Məhkəmə qərarları › İş №2-1(118)-269/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-269/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-269/2022 26.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı “Quba rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 2007-ci tarixli, 263 saylı sərəncamının ləğv olunması”na dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “Quba rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 2007-ci tarixli, 263 saylı sərəncamının ləğv olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X12 və X9 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, '’Zəka-L" kiçik müəssisəsi 1993-cü ildə rəsmi dövlət qeydiyyatından keçməklə hal-hazıra qədər fəaliyyət göstərir. Kiçik müəssisənin mülkiyyətində binalar, qurğular, yaşayış evləri, istifadəsində isə 6 hektardan yuxarı torpaq sahəsi vardır. Həmin binalardan biri də vaxtı ilə idarə binası kimi istifadə olunmuş tikilidir. 1999-cu ildə həmin binada heç bir yaşayış yerləri olmadığını bildirərək, X9 və onun həyal yoldaşı Hüseynov Səttər özbaşına olaraq məskunlaşmışlar. Onlara dəfələrlə xəbərdarlıq edilərək, evin boşaldılması tələb edilsə də göstərilən şəxslər “Zəka-L" kiçik müəssisəsinin mülkiyyətində olan tikilini zəbt etməkdə davam etmişlər. Onlar tikilinin altındakı torpaq sahəsi ilə birlikdə ’‘Zəka-L" kiçik müəssisəsinin istifadəsində olan 2.5 sot torpaq sahəsini də zəbt etmişlər. Hüseynov Səttər 2008-ci ildə vəfat etmişdir. Bundan sonra X9 tikiliyə saxta sənədlər əldə edərək, qanunsuz yolla tikiliyə reyestrdən çıxarış almış və onu qardaşı X6 mülkiyyətinə keçirmişdir. Belə ki, iddiaçıya sonradan məlum olmuşdur ki, X9 saxta sənədlər əsasında tikiliyə order almış və order əsasında tikiliyə öz adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21.04.2017-ci il tarixli çıxarış almışdır. Orderin verilməsinə əsas isə Quba rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 2007-ci il tarixli 263 saylı sərəncamı olmuşdur ki, bu sərəncam da verilərkən əsas kimi Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin 04.07.2007-ci il tarixli 2935 saylı arayışı olmuşdur. Həmin arayışda göstərilir ki, guya X9 1994-cü ildən mübahisə predmeti olan evdə qeydiyyatdadır. Lakin Quba RPŞ-nin 12.09.2019-cu il tarixli məktubu ilə təsdiq olunur ki, X9 20.03.1979-cu ildən 18.03.2006-cı ilə kimi Quba rayonu, Digah kəndində qeydiyyatda olmuşdur. Bununla da Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin 04.07.2007-ci il tarixli. 2935 saylı arayışının saxta və qanunsuz verilməsi sübut olunur. Deməli, saxta arayış əsasında verilmiş sərəncam verildiyi andan etibarsız sayılmalıdır. Göstərilən sərəncamın verilməsi üçün əsas olmuş sənədlərin Quba rayon İcra Hakimiyyətindən tələb olunaraq, gətirilməsini xahiş edirlər. Belə ki, Azərbaycan Respublikası İPM- nin 13-cü maddəsinə əsasən, "Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur ”. Məcəllənin 60-cı maddəsinə görə, inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmçinin haqqında söhbət gedən sənədlərin əsil nüsxələri üçüncü şəxslərdə olduğundan, onların cavabdehlərdən tələb olunaraq, həmin sənədlərin əsil nüsxələrinə məhkəmədə baxış keçirilməsini xahiş edirlər. Göstərilən daşınmaz əmlak ümumiyyətlə kərpic zavodunun yaşayış fonduna daxil olmamışdır, zavodun inzibati idarə binası olmuşdur. Həmin dövrlərdə kərpic zavodunun yataqxanası olmuş, lakin həmin yataqxana ümumiyyətlə kərpic zavodunun istifadəsində olan torpaq sahəsində deyil, həmin ərazidən təqribən 1 kilometr aralı, yaşayış məhəlləsinin daxilində olmuşdur. Təbii ki, yataqxana kərpic zavodunun olmasına baxmayaraq, zavodun istehsalat bazasının yerləşdiyi ərazidə ola bilməzdi. Həmin yataqxana da Quba rayon İcra Hakimiyyətinə təhvil verilmişdir. Üçüncü şəxslərin zəbt etdiyi binanın yaşayış sahəsi deyil, əvvəllər kərpic zavodunun inzibati binası olması faktını təsdiq edən şahidlərin 17 sentyabr 2020-ci ildə notarial qaydada təsdiq edilmiş izahatlarını da iddia ərizəsinə əlavə etmişdirlər. Həmin izahatlarında şahidlər təsdiq edirlər ki, mübahisələndirilən daşınmaz əmlak kərpic zavodunun inzibati idarə binası olmuşdur. Quba rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 2007-ci il tarixli, 263 saylı sərəncamı guya kərpic zavodunun yataqxanasında yaşayan şəxslərin həmin mənzilli özəlləşdirmələri üçün verilmişdir. Elə mübahisənin kökündə də o durur ki, mübahisə predmeti olan daşınmaz əmlak kərpic zavodunun istifadəsində olan, istehsalat bazasının yerləşdiyi ərazidədir, kərpic zavodunun keçmiş yataqxanası ilə bu daşınmaz əmlakın arasında yuxarıda da qeyd etdiyi kimi 1 kilometrdən çox ərazi vardır. Mübahisə predmeti olan daşınmaz əmlak kərpic zavodunun inzibati idarə binası kimi istifadə olunmuşdur. Deməli, kərpic zavodunun inzibati idarə binasına yaşayış fondu kimi sərəncam verilə bilməzdi ki, bu da özü-özlüyündə sərəncamın əsassız və qanunsuz olduğunu sübut edən daha bir dəlildir. Həmçinin bildirirlər ki, yuxarıda da qeyd etdikləri kimi, kərpic zavodunun yataqxanası İddiaçınə təhvil verilməmiş, yatqxana Quba rayon İcra Hakimiyyətinə təhvil verilmişdir. Bir daha qeyd edirlər ki, məsələnin elə kökü də ondan ibarətdir ki, mübahisə predmeti olan daşınmaz əmlak vaxtı ilə yaşayış binası yox, zavodun inzibati idarə binası olmuşdur. İddiaçı balansında və mülkiyyətində yaşayış binası olmamış, müəssisəyə yaşayış binası təhvil verilməmişdir, deməli, buradan belə çıxır ki, mübahisə predmeti olan daşınmaz əmlak yaşayış binası ola bilməzdi. Həmçinin qeyd edirlər ki, mübahisə predmeti olan daşınmaz əmlak kərpic zavodunun istehsalat bazası kimi istifadəsində olmuş ərazinin daxilindədir və bir daha bildirirlər ki, bu ərazidə yaşayış binası ola bilməzdi. Çünki, kərpic zavodundakı istehsal həmin dövrdə ziyanlı istehsal sayılırdı və bu səbəbdən zavod şəhərdən kənarda tikilmişdi. Daşınmaz əmlakın üçüncü şəxslər tərəfindən özəlləşdirilməsi üçün hüquqmüəyyənedici sənəd orderdir. İş materialları ilə də sübut olunur ki, göstərilən sərəncamın və orderin verilməsi üçün əsas olmuş Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin 04.07.2007-ci il tarixli, 2935 saylı arayışı bu arayışın verilməsi üçün heç bir əsas olmadan verilmişdir, yəni yuxarıda qeyd etdikləri və əlavə etdikləri sənədlərlə həmin arayışın qanunsuz olması təsdiq olunur. Qanunsuz arayış nəticəsində həyata keçirilmiş bütün hüquqi prosedurlar isə həyata keçirildiyi andan etibarsızdır, o cümlədən də, Quba rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 2007-ci il tarixli 263 saylı sərəncamı da qəbul olunduğu andan etibarsızdır. Yuxarıda göstərilənlər və iddia ərizəsinə əlavə etdikləri sənədlər tam şəkildə sübut edir ki, Quba rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 2007-ci il tarixli, 263 saylı sərəncamı ləğv olunmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, 01 avqust 2007-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətində mənzil komissiyasının iclası keçirilmiş və mənzil məsələləri ilə əlaqədar vətəndaşlar tərəfindən daxil olmuş ərizələrə baxılmışdır. Həmin müraciət müəlliflərindən biri də, X11 olmuşdur. O, Quba şəhəri S.Vurğun küçəsi kərpic sexi ərazisində 38,2 kv.metr yaşayış sahəsinə malik 3 otaqdan ibarət mənzildə uzun illər ailəsi ilə birlikdə yaşadığını, mənzilin adına rəsmiləşdirilməsini və müvafiq orderin verilməsini xahiş etmişdir. Komissiya tərəfindən onun xahişi təmin edilmiş və Quba RlHB-nin 03 avqust 2007-ci il tarixli, 263 saylı Sərəncamı ilə X7 qeyd olunan mənzilə dair orderin verilməsi qərara alınmışdır. Hazırda Rayon İcra Hakimiyyətində Sərəncamın verildiyi vaxt X4 hansı ünvanda qeydiyyatda olması və onun barəsində toplanmış digər materiallar barədə məlumat yoxdur. Qeyd olunan X1 başqa digər şəxslərin adına da, orderlərin verilməsi qərara alınmışdır. Sərəncamın ləğv edilməsi həmin şəxslərin də hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Həmçinin iddiaçının belə bir subyektiv hüququ da nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxslər X12 və X11 iddiaya etiraz edərək qeyd edirlər ki, iddiaçı Zəka- L"kiçik müəssisəsi cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı "sərəncamın ləğv edilməsi" iddiası qaldıraraq məhkəmədən Quba rayon İcra Hakimiyyətinin 03.08.2007-ci il tarixli 263 saylı sərəncamın ləğv edilməsi haqda qərar qəbul etməyi xahiş edir. Aşağıda göstərilmiş əsaslara görə hesab edirlər ki, iddianın münkün sayılmaması haqda qərar qəbul edilməlidir. İddiaçı iddia tələblərini onunla əsaslandırır ki, "xxxx"kiçik müəssisəsi 1993-cü ildə rəsmi dövlət qeydiyyatından keçməklə bu günədək fəaliyyət göstərən, mülkiyyətində binalar qurğular, yaşayış evləri, istifadəsində 6,0 hekrdan yuxarı torpaq sahəsi olan bir müəssisədir. Quba rayon İcra Hakimiyyətinin 03.08.2007-ci il tarixli 263 saylı sərəncamı əsasında onlara məxsus 2,6 kv.m torpaq sahəsində inşa edilmiş 55,0 kv.m sahəli ev əvəllər Quba kərpic zavodu balasında olan inzibati bina kimi istifadəı edilən tikili olduğunu,1993-cü ildə həmin tikili və altında olan torpaq sahəsi Zəka-L"kiçik müəssisəsinin balasına təhvil verildiyini o vaxtdan da həmin tikili Zəka-L"kiçik müəssisəsinin mülkiyyətində olan tikili olduğunu əsas olaraq göstərmişdir. AR İPM-nin 2.2.4-cü maddəsinin tələblərinə görə məhkəmə qaydasında inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara baxılır. İlk növbədə məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, iddiaçı Quba rayon İcra Hakimiyyətinə qarşı hazırki iddianı qaldırmağa subyektiv hüququ olmayan şəxs hesab edilməlidir.Belə ki,1993-cü ilin iyul ayından iddiaçı Quba rayon kərpic zavoduna məxsus olmuş tikililərindən və torpaq sahəsindən faktiki istifadə etmiş olsa da, nə Quba rayon kərpic zavodun tikililəri, nə də ki, zavodun istifadəsində olmuş torpaq sahəsi, o cümlədən, mülkiyyətdəki ferdi yaşayış evi iddiaçının balansında, mülkiyyətində, qanuni istifadəsində və sərəncamında olmamış, hal- hazırda da deyildir. Həmin tikililərə dair hüquqları öncə Quba rayon İcra Hakimiyyətinin 03.08.2007-ci il tarixli 263 saylı sərəncamı əsasında verilmiş Quba rayon İcra Hakimiyyətinin 03.08.2007-ci il tarixli 378 saylı orderi, daha sonra isə iddiaya etiraz ərizəsinə əlavə edilmiş 21.04.2017-ci tarixli və 14.02.2019-cu il tarixli reyestrdən çıxarışlarla adlarına rəsmiləşdirilmişdir. Mübahisə edilən evə dair iddiaçı artıq ikinci dəfədir ki, məhkəməyə müraciət edir. Belə ki, birinci dəfə 2020-ci ildə iddiaçı onlara qarşı mülkiyyətlərində olan Quba şəhəri S.Vurğun küçəsi, ev 3,1 saylı mənzilə dair verilmiş Quba RİHB-nın 03.08.2007-ci il tarixi i,378 saylı orderin, həmin order əsasında verilmiş mülkiyyət sənədlərinin etibarsız sayılması, yaşayış evinin və torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri qaytarılması tələbi ilə Quba rayon məhkəməsinə müraciət etmiş, Quba rayon məhkəməsinin 2(027)- 136/2020 saylı 10.01.2020-ci il tarixli qətnaməsi ilə "xxxx"kiçik müəssisənin qeyd edilmiş tələbi təmin edilmiş olsa da, həmin qətnamədən verdiyimiz apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.09.2020-ci il tarixli,2(105)-1855/2020 saylı qətnaməsi ilə təmin edilmiş, iş üzrə çıxarılmış Quba rayon məhkəməsinin 2(027)- 136/2020 saylı 10.01.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Zəka-L"kiçik müəssisənin onlara qarşı qaldırdığı tələbləri təmin edilməmiş, iddiaçının apellyasiya instansiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 17.05.2021-ci il tarixli,2((102)-2083/2021 saylı qərarı ilə əsassız hesab edilməklə rədd edilmişdir. Həmin məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, mülkiyyətlərində olan ev və evin yerləşdiyi torpaq sahəsi iddiaçının istifadəsində və mülkiyyətində olmaması səbəbi ilə onun bizə qarşı həmin tələbi irəli sürmək üçün subyəktiv hüququ olmamışdır. Hazırki etiraz ərizəsinə əlavə edilmiş rəsmi sənədlər və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi və qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Dövlət tikinti materiallarının istəhsalı və satışı konserni Sumqayıt tikinti materialları kombinatının 02.07.1993-cü il tarixli,47 saylı əsassız əmri və əmrə əlavə edilmiş təhvil vermə aktı əsasında Quba kərpic sexin 45 adda 1953-1989-cu illərin istəhsalı olan dövlət avadanlıqlarını,o cümlətən,qeyri-yaşayış və yaşayış sahələrinin özəl fəaliyyət göstərən "xxxx"kiçik müəssisəsinin balansına verilməsi qərara alınır.Qanunvericilikdə dövlət mülkiyyətində olan daşınar və daşınmaz əmlakların özəl müəssisələrin balansına verilməsi nəzərdə tutulmadığı halda,ümümiyyətlə "xxxx"kiçik müəssisəsi həmin tarixdə hüquqi şəxs olaraq mövcud olmamış, "Zəka- L" k/m Ədliyyə Nazirliyində 06.12.1993-cü il tarixdə 405 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, nizamnaməsi 19.07.1994-cü ildə 19979 saylı nömrə ilə qeydiyyatdan keçmişdir. Ən başlıcası isə Azərbaycan Dövlət tikinti materiallarının istəhsalı və satışı konserni Sumqayıt tikinti materialları kombinatının rəhbərliyi 02.07.1993-cü il tarixli,47 saylı əmrlə dövlətin əmlakını hüquqi şəxs kimi fəaliyyət göstərməyən,dövlət qeydiyyatından keçməmiş müəssisənin balansına saxta əmr və saxta təhvil vermə akt əsasında Quba kərpic zavodunu təhvil vermiş olsa da, Zəka- L"kiçik müəssisəsi bu günədək həmin əmlaklara,o cümlətən torpaq sahəsinə və yaşayış sahələrə dair hüquqlarına lazımı qaydada dövlət qeydiyyatına almadan 30 il ərzində dövlət mülkiyyətində olan Quba kərpiç sexinin avadanlıqlarını,yaşayış və qeyri-yaşayış sahələrini,torpaq sahəsini qanunsuz satışı ilə məşğul olmuş,həmin satışdan əldə olunan vəsaitlərin mənimsəmişdir. 01.09.2000-ci ilədək qüvvədə olmuş AR Mülki Məcəllənin 25-ci maddəsinin tələblərinə əsasən müəssisə yalnız nizamnamə əsasında hərəkət edə bilər. 1994-cü ildə"xxxx"kiçik müəssisəsinə dair tərtib edilmiş nizamnamənin 4.2-ci bəndinə görə"xxxx"kiçik müəssisənin balansında "sexlər,emalarxanalar,mağazalar,maşın və avadanlıqlar,nəqliyyat vasitələr,digər istəhsal vasitələri,səhmlər və digər qiymətli kağızlar,istəhsal malları,alınan gəlirlər,pul vasitələri,həmçinin valyuta,istəhlak və istəhsal yönümlü digər əmlakların" müəssisənin balansında ola biləcəyi göstərilmişdir.Lakin qeyd edilmiş nizamnamədə müəssisəsinin balansında yataqxanaların,yaşayış evlərinin,mənzillərin və torpaq sahələrinin ola biləcəyi nəzərdə tutulmadığı halda Zəka- L"kiçik müəssisəsi dövlətin mülkiyyətində olan Quba kərpic sexin(zavodun) əmlaklarını balansına qəbul etmədən həmin əmlaklara dair qanunsuz sərəncam verməklə uzun müddət satışı və satışdan əldə etdiyi vəsaiti mənimsəməklə məşğul olmuşdur. AR Konstitusiya Məhkəməsi Plenumun "N. Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının AR Konstitusiyasına və qanunlara uyğunluğunu yoxlanılmasına dair"qəbul etdiyi 31.01.2006-cı il tarixli qərarında deyilir ki,AR-nın qanunvericiliyi özəlləşdirilən dövlət müəssisələrinin, olunan dövlət şirkətlərinin, konserlərinin balasında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlərifyataqxanalar,məişət və mədəniyyət binaları,uşaq baxçaları,idman qurğuları,atelye və s.)yerli icra hakimiyyəti orqanlarının və aidiyyatı üzrə müvafiq dövlət təşkilatların balansına verilməsini istisna etmir. Lakin bu hal səlahiyyətli dövlət orqanının qərarı əsasında münkündür.Qeyd edilmiş qərarla da müəyyən edilmişdir ki,qanunvericilikdə dövlət mülkiyyətində olan əmlakların özəl müəssisələrin balansına verilməsi nəzərdə tutulmamış,dövlət balansında olan əmlakların da dövlətin yuxarıda istinad edilmiş təşkilatların balansına da hər hansı bir əmr əsasında yox, bu na səlahiyyəti olan orqanın qərarı əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 dekabr 2021-ci il tarixli **********55 saylı məktubunda qeyd edilir ki, Quba şəhəri, S.Vurğun küçəsi ünvanında evin və həyətyanı torpaq sahəsinin İddiaçı direktoru X10 tərəfindən qanunsuz yollarla üçüncü şəxslərin əlindən alınmasının qarşısının alınmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından və birbaşa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə daxil olmuş eyniməzmunlu müraciətlərinə Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Müraciətdə qeyd olunan məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz ərazi şöbəsinin əməkdaşları tərəfindən üçüncü şəxslərin iştirakı ilə yerində araşdırma aparılan zaman ünvan 1 ünvanında İddiaçı adında hüquqi şəxs qeydiyyatdan keçmədiyi və fəaliyyət göstərmədiyi, həmçinin onlara və qohumlarına məxsus fərdi yaşayış evlərinin və mənzillərin keçmiş X13 ərazisi ilə üst-üstə düşmədiyi, qonşu ərazidə yerləşdiyi müəyyən olunmuşdur. Eyni zamanda, ayrı-ayrı vaxtlarda qarşılıqlı iddialar əsasında müxtəlif məhkəmə instansiyalarında məsələyə baxılaraq qərarlar qəbul olunduğu və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17.05.2021-ci il tarixli 2(102)- 2083/2021 saylı qərarı ilə “evə dair sənədlərin etibarsız sayılması, yaşayış evinin və torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri qaytarılması” tələbinə dair iş üzrə qarşı tərəfin kassasiya şikayətinin təmin edilmədiyi də müəyyən olunmuşdur Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103 maddəsinin 4-cü bəndinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüuqunun olması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarından görsənir ki, iddiaçı ilə üçüncü şəxslər arasında mülki məhkəmə icraatı qaydasında məhkəmə mübahisəsi olmuş və iddiaçının tələbləri əsaslı hesab edilməmişdir. məhkəmə onu qeyd edir ki, iddiaçının qeyd etdiyi halların həqiqətən baş verdiyi halda belə, dövlət əmlakına nəzarət edən müvafiq qurumun tələblər irəli sürmək hüququ ola bilər. İddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüuqunun olması üçün hüquqi əsaslar mövcud deyil. Bundan əlavə məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olsa belə, iddia müddəti ötürülmüşdur. Hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğuna görə, müddətin ötürülməsidə iddianın mümkünsüz edən əsaslardan hesab olunur. İddiaçı hazırda iddia qaldırmaqla 2007-ci il tarixli Sərəncamı mübahisələndirmişdir. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu inzibati aktın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar