Məhkəmə qərarları › İş №2-1(118)-271/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-271/2020

02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-271/2020 02.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon Şöbəsinə qarşı “cavabdehin xx.xx.2019-cu il tarixli **********8 saylı imtinasının əsassız hesab olunması və iddiaçının xx xxxx 1979-cu ildən xx xxxxxx 1989-cu il tarixədək Şamaxı rayonu Lenin adına sovxozda, xx xxxxxx 1990-cı il tarixdən xx xxxxxx 1993-cü il tarixə kimi Şamaxı rayonu “Pravda” sovxozunda işlədiyi müddətin iddiaçının sığorta stajına hesablanması və ona pensiya təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxxxx 1963-cü il tarixdə anadan olmuşdur. İddiaçı ona çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh DSMF-nin Şamaxı rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən xx xxxxxxx 2019-cu il tarixli, **********8 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki,İddiaçı çoxuşaqlı ana kimi güzəştli şərtlərlə ona əmək pensiyası təyin olunması üçün sənədlərini Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə təqdim etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsi xx.xx.2019-cu il tarixdə iddiaçının xx xxxx 1979-cu ildən xx xxxxxx 1989-cu il tarixədək Lenin adına sovxozda, xx xxxxxx 1990-cı il tarixdən xx xxxxxx 1993-cü il tarixə kimi “Pravda” sovxozunda işlədiyi müddət əmək kitabçasında öz əksini tapmadığından həmin müddətə dair təqdim etdiyi arxiv arayışlarına əsasən iddiaçıya pensiya təyin olunmasından imtina etdi. Hazırda işlədiyi müddətin əmək stajına daxil edilməsi üçün məhkəmə qərarı tələb olunur. İddiaçı göstərmişdir ki, o, xx.xx.1963-cü il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirib xx xxxx 1979-cu il tarixdə Şamaxı rayonu Lenin adına sovxozda işə qəbul olunmuşdur. xx xxxxxx 1989-cu il tarixədək orada işləmişdir. xx xxxxxx 1990-ci ildə Şamaxı rayonu “Pravda” sovxozuna işə qəbul edilmiş və xx xxxxxx 1993-cü ilə kimi orada işləmiş və sosial sığorta haqlarını da ödəmişdir. İddiaçıya əmək kitabçası həmin illərdə, həmin təsərrüfatlarda açılmalı idi, amma açılmamışdır. Bunun səbəbini izah edə bilməmişdir. Həmin təsərrüfatlarda işlədiyi müddəti özündə əks etdirən arxiv arayışlarını sosial müdafiə şöbəsinə təqdim etmişdir, lakin DSMF-nin Şamaxı rayon şöbəsi iddiaçının ərzəsini əsaslı səbəb olmadan təmin etməkdən intina etmişdir. İddiaçı belə hesab edir ki, DSMF-nun Şamaxı rayon şöbəsinin ona pensiya təyin etməkdən imtinası əsassızdır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, iddianı qəbul etməmiş, məhkəmənin sullarına cavab olaraq bildirmişdir ki, arxiv arayışında göstərilən dövrlər nəzərə alınarsa iddiaçının pensiya hüququ yaranır. . Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İş materiallarından və tərəflərin izahatından görsənir ki, hazırkı mübahisənin yaranmasının əsasını iddiaçınin işlədiyi və arxiv arayışları ilə müəyyən olunan dövrlərin cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilməməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X4 xx xxxx 2019-cu il tarixli, 104 saylı arayışlarında qeyd olunan dövrləri nəzərə almaması qanuna uyğun deyildir. Belə ki, həmin arayışda iddiaçının xx xxxx 1979-cu ildən xx xxxxxx 1989-cu il tarixədək Şamaxı rayonu Lenin adına sovxozda, xx xxxxxx 1990-cı il tarixdən xx xxxxxx 1993-cü il tarixə kimi Şamaxı rayonu Pravda sovxozunda işləməsi öz təsdiqini tapmışdır. Vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışın nəzərə alınmamasını məhkəmə yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, həmin arayışda qeyd olunan dövrlər iddiaçıya yaşa görə əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X4 xx xxxx 2019-cu il tarixli, 104 saylı arayışlarında qeyd olunan dövrlər sosial sığorta stajı kimi nəzərə alınaraq iddiaçının pensiya təyinatına yenidən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X4 xx xxxx 2019-cu il tarixli, 104 saylı arayışlarında qeyd olunan dövrlər İddiaçı sosial sığorta stajı kimi nəzərə alınmaqla pensiya təyinatına yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X4 xx xxxx 2019-cu il tarixli, 104 saylı arayışlarında qeyd olunan dövrlər İddiaçı sosial sığorta stajı kimi nəzərə alınmaqla pensiya təyinatına yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar