Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2711/2022 26.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayonu Bağırlı bələdiyyəsinə qarşı Bağırlı bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin X1 barədə xx.xx.2006-cı il tarixli qərarının ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Şamaxı rayonu Bağırlı bələdiyyəsinə qarşı iddia qaldıraraq Bağırlı bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin X1 barədə xx.xx.2006-cı il tarixli qərarının ləğv edilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilmiş və ona izah edilmişdir ki, məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar iddiaçıya əvvəlki məhkəmə mübahisələri zamanı məlum olduğundan və o həmin qərarın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrlü olaraq ötürməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən iddiaçının müddətin bərpası ilə bağlı ərizəisi təmin edilməməlidir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 arpel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı bundan əvvəl də məhkəmə mübahisəsi olmuşdur. Belə ki, iş materialarına əlavə edilmiş “İddiaçı cavabdeh Şamaxı rayon Bağırlı bələdiyyəsinə qarşı Şamaxı rayon Bağırlı bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin X1 barədə xx.xx.2006-cı i tarixli qərarının ləğv edilməsinə dair iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(105)-8/2021 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-614/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı iddiasının mümkün sayılmaması qərara alınmışdır. Ali Məhkəmənin qeyd olunan qərarında iddianın mümkün sayılmamasının əsası kimi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi göstərilmişdir. İddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etməsə də, bu halda iddiaçı tərəfindən iddianın mümkün sayılmasına əsas olan hallar aradan qaldırılmaqla yenidən məhkəməyə müraciət oluna bilər. Ali Məhkəmə tərəfindən iddianın mümkün sayılmamasına səbəb iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi olmuşdur ki, həmin müddət iddiaçının ərizəsi əsasında məhkəmə tərəfindən bərpa edilməmişdir. Beləliklə iddianın mümkün sayılmasına əsas olan hallar aradan qalxmamış və iddiaçı yenidən eyni şərtlərlə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən mümkünlük şərtlərinə riayət edilmədiyindən məhkəmə hesab edir ki, iddia mümkün sayımamalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Şamaxı rayonu Bağırlı bələdiyyəsinə qarşı Bağırlı bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin X1 barədə xx.xx.2006-cı il tarixli qərarının ləğv edilməsinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-2711/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2711/2022
26.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver