Məhkəmə qərarları › İş №2-1(118)-27/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-27/2023

06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-27/2023 06.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “X4 ünvan 1i ərazisində yerləşən torpaq sahəsində birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla 5 mərtəbəli yaşayış binasının tikintisinə AR Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 nömrəli qərarının tələblərinin pozulması ilə icazə verilməsinə dair Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamının ləğv edilməsinə" dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “X4 ünvan 1i ərazisində yerləşən torpaq sahəsində birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla 5 mərtəbəli yaşayış binasının tikintisinə AR Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 nömrəli qərarının tələblərinin pozulması ilə icazə verilməsinə dair Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamının ləğv edilməsinə" dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və X6 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* saylı Çıxarışdan göründüyü kimi, ünvan 1ində yerləşən, 0.1808 hektardan ibarət olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Lakin iddiaçının xəbəri olmadan həmin torpaq sahəsinin sərhədində yerləşən və xüsusi mülkiyyət hüququ ilə X4 məxsus olan, 0.04 hektardan ibarət torpaq sahəsinin iddiaçının əmlakına bitişik hissəsində çoxmərtəbəli bina inşa olunmağa başlanılmışdır. Bununla da iddiaçının mülkiyyət hüquqlarına qanunsuz müdaxilə olunmuş, xüsusi mülkiyyətində olan əmlakdan AR Mülki Məcəlləsinin 152-ci maddəsinə uyğun olaraq istədiyi kimi, sərbəst və maneəsiz istifadə etməyinə, həmin əmlakın indiki vəziyyətinə, yenidən layihələndirilməsinə, eləcə də gələcək tikinti işlərinə və digər işgüzar planlarına ciddi əngəllər törədilmişdir. Bütün bu qeyd edilənlər barədə tərəfindən həm Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həm də hazırkı iş üzrə Cavabdehnə müraciət edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, 76 saylı cavab məktubunda göstərilmişdir ki, “...torpaq sahəsi üzərində istifadə, icarə və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasına dair çıxarışı 4 saylı Abşeron ərazi idarəsinə təqdim etdikdən sonra Sizin torpağın sərhədləri müəyyənləşə bilər ”. Cavab məktubunun mətnindən göründüyü kimi, tələbindən hansı əsaslarla imtina edildiyi barədə məktubda heç bir dəqiq qeyd yoxdur. Ümumiyyətlə imtina edilib-edilmədiyi də dəqiq məlum deyil. Eyni zamanda cavabla iddiaçının tələbi arasında hər hansı bir əlaqə də mövcud deyil. Həmçinin məktubda qeyd edilənlərin əksinə tərəflərindən çıxarış və bütün digər sənədlər cavabdeh təşkilata təqdim edilmişdir. Ona görə də cavabdehin bu cavabı və müraciəti təmin etməkdən imtina etməsi hüquqlarını pozmuşdur. Cavabdeh tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı qeyd edir ki, Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamı ilə X4 birinci mərtəbəsi qeyriyaşayış sahəsi olmaqla beş mərtəbəli yaşayış binasının tikintisinə icazə, xx.xx.2018-ci il tarixdə isə tikinti işlərinin başlanması üçün əsas olan 015 saylı xüsusi nişan verilmişdir. Hesab edir ki, X4 iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə bitişik şəkildə çox mərtəbəli yaşayış binasının tikilməsinə icazə verilməsi aşağıda göstərilən səbəblərdən tamamilə qanunsuz və əsassızdır. Belə ki, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 4.3-cü maddəsinə, AR Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanının 4.3-cü bəndinə və AR Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma və tikinti fəaliyyəti, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, qeyd edilən qanunvericilik normalarına əsasən, tikintiyə icazə verilməsi barədəki sərəncamın verildiyi vaxt şəhərsalma və tikinti fəaliyyəti prosesində tikintiyə icazə verilməsi və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirmək səlahiyyəti Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məxsus olmuşdur. Lakin bu açıq və imperativ qanun normalarına baxmayaraq, Cavabdeh qanunsuz olaraq qeyd edilən icazəni vermişdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə onun əhatəsində inşa edilməyə başlanılmış çoxmərtəbəli tikilinin ara məsafəsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydalara tamamilə zidd müəyyən edilmişdir. Belə ki, müvafiq qanunvericiliyin tələblərinə zidd şəkildə tikinti iddiaçıya məxsus torpaq sahəsinin son sərhədlərinə qədər aparılmış, arada heç bir məsafə qoyulmamış, bəzi hissələrdə isə onun torpaq sahəsində də tikinti işləri aparılaraq əmlakına qanunsuz müdaxilə olunmuşdur. Tikintisi aparılan yaşayış binasının 5 mərtəbədən ibarət olacağı nəzərə alınarsa, bu, müvafiq sərəncamı verən icra hakimiyyəti orqanı, o cümlədən tikintini aparan şəxs tərəfindən müvafiq qanunvericiliyin tələblərinə əməl olunmadığını, əksinə qanunun tələblərinin onlar tərəfindən kobud şəkildə pozulduğunu təsdiq edir. Nəticədə onlar tərəfindən qanun pozulması ilə yanaşı, təhlükəsizlik qaydalarına da əməl edilməmişdir. Hansı ki, mövcud qanunverciliyin tələblərinə əsasən aparılan tikili ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsi arasında təqribən 10 metrə qədər məsafə saxlanılmalı idi. İddiaçı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu, 71.1ci , həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”a istinad edərək qeyd edir ki, Cavabdeh tərəfindən qanunvericiliyin imperativ normalarının tələblərinə əməl olunmadan mövcud sərəncamın verilməsi, kobud qanun pozuntusu ilə yanaşı, yuxarıda qeyd edildiyi kimi, iddiaçının əmlakının həm indiki vəziyyətinə, həm də yenidən layihələndirilməsinə, eləcə də gələcək tikinti işlərinə və işgüzar planlarına ciddi şəkildə maneə törədir, bununla da AR Konstitusiyası və digər qanunvericilik aktları ilə müəyyən edilmiş hər kəsin öz mülkiyyətindən maneəsiz istifadə etmə hüququna malik olma hüququnu pozur. Qeyd edilənlənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətinə aid olan məsələ ilə bağlı səlahiyyətini aşaraq qanunsuz qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Komitə şəhərsalma və tikinti fəaliyyəti, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli, № 597 Fərmanının 9-cu bəndinə əsasən “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin: 9.1.3-cü hissədən “aparatının” sözü çıxarılsın və həmin hissədə “ 135” rəqəmləri “cəmi 220 ştat vahidi olmaqla, Komitənin aparatı üzrə 170 ştat vahidi, onun yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə 50" sözləri ilə əvəz edilsin. 9.2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 9.2.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin: “1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra - Komitə) şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.” Göründüyü kimi qanunvericiliyə dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli, № 597 Fərmanı ilə edilmişdir. Odur ki, mübahisələndirilən sərəncam rayon İcra Hakimiyyəti tərəfindən qanuni əsaslarla qəbul edilmiş və səlahiyyətdən kənara çıxma halı baş verməmişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən rayon İcra Hakimiyyəti qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X2 nümayəndəsi və vəkili etirazında qeyd etmişdir ki,

1. İddiaçı Süleyman oğlu Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli, 131 nömrəli sərəncamının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən sərəncamla tikintisinə icazə verilmiş yaşayış binası iddiaçıya məxsus olan torpaq sahəsinə bitişik ərazidə inşa olunmuşdur. Bununla da mövcud qanunvericiliklə müəyyən olunmuş qaydada iddiaçıya məxsus olan torpaq sahəsi ilə üçüncü şəxs X6 tərəfindən inşa edilmiş tikilinin ara məsafəsi pozulmuşdur.

3. İddiaçı həmçinin iddia ərizəsində göstərmişdir ki, onun mülkiyyətində olan torpaq sahəsinə bitişik olan torpaq sahəsində və birbaşa sərhəddə tikintinin aparılmasına görə onun razılığı alınmamış və tələbatları gözlənilməmişdir, tikintinin aparılmasından onun xəbəri olmamışdır, bununla yanaşı bəzi hissələrdə isə iddiaçıya məxsus olan torpaq sahəsində tikinti işləri aparılaraq onun əmlakına qanunsuz müdaxilə olunmuşdur.

4. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu və 71.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 nömrəli Qərarına istinad edilmişdir.

5. İş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının nəticəsinə dair xx.xx.2022-ci il tarixli, 10\5182 nömrəli ekspert rəyində X4 məxsus olan ünvan 1i ərazisində yerləşən 0,04 hektardan ibarət olan torpaq sahəsində inşa edilən yaşayış binasının Abşeron гayon İcra Hakimiyyəti Başçısının 17 aрrel 2015-ci il tarixli, 131 saylı sərəncamına uyğun şəkildə inşa edilmədiyi, həmin yaşayış binasının iddiaçıya məxsus torpaq sahəsinə bitişik inşa edildiyi, yaşayış binasının ona ayrılan torpaq sahəsinin sərhədində inşa edildiyi nəzərə alınaraq həmin yaşayış binasının inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaların” 7-ci və 9-cu bəndlərinin tələblərinin pozulduğunun müəyyən edildiyi, yaşayış binasının birinci mərtəbəsi ilə müqayisədə yuxarı mərtəbələrdə çıxıntıların mövcud olduğu, həmin çıxıntıların binanın əsas divarından 1 metr kənara çıxdığı və həmin çıxıntıların iddiaçıya məxsus torpaq sahəsinə tərəf fəzada bir tərəfdən 59 sm, digər tərəfdən isə 23 sm daxil olduğu, X6 tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinə fəzada 7,69 kv.metr olmaqla, ümumilikdə 8,91 kv.metr hissəsinə müdaxilə etdiyi göstərilmişdir.

6. Yuxarıda qeyd olunan işin hallarını, ekspert rəyini nəzərə alaraq hesab edirlər ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk növbədə inzibati icraat qaydasında irəli sürülən bütün növ iddia tələbləri üçün başlıca və zəruri olan ümumi mümkünlük şərtlərindən biri olan iddiaçının inizibati icraatda nəzərdə tutulmuş iddia tələblərindən birini irəli sürməsi üçün subyektiv hüququnun olub-olmamasını müəyyən etməlidir. Hazırki işdə isə iddiaçının belə bir subyektiv hüququnun olmaması müəyyən edilir.

7. İddiaçı iddia edir ki, mübahisələndirdiyi Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli, 131 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş yaşayış binası iddiaçıya məxsus olan torpaq sahəsinə bitişik ərazidə inşa olunmuşdur. Bununla da mövcud qanunvericiliklə müəyyən olunmuş qaydada iddiaçıya məxsus olan torpaq sahəsi ilə üçüncü şəxs X6 tərəfindən inşa edilmiş tikilinin ara məsafəsi pozulmuşdur.

8. İlk olaraq qeyd olunmalıdır ki, qüvvədə olan şəhərsalma və tikinti haqqında qanunvericiliyə əsasən ara məsafəsi sahələri qonşu torpaq sahələrində yerləşən tikililər arasında və ya tikili ilə həmin tikilinin yerləşdiyi torpaq sahəsinin sərhədləri arasında nəzərdə tutulmuşdur. İddiaçının iddia etdiyi kimi qonşu torpaq sahəsində inşa edilmiş tikili ilə iddiaçıya məxsus olan torpaq sahəsi arasında ara məsafəsi anlayışı mövcud deyildir və bu əsasla hər hansı bir tələb irəli sürmək əsassız və qanunsuzdur.

9. Digər tərəfdən tikintisi planlaşdırılan yaşayış və ya qeyri-yaşayış sahəsinin boş olan, yəni hər hansı bir tikilisi mövcud olmayan qonşu torpaq sahəsinin sərhədlərinə bitişik tikilməsinə icazə verilməsi hər hansı bir hüquq pozuntusu təşkil etmir. Mübahisələndirilən sərəncamla iş üzrə üçüncü şəxs X4 öz mülkiyyətində olan torpaq sahəsində tikinti aparılmasına icazə verilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, tikintiyə icazə verilərkən, həmçinin tikinti işləri aparılarkən və hal-hazırda da iddiaçıya məxsus olan torpaq sahəsində hər hansı bir tikinti mövcud olmamışdır. Buna görə də, iddiaçıya məxsus olan qonşu torpaq sahəsində yerləşən tikilinin xarici divarı ilə X2 mülkiyyətində olan torpaq sahəsində aparılan tikilinin xarici divarları arasında ara məsafəsinin nəzərdə tutulmalı olmasından söhbət gedə bilməz.

10. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinin mənasına görə ara məsafəsi sahələri mövcud binaların xarici divarlarının önündə nəzərdə tutulan sahələrdir. Həmin maddi hüquq normasında qeyd olunur ki, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Başqa sözlə tikinti obyektinin planlaşdırılması, ona icazə verilməsi zamanı ara məsafəsi sahəsinin nəzərdə tutulması üçün yalnız və yalnız tikinti işlərinin aparılması planlaşdırılan torpaq sahəsi ilə həmsərhəd olan torpaq sahəsində hər hansı bir tikilinin mövcud olması əsas şərtdir. Əks halda yuxarıda qeyd olunduğu kimi ara məsafəsi sahəsinin nəzərdə tutulması absurd və anlaşılmayan tələb olacaqdı.

11. Digər tərəfdən qanunvericilik tikinti obyektinin layihələndirilməsi zamanı ara məsafəsinin inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri ilə həmsərhəd torpaqlarda mövcud olan tikililərin xarici divarları və hissələri arasında saxlanılmasını nəzərdə tutmuşdur. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.7ci maddəsinə əsasən, Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü ;- 69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü.

12. Göstərilənlərdən aydın olur ki, iddiaçının qonşu torpaq sahəsində yaşayış sahəsinin tikintisinə icazə verilməsinə dair sərəncamı (inzibati aktı) ara məsafəsi sahələrinin saxlanılmamasına istinad etməklə mübahisələndirməsi tamamilə əsassızdır və buna görə də iddiaçının həmin tələbi irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Burada zəruri olan bir məqam qeyd olunmalıdır ki, iş üzrə üçüncü şəxs X6 tərəfindən ona məxsus olan tikinti ərazisinin sərhədləri daxilində, yəni inşa etdiyi tikili ilə həmin tikilinin yerləşdiyi torpaq sahəsinin sərhədləri arasında ara məsafəsini saxlamaması əgər qanun pozuntusuna səbəb olarsa (burada nəzərə alınmalıdır ki, mövcud qannvericilik tikinti ərazisinin sərhədləri daxilində ara məsafəsinin saxlanmasına zərurət olmadığı halları da müəyyən etmişdir) bu halda da həmin pozuntunun aradan qaldırılmasına dair tələbi müvafiq icra hakimiyyəti orqanları irəli sürə bilərlər. Yənu bu halda da iddiaçının həmin əsasla inzibati aktı mübahisələndirməsi üçün subyektiv hüququ yoxdur.

13. Ekspert rəyindən görünür ki, X6 tərəfindən inşa edilmiş yaşayış binasının birinci mərtəbəsi ilə müqayisədə yuxarı mərtəbələrdə mövcud olan çıxıntılar binanın əsas divarından 1 metr kənara çıxmışdır və həmin çıxıntılar iddiaçıya məxsus torpaq sahəsinə tərəf fəzada bir tərəfdən 59 sm, digər tərəfdən isə 23 sm daxil olmuşdur. X1 tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinə fəzada 7,69 kv.metr olmaqla, ümumilikdə 8,91 kv.metr hissəsinə müdaxilə edildiyi göstərilmişdir.

14. Göründüyü kimi binanın əsas divarları inşa edildiyi torpaq sahəsinin hüdudları daxilində yerləşməklə iddiaçıya məxsus olan torpaq sahəsinə müdaxilə edilməmişdir. Ekspert rəyindən də görünür ki, yalnız yaşayış binasının yuxarı mərtəbələrində mövcud olan çıxıntılar iddiaçıya məxsus olan torpaq sahəsinə tərəf fəzadan ümumilikdə 7,69 kv.metr hissədə keçmişdir.

15. Qeyd olunmalıdır ki, bu hal inzibati mübahisənin deyil, mülki mübahisənin predmetini təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 173- cü maddəsi məhz bu kimi hallarda mübahisənin həlli yollarını tənzimləmişdir. Mülki Məcəllənin “çıxıntılı binalar” adlanan 173-cü maddəsinə əsasən, Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər (173.1), Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər (173.2), Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər (173.3), Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər (173.4).

16. Beləliklə yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, mübahisələndirilən inzibati aktla iddiaçının hər hansı bir hüququna müdaxilə edilməmişdir və buna görə də iddaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi Vəkil3 iştirak etmiş, iddiaya etiraza uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, mahiyyəti baxımındanda əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibət bildirməyi vacib sayır. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt iddiaçının maraqlarına toxundudğu üçün onun bu iddianı qaldırmaqda subyektiv hüququ vardır, eyni zamanda iddiaçı inzibati icraata cəlb edilməsi, qəbul edilən inzibati akt ilə bağlı məlumatlandırılması müəyyən olunmadığına görə iddia müddətidə ötürülməmişdir, iddianı mümkünsüz edən hər hansı əsas müəyyən edilmir. Məhkəmə hesab edir ki, iddia aşagıda qeyd edilənlərə əsasən həmdə əsaslıdır. Belə ki, iddiaçı, X4 ünvan 1i ərazisində yerləşən torpaq sahəsində birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla 5 mərtəbəli yaşayış binasının tikintisinə AR Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 nömrəli qərarının tələblərinin pozulması ilə icazə verilməsinə dair Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamının ləğv edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, mübahisələndirilən sərəncam rayon İcra Hakimiyyəti tərəfindən qanuni əsaslarla qəbul edilmiş və səlahiyyətdən kənara çıxma halı baş verməmişdir. Üçüncü şəxs isə qeyd edir ki, qanunvericilik tikinti obyektinin layihələndirilməsi zamanı ara məsafəsinin inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri ilə həmsərhəd torpaqlarda mövcud olan tikililərin xarici divarları və hissələri arasında saxlanılmasını nəzərdə tutmuşdur. X6 tərəfindən ona məxsus olan tikinti ərazisinin sərhədləri daxilində, yəni inşa etdiyi tikili ilə həmin tikilinin yerləşdiyi torpaq sahəsinin sərhədləri arasında ara məsafəsini saxlamaması əgər qanun pozuntusuna səbəb olarsa (burada nəzərə alınmalıdır ki, mövcud qannvericilik tikinti ərazisinin sərhədləri daxilində ara məsafəsinin saxlanmasına zərurət olmadığı halları da müəyyən etmişdir) bu halda da həmin pozuntunun aradan qaldırılmasına dair tələbi müvafiq icra hakimiyyəti orqanları irəli sürə bilərlər. Yənu bu halda da iddiaçının həmin əsasla inzibati aktı mübahisələndirməsi üçün subyektiv hüququ yoxdur. Ekspert rəyindən görünür ki, X6 tərəfindən inşa edilmiş yaşayış binasının birinci mərtəbəsi ilə müqayisədə yuxarı mərtəbələrdə mövcud olan çıxıntılar binanın əsas divarından 1 metr kənara çıxmışdır və həmin çıxıntılar iddiaçıya məxsus torpaq sahəsinə tərəf fəzada bir tərəfdən 59 sm, digər tərəfdən isə 23 sm daxil olmuşdur. X1 tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinə fəzada 7,69 kv.metr olmaqla, ümumilikdə 8,91 kv.metr hissəsinə müdaxilə edildiyi göstərilmişdir.Göründüyü kimi binanın əsas divarları inşa edildiyi torpaq sahəsinin hüdudları daxilində yerləşməklə iddiaçıya məxsus olan torpaq sahəsinə müdaxilə edilməmişdir. Ekspert rəyindən də görünür ki, yalnız yaşayış binasının yuxarı mərtəbələrində mövcud olan çıxıntılar iddiaçıya məxsus olan torpaq sahəsinə tərəf fəzadan ümumilikdə 7,69 kv.metr hissədə keçmişdir. Qeyd olunmalıdır ki, bu hal inzibati mübahisənin deyil, mülki mübahisənin predmetini təşkil edir. Məhkəmə isə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarından əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.1808 ha torpaq sahəsi İddiaçı Süleyman oğlunun xüsusi mülkiyyətindədir. (reyestr nömrəsi **********68, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Başçının 17 aprel 2015-ci il tarixli 131 saylı Sərəncamı ilə X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX Seriyalı, ******* saylı çıxarışilə məxsus Masazır kəndində yerləşən 0.04 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında birinci mərtəbəsi qeyri-yaşayış obyekti olmaqla beş mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Sözügedən Sərəncamın təsdiq edilmiş surəti Abşeron rayon Dövlət Arxivinin 30 dekabr 2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmişdir. Həmçinin 5 mərtəbəli mansardlı yaşayış binasının eskiz layihəsi də məhkəmə prosesləri gedişində məhkəməyə təqdim edilmişdir. Abşeron rayon Masazır kəndi ərazisində yerləşən torpaq sahəsinə inşa edilən birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla 5 mərtəbəli yaşayış binasının Cavabdeh Başçısının 17 aprel 2015-ci il tarixli 131 saylı Sərncamına və eskiz layihəsinə uyğun aparılıb-aparılmaması ilə bağlı məlumatın məhkəmə təqdim edilməsi ilə bağlı məhkəmə sorğusuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-07271 saylı cavab məktubunda sözügedən ünvanda yerləşən tikinti obyektinə dair məlumatların Komitəyə təqdim edilmədiyi bildirilmişdir. Məhkəmənin 08 iyul 2022-ci il tarixli, 2-1(118)-71/2022 saylı Qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. X4 məxsus olan ünvan 1i ərazisində yerləşən 0.04 hektardan ibarət olan torpaq sahəsində inşa edilən yaşayış binası Cavabdeh Başçısının 17 aprel 2015-ci il tarixli, 131 saylı sərəncamına uyğun şəkildə inşa edilmişdirmi? 2. Yaşayış binası iddiaçıya məxsus torpaq sahəsinə hansı ara məsafəsi ilə tikilmişdir? Yaşayış binasının inşası zamanı qanunvericilikdə nəzərdə tutulmuş ara məsafələrinin gözlənilməsi normları pozulmuşdurmu? 3. Yaşayış binasının birinci mərtəbəsi ilə müqayisədə yuxarı mərtəbələrində cıxıntılar varmı? Varsa bu çıxıntılar hansı ölçüdədir? Çıxıntılı sahələrdə iddiaçının torpaq sahəsinə ara məsafələri nə qədər təşkil edir? Bu məsafələr qnunvericilikdə müəyyən edilmiş icazə verilən ara məsafələrinə uyğundurmu? 4. İddiaçı məxsus olan ünvan 1i ərazisində yerləşən 0.1808 hektardan ibarət olan torpaq sahəsinə hərhansı formada müdaxilə olunmuşdurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 dekabr 2022-ci il tarixli, 10/5182 saylı ekspert rəyi məhkəməyə təqdim edilmiş, tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir:

1. X4 məxsus olan ünvan 1i ərazisində yerləşən 0.04 hektardan ibarət oları torpaq sahəsində inşa edilmiş yaşayış binasının Cavabdeh Başçısının 17 aprel 2015-ci il tarixli, 131 saylı sərəncamına uyğun şəkildə inşa edilmədiyi müəyyən olunmuşdur. Belə ki, sərəncamda birinci mərtəbəsi qeyri-yaşayış obyekti olmaqla beş mərtəbəli yaşayış binasının tikintisinə icazə verilsə də, faktiki vəziyyətdə binanın 5-ci mərtəbəsindən əlavə mansard mərtəbəsinin inşa olunduğu müəyyən edilmişdir.

2. X4 məxsus olan ünvan 1i ərazisində yerləşən 0.04 hektardan ibarət olan torpaq sahəsində inşa edilən yaşayış binasının iddiaçıya məxsus torpaq sahəsinə bitişik inşa edildiyi müəyyən edilmişdir. Mübahisəli yaşayış binasının ona ayrılan torpaq sahəsinin sərhədində inşa edildiyini nəzərə alaraq, həmin yaşayış binasının inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü ii tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 7-ci və 9-cu bəndlərinin tələblərinin pozulduğu müəyyən olunmuşdur.

3. Tədqiq olunan yaşayış binasının birinci mərtəbəsi ilə müqayisədə yuxarı mərtəbələrdə çıxıntıların mövcud olduğu: həmin çıxıntıların binanın əsas divarından 1 metr kənara çıxdığı və iddiaçının mülkiyyətində olan torpaq sahəsinə tərəf fəzada bir tərəfdən 59 sm, digər tərəfdən isə 23 sm daxil olduğu; müəyyən edilmişdir. Həmin çıxıntıların iddiaçıya məxsus torpaq sahəsinə keçdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 7-ci və 9-cu bəndlərinin tələblərinə riayət olunmadığı müəyyən edilmişdir.

4. Qeyd olunur ki, məhkəmə qərardadının 4-cü sualında 0.1808 ha torpaq sahəsinin mülkiyyətçisi X6 qeyd olunsa da, iş materiallarına əsasən, 0.1808 ha torpaq sahəsinin mülkiyyətçisinin İddiaçı Süleyman oğlu olduğu göstərilmişdir. Bununla əlaqədar olaraq aparılan araşdırmalar nəticəsində İddiaçı Süleyman oğluna məxsus 0.1808 ha torpaq sahəsinin, fəzada 7.69 kv.m olmaqla ümumilikdə həmin torpaq sahəsinin 8.91 kv.m hissəsinə X6 tərəfindən müdaxilə olunduğu müəyyən edilmişdir. Habelə məhkəmə tərəfindən mütəxəssis rəyi alınmış, təqdim edilmiş rəydə İddiaçı Süleyman oğluna məxsus olan Abşeron rayonu. Masazır kəndi ərazisində yerləşən 0.1808 hektardan ibarət olan torpaq sahəsinin 8.91 kv.m (0.000891 ha) hissəsindən cavabdeh X6 tərəfindən faktiki istifadə edildiyi qeyd edilmişdir. Həmçinin Torpaq sahəsinin yerləşmə vəziyyətinə görə sxemi məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənəddən X2 faktiki istifadəsində olan 0.0436 ha torpaq sahəsinin **********68 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.1808 ha torpaq sahəsinə düşən hissəsinin 8.91 kv.m olduğu müəyyən edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. 69.6. Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. 69.7. Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü 69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. 69.8. Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 7-ci və 9-cu bəndlərinə əsasən:

7. Ara məsafəsi binanın xarici divarının hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafəsini təşkil edir. Əgər relyefə əsasən hündürlük dəyişərsə, bu zaman divarın orta hündürlüyü əsas götürülür.

9. Ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur. Məhkəmə araşdırması zamanı təqim edilən sənədlər və ekspert rəyi ilə müəyyən edilir ki, mübahisələndirilən inzibati akt qəbul edilərkən yuxarıda qeyd edilən hüquq normaları pozulmuşdur və məhkəmə hesab esab edir ki, buda iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 dekabr 2022-ci il tarixli, 10/5182 saylı ekspert rəyi ilə X4 məxsus olan ünvan 1i ərazisində yerləşən 0.04 hektardan ibarət olan torpaq sahəsində inşa edilən yaşayış binasının inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü ii tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 7ci və 9-cu bəndlərinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Məhkəmə bir məqama münasibət bildirməyi də vacib sayır. Üçüncü şəxs iddiaya etirazında qeyd edir ki, bu mübahisəyə mülki qaydada baxıla bilər. Məhkəmə hesab edir ki, əgər tikintiyə icazə və müvafiq lahiyə qanunvericiliyin tələblərinə uyğun olsa idi, lakin tikintini aparan şəxs lahiyədə qeyd edilənlərdən fərqli olaraq ara məsafələrini gözləmədən tikinti aparsa idi, bu halda sərəncama və lahiyəyə uyğun aparılmayan tikinlinin sökülməsi və mülki qanunvericilikdə nəzərdə tutulmuş digər tələblər mülki məhkəmə icraatı qaydasında irəli sürülə bilərdi. Lakin hazırkı işdə bu hal binanın 5-ci mərtəbəsindən əlavə mansard mərtəbəsinin inşa olunması kimi müəyyən edilmişdir. Ama qanunvericilikdə nəzərdə tutulmuş ara məsafələri gözlənilmədən tikintiyə icazə verildiyinə görə mübahisələndirilən inzibati akt qanunsuz olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan eyni zamanda mübahisələndirilən inzibati aktı qəbul edərkən inzibati icraatla bağlı qanunvericiliyin tələblərini pozmuş, iddiaçını inzbati icraata cəlb etməmiş, onu aparılan icraatla bağlı məlumatlandırmamışdır. İnzibati icarat haqqında Azərbaycan Respublikası qanununun 36.3-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Lakin cavabdeh inzibati orqan iddiaçının maraqlarına toxuduğu halda onu inzibati icraata cəlb etməmiş, onu məlumatlandırmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. İddiaçı inzibati icraata cəlb edilmədən, Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərini pozmaqla qəbul edildiyindən həmin inzibati akt ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. X4 ünvan 1i ərazisində yerləşən torpaq sahəsində birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla 5 mərtəbəli yaşayış binasının tikintisinə ilə icazə verilməsinə dair Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar