Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-270/2023 26.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin 4-cü kursunda ali təhsil aldığı müddətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 216 saylı xx.xx.1992-ci il tarixli əmri əsasında 01 iyul 1992-ci il tarixdən 20 iyul 1992-ci il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1 saylı Hərbi Səhra Cərrahiyyə Hospitalında (AR Müdafiə Nazirliyinin N №-li Hərbi Hissəsində) cərrahiyyə şöbəsində növbətçi tibb qardaşı, feldşer kimi qoşun təcrübəsi keçdiyinə və Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən yaralanan hərbçiləri, yaralı döyüşçüləri hospitalın həkimləri ilə birlikdə evakuasiya və müalicə etdiyinə görə ona müharibə veteranı statusu və müvafiq vəsiqə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1967-ci il tarixdə Dəvəçi (indiki Şabran) rayonu, Sədan kəndində anadan olmuş, hazırda Siyəzən rayonu, Sədan kəndində qeydiyyatdadır və yaşayır. 1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuşdur. 1988-1994-cü illər ərzində həmin Universitetin müalicə-profilaktika fakültəsində ali təhsil almışdır. 1992-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin 4-cü kursunda ali təhsil aldığı müddətdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 216 saylı xx.xx.1992-ci il tarixli əmri ilə 01 iyul 1992-ci il tarixdən 20 iyul 1992-ci il tarixədək Ağdam rayonu Mahrızlı kəndində fəaliyyət göstərən Azərbaycan Respublikası Müdafiə Naziriliyinin 1 saylı Hərbi Səhra Cərrahiyyə Hospitalında (AR Müdafiə Nazirliyinin N №-li Hərbi hissəsində) cərrahiyyə şöbəsində növbətçi tibb qardaşı, feldşer kimi qoşun təcrübəsi keçmişdir, hospitalın həkimləri ilə birlikdə Azərbaycanın Ərazi Bütövlüyü uğrunda Ağdam rayonunda döyüş tapşırığını yerinə yetirərkən yaralanan hərbçiləri, döyüşçüləri hospitalın həkimləri ilə birlikdə tibbi yardım göstərmiş, evakuasiya və müalicə etmişdir. Onu da qeyd edir ki, Ağdam rayonu Sırxavənd və Abdalgülablı kəndlərində döyüşlər gedərkən elə gün olurdu ki, Azərbaycanın Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən, döyüş tapşırığını yerinə yetirərkən hərbi əməliyyatlar zamanı bir gündə yaralanan 100-200 nəfər döyüşçülərə tibbi yardım göstərirdilər. Belə ki, N.Nərimanov adına Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş 30 iyun 1994cii il tarixli, 209 reyestr nömrəli, ЦВ № 842876 seriyalı Diplomdan müəyyən edilir ki, Şabran (keçmiş Dəvəçi) rayonu. Sədan kəndində anadan olmuş, hazırda Siyəzən rayonu. Sədan kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1967-ci il təvəllüdlü İddiaçı 1988-ci N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və İ994-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetini müalicə işi ixtisası üzrə tam kursu bitirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 iyun 1992-ci il tarixli, 216 saylı əmrindən çıxarışdan müəyyən edilir ki, N.Nərimanov adına ATU-nun kişi cinsli İV kurs tələbələri təlim toplanışı əvəzinə Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrə feldşer və sanitar təlimçilər qismində xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək qoşun təcrübəsini keçməyə göndərilmələri əmr edilmişdir. İ Qarabağ Müharibəsi dövründə Ağdam rayonunda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İ-Hərbi Səhra Cərrahiyyə Hospitalının rəisi t/x mayoru C.A.Hüseynov və həmin hospitalın Cərrahiyyə şöbəsinin baş feldşeri Ə.Vəliyev tərəfindən tərtib edilib imzalanıb möhürlə təsdiq edilmiş Xasiyyətnamədən müəyyən edilir ki, - “Verilir N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin 4-cü kurs 303-cü qrup tələbəsi İddiaçı ondan ötrü ki, o həqiqətən 01 iyul 1992-ci il tarixdən 20 iyul 1992-ci il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi İ Hərbi Səhra Cərrahiyyə Hospitalının cərrahiyyə şöbəsində növbətçi tibb qardaşı kimi işləmiş, öz bilik və bacarığını istənilən səviyyədə nümayiş etdirən Yaqubov xəstələrlə davranışda, onlara qulluq etməsində özünü əsil vətəndaş kimi göstərə bilmişdir. Gecə- gündüz yaralı döyüşçüləri var qüvvəsi ilə müalicə etməyə çalışan Mehman az bir müddətdə onların dərin hörmət və rəğbətini qazanmışdır. Daim həkim həmkarları ilə sıx təmasda olaraq təhsildə qazandığı təcrübəni sərf etməyə çalışmışdır. Yaralıların müalicə və evakuasiyasında xüsusi fəallıq göstərmişdir”. Həmçinin, Azərbaycan Tibb Universiteti tərəfindən vəkil sorğusuna cavab olaraq göndərilmiş 29 mart 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, - "Bildiririk ki, İddiaçı N. Nərimanov adına Azərbaycam Tibb Universitetinə xx.xx.1988-ci il tarixli 259/УЧsaylı əmrə əsasən İİ Müalicə-profilaktika fakültəsinin 1 kursuna qəbul olmuş. xx.xx.1994-cü il tarixli 210 T saylə əmrə əsasən həmin fakültəni bitirmişdir. Universiteti bitirdikdə ona ЦВ № 842876 seriyalı, qeydiyyat Nq 209. xx.xx.1994-cü il tarixli diplom verilmişdir. İddiaçı N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin rektorunun xx.xx.1992-ci il tarixli 456/T saylı əmrə əsasən İV kursda xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək müharibə bölgəsi olan Ağdam rayonunda hərbi təlim keçmiş, döyüşlərdə iştirak etmiş və yaralılara tibbi yardım göstərmişdir. Qoşma: 3 vərəq (N. Nərimanov adma Azərbaycan Tibb Universitetinin rektorunun xx.xx.1992-ci il tarixli 456/T saylı əmrinin surəti) ". Sadalananlardan göründüyü kimi, Azərbaycanın Ərazi Bütövlüyü uğrunda erməni faşistlərinə qarşı gedən döyüşlərdə oda digər Azərbaycan vətəndaşları kimi öz vətəndaşlıq borcunu yerinə yetirmişdir. Ağdam rayonunda, Ağdam rayonunun Şırxavənd və Abdalgülablı kəndlərində erməni faşistlərinə qarşı həyata keçirilən hərbi əməliyyatlar zamanı Mahrızlı kəndində fəaliyyət göstərən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1 saylı Hərbi Səhra Cərrahiyyə Hospitalında (AR Müdafiə Nazirliyinin N №-li Hərbi hissəsində) cərrahiyyə şöbəsində növbətçi tibb qardaşı, feldşer kimi qoşun təcrübəsi keçmiş, Azərbaycanın Ərazi Bütövlüyü uğrunda Ağdam rayonunda döyüş əməliyyatlarında iştirak edən, döyüş tapşırığını yerinə yetirərkən yaralanan hərbçiləri, döyüşçüləri hospitalın həkimləri ilə birlikdə evakuasiya və müalicə etmişdir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ikinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partisan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında,1 iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər, ikinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, ikinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında).daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular müharibə veteranları sayılırlar. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veterajnı adlarının verilməsi qaydası və şərtləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədən müəyyən edilir kiı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın l-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli. Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd). Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa. Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əşkipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma. kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanmaj travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı vəsiqəsi verilir. Bununla yanaşı N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin 4-cü kursunda ali təhsil aldığı müddətdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 216 saylı xx.xx.1992-ci il tarixli əmri ilə 01 iyul 1992-ci il tarixdən 20 iyul 1992-ci il tarixədək Ağdam rayonu Mahrızlı kəndində fəaliyyət göstərən Azərbaycan Respublikası Müdafiə Naziri liyinin 1 saylı Hərbi Səhra Cərrahiyyə Hospitalında (AR Müdafiə Nazirliyinin N №-li Hərbi hissəsində) cərrahiyyə şöbəsində növbətçi tibb qardaşı, feldşer kimi qoşun təcrübəsi keçməyi barədə arxiv məlumatlarını əldə etmək üçün 27 yanvar 2022-ci il tarixdə və 09 mart 2022-ci il tarixdə vəkil sorğusu ilə Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxiv İdarəsi vəkil sorğusuna tam cavab verməkdən yayınmış, sorğulara cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022- ci il tarixli cavab məktublarında Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli 2N №-li əmrində N №-li hərbi hissə (1 saylı Hərbi Səhra Cərrahiyyə Hospitalı) komafıdirinin İyun-iyul 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməməsi bildirilmişdir. Həmçinin, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 17 mart 2022-ci il tarixdə ərizə müraciət etmişdir ki, ona müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilməsini təmin etsinlər. Lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi süründürməçilik edərək ona müharibə veteranı adının və müharibə veteranı vəsiqəsi verilməsi barədə ərizəyə bu günə qədər əsassız olaraq rəsmi cavab verməmişlər. Sadalananlardan bir daha sübuta yetirilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ona müharibə veteranı adının və müharibə veteranı vəsiqəsinin verilməsindən yayınması əsassızdır. Belə ki, cavabdeh orqan ona öz hüquqlarını həyata keçirməyə maneəçilik törədir. Ona görə də hesab edir ki, iddiaçının pozulmuş hüquqları məhkəmə qaydasında bərpa olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iştirak etmiş, iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçı ərizəsində göstərmişdir ki, N nömrəli hərbi hissənin tərkibində Qarabağ döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Buna etiraz edib bildirirlər ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90- 111 QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr 1995-ci il tarixli 2N №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9- dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibatı ərazi vahidlərində- keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyalların rəyinə əsasən verilir” Hesab edirlər ki, iddia tələbi əsassızdır. İddiaçı X2 döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissənin iyul 1992-ci il tarixdə hərbi xidməti və ehtiyata buraxılması (toplanışa gəlmə və ya getməyi) barədə arxiv sənədlərində məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli qərarına əsasən: “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. Xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Bundan əlavə inzibati orqan qeyd edir ki, ..... N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin 4-cü kurs tələbələri 01 iyul 1992-ci il tarixdən 25 avqust 1992-ci il tarixinədək Azərbaycan Respublikası müdafiə nazirini xx.xx.1992-ci il tarixli 216 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1 saylı Hərbi Sərha Cərrahiyyə Hospitalında cərrahiyyə şöbəsində qoşun təcürbəsi keçmişdir. İddiaçı Nəciməddin oğlunun iddia ərzəsinə əlavə edilmiş sənədlərdən görünür ki, o 01 iyul 1992-ci il tarixdən 20 iyul 1992-ci il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1 saylı Hərbi Sərha Cərrahiyyə Hospitalında cərrahiyyə şöbəsində növbətçi tibb qardaşı, fedşer kimi qoşun təcürbəsi keçdiyi müddətdə hərbi qulluqçu statusuna malik olmamışdır. Belə ki, Əsasnaməyə əsasən Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sının rəyinə əsasən hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə “Müharibə veteranı” adı verilir. “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət hagqında” Azərbaycan Respublikasının Qanunun 37.2-ci maddəsinə əsasən Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. SİM-nin xx.xx.2022-ci il tarixli 2-1(118)-1892/2022 nömrəli məktubunda qeyd edilən N nömrəli hərbi hissə xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturunda fəaliyyət göstərmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli, 422 №li qərarına əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Qeyd edilən normaların tələbindən göründüyü kimi, müharibə veteranı adı verilməsi üçün hərbi biletdə göstərilən məlumatlar hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməli, hərbi qulluqçu qanuni əsaslarla hərbi xidmətdən təxris olunmalıdır. İddiaçı qeyd edir ki, 1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuşdur. 1988-1994-cü illər ərzində həmin Universitetin müalicəprofilaktika fakültəsində ali təhsil almışdır. 1992-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin 4-cü kursunda ali təhsil aldığı müddətdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 216 saylı xx.xx.1992-ci il tarixli əmri ilə 01 iyul 1992-ci il tarixdən 20 iyul 1992-ci il tarixədək Ağdam rayonu Mahnzlı kəndində fəaliyyət göstərən Azərbaycan Respublikası Müdafiə Naziriliyinin 1 saylı Hərbi Səhra Cərrahiyyə Hospitalında (AR Müdafiə Nazirliyinin N №-li Hərbi hissəsində) cərrahiyyə şöbəsində növbətçi tibb qardaşı, feldşer kimi qoşun təcrübəsi keçmişdir, hospitalın həkimləri ilə birlikdə Azərbaycanın Ərazi Bütövlüyü uğrunda Ağdam rayonunda döyüş tapşırığını yerinə yetirərkən yaralanan hərbçiləri, döyüşçüləri hospitalın həkimləri ilə birlikdə tibbi yardım göstərmiş, evakuasiya və müalicə etmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon Bölməsinin 10 noyabr 2022-ci il tarixli , 833 saylı məktubu ilə İddiaçı Nəciməddin oğlunun şəxsi işinin təsdiq olunmuş surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 11/4633 saylı məktubu ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixl 216 nömrəli əmrinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixl 216 nömrəli Əmri ümumi xarakter daşıyır. Bundan əlavə iddiaçının istinad etdiyi sənədlər onun döyüşən hərbi hissənin tərkibində iştirak etməsini təsdiq etmir. Onun döyüşən hərbi hissəyə ezam olunması və orada iştirak etməsi arxiv arayışları ilə təsdiq olunmur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında veteran adının verilməsindən cavabdeh inzibati orqanın imtinası qanunvericiliyə uyğun olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-270/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-270/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver