Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2715/2022 15.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı (Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 52/13, mənzil 11-də yaşayan), Cavabdehin nümayəndəsi X3 (DSMF X11 Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialında mütəxəssis işləyən,ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialına həvalə edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməmiş pensiyasnın birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirərək ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxaılmasını məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1957-ci ildə Ermənistan Respublikası Qafan rayonu Qaraçimən kəndində anadan olmuşdur. 65 yaşının tamam olması ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Belə ki, iddiaçı onun sosial sığorta stajını cəmçi 23 il 8 ay kimi hesablamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etmədi və izah etdi ki, iddiaçının 25 illik sığorta stajı tamam olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. Belə ki, iddiaçının əmək kitabçasında qeyd olunan stajın hamısı qəbul edilir, hərbi xidmət dövrü də nəzərə alınmaqla sosial sığorta stajı cəmi 23 il 8 ay təşkil edir. ‘'Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələblərinə əsasən iddiaçıya xx.xx.2022-cı il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İş materiallarında olan: - iddiaçıya məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, XX.XX.1957-ci il təvəllüdlüdür. - iddiaçıya məxsus xx.xx.1973-cü ildə açılmış əmək kitabçasından görünür ki, o, xx.xx.1973-xx.xx.1975-ci illərdə Ermənistan Respublikası “Kacaranstroy” trestinin 2 N-li Tikinti İdarəsində, xx.xx.1975-xx.xx.1975-ci illərdə həmin trestin PMK-8 N-li idarəsində, xx.xx.1977-xx.xx.1980-cı illərdə “Armtransstroy” 84 nömrəli avtobazasında, xx.xx.1980xx.xx.1981-ci il illərdə “Aykooptrans” X1 avtomobil təsərüfatında, xx.xx.1981-xx.xx.1982-ci illərdə “Razdanstroy” Trestinin 56 N-li Tikinti İdarəsində, xx.xx.1982- xx.xx.1983-cü illərdə “Kacaranstroy” Trestinin 64 N-li idarəsində, xx.xx.1983-xx.xx.1983-cü illərdə Qafan rayon İstehsalat Bilriyində, xx.xx.1983-xx.xx.1986-cı illərdə X2, xx.xx.1986-xx.xx.1988-ci illərdə Məişət Kombinatında, xx.xx.1988-xx.xx.1989-cu illərdə 18 nömrəli X9, xx.xx.1989xx.xx.1990-cı illərdə X8, xx.xx.1990-xx.xx.1990-cı illərdə Yüngül Sənaye Mənzilsutikinti Trestinin Avtonəqliyyat müəssisəsində, xx.xx.1990-xx.xx.1994-cü və xx.xx.1994xx.xx.1995-ci illərdə Sumqayıt Avtokombinatında, xx.xx.1996-xx.xx.1999-cu illərdə Sumqayıt Trikotaj Fabriki nəzdində “İlkin İA” müəssisəsində işləmişdir. - НЗ ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1975-1977-ci illərdə hərbi xidmətdə olmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 30.1-ci maddəsinə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. Yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla sosial sığorta stajı 25 il 09 ay 06 gün təşkill edir. Belə ki, o, xx.xx.1973xx.xx.1975-ci illərdə (1 il 4 ay 26 gün) Ermənistan Respublikası “Kacaranstroy” trestinin 2 N-li Tikinti İdarəsində, xx.xx.1975-xx.xx.1975-ci illərdə (6 ay 9 gün) həmin trestin PMK-8 Nli idarəsində, xx.xx.1977-xx.xx.1980-cı illərdə (2 il 7 ay 2 gün) “Armtransstroy” 84 nömrəli avtobazasında, xx.xx.1980-xx.xx.1981-ci il illərdə ( 7 ay 19 gün) “Aykooptrans” X1 avtomobil təsərüfatında, xx.xx.1981-xx.xx.1982-ci illərdə (1 il 1 ay 21 gün) “Razdanstroy” Trestinin 56 N-li Tikinti İdarəsində, xx.xx.1982-xx.xx.1983-cü illərdə (2 ay 6 gün) “Kacaranstroy” Trestinin 64 N-li İdarəsində, xx.xx.1983-xx.xx.1983-cü illərdə (15 gün) Qafan rayon İstehsalat Bilriyində, xx.xx.1983-xx.xx.1986-cı illərdə (15 gün) X2, xx.xx.1986xx.xx.1988-ci illərdə (3 il 9 ay) Məişət Kombinatında, xx.xx.1988-xx.xx.1989-cu illərdə (2 il 1 ay 29 gün) 18 nömrəli X9, xx.xx.1989-xx.xx.1990-cı illərdə (11 ay 25 gün) X8, xx.xx.1990-xx.xx.1990-cı illərdə (4 ay 8 gün) Yüngül Sənaye Mənzilsutikinti Trestinin Avtonəqliyyat müəssisəsində, xx.xx.1990-xx.xx.1994-cü (3 ay 27 gün) və xx.xx.1994xx.xx.1995-ci illərdə (3 il 10 ay 4 gün) Sumqayıt Avtokombinatında, xx.xx.1996-xx.xx.1999cu illərdə (3 il 10 ay 7 gün) Sumqayıt Trikotaj Fabriki nəzdində “İlkin İA” müəssisəsində işləmişdir. Beləliklə, iddiaçının hərbi xidmət dövrü nəzərə alınmadan ümumi iş stajı 23 il 9 ay 25 gün təşkil edir. İddiaçının xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmədə olması iş materiallarına əlavə edilmiş hərbi bileti ilə təsdiq edilir. Hərbi xidmət dövrü də nəzərə alındıqda iddiaçının cəmi sosial sığorta stajı 25 il 9 ay 25 gün təşkil edir ki, bu hal da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üşün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, iddiaçıya xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialının qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2715/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2715/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver