Məhkəmə qərarları › İş №2-1(118)-2694/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2694/2022

26.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2694/2022 26.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarı ilə ayrılmış 837,89 kv m həyətyanı torpaq sahəsi üzırində mülkiyyət hüququnun mərhum anası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri” X8 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı rayonu, Göylər kəndində mərhum anası X1 adına olan, hazırda isə vərəsəliklə ona məxsus olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş A № 223834 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində 837.89 kv m qeyd olunmuş torpaq sahəsinə onun adına çıxarışın verilməsinin təmin edilməsini və bu öhdəliyin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə 837,89 kv m həyətyanı torpaq sahəsinin mərhum anası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Göylər kəndində yerləşən 837.89 kv m həyətyanı torpaq sahəsi iddiaçının mərhum anası X2 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarı ilə verilmişdir. Həmin torpaq sahəsinin zonası, normativ qiyməti, baş plandan çıxarış, əsas döngə nöqtələrinin koordinatları, torpaq sahəsinin qonşu sərhədləri və torpaq sahəsinin planı, miqyası həmin sənəddə qeyd edilmiş və bu sənəd imzalanmış və möhürlənmişdir. Höstərilən torpaq sagəsi təsərrüfatbaşına kitablara əsasən iddiaçının adına qeyd olunmuşdur. Lakin aqrar islahatları aparılan zaman anasının adına qeydə alınmışdır. Mərhum anası vəfat edənə kimi iddiaçı ilə birlikdə eyni evdə yaşamışdır. Hazırda cavabdeh onun mülkiyyət hüququnun qeydə alınmasına dair müraciətinə cavab verir ki, Dövlət Torpaq və Xəritəçəknıə Komitəsi tərəfindən tərtib olunmuş A№ 223834 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində 837,89 kv m qeyd olunmasına baxmayaraq, faktiki istifadədə yalnız 687 kv m torpaq sahəsi mövcuddur. Həmin 150 kv m torpaq sahəsi onun istifadəsiundə olmuşdur, lakin bir neçə il bundan qonşusu çəpər çəkərək qanunsuz olaraq onun torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. İddiaçı köməksiz vəziyyətdədir, şəhid atasıdır. Bununla bağlı iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin dəlillərinə əlavə olaraq izah etmişdir ki, cavabdeh mülkiyyət hüququnun qeydə alınması üçün qonşu ilə arada olan hasarın sökülməsini təklif edir. Lakin iddiaçının buna maddi imkanı çatmır, o, şəhid atasıdır, yeganə oğlu Vətən müharibəsi zamanı şəhid olmuşdur. Hasarın sökülüb yenidən çəkilməsinə maddi və fiziki imkanı çatmır. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, həyətyanı torpaq sahəsinin ölçüsü ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş AN 223834 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində 837.89 kv m qeyd olunmasına baxmayaraq, faktiki istifadədə yalnız 687 kv metr torpaq sahəsi mövcuddur. Bu səbəbdən onun müraciətinin təmin olunmasından imtina edilmişdir. İş materiallarında olan : - ИЕ № 245029 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı atası Quliyev Osman əli oğlu, anası X3r. -DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki,həmin sənəd Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarı ilə X2 ayrılmış 837,89 kv m həyətyanı torpaq sahəsi barəsindədir. - X6 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli araxiv arayışından görünür ki, Şamaxı rayon Göylər kənd XDS İcraiyyə Komitəsinin 1972-1974-cü illərin təsərrüfatbaşına kitablarında İddiaçı təsərrüfatında 0,08 ha həyətyanı torpaq sahəsi, o cümlədən tikili altında 0,01 ha olması qeyd edilmişdir. - AZ-İİ № seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, torpağın iddiaçıya təsərrüfatbaşına kitablara əsasən iddiaçıya, daha sonra aqrar islahatları aparılan zaman mərhum anası N.Quliyevanın adına qeydə alınması iş materialları ilə təsdiq edilir. Hazırda həmin torpaq sahəsinin bir hissəsinin qonşu tərəfindən zəbt edilməsi mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsini istisna edən hal deyildir. Torpaq sahəsinin plan və ölçü sənədi artıq 2010-cu ildə verilmişdir və iddiaçnını tələbinin təmin edilməsi üçün əsaslar vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə 837,89 kv m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarı ilə 837,89 kv m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar