlı sahə kimi göstərilmiş və təsərrüfatın bölgü layihəsi hazırlanan zaman təsərrüfatdan pay almaq hüququ olan subyektlərə (onlara) pay torpağı kimi verilmişdir. Həmin uyğunsuzluqların aradan qaldırılması üçün Siyəzən Rayonu İcra Hakimiyyəti tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciəti nəticəsində Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Yerqurluşu Layihə İnstitunun mütəxəssisləri tərəfindən Dağquşçu ("Ataçay") təsərrüfatının baş sxemi yenidən tərtib olunaraq Dağquşçu ("Ataçay') təsərrüfatının bölgü layihəsinin yenidən hazırlanması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilmişdir. Bu yanlışlıqların dürüst həlli ilə əlaqədar onlara verilmiş, “torpağa mülkiyyət hüququna” dair 20 noyabr 2000-ci il tarixli kod 3050408, JN ***-**** nömrəli Dövlət aktlarının ləğv edilməsi barədə Siyəzən rayon məhkəməsində tələb irəli sürülmüş və Siyəzən rayon məhkəməsinin 2(059)-163/2012 saylı 17 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi tam təmin olunaraq, 1) Siyəzən rayonu Dağquşçu (“Ataçay”) təsərrüfatının bölgü layihəsinə əsasən 104 (yüz dörd) ailəyə verilmiş kod 30504018, JN001-0104 nömrəli 26.07.2000-ci il tarixli "Torpağa mülkiyyət hüququna dair” Dövlət aktları etibarsız hesab olunaraq ləğv edilməsi; 2) Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Siyəzən rayonu Dağquşçu ("Ataçay") təsərrüfatının yeni hazırlanmış baş sxemi əsasında bölgü layihəsinin hazırlanaraq hər bir ailə üçün torpaq sahəsinin plan və ölçüsü sənədini hazırlanması; 3) Azərbaycan Respublikası Əmlakı Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Sumqayıt Ərazi İdarəsi tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hazırlayacağı “Torpaq sahəsinin planı və ölçüsü" sənədi əsasında torpaq payı almaq hüququ olan subyektlərə çıxarış verilməsi müvafiq təşkilata həvalə olunması barədə qərar qəbul edilmişdir. Lakin qətnamənin mahiyyəti üzrə icrası zamanı, yəni mülkiyyətlərinə düşən torpaq paylarına dair çıxarış alarkən onlardan qanuna zidd olaraq Azərbaycan Respublikası Əmlakı Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Sumqayıt 2 saylı Ərazi İdarəsi tərəfindən rüsum, yəni müəyyən məbləğdə pul ödənilməsi tələb olunmuşdur. Bu barədə Dövlət Reyestr Xidməti Sumqayıt 2 saylı Ərazi İdarəsi tərəfindən onlara rəsmi olaraq bildirilmişdir. Bununla bağlı onlar tərəfindən digər mötəbər sübutlar məhkəmə gedişində təqdim ediləcəkdir. Odur ki, onlar Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilməsini və bu yalnışlıq onlar tərəfindən deyil, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən yarandığını əsas gətirərək müvafiq rüsumu ödəməkdən imtina etdiklərinə görə bu günə qədər mülkiyyətlərinə verilmiş torpaq payları üzərində hüquqlarını rəsmiləşdirilməsi məhdudlaşmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmədə iştrak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh 03.12.2019-cu il tarixli məktubla iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı34, İddiaçı5 və qeyriləri Siyəzən rayonu, Dağquşçu kəndi ərazisində yerləşən torpaq payları üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyata alınmasına dair ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə şifahi qaydada müraciət etsələr də, qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumunu ödəməkdən imtina etdiklərinə görə onları müraciəti qəbul edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıların hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçıların Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştrak edən cavabdh təşkilatın nümayəndəsi etiraz ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıların şəxsiyyət vəsiqələrinin surətləri, Siyəzən rayon məhkəməsinin 2(059)-163/2012 saylı 17 oktyabr 2012-ci il tarixli qətnaməsinin surəti, Cavabdehin 03.12.2019-cu il tarixli etirazı və 11 fevral 2020-ci il tarixli **********91 saylı sorğuya cavab məktubu, Siyəzən rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(059)-163/12 saylı məktubu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). İddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. Bu səbəbdən də iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Belə ki, iddaçı cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatı ilə və xidmət haqqının tələb edilməsi ilə bağlı faktiki xarakterli xarakterli hərəkətlərini mübahisələndirir ki, sonuncunun bu sahədə olan fəaliyyəti onun publik (ümumi) hüquq sahəsinə aid olan səlahiyyətləri ilə bağlıdır. İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. Cavabdehin etirazından müəyyən olunur ki, iddiaçılar hazırki tələbləri ilə bağlı əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia, mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, Siyəzən rayon Məhkəməsinin 17 oktyabr 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki,16 fevral 1998-ci il tarixli 35 saylı qərarı ilə keçirilmiş torpaq islahatı nəticəsində Siyəzən rayonunun Dağquşçu (keçmiş “Ataçay”) kəndinin 104 nəfər sakininə “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilmişdir. Lakin sonradan məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsinin təqsiri ucbatından bölgü lahiyyəsi səhv tərtib edilmiş və bölgü lahiyyəsinin yenidən hazırlanması üçün Siyəzən rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət olunmuşdur. Lakin bəzi kənd sakinlərinin “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının onlarda olan nüsxəsini geri qaytarmadıqlarına görə məsələ öz həllini tapmamışdır. Məsələnin həlli ilə əlaqədar kənd sakinləri Siyəzən rayon məhkəməsinə müraciət etmişdirlər və Siyəzən rayon məhkəməsinin 17 oktyabr 2012-ci il tarixli qərarı ilə 104 nəfər kənd sakininin adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktları etibarsız hesab edilərək, 104 nəfərin adına “torpaq sahəsinin planı və ölçüsü” nün yenidən tərtib edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon Şöbəsinin üzərinə qoyulmuş və həmin sakinlərin adına mülkiyyət hüququna dair çıxarışın verilməsi ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə həvalə olunmuşdur. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş və icraaya yönəldilmişdir. Hazır ki, iş üzrə iddiaçılar özlərinə məxsus torpaq sahələrinə mülkiyyət hüququna dair çıxarışın alınması ilə əlaqədar DƏDRX-nə müraciət etmişdirlər, lakin qeyd olunan qurumdan dövlət rüsumu haqqında qanunun tələblərinə əsasən dövlət rüsumu tələb edilmişdir. İddiaçılar onlardan tələb edilən dövlət rüsumunun həddindən yüksək olması səbəbindən ödəmək iqtidarında olmamalarını bildirmişdirlər. Qeyd olunan məsələnin aydınlaşdırılması məqsədi ilə, Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli məktubu ilə müraciət edilmiş və DƏDRX-nin 11 fevral 2020-ci il tarixli **********91 saylı məktubla cavab olaraq bildirilmişdir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 26.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeyd alınması barədə çıxarışın verilməsi 30 (otuz) manat, 26.1.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə 50 manat və xidmət haqqının hesablanması Tarif (Qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 04 saylı Qərarına əsasən daşınmaz əmlakın dövlət reyesterində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyesterə daxil edilməsi üçün 20 (iyirmi) manat, kənd təsərrüfatı təyinatlı torpaq sahələri 1 ha-ya qədər olduqda 18 (on səkkiz) manat xidmət haqqı hesablanır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası haqqında Qanunun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Heç bir hüquqi (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istisna olmaqla) və ya fiziki şəxs dövlətin adından bu Qanunun 1.1-ci maddəsinin birinci abzasında göstərilən hakimiyyət səlahiyyətlərini həyata keçirə bilməz. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatı üçün dövlət rüsumu tutulur. Həmin Qanunun 27.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında dövlət qeydiyyatına alınanadək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur. İş materiallarına əlavə edilmiş və Siyəzən rayon məhkəməsinin 2(059)-163/2012 saylı 17 oktyabr 2012-ci il tarixli qətnaməsinin surətindən məlum olmuşdur ki, hazır ki, iddia tələbi üzrə iddiaçıların torpaq sahələrinə dair hüquqları 26 iyun 2000-ci il tarixli “Torpağa mülkiyyət hüquqna dair” dövlət aktlarna əsasən əmələ gəlmişdir. Sonradan həmin dövlət aktları məhkəmənin qətnaməsinə əsasən iddiaçıların günahı ucbatından deyil, müvafiq qeydiyyatı aparan vəzifəli şəxslərin günahı ucbatından məhkəmənin qərarına əsasən ləğv edilmişdir. Belə olduğu tədqirdə məhkəmə hesab edir ki, hazır ki, iddia tələbi üzrə iddiaçılar “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 27.4-cü maddəsinə əsasən onlardan tələb edilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün nəzərdə tutulmuş 30 (otuz) manat dövlət rüsumundan başqa digər haqların ödənilməsindən,yənidaşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə 50 manat və xidmət haqqının hesablanması Tarif (Qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 04 saylı Qərarına əsasən daşınmaz əmlakın dövlət reyesterində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyesterə daxil edilməsi üçün nəzərədə tutulmuş 20 (iyirmi) manat, kənd təsərrüfatı təyinatlı torpaq sahələri 1 ha-ya qədər olduqda nəzərədə tutulmuyş 18 (on səkkiz) manat xidmət haqqı ödəmələrindən azad olunmalıdırlar. İddia tələbinə dair verilmiş etiraz ərizəsində göstərilmiş xidmət haqqına gəlincə isə məhkəmə qeyd etməyi zəruir bilir ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 04 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərində ilkin və təkrar qeydiyyatla bağlı tariflər müəyyən edilmiş, uyğunzluqların aradan qaldırması ilə bağlı xidmət haqlarının alınması ilə bağlı həmin qərarda hər hansı gösrətiş və ya xidmət haqqının məbləği mövcud deyildir. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə, Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Göründüyü kimi dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının və daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə məhz cavabdehin vəzifəli şəxsləri məsuliyyət daşıyır ki, iddiaçı cavabdehin vəzifəli şəsxlərinin məsuliyyətsizliyinə görə xidmət haqqının ödənilməsinə məcbur edilə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin xidmət haqqının tələb edilməsinə dair hərəkətləri qanunsuz, dəlilləri isə əsassız olduğundan iddia bu hissəsədə təmin edilməlidir. Lakin “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununda daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün dövlət rüsumundan azad olma nəzərdə tutulmadığından bu hissədə iddia tələbi təmin edilə bilməz. Göründüyü kimi cavabdeh təşkilatın yuxarıda qeyd olunan maddi hüquq normaların tələbləri baxımından hazır ki, iş üzrə iddiaçı olan şəxslərdən qeyd olunan xidmət haqqlarının tutulması qanuna ziddir. Belə olduğu tədqirdə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. İddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə “iddiaçılar İddiaçı34, İddiaçı5, İddiaçı67, İddiaçı61, İddiaçı54, İddiaçı55, İddiaçı4, X8, İddiaçı1, İddiaçı32, İddiaçı57, X4, X7, İddiaçı65, İddiaçı3, İddiaçı35, İddiaçı6, İddiaçı32, 1İddiaçı67, İddiaçı68, İddiaçı7, İddiaçı33, İddiaçı69, İddiaçı70, İddiaçı11, İddiaçı8, İddiaçı61, İddiaçı39 Nüdrət oğluna, İddiaçı72, İddiaçı60 Əlsafa oğluna, İddiaçı12 Əlsafa oğluna, İddiaçı64, X12, İddiaçı10 İddiaçı49, İddiaçı40, İddiaçı9, İddiaçı53, X1 X5, X11, X9, İddiaçı63, X13, İddiaçı50, İddiaçı21, İddiaçı73, İddiaçı42, İddiaçı74, İddiaçı43 Ümüd oğluna, İddiaçı51 Hüseynalı oğluna, İddiaçı48, İddiaçı52, İddiaçı20, X6, İddiaçı19, İddiaçı47 Şahbaba oğluna, İddiaçı24, İddiaçı9, İddiaçı11, İddiaçı27, İddiaçı23, İddiaçı45, İddiaçı71, İddiaçı41, İddiaçı77, İddiaçı17, İddiaçı39 Nüdrət oğluna, İddiaçı26, İddiaçı18, İddiaçı15, İddiaçı16, İddiaçı78, X14, İddiaçı62, İddiaçı58, İddiaçı79, İddiaçı52, İddiaçı25, İddiaçı56, İddiaçı38, İddiaçı36 ayrılmış Siyəzən rayonunun Dağquşçu (“Ataçay”) kəndində yerləşən torpaq sahələrinə dair daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeyd alınması barədə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 27.4-cü maddəsinə əsasən iddiaçılar onlardan tələb edilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün nəzərdə tutulmuş 30 (otuz) manat dövlət rüsumundan başqa digər haqların ödənilməsindən,yəni daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə 50 manat və Tarif (Qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 04 saylı Qərarına əsasən daşınmaz əmlakın dövlət reyesterində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyesterə daxil edilməsi üçün nəzərdə tutulmuş 20 (iyirmi) manat, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 ha-ya qədər olduqda nəzərdə tutulmuş 18 (on səkkiz) manat xidmət haqqı ödəmələrindən azad olunsunlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə iddiaçılara Siyəzən rayonunun Dağquşçu (“Ataçay”) kəndində yerləşən torpaq sahələrinə dair texniki sənədlərin (torpaq sahəsinin planı və ölçüsün) verilməsi üçün nəzərdə tutulan və Tarif (Qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 04 saylı Qərarına əsasən müəyyən edilmiş xidmət haqqları alınmadan torpaq sahələrinin plan və ölçüsü sənədlərinin verilməsi, eləcə də hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakların dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-269/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-269/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver