Məhkəmə qərarları › İş №2-1(118)-2725/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2725/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2725/2022 20.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dazili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinə müvafiq rəhbər vəzifələrindən birinə təyin edilməsi, məcburi iş buraxmaya görə 300.000 manat, maddi 10.000.000 manat, fiziki zərərə görə 10.000.000 manat ingilis funt sterlinqi, mənəvi zərərə görə 10.000.000 ABŞ dollarınən cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, iddiaçıya və ailə üzvlərinə qarşı qanunsuz hərəkətlərindən çəkinməyə, X7, X5 və X2 məxsus Quba rayonu Qəçreş inzibati ərazi vahidliyində yerləşən iqamətgahların müsadirə edilərək “Buduq” Xeyriyyə Cəmiyyətinin və X6 mülkiyyətinə veilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinə müvafiq rəhbər vəzifələrindən birinə təyin edilməsi, məcburi iş buraxmaya görə 300.000 manat, maddi 10.000.000 manat, fiziki zərərə görə 10.000.000 manat ingilis funt sterlinqi, mənəvi zərərə görə 10.000.000 ABŞ dollarınən cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, iddiaçıya və ailə üzvlərinə qarşı qanunsuz hərəkətlərindən çəkinməyə, X7, X5 və X2 məxsus Quba rayonu Qəçreş inzibati ərazi vahidliyində yerləşən iqamətgahların müsadirə edilərək “Buduq” Xeyriyyə Cəmiyyətinin və X6 mülkiyyətinə veilməsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbini dəqiqəşdirmək təklif edilmişdir. İddiaçı tərəfindən əlavə ərizə təqim edilsə də, faktiki olaraq iddia tələbi olduğu kimi saxlanlmışdır. İddia tələbi onunla əsasıandırılmışdır ki, iddiaçı 14 may 1960-cı il tarixdə anadan olmuşdur. Orta təhsili yüksək müvəffəqiyyətlə başa vurduqdan sonra 1978-1981-ci illərdə keçmiş SSRİ DİN-nin Xarkov şəhərində yerləşmiş xüsusi təyinatlı Yanğından Mühafizə Məktəbində təhsilini kursant kimi çox müvəffəqiyyətlə davam etdirərək oranı yüksək qiymətlərlə bitirmiş və leytenant rütbəsinə layiq görülmüşdür. SSRİ DİN-nin əmrlə göndərildiyi Bakı şəhərinə qaytarılmış və burada Azərbaycan SSR DİN-nin Yanğından Mühafizə İdarəsinin Bakı şəhərində yerləşən 2 saylı Hərbiləşdirilmiş X1rovul rəisi qismində xidmətə başlamışdır. Eyni zamanda qiyabi formada təhsilini davam etdirmişdir. 1984-cü ildə Volqoqrad şəhərində yerləşən SSRİ DİN Ali İstintaq Məktəbinə qəbul olmuşam və 1989-cu ildə həmin ali məktəbi hüquqşünas ixtisası üzrə nümunəvi və müvəffəqiyyətlə bitirərək DİN-də fəaliyyətini davam etdirmişdir. 1988-1989-cu illərdə Azərbaycan DİN-nin əmri ilə DİN-nin Tədris Mərkəzində hüquq elmləri üzrə müəllim işləmişdir. O zaman, həmçinin DİN-nin Milis məktəbində Cinayət hüququ, Cinayət-Prosessual hüquq və digər hüquq fənnləri üzrə müəllim kimi dərslərə cəib edilmişdir. Keçmiş SSRİ məkanında məlum hadisələr zamanı 1989-cu İldə Azərbaycan DİN-nin Mərkəzi aparatına-ictimai Asayişin Mühafizəsi şöbəsinə inspektor (müfəttiş) vəzifəsinə təyin edilmiş, sonradan ictimai Təhlükəsizlik idarəsinə çevrilmiş həmin qurumda inspektor, baş inspektor vəzifələrində xidmət keçmişdir. Məhz ilk ezamiyyə yeri mərhum X9 Məhəmməd Əsədovun əmrilə o vaxt gərgin vəziyyətdə olan Laçın rayonu olmuşdur. Laçın rayonuna ezam edilməsinin əsas məqsədi orada erməni separatçılarına qarşı əks tədbir görülməsi idi. O, Laçın rayonunda 1989-cu ilin avqust-sentyabr aylarında mənfur düşmənə cavab verə biləcək yerl gənclərdən ibarət xüsusi təyinatlı milis qüvvələrini təşkil edərək hazırlayıb formalaşdırmış və dərslər keçərək tam hazırlıqlı peşəkar bir qüvvə kimi hazırlamişdir. Daha sonra Çaykənd ətrafındakı Azərbaycan kəndlərinin təhlükəsizliyinin təmin olunmasıla bağlı tədbirlər görülməsinə rəhbərlik etmiş və Çaykənd əməliyyatının hazırlanıb həyata keçirilməsində birbaşa iştirak etmişdir. Həmin illərdə özünü qara polkovnik kimi tanıtmış mərhum Fətulla Hüseynovun rəhbərliyilə Goranboy rayonunun Todan kəndində yerləşmiş qüvvələrin əməliyyat tədbirlərinə nəzarət və rəhbərlik məqsədilə X9 olmuş mərhum Məhəmməd Əsədovun əmrilə həmin bölgədə təxminən bir aylıq xidməti ezamiyyətdə olmuş, Todan, Sarısu kəndlərinin müdafiəsini müvəfəqiyyətlə təmin etmişdir. Müəyyən müddət Qubadlı rayonunda qalaraq zəruri müdafiə tədbirlərini görmüş və yalnız Qubadlı rayonunun mükəmməl,etibarlı müdafiəsini təmin etdikdən sonra rəhbərliyin icazəsi və əmrilə Bakı şəhərinə qayıdaraq öz xidməti fəaliyyətini davam etdirmişdir. 1992-ci ilin dekabr - 1993-cü ilin yanvar aylarında Zəngilan rayonunda komendant müavini qismində xidməti ezamiyyətdə olmuşdur. 1996-cı ilin fevral ayında DİN-nin əmrilə DİN Baş Cinayət- Axtarış idarəsinin Axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdur. Lakin həmin idarədə fəaliyyətə başladığı ilk gündən onu öz cinayətkar qruplarına qata bilməyəcəklərinə əminiyyət əldə etdikdən sonra idarə rəhbərliyinin qatı qərəzkarlığı, özbaşınalıqlarının qurbanı olmuşdur. Beləliklə, Azərbaycan Respublikadı X9nin xx.xx.1997-ci il tarixli əmri ilə iddiaçı işdən azad edilmişdir. O, cavabdeh nazirliyin rəhbəri nazir cənab Vilayət Eyvazova 27 aprel 2022-ci il tarixdə rəsmi ərizə ilə müraciət edərək və restitusiya hüququnu tələb edərək, DİN-dən mənim 1997-cı ildən tapdalanmış hüquqlarımın restitusiyasını, onun polis polkovniki rütbəsi bərpa edilməklə DİN-nın Mərkəzi aparatında müvafiq məsul vəzifə ilə təmin edilməsini, məcburi iş buraxmaya görə ona 1997-2022-ci illər arasında adekvat təzminatın ödənilməsini təkidlə xahiş etmişdir. Cavabdeh isə xx.xx.2022-ci il tarixli 0xx/xx-38375A-3222 saylı məktubla cavab verərək müraciətinin xidmətə bərpa hissəsində tələbi rədd edilmiş, təzminat hissəsi ilə bağlı tələbinə isə ümumiyyətlə, toxunulmamış və cavablandırılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı idida tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil vəsatətlə məhkəməyə müraciət edərək iddia müddətinin ötürülməsi səbəbindən iddianın mümkün hesab edilməsi barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, ilkin olaraq məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblkərinə uyğun olaraq hüquqi yardım göstərilərək iddia tələbini dəqiqləşdirmək təkilf edilmişdir. Daha sonra məhkəmə iclasında da iddiaçıya müvafiq hüquqi yardım göstərilmişdir. Lakin iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilməmişdir. Azərbaycan Respubikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhəkmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə hesab edir ki, iddiaçı DİN müvafiq rəhbər vəifələrinə təyin olunmasını tələb etsə də, faktiki olaraq işdən çıxarılması barədə Daxili İşlər Nazirliyinin xx.xx.1997-ci il tarixli 1035 nömrəli əmrini qanunsuz hesab edərək həmin əmri mübahisələndirir. İddia ərizəsinin məzmunundan göründüyü kimi qeyd edilən iddia tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə qeyd edir ki, iddiaçı 1997-ci ildə xidmətdən xaric edilsə də, bununla bağlı əmri mübahisələndirməmiş, hazıradək məhkəmədə iddia qaldırmamışdır. Yalnız edilməsi 25 ildən sonra xidmətə bərpa olunnması və ona dəymiş maddi və mənəvi zərərə görə kompensasiyanın tutulması barədə iddia qaldırmışdır. Budan başqa iddiaçı tələbində ona qarşı qanunsuz hərəkətlərdən çəkinməyə dair iddia qaldırsa da, hansı qanunsuz hərəkətlərdən və hüquqlarına müdaxilədən söhbət getdiyini açıqlamamışdır. Beləliklə, iddiaçının birinci tələbi üzrə iddia müddəti ötürülmüş, digər tələbləri isə aydın formada ifadə edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüuünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 2.3-cü bənidnə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dazili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinə müvafiq rəhbər vəzifələrindən birinə təyin edilməsi, məcburi iş buraxmaya görə 300.000 manat, maddi 10.000.000 manat, fiziki zərərə görə 10.000.000 manat ingilis funt sterlinqi, mənəvi zərərə görə 10.000.000 ABŞ dollarınən cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, iddiaçıya və ailə üzvlərinə qarşı qanunsuz hərəkətlərindən çəkinməyə, X7, X5 və X2 məxsus Quba rayonu Qəçreş inzibati ərazi vahidliyində yerləşən iqamətgahların müsadirə edilərək “Buduq” Xeyriyyə Cəmiyyətinin və X6 mülkiyyətinə veilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar