Məhkəmə qərarları › İş №2-1(118)-270/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-270/2025

07.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-270/2025 07.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X6 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, (qərarın elanında iştirak etməmişlər) İddiaçı Cavabdehnə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab edilməklə, onun adının yenidən adlı siyahıya daxil edilməsi, siyahıya daxil edilmədiyi illər üzrə müavinətin məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ilkin olaraq məhkəməyə müraciət edib ona Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə ona ödənilməli olan vahid aylıq müavinətin bərpa edilməsi və 2011-ci il 01 yanvar tarixindən xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehlər Cavabdeh və Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə ona ödənilməli olan vahid aylıq müavinətin bərpa edilməsi və 2011-ci il 01 yanvar tarixindən xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş vəsaitin ona ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdehin hərəkətlərini qanunsuz hesab edilməklə, onun adının yenidən adlı siyahıya daxil edilməsi, siyahıya daxil edilmədiyi illər üzrə müavinətin məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cı ildə Zəngilan rayonunun Mincivan qəsəbəsindən məcburi köçkün düşmüş, 2011-ci il tarixə qədər Dövlətin ayırdığı məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ayrılmış aylıq 60 AZN aylıq müavinəti də almışdır. Daxili İşlər Nazirliyində polis nəfəri, polis serjantı vəzifəsində çalışdığı üçün xx.xx.2011-ci il tarixdən aylıq müavinətin ödənilməsi dayandırılmışdır. Rəsmi müraciət etdikdə yalnız təqaüdə çıxdıqdan sonra aylıq müavinətin bərpa olunacağı bildirilmişdir.Daxili İşlər Nazirliyindən xx.xx.2022-ci il tarixdə polis nəfəri, polis serjantı vəzifəsindən təqaüdə çıxmış, aylıq müavinətin bərpası üçün xx.xx.2023-cü il tarixdə Cavabdehnə və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə rəsmi ərizə ilə müraciət etmiş, lakin onun müraciətinə müsbət cavab verilməmişdir. İmtina qanunsuz olduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proseslərində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı aylıq müavinəti “Məcburi köçkünlərə verilən aylıq müavinətin paylanmasına dair” Təlimatın 6.1.6-bəndinə əsasən 2014-cü ildə dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə komunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinət Ödənişi” Qaydasının 2.12 bəndinə əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il il tarixli 244 saylı qərarının 1.4 bəndinə uyğun aylıq müavinətin yenidən bərpası mümkün deyildir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi X4 eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçı tərəfindən üçüncü şəxs qismində göstərilmiş Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi iddia tələbinə etiraz edərək, müvafiq tələbə yerli icra hakimiyyəti orqanı cavab verməli olduğundan Komitəyə qarşı tələbin mümükün sayılmamasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh başçısının Mincivan qəsəbə ƏD nümayəndəliyinin xx.xx.2023-cü il tarixli imtina məktubu, Cavabdeh 5-83/2-732/2023 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin etiraz ərizəsi, DİN Baş Mühafizə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu, AA 427087 nömrəli məcburi köçkün vəsiqəsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun məcburi köçkünlər üçün nəzərədə tutulan aylıq müavinətinin dayandırıldığı vaxtdan yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq icra hakimiyyəti hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Cavabdeh xidmət göstərdiyi ərazinin sakinidir və həmin ərazidən məcburi köçkünlərin adlı siyahıya salınması və ya çıxardılması müvafiq icra hakimiyyətinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Cavabdeh hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş və cavabdehin Cavabdeh (Mincivan qəsəbə ƏD nümayəndəliyinin) xx.xx.2023-cü il tarixli imtina məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Zəngilan rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”nın 2 və 2.12-ci bəndinə əsasən aylıq müavinət Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən etmiş məcburi köçkünlərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara şamil edilmir. Həmin qaydaların 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların İcra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi, vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğal olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. İddiaçının hüquqi marağı xidmət etdiyi illər ərzində almadığı müavinətə görə onun adının məcburi köçkünlərin adlı siyahıya salınması və müvafiq müavinətin alınmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı məcburi köçkun statusuna malik olmuş və Daxili işlər orqanlarında xidmət etmişdir.İddiaçının müvafiq müavinəti “Məcburi köçkünlərə verilən aylıq müavinətin paylanmasına dair” Təlimatın 6.1.6-bəndinə əsasən 2014-cü ildə dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə komunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinət ödənişi” Qaydasının 2.12 bəndinə əsasən zabitlərə və digər məsul vəzifəli şəxslərə həmin müavinətin verilməsi istisna idi. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il il tarixli 244 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə komunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinət ödənişi” Qaydasının 2.12 bəndi dəyişdirilərək dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə vahid aylıq müavinə verilməmişdir. İddiaçı da dövlət qulluğunun xüsusi növundə xidmət etdiyindən ona həmin dövlərdə müvafiq müavindətin verilməsi nəzərdə tutulmamışdır. Belə ki, DİN Baş Mühafizə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2003-cü ildən xx.xx.2022-ci ilə kimi polis serejantı kimi xidmət etmişdir. Məcburi kökçünlərin sosial rifahının yaxşlaşdırılması məqsədilə bir çox normativ hüquqi aktlar qəbul edilərək, tənzimləmələr həyata keçirilmişdir. Göründüyü kimi dövlət qulluğunun xüsusi növündə işləyən şəxslərə müavinətin verilməsi nəzərdə tutulmamış və bu səbəbdən müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun adı adlı siyahıdan çıxarılmışdır. Belə olan halda Cavabdeh üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab edilməklə, onun adının yenidən adlı siyahıya daxil edilməsi, siyahıya daxil edilmədiyi illər üzrə müavinətin məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar