Məhkəmə qərarları › İş №2-1(118)-271/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-271/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-271/2023 21.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba bələdiyyəsinin 28 aprel 2006cı il tarixli, 15/04 saylı qərarı və JN - 062 nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsi əsasında, fərdi yaşayış evinin tikintisi üçün Quba şəhərinin YTT ərazisindən (Quba şəhərinin “Qəçrəş yolu” yaşayış sahəsi) onun mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin qeyddən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Quba bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli, 15/04 saylı qərarı və JN - 062 nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsi əsasında, fərdi yaşayış evinin tikintisi üçün Quba şəhərinin YTT ərazisindən (Quba şəhərinin “Qəçrəş yolu” yaşayış sahəsi) onun mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin qeyddən çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 19 aprel 2022-ci il tarixli, **********68 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. Quba rayonu Quba bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli, 15/04 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Quba şəhərinin YTT ərazisindən (Quba şəhərinin “Qəçrəş yolu” yaşayış sahəsi) 0,05 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş, həmin hüquq reyestr kitabında 1691 nömrə ilə qeydə alınmaqla ona JN - 062 nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsini əldə etdikdən dərhal sonra orada fərdi yaşayış evi tikərək ailəsi ilə birlikdə yaşamağa başlamış, həyətyanı torpaq sahəsini əkib becərmiş, torpaq sahəsinə dair vergiləri daima ödəmişdir. Cavabdeh təşkilata ərizə ilə müraciət edərək həmin torpaq sahəsinə onun mülkiyyət hüququmun daşınmaz əmlakın Dövlət reyestrində qeydə alaraq həmin qeyddən Çıxarışın ona verilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin ona verdiyi xx.xx.2022-ci il tarixli, № **********68 saylı cavaba əsasən JN - 062 nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydə alınmamış, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Göründüyü kimi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Quba bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli, 15/04 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Quba şəhərinin YTT ərazisindən (Quba şəhərinin “Qəçrəş yolu” yaşayış sahəsi) 0,05 ha torpaq sahəsinə qanunla qorunan onun mülkiyyət hüququnu pozur. Hesab edir ki, cavabdehin hərəkəti (və ya hərəkətsizliyi) qanunsuz və əsassızdır, “Torpağın mülkiyyətə verilməsinə dair” JN - 062 nömrəli, KOD 30301004 kodlu Şəhadətnamə əsasında Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən, fərdi yaşayış evi tikintisindən ötrü iddiaçının mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və həmin qeyddən çıxarışın verilməsi öhdəliyi ƏMDX DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. İddia ərizəsinin əsaslandığı hallar: Hazırki ərizəyə əlavə edilmiş, "Torpağın mülkiyyətə verilməsinə dair" JN - 062 nömrəli, KOD 30301004 kodlu Şəhadətnamənin notariat kontorunda təsdiq olunmuş surətindən göründüyü kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 avqust 1994-cü il tarixli, № 300 saylı qərarı və Quba bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli, 15/04 saylı qərarı əsasında Quba şəhərinin X5 Təsərrüfat (YTT) (“Qəçrəş yolu” yaşayış ərazisi) ərazisində, fərdi yaşayış evi tikintisindən ötrü iddiaçının mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinə iddiaçının mülkiyyətinə verilmişdir. Belə ki, Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 13 avqust 1994-cü il tarixli, № 300 saylı qərarında göstərilir;

1. Quba şəhərinin baş inkişaf planına uyğun olaraq fərdi mənzil və digər sosialmədəni obyektlərin tikintisi üçün Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik bitkilər institutunun X6 Təsərrüfatinin ərazisindən daimi istifadə üçün 121,0 hektar, o cümlədən 22,0 hektar əkin, 90,0 hektar az məhsuldar meyvə bağı, 2,0 hektar biçənək və 7,0 hektar sair torpaq sahəsi ayrılması barədə Quba rayon xalq deputatları Sovetinin və Quba rayon icra hakimiyyəti başçısının torpaq istifadəçisi, Dövlət Tikinti və Arxitektura Komitəsi və Dövlət Torpaq Komitəsi ilə razılaşdırılmış təklifləri qəbul edilsin.

2. Quba rayon icra hakimiyyəti başçısına tapşırılsın ki, bu qərarın 1-ci bəndində nəzərdə tutulan obyektlərin tikintisi üçün ayrılacaq əkin və bağ sahəsinin müqabilində 1994-1995-ci illər ərzində rayonun digər təsərrüfatlarının ərazisində onların bərpasını təmin etsin, habelə 1994 və sonrakı illərdə rayon üzrə meyvə tədarükünə dair dövlət sifarişlərinin həcminin azalmasına yol verməsin. Hazırki ərizəyə əlavə edilmiş, Quba bələdiyyəsinin mədaxil qəbzlərinin əsllərindən və Quba bələdiyyəsinin **********11403402 saylı hesabına torpaq vergisi ödənişinə dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinin(ASC) xx.xx.2017-ci il tarixli qəbzinin əslindən göründüyü kimi "Torpağın mülkiyyətə verilməsinə dair" JN - 062 nömrəli, KOD 30301004 kodlu Şəhadətnamə əsasında Quba şəhərinin “Quba YTT” ərazisindən, fərdi yaşayış evinin tikintisindən ötrü iddiaçının mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinə görə hər il Quba bələdiyyəsi ondan əmlak vergisi qəbul edir. (CGZ seriyalı, № 004417 nömrəli, 10 iyıın 2007-ci il tarixli “Əhalidən vergilərin qəbıılıı üçün” Qəbz, ÇGZseriyalı, № 006063 nömrəli, 17 may 2008-ci il tarixli “Əhalidən vergilərin qəbulu üçün” Qəbz, BGX seriyalı, № 321 727 nömrəli, 10 iyun 2010-ci il tarixli “Əhalidən vergilərin qəbulu üçün” Qəbz, BGX seriyalı, № 417810 nömrəli, 09 iyul 2011-ci il tarixli “Əhalidən vergilərin qəbulu üçün” Qəbz, BGXseriyalı, № 511493 nömrəli, 16 iyun 2012-ci il tarixli “Əhalidən vergilərin qəbulu üçün” Qəbz, BGXseriyalı, № 577646 nömrəli, 20 iyul 2013- cü il tarixli “Əhalidən vergilərin qəbulu üçün” Qəbz, GSÇseriyalı, № 061654 nömrəli, 23 iyun 2014-ci il tarixli “Yerli (bələdiyyə) vergilərin və ödənişlərin qəbulu üçün” Qəbz.} İddiaçının mülkiyyətinə verilmiş həmin torpaq sahəsini əldə etdiyi vaxtdan iddiaçı, ailəsi ilə birlikdə həmin torpaq sahəsinə faktiki sahiblik edərək ondan istifadə etmiş, həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş, torpağı əkib-becərmişdir. Bu gün də həmin torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən ailəsi ilə birgə istifadə edir. Hüquqi məsələlər: Torpaq islahatı haqqında Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9- cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 №-li Fərmanına əsasən “vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin həyətyanı sahələri, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların onların mülkiyyətinə verilməsi haqqında” əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və icarəsində olan torpaqlar əvəzsiz olaraq (alman ölçüdə) onların mülkiyyətinə verilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasinin Qanununun 8-ci maddəsinə əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasımn (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 20.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların alqı satqısı, girov qoyulması (ipotekası), nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir.” Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin, 7 mart 2016-cı il tarixli № 818 saylı Fərmanında göstərilir:

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın: bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin; “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı” layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması, bu məqsədlə yerquruluşu, xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin və torpaq, geobotaniki və aqrokimyəvi tədqiqatların mərhələlərlə aparılmasının maliyyələşdirilməsi məsələlərini həll etsin. Göründüyü kimi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasinin Qanunu”-nun 8.0. və 8.0.1-ci maddələrinin tələblərini və “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin, 7 mart 2016-cı il tarixli № 818 saylı Fərmanının ələblərini mənim əleyhimə pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 4.1-ci maddəsinə əsasən )ütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də aaraqlarmı qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada rəhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı Quba şəhərində yerləşən JN-062 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" də qeyd olunan 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə olmuş xx.xx.2022- ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********68 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: "Ərizənizə əlavə olunmuş JN-062 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ərazi İdarəsi tərəfindən araşdırılmışdır. Məlumat üçün bildiririk ki, qeyd olunan JN-062 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır." Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxradıda qeyd edildiyi kimi, JN-062 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin sənəd (sxem) üzrə digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsinin müəyyən etmək mümün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddiaya etiraz edirlər. Cavabdehin nümayəndəsi hazırlıq iclasında iştirak etsə də şifahi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı cavabdehin iddia ərizəsinə etirazına etiraz ərizəsi təqdim etmiş və qeyd etmişdir ki, cavabdeh ƏMDX yaninda DƏDRX-inin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, № **********80 nömrəli məktubundan göründüyü kimi cavabdeh, iddia tələbinə etiraz etmiş, lakin iddianın təmin edilməməsini məhkəmədən xahiş etməmiş, bununla da dolayısı ilə iddianın təmin edilməsinə razı olduğunu nümayiş etdirmişdir. Cavabdeh, etirazını aşağıda sadalanan hallara əsaslandırmışdır:

1. JN- 062 nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış qeydiyyat kitabında qeydə alınmamış, eyni vaxtda ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır;

2. Torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin sənəd (sxem) üzrə digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdehin etirazına etirazın əsaslandığı hallar:

1. JN - 062 nömrəli, KOD 30301004 kodlu ‘'Torpağm mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış qeydiyyat kitabında qeydə alınmadığına istinad edilsə də həmin kitab məhkəməyə təqdim edilməmişdir. Cavabdeh, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış qeydiyyat kitabında qeydə alınmamış, eyni vaxtda ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır cümləsindən istifadə edərək Quba şəhər ərazisi üzrə vətəndaşların mülkiyyət hüquqlarını kütləvi şəkildə pozmuş, lakin çoxlu sayda məhkəmə mübahisələri zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış qeydiyyat kitabını məhkəmədən gizlətmişdir. Cavabdeh təşkilat tərəfindən, vətəndaşların mülkiyyət hüquqlarının pozulması ilə bağlı kütləvi yol verilən cinayət faktları səbəbindən həmin təşkilatın bir neçə vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmişlər. Hazırda, həmin faktlar üzrə cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatındadır. Misal üçün, hazırki etiraza əlavə edilmiş, iddiaçı X3 mülkiyyət hüququnun pozulması ilə bağlı cavabdeh DƏDRX-inin 5 saylı Xaçmaz Ərazi İdarəsinə; qarşı inzibati iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2-1 (102)-817/2020 saylı qərarından və həmin qərarla əlaqəli Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)- 258/2019 saylı qərarından göründüyü kimi həm həmin, həm də hazırki iş ürə cavabdeh təşkilat, Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış qeydiyyat kitabında qeydə alınmaması və ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksidi tapmaması” əsasları ilə vətəndaşların mülkiyyət hüquqlarını əsassız olaraq pozur. Yenə də hazırki etiraza əlavə edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2-1(85)-258/2019 saylı məktubundan göründüyü kimi cavabdeh təşkilat qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməsindən yayındığından barəsində məcburi icra tədbirləri həyata keçirilmişdir. Digər tərəfdən, həmin işin hallarından göründüyü kimi həmin iş üzrə iddianın və iddiaya etirazın əsasları, hazırki iş üzrə iddianın və etirazın əsasları ilə eynilik təşkil edir. Hazırki iş üzrə iddia ərizəsinə əlavə edilmiş sübutların tələbinə dair 09 may 2022-ci il tarixli vəsatətdən göründüyü kimi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda ƏMDX DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil aldığı 2005 - 2007-ci illərə aid qeydiyyat kitabının əslinin Az.R ƏMDX DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən tələb edilməsini xahiş etmişdir. Lakin göründüyü kimi cavabdeh təşkilat həmin qeydiyyat kitabının əslini məhkəməyə təqdim etməkdən bilərəkdən yayınmışdır. İddia ərizəsində iddia tələbinin qanuni əsaslarından biri kimi istinad etdiyi hüquqi məsələ Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasİ Prezidentinin, 7 mart 2016-cı il tarixli № 818 saylı Fərmanıdır. Həm, Azərbaycan Respublikasİ Prezidentinin 7 mart 2016-cı il tarixli, № 818 saylı Fərmanının və Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2-1 (102)-817/2020 saylı qərarının və həmin qərarla əlaqəli Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-258/2019 saylı qərarının mənasından göründüyü kimi, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmış, lakin cavabdeh təşkilat Azərbaycan Respublikasİ Prezidentinin 7 mart 2016-cı il tarixli, № 818 saylı Fərmanını qərəzli olaraq icra etmirlər. Göründüyü kimi, iddiaçının mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin cizgilərinin elektron uçotunu aparmaması və xəritələşdirilməməsi və ərazi üzrə ümumi torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməməsi cavabdeh təşkilatın qanunsuz hərəkətsizliyinin nəticəsidir. Həmin qanunsuzluqdan iddiaçının mülkiyyət hüququna zidd istifadə oluna bilməz. Digər tərəfdfən, iddia ərizəsinə əlavə edilmiş Quba bələdiyyəsi tərəfindən iddiaçıya təqdim edilmiş “Əhalidən vergilərin qəbulu üçün” Qəbzlərdən göründüyü kimi tərəfindən mübahisələndirilmiş hüquq faktiki olaraq mövcuddur və həmin əsasla Quba bələdiyyəsi ondan vergi tələb edərək ödənişləri qəbul edir. Mövcud olmayan hüquqlarla bağlı vergilər tələb olunmur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Quba filialının 05 iyul 2022- ci il tarixli, № 637 nömrəli məktubu ilə bağlı hallar Milli Arxiv İdarəsinin Quba filialının 05 iyul 2022-ci il tarixli, № 637 nömrəli məktubuna əsasən Quba bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli iclas protokolunda ona 0,05 ha torpaq sahəsinin satılması barədə 15/04 saylı qərar aşkar edilməmişdir. Hesab edir ki, Dövlət arxivində bələdiyyə qərarının aşkar edilməməsi, həmin qərarın mövcud olmaması deyildir. Sənədlərin arxivə təqdim edilməməsi Quba bələdiyyəsinin səhlənkarlığıdır. Quba bələdiyyəsi öz səlahiyyətləri ilə bağlı mövcud olmayan qərara görə dövlət rüsumu tələb edə bilməzdi. Bundan başqa hazırki etiraza əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, № 1(101)-1118/2019 saylı hökmdən göründüyü kimi Quba bələdiyyəsində özbaşınalıq baş alıb gedib. Bu gün də Quba bələdiyyəsində özbaşınalıq hərəkətləri ilə bağlı materiallar Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının icraatındadır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə etmişdir. Üçüncü şəxs Quba bələdiyyəsi işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, eyni zamanda Quba bələdiyyəsinin 08 iyul 2022-cü il tarixli 583 saylı məktubunda bildirilmişdir ki, tərəflərindən aparılan araşdırma zamanı vətəndaş İddiaçı Quba bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli 15/04 saylı qərarı əsasında Qəçreş yolu massivində 0.05 ha torpaq sahəsi ayrılması ilə bağlı heç bir (ilkin torpaqayırma sənədləri və digər) sənəd aşkarlanmamışdır.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddia öhdəliyin icrası haqqında iddiadır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı Quba bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli, 15/04 saylı qərarı və JN - 062 nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsi əsasında, fərdi yaşayış evinin tikintisi üçün Quba şəhərinin YTT ərazisindən (Quba şəhərinin “Qəçrəş yolu” yaşayış sahəsi) onun mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin qeyddən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, JN-062 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin sənəd (sxem) üzrə digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsinin müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinasın əsaslı olmuşdur. Belə ki, iddiaçı tərəfindən Torpağın mülkiyyətə verilməsinə dair JN 062, KOD 30301004 saylı Şəhadətnamənin notarial təsdiq edilmiş surəti, habelə bələdiyəyə vergilərinin ödənilməsinə dair ödəniş qəbzləri məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə araşdırması zamanı nə Torpağın mülkiyyətə verilməsinə dair JN 062, KOD 30301004 saylı Şəhadətnamənin dövlətin müvafiq qurmlarında qeydiyyatının aparıldığı müəyyən edilmiş, nədə həmin Şəhadətnamənin verilməsinə əsas kimi göstərilən bələdiyyə qərarının və ilkin torpaqayırma sənədlərinin mövcudluğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Beləki məhkəməsin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 05 iyul 2022-ci il tarixli, 637 saylı arxiv arayışı məhkəməyə daxil olmuş, arayışda qeyd edilmişdir ki, Quba bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli iclas protokolunda vətəndaş İddiaçı 0.05 ha torpaq sahəsinin satılması barədə 15/04 saylı qərar aşkar edilməmişdir. Göründüyü kimi Quba bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli iclas protokolu arxivdə olsada, İddiaçı 0.05 ha torpaq sahəsinin satılması barədə qərar mövcud deyil. Eyni zamanda Quba bələdiyyəsinin 08 iyul 2022-cü il tarixli 583 saylı məktubunda məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, tərəflərindən aparılan araşdırma zamanı vətəndaş İddiaçı Quba bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli 15/04 saylı qərarı əsasında Qəçreş yolu massivində 0.05 ha torpaq sahəsi ayrılması ilə bağlı heç bir (ilkin torpaqayırma sənədləri və digər) sənəd aşkarlanmamışdır. Habelə məhkəmə araşdırması zamanı cavabdeh orqan özünün 08 iyul 2022-ci il tarixli məktubunda bildirmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq shaəsinin cizgisi məlumat bazasında öz əksini tapmadığı üçün hüquqi rejimi haqqında və ortofoto görüntüsünün verilməsi mümkün olmamışdır. Məhkəmənin 29 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1893/2022 saylı Qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınması qərara alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi nə qədərdir? 2. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin faktiki ölçüləri JN-062 KOD 30301004 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə uyğundurmu? 3. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin faktiki ölçüləri JN-062 KOD 30301004 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə uyğun deyildirsə həmin torpaq sahəsi baza xəritədə hansı torpaq sahəsi kimi görsənir? Həmin torpaq sahəsi üzərində digər şəxslərin hüquqları qeydə alınıbmı? 4. Həmin torpaq sahəsi hansı torpaq sahəsi kateqoriyasına aiddir? (torpağın göstəricələri barədə məlumat verilsin, torpaq sahəsinin müvafiq peyk görüntüləri əlavə edilsin) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 15 may 2023-cü il tarixli, 3-21-3-34/2-6076/2023 saylı məktubu ilə iş üzrə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, 1. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 0.05 ha-dır. 2. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin JN-062 saylı, KOD 30301004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi elektron xəritə materiallarında və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. 3 İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. 4 İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) yaşayış məntəqələrinin torpaqları təyinatlı olub, uqodiyası həyətyanı kimi, əmlak növü fərdi yaşayış evləri kimi göstərilmişdir. Torpaq sahəsinin müvafiq peyk görüntüləri əlavə edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə Tədqiqat X1 Cəmiyyətinin 22 iyun 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı JN-062 KOD 30301004 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və onun verilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Göründüyü kimi Torpağın mülkiyyətə verilməsinə dair JN 062, KOD 30301004 saylı Şəhadətnamənin dövlətin müvafiq qurmlarında qeydiyyatının aparıldığı müəyyən edilməmiş, eyni zamanda həmin Şəhadətnamənin verilməsinə əsas göstərilən bələdiyyə qərarının və ilkin torpaqayırma sənədlərinin mövcudluğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mülkiyyət hüququna dair reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Məhkəmə eyni zamanda iddiaçının dəlillərinə münasibət bildirməyi də vacib sayır. İddiaçının ərizəsində qeyd etdiyi əsaslardan biri ondan ibarətdir ki, “Digər tərəfdfən, iddia ərizəsinə əlavə edilmiş Quba bələdiyyəsi tərəfindən iddiaçıya təqdim edilmiş “Əhalidən vergilərin qəbulu üçün” Qəbzlərdən göründüyü kimi tərəfindən mübahisələndirilmiş hüquq faktiki olaraq mövcuddur və həmin əsasla Quba bələdiyyəsi ondan vergi tələb edərək ödənişləri qəbul edir. Mövcud olmayan hüquqlarla bağlı vergilər tələb olunmur.” Bununla bağlı məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 203.1-ci maddəsinə əsasən Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Göründüyü torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Məhkəmə hesab edir ki, ilkin torpaqayırma sənədləri olmadan, qanunvericiliyə uyğun olmadan ayrılmış torpaq sahəsinə görə torpaq vergisinin ödənilməsi öz-özlüyündə mülkiyyət hüququ yaranması üçün əsas ola bilməz. İddiaçı eyni zamanda qeyd edir ki, iddiaçının mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin cizgilərinin elektron uçotunu aparmaması və xəritələşdirilməməsi və ərazi üzrə ümumi torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməməsi cavabdeh təşkilatın qanunsuz hərəkətsizliyinin nəticəsidir. Həmin qanunsuzluqdan iddiaçının mülkiyyət hüququna zidd istifadə oluna bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçıya JN 062, KOD 30301004 saylı Şəhadətnamə verilsədə, bu şəhaqətnamənin müvafiq dövlət orqanlarında qeydiyyatı müəyyən olunmur. İddiaçının mülkiyyət hüququnun yaranmasının əsasını qeyd edilən şəhadətnamə yox, müvafiq bələdiyyə qərarı və ilkin torpaqayırma sənədləri təşkil edə bilər. Həmin bələdiyyə qərarı olmadan mülkiyyət hüququna dair sənəd verilməsi isə həmin sənədi verən şəxslərin əməlində cinayət tərkibi yaradar. İnzibati akt sayılan və hüquq yaradan bələdiyyə qərarı və ilkin torpaqayırma sənədləri olduğu və buna uyğun müvafiq şəhadətnamə verildiyi halda isə şəhadətnamə ilə tanınan hüququn müvafiq qurumda qeydiyyatının aparılmaması vətəndaşın hüquqlarını pozmamalıdır. Lakin hazırkı halda iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas ola biləcək bələdiyyə qərarının mövcudluğu ilə sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında da iddiaçı torpaq sahəsinin bələdiyyə tərəfindən necə hansı prosedura uyğun ayrılmasını izah edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsində faktiki olaraq ev tikib yaşaması işin mübahisə olunmayan halıdır. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməklə bərabər iddiaçıya hüquq müdafiə vasitələri izah edilməlidir. İddiaçı bələdiyyə tərəfindən ilkin torpaqayırma sənədlərini əldə edə biləcəyə halda yenidən inzibati orqana müraciət edə bilər. Həmin ilkin torpaqayırma sənədləri mövcud olmadan iddiaçıya istinad etdiyi mülkiyyət sənədi (müvafiq dövlət qurumlarında qeydiyyatı aparılmayan) verildiyi halda isə müvafiq cinayət təqibi orqanlarına müraciət edə bilər. Eyni zamanda geri alınması mümkün olmayan torpaq sahəsinin birbaşa onun mülkiyyətinə satılması tələbi ilə bələdiyəyə müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar