Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2709/2022 12.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Quba rayonu l Nügədi kəndində yaşayan), Cavabdehin nümayəndəsi İSkəndərova Samirə Mirzə qızının (DSMF Məhkəmə Mübahiəsləri ilə iş üzrə Mərkəzi Filialında aparıcı mütəxəssis işləyən, Bakı şəhəri,Ak.H.Əliyev küçəsi ev 125 mənzil 35-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı birdəfəlik minimum aylıq əmək haqqının dörd misli miqdarında birdəfəlik pul müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona birdəfəlik minimum aylıq əmək haqqının dörd misli miqdarında birdəfəlik pul müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Mirzozadə X1 Perm şəhərində kiçik bizneslə məşğul olmuş, 2013-cü ildə Perm şəhərində məcburiyyət qarşısında qalıb cinayət törətmiş və Perm şəhər Lenin rayon Məhkəməsinin 06 fevral 2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsinə, 228-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndi ilə təqsirili bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. 25 yanvar 2022-ci il tarixdə cəzasını çəkib qurtarmış və o, Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Xarici vətəndaşın Rusiya Federasiyası ərazisində qalması arzuolunmaz olması haqqında xx.xx.2019-cu il tarixli sərəncamı ilə Rusiya Federasiyasında arzuolunmaz şəxs hesab edilmişdir. O, cəzadan azad olunduqdan sonra 26 yanvar 2022-ci il tarixdə Covid-19 pandemiyası ilə əlaqədar xüsusi təcridxanaya aparılmış və 27 may 2022-ci il tarixə kimi həmin təcridxanada saxlanıldıqdan sonra 28 may 2022-ci il tarixə Azərbaycan Respublikasına yola salınmışdır. O, Azərbaycana qayıtdıqdan sonra yaşadığı ərazidə qeydiyyata alınmış və “Penitensiar müəssisəsində cəza çəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununa istinadən cavabdeh təşkilata müraciət edərək sosial adaptasiyaya ehtiyacı olduğunu bildirib ərizə ilə müraciət etmiş və cavabdeh təşkilat 22 iyun 2022-ci il tarixli məktubu ilə sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmadığını əsas gətirərək müəyyən edilən birdəfəlik müavinətin təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmadığını bildirib ona müavinətin təyin edilməsindən imtina etmişdir. O, cavabdehin imtinası ilə razılaşmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, o, 25 yanvar 2022-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra məcburi qaydada Covid-19 testi ilə əlaqədar cəza çəkdiyi Omsk şəhərində xüsusi təcridxanaya yerləşdirilmiş 28 may 2022-ci il tarixə kimi həmin təcridxanada saxlanılıb sonradan Azərbaycana deportasiya olunmuşdur. Ona görə də daimi yaşamaq üçün qayıtmamağı ondan asılı olmayan səbəbdən baş vermiş və o, Azərbaycana qayıdan kimi sosial deportasiya ilə əlaqədar müraciət edərək qanunla müəyyən edilmiş üç ay müddətini buraxmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi S.İskəndərova iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının müraciəti ilə əlaqədar aparılmış inzibati icraatın nəticəsi olaraq iddiaçının müraciət etmək üçün müəyyən olunmuş müddəti ötürməsi səbəbindən ona birdəfəlik pul müavinətinin ödənilməsi m ü m k ü n o l m a m ı ş d ı r. D a h a s o n r a , İ d d i a ç ı D ö v l ə t S o s i a l M ü d a f i ə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə q o y u l m a s ı ” t ə l ə b i n ə d a i r i d d i a ə r i z ə s i i l ə m ə h k ə m ə y ə m ü r a c i ə t e t m i ş d i r. İddiaçı öz iddiasında qanunvericilikdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin ödənilməli olduğunu əsaslandıraraq, ona birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını məhkəmədən xahiş e t m i ş d i r. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 -ci maddəsinə əsasən, bu qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına ş a m i l o l u n u r. Q a n u n v e r i c i l i y i n t ə l ə b l ə r i n d ə n a y d ı n o l u r k i , c ə z a çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər həmin şəxslərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində müraciəti ə s a s ı n d a h ə y a t a k e ç i r i l i r. İ ş m a t e r i a l l a r ı n d a n m ü ə y y ə n o l u n u r k i , İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəza çəkmə m ü ə s s i s ə s i n d ə a z a d l ı q d a n m ə h r u m e t m ə c ə z a n ö v ü n ü ç ə k m i ş d i r. İ d d i a ç ı L.M.Mirzodadənin təqdim etdiyi xx.xx.2022-ci il tarixli Forma B arayışına əsasən, xx.xx.2022-ci il tarixdə cəza çəkməkdən azad olunmuş və xx.xx.2022-ci il tarixdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial vardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətin t ə y i n e d i l m ə s i ü ç ü n m ü r a c i ə t e t m i ş d i r. B e l ə l i k l ə . Q a n u n u n 3 . 1 - c i maddəsinin tələblərinə müvafiq olaraq müəyyən edilmiş 3 aylıq sosial a d a p t a s i y a i l ə b a q l ı m ü r a c i ə t m ü d d ə t i ö t ü r ü l m ü ş d ü r. İş materiallarında olan: - - Rusiya Federasiyası Ədliyyə Nazirliyi FDM Omsk vilayəti üzrə Rusiya FCİX-nin 7 saylı İslah Koloniyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki,İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək RF Perm şəhərində cəza çəkmişdir. - Quba İHB 475 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Quba rayonu Birinci Nügədi kənd sakinidir və hal-hazırda həmin kənddə yaşayır. - xx.xx.2022-ci il tarixli müraciət vərəqəsindən görünür ki, İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək cəzaçəkmədən azad olunan şəxslərə birdəfəlik müavinətin verilməsini xahiş etmişdir. - AA ******* seriyalı Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsindən görünür ki, Azərabaycan Respublikasının Yekaterinburq şəhərindəki konsulu tərəfindən İddiaçı verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 6.1.7-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Göstərilən Qanunun 14.1-ci maddəsinə görə, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Məhkəmə araşdırması zamanı müyəyyən edildi ki, İddiaçı xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyası Perm şəhəri Lenin rayon Məhkəməsi tərəfindən RF Cinayət Məcəlləsinin 30cu maddəsinin 1-ci hissəsinə,228-ci maddəsinin 1-c- hissəsinin 3-cü bəndinə əsasən 9 il müddətinə, 74-cü maddəsinin 5-ci hissəsinə, 70-ci maddəsinə əsasən Perm diyarı, Solikamsk dairəsi 72 saylı Məhkəmə sahəsinin sülh hakiminin xx.xx.2012-ci il tarixli hökmü üzrə təyin edilmiş cəza qismən ödənilmişdir. O, xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəzasını çəkib qurtarması ilə bağlı azad edilmişdir. Daha sonra o, deportasiya barədə qərar icra olunanadək məcburi qaydada 90 sutka ərzində müvəqqəti saxlama təcridxanasında saxlanılmış və həmin saxlamanın müddəti xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Konsulluğu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qayıdış şəhadətnaməsindən də görünür ki, iddiaçı həmin tarixdə Rusiya Federasıyasında olmuşdur. bundan başqa cəzaçəkmə müəssəsindən azad olunmaq haqqında arayışın üzərinə Quba rayon Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə aparılan qeyddən görünür ki, iddiaçı həmin tarixdə yaşayış yeri üzrə uçota alınmış və artıq xx.xx.2022-ci il tarixdə müavinətin alınması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı özündən asılı olmayan səbəblərdən cəzaçəkmə müəssisəsindən buraxıldıqdan sonra 3 ay ərzində sosial müdafiə orqanına müraciət edə bilməmişdir. Cavabdeh inzibati orqanın bu əsasla iddiaçıya imtina cavabı verməsi onun sosial təminat hüququnu məhdudlaşdırılmasına səbəb olur. “İnizbati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 16.2-ci maddəsnə görə hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı penitensiar müəssisədə cəza çəkməkdən azad edilmiş şəxs kimi birdəfəlik minimum aylıq əmək haqqının dörd misli miqdarında birdəfəlik pul müavinətin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2709/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2709/2022
12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver