Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-27/2024 29.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X3 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş KOD 30100018 JN:785 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının hissəvi olaraq, yəni ona və ailə üzvlərinə məxsus 1.14 hektar torpaq sahəsinə dair hissədə ləğv edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “X3 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş KOD 30100018 JN:785 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının hissəvi olaraq, yəni ona və ailə üzvlərinə məxsus 1.14 hektar torpaq sahəsinə dair hissədə ləğv edilməsi, Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən, KOD:30100018 JN:106 saylı 03 mart 1999- cu il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsus 4.14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onun və ailə üzvlərinin adına yeni çıxarışın tərtib edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X8, X9 , X2 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 4.14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi KOD:30100018 JN:106 saylı 03 mart 1999cu il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçıya və onun ailə üzvlərinə məxsusdur. Bu yaxınlarda məlum olmuşdur ki, həmin torpaq sahəsinin 1.14 hektar hissəsi X3 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş KOD 30100018 JN:785 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının tərkibinə daxil edilmişdir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Qusar rayon məhkəməsində iddiasına baxılan mülki iş üzrə məhkəmənin verdiyi sorğuya cavab olaraq bildirilmişdir. Həmin dövlət aktının verilməsinə əsas olmuş sənəd kimi isə Qusar rayon məhkəməsinin 2-523a/2006 saylı 08 fevral 2006-cı il tarixli qətnaməsi göstərilmişdir. Lakin, Qusar rayon məhkəməsinin belə bir qətnaməsi mövcud olmamışdır. Bu barədə həmin məhkəmə tərəfindən müvafiq arayış verilmişdir. Bununla da, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi qanunsuz, olaraq, heç bir hüquqi əsas olmadan həmin dövlət aktım vermiş, iddiaçı və ailə üzvlərinə məxsus 4.14 hektar torpaq sahəsinin 1.14 hektar hissəsi də həmin aktda göstərilən torpaq sahəsinin tərkibinə daxil edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 141.1-ci, 141.2-ci, 141.3-cü, 149.2-ci, 157.1-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 29 fevral 2024-cü il tarixli, 2-1(118)-27/2024 saylı Qərardadı ilə iddia “Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən, KOD:30100018 JN:106 saylı 03 mart 1999- cu il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsus 4.14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onun və ailə üzvlərinin adına yeni çıxarışın tərtib edilməsi” hissəsində mümkün sayılmamışdır. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Qusar rayonu, Aşağı Ləyər kəndində yerləşən 1.14 ha torpaq sahəsinə dair vətəndaş X4 məxsus mülkiyyət hüququnu təsdiq edən JN 785 KOD 30100018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ləğv edilməsi barəaə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021 –ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2021-ci il tarixli, **********09 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: "Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası qanunun 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu, Aşağı Ləyər kəndində yerləşən 1.14 ha torpaq sahəsinə dair vətəndaş X4 məxsus mülkiyyət hüququnu təsdiq edən JN 785 KOD 30100018 daylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. " Cavabdeh "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci, 8-ci, 9-cu, 16.6-cı maddələrinə istinad edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X1 nümayəndəsi Shugubov Oktay iştirak etmiş, iddiaya etiraz etmiş və bildirmişdir ki, torpağı alqı-satqı müqaviləsin ilə əldə etmişdirlər, qanuni istifadələrindədir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı X3 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş KOD 30100018 JN:785 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının hissəvi olaraq, yəni ona və ailə üzvlərinə məxsus 1.14 hektar torpaq sahəsinə dair hissədə ləğv edilməsini istəyir. İş materiallarına əlavə edilmiş JN 785, KOD 30100018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, X3 aında 20.07 ha torpaq sahəsinin verilməsinə əsas Qusar rayon Məhkəməsinin 08 fevral 2006-cı il tarixli 2-523/2006 saylı Qətnaməsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı adına ümumbirgə 4.14 ha torpaq sahəsinə verilmiş JN -106.KOD 30100018 nömrəli dövlət aktına xx.xx.2006-ci il tarixli 2-29 /2006 saylı məhkəmə qətnaməsinə əsasən yeni 18 .05.2006- ci itarixdə JN-722 KOD 30100018 nömrəli dövlət aktı işlənmişdir. X3 adına verilmiş JN-785 KOD 30100018 nömrəli dövlət aktı xx.xx.2016- cı il tarixli Qusar rayon notariat kontorunun 4Ə-1570 və 4Ə-1569 reyestr nömrəli alqı satqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmiş xx.xx.2018-ci il tarixdə Qusar rayon notariat kontorunun 4Ə-1056 və 4Ə-1055 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X11 tərəfindən X1 adına özgəninkiləşdirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2-523/2006 saylı, 08 fevral 2006- cı il tarixli və 2-29/2006 saylı, 18 yanvar 2006-cı il tarixli qətnamələrinin mövcud olmaması səbəbindən hər hansı bir sənədin Qusar rayon Məhkəməsi tərəfindən təqdim edilməsi mümkün olmamışdır. 2-29/2006 saylı mülki iş Əlhadi və X7 Rayon Notariat Kontoruna qarşı torpaq sahəsi və yarımçıq tikili üzərində mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dairdir. Qətnamənin surəti məhkəməyə təqdim edilmişdir. (Qusar rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, G(029)-141/2022 saylı məktubu) Məhkəmənin 28 iyun 2022-ci il tarixli, 2-1(118)-240/2022 saylı Qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi JN-106, KOD 30100018 Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/7 saylı qərarı ilə verilmiş çizgidə göstərilən sərhəd daxilində 4.14 ha torpaq sahəsi ilə uyğundurmu? - İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi JN-0785 KOD 30100018 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı”əsasında X3 adına verilmiş 20.07 ha torpaq sahəsi ilə üst-üstə düşürmü, düşürsə hansı hissədə düşür? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 04 avqust 2023-cü il tarixli, 3-21-3-34/2-10410/2023 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir, rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, İddiaçı Nüsət oğluna məxsus JN-106 KOD 30100018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının mübahisəli predmeti olan 106M və 106N nömrəli planşetlərində göstərilən 0.571 ha və 2.4439 ha torpaq sahələri JN-0785 KOD 30100018 nömrəli iddiaçının iddia etdiyi torpaq sahələrinə uyğundur (həmin torpaq sahələri iddiaçı tərəfindən istifadə edilmir).
2. İddiaçı məxsus, JN-106, KOD 30100018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/7 saylı qərarı ilə verilmiş 4.14 hektar torpaq sahəsinin 106M nömrəli parseldəki 0.571 ha torpaq sahəsi ilə 106N nömrəli parseldəki 2.4439 ha torpaq sahəsi JN-0785 KOD 30100018 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında X3 adına verilmiş 20.07 ha torpaq sahəsinin parseli ilə üst-üstə düşür. Qeyd: İddiaçı JN-106, KOD 30100018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/7 saylı qərarı ilə verilmiş 4.14 hektar torpaq sahəsinin 106M nömrəli parseldəki 0.571 ha torpaq sahəsi ilə 106N nömrəli parseldəki 2.4439 torpaq sahəsinə X1 adına 1.1639 ha (**********74 reyestr nömrəli) və 2.8068 ha olmaqla (**********33 reyestr nömrəli) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verilmişdir.Hal-hazırda həmin torpaq sahələrini, hazırki mülkiyyətçisi tərəfindən özünə məxsus qonşu torpaq sahələri ilə birlikdə hasara alınmışdır, meyvə bağları salınmışdır, üzərində dəmir konstruksiyalardan ibarət kənd təsərrüfatı üçün nəzərdə tutulan tikililər inşa olunmuşdur və bağın sulanması nəzərdə tutulan su tutarları qazılmışdır. Məhkəmə qeyd edir ki, mütəxəssis rəyindən də görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin mübahisə olunan hissəsi JN-0785 KOD 30100018 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı”əsasında X3 adına verilmiş 20.07 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə hesab edir ki, mövcud olmayan məhkəmə qətnaməsi əsasında hazırlanmış dövlət aktı iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur və iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, hüquqların dövlət qeydiyyatını aparan orqan əsassız qeydiyyat apararaq, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. X3 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş KOD 30100018 JN:785 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hissəvi olaraq, yəni İddiaçı və ailə üzvlərinə məxsus 1.14 hektar torpaq sahəsinə dair hissədə ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev