Məhkəmə qərarları › İş №2-1(118)-273/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-273/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-273/2020 03.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X16 nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X13rşı “Quba rayon X6 xx xxxxxx 1997-ci il tarixli, 8 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpağa mülkiyyət hüququna dair JN-0018, KOD 30308028 nömrəli dövlət aktına əsasən iddiaçıya verilmiş 0.48 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinin plan ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Quba rayon X6 xx xxxxxx 1997-ci il tarixli, 8 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpağa mülkiyyət hüququna dair JN-0018, KOD 30308028 nömrəli dövlət aktına əsasən iddiaçıya verilmiş 0.48 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinin plan ölçüsünün verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********08 saylı cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz X21 Ünvan Reyestri Xidməti və X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki,Quba rayon X6 xx xxxxxx 1997-ci il tarixli 8 nömrəli qərarı ilə torpağa mülkiyyət hüququna dair dövlət aktına əlavə olunmuş cizgidə göstərilən sərhəd daxilində 0.48 hektar torpaq sahəsi kənd təsərüffatı məhsulları istehsalı məqsədilə iddiaçıya verilmiş və bu barədə ona torpağa mülkiyyət hüququna dair JN-0018. Kod 30308028 nömrəli Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi tərəfindən abadlaşdırılmış, bütün aqrotexniki qulluq işləri görülmüş, tərəfindən qeyd olunan torpaq sahəsinə gilas bağı əkilmişdir. 1997-ci ildən bu günədək təyinatına uyğun olaraq tərəfindən istifadə edilməklə iddiaçının sahibliyində və istifadəsindədir. Eyni zamanda həmin torpaq sahəsinə dair qanunla nəzərdə tutulmuş bütün vergiləri (torpaq vergisi) və başqa dövlət ödənişlərini vaxtlı-vaxtında ödəmişdir, bu günə qədər də ödəyir, (arayış iddia ərizəsinə əlavə olunur) Bununla bağlı aşağı Atuc Bələdiyyəsinin səlahiyyətli şəxsləri tərəfindən akt tərtib olnmuş həmin torpaq sahəsinin 1997-ci ildən iddiaçının istifadəsində olması və mülkiyyətçi kimi tanınması qeyd olunmuşdur. Həmin torpaq sahəsinə dair hüquqları dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlkaın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 ərizə ilə müraciət etmiş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15 maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluq vardır. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Quba rayon Şöbəsi tərəfindən 5 saylı X18 təhvil verilmiş dövlət aktların qeydiyyatı kitabında o cümlədən kadastr məlumatı bazasında verilmiş subyektlərin (DBF) adlı siyahısında digər şəxsin adına qeydiyyata alınmışdır. Daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlkaın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 ərizə ilə müraciət edərək digər şəxsin kimliyi barədə məlumat veriməsi xahiş olunmuş, Ərazi İdarəsindən pay torpağı alan subyektlərin adlı siyahısında 18-ci sırada X1 adının qeyd olunması bildirilmişdir. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, 1997-ci ildən bu günə qədər həmin torpaq sahəsinə dair onun üçüncü bir şəxslə həmin torpaq sahəsinə dair heç bir mübahisəsi, problemi olmamış, heç bir şəxs tərəfindən onun torpaq sahəsinə dair hər hansı bir iddia olmamışdır. Bundan başqa hesab edir ki, pay torpağı alan subyektlərin adlı siyahısında başqa bir şəxsin adının (səhvən və ya bilərəkdən) qeyd olunması hüquqmüəyyənedici sənəd olmamaqla yanaşı ərizəsinin icrasından imtina edilməsi üçün də səbəb ola bilməz və ona verilmiş torpağa mülkiyyət hüququna dair JN-0018, Kod 30308028 nömrəli Dövlət Aktının mötəbərliyini şübhə altına ala bilməz. “Daşınmaz əmlkın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüvünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə. icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin normanın tələblərinə əsasən iddiaçının yuxarıda qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdeh orqana müraciət etmişdir. Müraciət zamanı müvafiq sənədlər cavabdeh orqana təqdim edilmişdir. Ancaq cavabdeh orqan tərəfindən həmin müraciətin təmin edilməsindən bildirişlə imtina etmişdir. Bu zaman cavabdeh orqan “Daşınmaz əmlkın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsaslanmamışdır. Həmin qanunun 15-ci maddəsində yuxarıda qeyd edilən müraciətin təmin edilməsindən imtina edilməsi üçün əsaslar aşağıdakı kimi müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mülkiyyətin üç elementi var: sahiblik, istifadə və sərəncam vermək hüququndan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən Hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki,Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyetrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib- edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)- inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X11 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı etirazında bildirilmişdir ki,İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 rayonu, Susay-qışlaq kəndi ərazisində yerləşən 0.43 ha torpaq sahəsinə mülkiyyət hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Cavabdeh bildirir ki, sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, ərizəyə əlavə olunmuş JN-00xx xxx 30308028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Döviət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı X18 təhvil verilmiş dövlət aktların qeydiyyatı kitablarında, o cümlədən kadastr məlumat bazasında olan payı torpaq sahəsi verilmiş subyektlərin (DBF) adlı siyahısında digər şəxsin adına qeydə alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1 -ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRX-nin 5 saylı X16 elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında digər şəxsin adına qeydə alındığı üçün torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, oaşqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilənlər nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən İddiaçı ərizəsinin icrasından əsaslı olaraq xx.xx.2019-cu il tarixli **********08 qeydiyyat nömrəli məktubla imtina olunmuşdur. Bildirir ki, qeyd olunduğu kimi mübahisələndirilən JN-00xx xxx 30308028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı X18 təhvil verilmiş dövlət aktların qeydiyyatı kitablarında, o cümlədən kadastr məlumat bazasında olan payı torpaq sahəsi verilmiş subyektlərin (DBF) adlı siyahısında digər şəxsin adına qeydə alınmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X16 nümayəndəsi X14 iştirak etmiş, iddia ərizəsinə etirazı müdafiyə etmişdir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında üçüncü şəxs X4 iştirak etmiş və izahatında bildirmişdir ki, mübahisəli torppaq sahəsi ata baba yeri olub. Özü hərbiçi olub. Sənədləri itmişdir. İddiaçıya saxta sənəd verilib. İddiaçı başqa yerdə yaşayıb. Kənd sakini olmayıb. Sonra ailə həyatı qurub. Onun adına sənəd verilibdir. Onun təsərrüfat başına kitabda adı var, mülkiyyətində torpaq sahəsi var. İddiaçının sənədləri arxivdə tapılmır. Sonda üçüncü şəxs X4 iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün iddia olsada əsaslı deyil. Belə ki, qərarın təsviri hissəsində qeyd olunanlardan göründüyü kimi JN-00xx xxx 30308028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı X18 təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında, o cümlədən kadastr məlumat bazasında olan torpaq sahəsi verilmiş subyektlərin (DBF) adlı siyahısında digər şəxsin adına qeydə alınmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(85)- 1867/2019 nömrəli sorğusuna DƏDRX 5 saylı X16 xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, JN-00xx xxx 30308028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın arxiv nüsxəsi aşkar edilməmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X18 təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında və subyektlərin adlı siyahısında 18-ci sırada 0.48 ha ilə X2 adı qeyd edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-273/2020 nömrəli sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş cavab məktubuna Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Quba rayonu, Susayqışlaq kəndinin dövlət aktlarının qeydiyyat kitabının siyahısı və kadastr məlumat bazasında subyektlərin (DBF) adlı siyahısının surəti əlavə edilmişdir. Siyahıdan görünür ki, 0.48 ha torpaq sahəsi X2 adına qeydə alınmışdır. Siyahıda Mərdanov soyadlı digər şəxslər olsada, iddiaçının adı siyahıda mövcud deyil. Sumqayıt İnzibati Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Paport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2005-ci il tarixdən hazıradək Quba rayonunun Susayqışlaq kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Torpaq sahəsinin iddiaçının istifadəsində olması, onun torpaq vergisini ödəməsi mübahisə olunmasda, inzibati orqanın imtinasının əsasını təşkil edən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqların mövcudluğu öz təsdiqini tapmışdır. Bu isə inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. Belə ki, Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi məlumatlarla daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlar arasında ziddiyyət mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar