Məhkəmə qərarları › İş №2-1(118)-272/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-272/2021

19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-272/2021 19.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı X2 (işləməyən, Quba rayonu Timiryazev kəndində yaşayan), Cavabdehin nümayəndəsi X3 (fərdi qaydada fəaliyyət göstərən vəkil, Bakı şəhəri, M.Hüseyn küçəsi ev 78-də yaşayan) iştirakı ilə, Üçüncü şəxsin nümayəndəsi X7 (Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Məhkəmə mübahisələri üzrə iş şöbəsinin baş mütəxəssisi işləyən, ünvan 1 ünvanında yaşayan) İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı xidmət illərinə görə pensiya təyin edilməsi üçün məlumat vərəqinin hazırlanaraq DSMF-nin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərk, 1992-ci ilin iyun ayının 27-dən 1995-ci ilin may ayının 16-na qədər 2 il 11 ay 11 gün əmək stajının bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək,onun 27 iyul 1992-ci ildən 16 may 1995-ci ilədək 2 il 11 ay 11 gün stajı nəzərə alınmaqla AR ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə məlumat vərəqəsinin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 11.11.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasə ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxışında X4 iddia tələbini müdafiə edərək izah etdi ki, 1975-ci ildən DİN orqanlarında işə başlamış, lakin 1992-ci ilin iyun ayında Xalq cəbhəsi hakimiyyətinin dövründə, keçmiş X14 İ.Həmidovun əmrinə əsasən tutduğu vəzifədən və DİO-dan əsassız olaraq xaric edilmişdir. 1994-cü ilin may ayında onun DİO-na xidmətə bərpa olunmağı barədə Daxili Təhqiqatlar İdarəsi rəy vermişdir. Həmin rəydə onun DİO-dan xaric olunması əsassız və qanunsuz olduğundan xidmətə bərpa edilməsi haqqında qərar verilmişdir. DİN-in 14.05.1995-ci il tarixli 1162 nömrəli əmr ilə 16.05.1995-ci il tarixdən yenidən xidməti işə qəbul olunaraq Xızı rayon Polis Şöbəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin və X8 sıravi və rəis heyətinin xidməti keçmə barədə Əsasnaməsinə müvafiq olaraq “polis mayoru” xüsusi rütbəsi bərpa olunmaqla, Azərbaycan Respublikası DİN-nin kadrları tərkibinə daxil edilmişdir. İddiaçının DİO-da xidmətə bərpa olunması barədə 1162 ş/h saylı 14 may 1995-ci il tarixli əmr düzgün verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası X9 Xidmət keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Bu Əsasnamənin 148-ci maddəsinə əsasən, əsas olmadan DİO-da xidmətdən azad edilən Əməkdaşlar müvafiq olaraq vəzifəyə və DİO-da xidmətə bərpa edilməlidirlər. 149-cu maddə bərpa olunma üçün əsaslar göstərilir. 152-ci maddə bu Əsasnamənin 148-ci maddəsinə əsasən DİO-da xidmətə bərpa edilən əməkdaşlara növbəti xüsusi rütbənin, eləcə də əlavələrin verilməsi və ya pensiyanın təyin edilməsi üçün xidmət illərinin hesablanması zamanı, DİO-dan xaric edildikləri gündən xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi günədək olan müddət fasiləsiz xidmət stajına daxil edilir. “Əsasnamə”nin 154-cü maddəsində isə deyilir ki, əsassız olaraq DİO-dan xaric olunan əməkdaşlara bu orqana bərpa edildikdən sonra işləmədikləri müddətə görə pul müavinəti verilir. Məhz bu 154-cü maddənin tələblərinin icra edilməməsi üçün 1162 ş/h-saylı 14 may 1995-ci il tarixli əmrdə, 20 ilə yaxın bir müddətdə DİO-da xidmət etmiş şəxsi “yenidən xidməti işə qəbul olunan” kimi və “Polis mayoru” xüsusi rütbəsini isə bərpa kimi əmr verilir. 1162 ş/h saylı əmr veriləndə iddiaçının 43 yaşı olmuşdir, bu yaşda onu yenidən xidmətə qəbul edə bilməzdilər. Göründüyü kimi DİN tərəfindən Prezidentin fərmanı ilə təsdiq edilmiş “DİO-da xidmət keçmə haqqında Əsasnamə”nin bir neçə maddəsinin tələbləri kobud surətdə pozulmuşdur, bunun da nəticəsində onun konstitusion hüquqları pozulmuşdur. Əmrin bu formada verilməsinə görə, o 3 ilə yaxın bir müddətə əmək stajından məhrum olmuşdur. Belə ki, o, faktiki olaraq 1992-ci ilin iyun ayının 27-dən qanunsuz olaraq işdən çıxarılmış, 16.05.1995-ci ildə isə işə bərpa olunmuşdur. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçı 01.10.1975-29.06.1992 və 16.05.1995-08.11.2003-cü il tarixlərdə X9 xidmət etmişdir. 29.06.1992-ci il tarixdə “Azərbaycan Respublikasının X9 sıravi və rəis heyətinin xidməti işdən xaric ediiməsi qaydası barədə” Müvəqqəti Təlimatın 6-cı maddəsinə əsasən Quba RPŞ-nin rəis müavini vəzifəsində xidmət edərkən X9n xaric olunmuşdur. İddiaçının müraciətləri nəzərə alınaraq Daxili Təhqiqatlar idarəsinin rəyinə əsasən (həmin rəydə faktiki fasilə nəzərə alınmamaqla başqa rayonda işlə təmin olunmağı mümkün hesab edilmişdir) iddiaçı Daxili İşlər Nazirliyinin 14.05.1995-ci il tarixli Ə1162ş/h nömrəli əmri ilə X9 yenidən xidmətə qəbul olunaraq Xızı RPŞ-nin Mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdur. Həmin əmrin verilməsi üçün əsas götürülmüş rəydə onun himayəsində üç uşağının olması, 18 ildən artıq DİO-da xidmət etməsi, təhsili, i. Təcrübəsi və .nəzərə alınmışdır. 08.11.2003-cü il tarixdə “Azərbaycan Respublikasının X9 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 3-cü bəndinə əsasən (cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olduğuna görə) X9 xidmətdən xaric olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq iddiaçının xahişini müsbət həlli mümkün olmamışıdır. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi izahat verərək bildirdi ki, iddianın həllini məhkəmənin mülahisəzisnə buraxır. DİN tərəfindən 27 iyun 1992-ci ildən 16 may 1995-ci ilədək 2 il 11 ay 11 gün stajı nəzərə alınmaqla dəyişiklik olunaraq ƏƏSMN DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə məlumat vərəqəsinin göndərildiyi təqdirdə icra ediləcəkdir. mümkün olacaqdır. İş materiallarına əlavə edilmiş : -Azərbaycan Respublikası DİN-nin 27 iyun 1992-ci il tarixli 1264 saylı əmrindən görünür ki, milis mayoru X1 rayon rəis müavini vəzifəsindən azad edilmişdir. - AR Daxili İşlər Nazirliyinin 14 may 1995-ci il tarixli əmrindən görünür ki, X4 16 may 1995-ci il tarixdən yenidən xidməti işə qəbul olunaraq Xızı rayon Polis Şöbəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin və X8 sıravi və rəis heyətinin xidməti keçmə barədə Əsasnaməsinə müvafiq olaraq “polis mayoru” xüsusi rütbəsi bərpaq olunmaqla AR DİN-nin kadrları tərkibinə daxil edilmişdir. Əmrin verilməsinə əsas kimi DİN-nin Kadrlar İdarəsinin 3 may 1995-ci il tarixli rəyi göstərilmişdir. -DİN tərəfindən verilmiş 12.06.2020-ci il tarixli imtina məktubundan görünür ki, o, 14.05.1995-ci il tarixli yenidən xidmətə qəbul edildiyindən işdən xarid edildiyi tarixdən həmin dövrədək olan müddətin stajına daxil etməkdən imtina etmişdir. -DSMF Xüsusi Şərtlərlə Təyint İdarəsi tərəfindən verilmiş 1 oktyabr 2005-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 29 il 5 ay 28 gün (təqvimi xidmət illəri 27 il 3 ay 15 gün, güzəştli xidmət illəri 2 il 2 ay 3 gün) xidmət müddəti üçün xidmət illərinə görə pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanın tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən sizə əmək pensiyası həmin tarixdən etibarən İdarə tərəfindən ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi :'canların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün rcndun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verənlər barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir.Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanızın məbləğinə təsir göstərən hər hansı səbəbdən hesablanmanın aparılması məsələsinə təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq umat sonuncu xidmət keçdiyi orqan tərəfindən İdarəyə daxil olduqdan sonra aparıla bilər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müyyən edildi ki, iddiaçı 27 iyun 1992-ci ildə xidmət etdiyi X9n xaric edilmiş və Azərbaycan Respublikası X14nin 14 may 1995-ci il tarixli əmri ilə yenidən xidmətə qəbul edilərək polis mayoru rütbəsi bərpa edilmişdir. Hazırda iddiaçı xaric edildiyi tarxidən yenidən xidmətə qəbul edildiyi tarixədək olan dövrün onun stajına daxil edilməklə müvafiq məlumat vərəqinin dövlət sosial müdafiə orqanına göndərilməsini tələb edir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2001-ci il tarixli 168-llQ nömrəli Qanunu ilə təsdiq edilmiş “X9 xidmət keçmə haqqında” Əsasnamənin 148-ci maddəsinə görə bu Əsasnamə ilə müəyyən edilmiş əsaslar olmadan xidmət keçmə yerləri dəyişdirilən, tutduğu vəzifələrdən azad edilib aşağı vəzifələrə keçirilən, X9 xidmətdən xaric edilən əməkdaşlar müvafiq olaraq vəzifəyə və X9 xidmətə bərpa edilməlidirlər. Bu Əsasnamənin 148-ci maddəsinə əsasən X9 xidmətə bərpa edilən əməkdaşlara növbəti xüsusi rütbənin, eləcə də əlavələrin verilməsi və ya pensiyanın təyin edilməsi üçün xidmət illərinin hesablanması zamanı, X9n xaric edildikləri gündən xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi günədək olan müddət fasiləsiz xidmət stajına daxil edilir (152). Bu müddəa sözügedən əmrin verildiyi dövrdə qüvvədə olan “Hərbi qulluqçularına, səravi və rəis heyətinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı Qərarında da öz əksini tapmışdır. Göründüyü kimi qanunvericilikdə daxili işlər orqanlarına bərpa edilən əməkdaş xidmətə bərpa edilərkən buraxılmış müddətin onun xidmət stajına daxil edilməsi nəzərdə tutulmişdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı barəsində verilmiş 14.05.1995-ci il tarixli əmrdə onun yenidən xidmətə qəbul edilməsi və polis mayoru rütbəsinin bərpa edilməsi qərara alınmışdır. Göründüyü kimi işəgötürən orqan həmin əmrdə “yenidən xidmətə qəbul edilmə” ilə “bərpa edilməsi” anlayışlarını fərqləndirmişdir və iddiaçının məhz yenidən zidmətə qəbul edilməsi barədə əmr vermişdir. Məhkəmə qeyd edir ki, həmin əmr iddiaçı tərəfindən mübahisələndirilməmiş, yəni dəyişdirilməsi və ya ləğd edilməsi barədə iddia qaldırılmamışdır. Halbuki, “X9 xidmət keçmə haqqında” Əsasnamənin 152-ci maddəsinə görə xidmət keçmə yerini dəyişdirmə, tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmə haqqında qərarla razı olmayan X8 əməkdaşı yazılı bildiriş aldığı gündən X8 yuxarı vəzifəli şəxslərinə müraciət etmək, X9n xaric olunma haqqında qərarla razı olmadıqda isə məhkəməyə şikayət etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar