Məhkəmə qərarları › İş №2-1(118)-2704/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2704/2023

03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2704/2023 03.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı və cavbabdehinnümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı cavabdehin həгəkətlərinin qanunsuz hesab еtməklə onun hüququnun yarandığı vaxtdan 57 уаşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təуin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin həгəkətlərinin qanunsuz hesab еtməklə onun hüququnun yarandığı vaxtdan 57 уаşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təуin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, hazırda 61 yaşı vardır. O, orta məktəbi bitirdikdən sonra 1979-1980-ci illərdə Dəvəçi rayonu Lenin adına sovxozda fəhlə işləmiş, sentyabr 1980-ci ildən mart 1982-cı ilədək Bakı şəhər 87 saylı TPM-də təhsil almış və xx.xx.1982-ci ildə hərbi xidmətə yollanmışdır. 1984-cü ilin iyun ayında hərbi xidmətdən qayıtmaqla Sumqayıt Sintez Kauçuk zavodunda əmək fəaliyyətinə başlamış və 2007-ci ilədək həmin müəssisədə çalışmışdır. Yəni 23 il ərzində zərərli iş sahəsində çalışmış və ümumi əmək stajı 25 ildən yuxarıdır. O, cavabdehə müraciət edərək topladığı stajı nəzərə almaqla ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdaifə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, teplovozlarda maşinist köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə “Azərkİmya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda xx.xx.1986xx.xx.1991-ci il tarixləri arasında nəqliyyat sexində maşinist köməkçisi və xx.xx.1991xx.xx.2005-ci il tarixləri arasındakı dövrlərdə isə dəmir yolu sexində maşinist vəzifələrində işlədiyi qeyd olunmuş, lakin sənədlərdə iddiaçının işlədiyi sahənin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. İddiaçının işlədiyi sahələrin siyahıda öz əksini tapmış peşələrlə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan : -iddiaçıya aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1963-cü il təvəllüdlüdür. -Siyəzən rayon Dövlət Arxivi tərəfinfən verilmiş arxiv arayışından görünür ki, İddiaçı 1979- 1980-cı illərdə Lenin adına üçümcülük sovxozunda işləmişdir. -029501 seriyalı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranı statusuna malikdir. - iddiaçıya məxsus НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, o, 1982-1984-cü illərdə hərbi xidmətdə olmuşdur. - 763060 seriyalı diplomdan görünür ki, İddiaçı 19801982-ci illərdə 87 nömrəli texniki peşə məktəbində təhsil almışdır. -iddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1984-xx.xx.2008-ci il tarixlərdə Sumqayıt Sintez Kauçuk zavodunda,xx.xx.2008xx.xx.2009-cu illərdə “X3” MMC-də,xx.xx.2009-xx.xx.2009-cu illərdə "xxxx" ASC-də, xx.xx.2010-xx.xx.2015-ci il və xx.xx.2016-xx.xx.2019-cu il tarixlərdə "xxxx" MMC-də, xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də işləyir. - -Etilen Polietilen Zavodu tərəfindən verilmiş 19 və 20 saylı xx.xx.2020-ci iltarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1986-xx.xx.1991-ci illərdə və xx.xx.1991-xx.xx.2005-ci illərdə “Sumqayıt Sintezkauçuk” zavodunun nəqliyyat və dəmiryolu sexlərində müvafiq olaraq maşinist köməkçisi və maşinist işləmişdir. Göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 23001000-14241 və 23001000-17878 şifri ilə göstərilən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aiddir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmiüşdür) əsasında müəyyən edilir. İdida tələbindən görünür ki, İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınını təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçının xüsusi iş stakına malik olmamasına istinad edərək ona imtina cavabı vermişdir. Belə ki, cavabdeh iddiaçının Sumqayıt Sintez Kauçuk Zavodunda işlədiyi maşinist köməkçisi və maşinist peşələrini həmin müəssisənin nəqliyyat sahəsinə aid olmaması əsası ilə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid olmadığını bildirmişdir. Yuxarıda göstərilən normaların məzmunundan aydın olduğu kimi iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qədər azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi staja (əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi) malik olması tələb olunur. İddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən yuxarı iş stajına malik olması işin mübahisələndirilməyən hallarına aiddir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi “teplovoz maşinisti köməkçisi” və “maşinist” peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23000000, “Nəqliyyat” Dəmiryol nəqliyyat, Dəmiryol lpkomotiv birqadalarının fəhlələri və ayrı-ayrı kateqoriya işçilər bəndində (21.4) kod 23001000- 1424.1 “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri”, kod 23001000 – 16878 “teplovozlarda maşinist köməkçiləri” peşələrinə uyğundur. İddiaçının işlədiyi peşələrin həmin Siyahıda nəzərdə tutulmuş peşələrə uyğun olması barədə onun keçmiş iş yeri olan “Sumqayıt Etilen Polietilen” zavodu tərəfindən verilmiş arayışlarla təsdiq edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif istehsalat sahələrinin fərqli olduğu halda, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə icra etdiyi funksional vəzifənin və əmək şəraitinin eyniliyinin, deməli, həm də əmək şəraitinin xüsusilə ağırlığına və zərərliliyinə dair eyni və ya oxşar əsaslarının, faktiki halların mövcudluğundan gedir. Hazırki mübahisə ilə bağlı oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Məhkəmə Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-578/2022 saylı qərarında qeyd etmişdir ki, “...dəmir yollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma onunla əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı funksiyalarını güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmir yollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda şalışan maşinistlərin və maşinist köməkçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar