Məhkəmə qərarları › İş №2-1(118)-270/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-270/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-270/2022 19.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Şirəliyeva Vəfa Zavrulla qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Dəvəçi (Şabran) rayon XDS-nin Rəyasət Heyətinin 31 oktyabr 1992-ci il tarixli 2 saylı qərarı ilə verilmiş 14-cü məhəllə ünvanında yerləşən torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt inzibati məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Dəvəçi (Şabran) rayon XDS-nin Rəyasət Heyətinin 31 oktyabr 1992-ci il tarixli 2 saylı qərarı ilə verilmiş 14-cü məhəllə ünvanında yerləşən torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı həmin normaya uyğun olaraq ona hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və onun nümayəndəsinə tələblə bağlı inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinasının və ya hərəkətsizliyinin zəruri olması bildirilmişdir. İddiaçının nümayəndəsi X2 cavabdeh inzibati orqana müraciət etdiklərini və cavabdeh tərəfindən qətnaməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olduqdan sonra icrası məsələsinə münasibət bildiriləcəyi qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaya görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, məhkəmədə həmin növ iddiaya baxılması üçün məhkəməyə müraciət etməmişdən öncə hüququ pozulmuş şəxs tərəfindən səlahiyyətli cavabdeh inzibati orqana konkret tələblə müraciət edilməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Hazırki işdə iddiaçı tərəfindən cavabdehə inzibati orqana müraciət olunsa da, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 30 aprel 2021-ci il tarixli məktubda ərizədə qeyd olunan məhkəmə qətnaməsinin Quba rayon Məhkəməsi tərəfindən İdarəyə təqdim edilmədiyi və həmin orqana təqdim edildikdən sonra iddiaya münasibət bildiriləcəyi qeyd edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməmiş, Quba rayon Məhkəməsinin yuxarıda adı qeyd olunan qətnaməsinin təqdim edilcəyi təqdirdə həmin məsələyə münasibət bildiriləcəyi qeyd edilmişdir. Beləliklə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd olunan məktubu iddiaçının müraciətinin təmin edilməsindən imtina kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Dəvəçi (Şabran) rayon XDS-nin Rəyasət Heyətinin 31 oktyabr 1992-ci il tarixli 2 saylı qərarı ilə verilmiş 14-cü məhəllə ünvanında yerləşən torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi”nə dair iddiası mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, tələbi ilə bağlı ilk öncə səlahiyyətli inzibati orqana müraciət edib, inzibati orqan tərəfindən tələbi təmin edilmədiyi və ya hərəkətsizlik göstərildiyi halda məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Dəvəçi (Şabran) rayon XDS-nin Rəyasət Heyətinin 31 oktyabr 1992-ci il tarixli 2 saylı qərarı ilə verilmiş 14-cü məhəllə ünvanında yerləşən torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospketi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar