Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-273/2022 07.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı “üçüncü şəxs X4 adına işlənmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 538F saylı, 30214018 kodlu şəhadətnamənin ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı iddia qaldıraraq “üçüncü şəxs X4 adına işlənmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 538F saylı, 30214018 kodlu şəhadətnaməni və onun əsasında X4 adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli **********00 reyestr nömrəli çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, üçüncü şəxs X4 adına işlənmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 538F saylı, 30214018 kodlu şəhadətnamənin ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək üçüncü şəxs X4 adına Xaçmaz rayon, Qımıl-qışlaq kəndində yerləşən 0.37 ha torpaq sahəsinə işlənmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-538F saylı 30214018 kodlu şəhadətnamənin ləğv edilməsi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 538F saylı, 30214018 kodlu şəhadətnamə əsasında X4 adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli **********00 reyestr nömrəli çıxarışı ləğv edərək qeyd olunan torpaq sahəsinə və üzərindəki yaşayış evinə adına mülkiyyət sənədləri hazırlayıb verilməsini xahiş etmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2021-ci il tarixli **********87 saylı cavab məktubu ilə bildirilmişdir ki, verilmiş çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquq müəyyənedici sənədlər əsasında hazırlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Xaçmaz rayon, Qımıl-qışlaq kəndində yerləşən 0,37 ha torpaq sahəsinə dair X4 adına hazırlanmış çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Aşağıda şərh olunanlara əsasən üçüncü şəxs X4 adına işlənmiş şəhadətnamə və onun əsasında hazırlanmış Dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində mərhum iddiaçının atası X2 miras qalmış, 1938-ci ildə inşa edilmiş yaşayış evi mövcuddur və həmin evdə o yaşayır. Xaçmaz rayon Dövlət Arxivinin verdiyi xx.xx.2019-cu il tarixli 448 saylı və xx.xx.2019-cu il tarixli 485 nömrəli rəsmi arxiv arayışlarına əsasən Qımıl-Qışlaq kənd X30 İcraiyyə Komitəsinin 1980-1982-ci illərə aid Qımıl-Qışlaq kəndi üzrə 0.04 saylı təsərrüfatbaşına kitabda və 86-90-cı illərə aid Qımıl-Qışlaq kənd üzrə 03 saylı təsərrüfatbaşına kitabında mərhum X7 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1938-ci ildə tikilən yaşayış evi və şəxsi istifadəsində 0,33 ha torpaq sahəsi qeyd olunmuşdur. Xaçmaz rayon Dövlət Arxivinin verdiyi 18 iyun 2019cu il tarixli 546 nömrəli arxiv arayışında göstərilir ki, Qımıl-Qışlaq kənd X26 İcraiyyə Komitəsinin 1963-1965-ci illərə aid Qımıl-Qışlaq kəndi üzrə 3 saylı təsərrüfatbaşına kitabında mərhum X7 təsərrüfat başçısı olub, ailə üzvlərinin siyahısı X9, X16, X12, X14, X10, X13 və İddiaçı qeyd edilmişdir. X1 06.12,1995-ci ildə, anaları X9 xx.xx.1983-cü ildə vəfat etmişlər. 2021-ci ilin aprel ayında X13 ona qarşı torpaq üzərində olan yaşayış evindən çıxarılma tələbinə dair iddia qaldırdıqdan sonra işə məhkəmədə baxılarkən bilmişdir ki, göstərilən mülkün yerləşdiyi 0,37 ha torpaq sahəsinə cavabdeh Şıxsəfa İsrafilovun adına torpağın mülkiyyətə verilməsinə dair JN-538P saylı, 30214018 kodlu şəhadətnamə işlənmişdir. Şəhadətnamənin verilməsinə əsas kimi Xaçmaz, rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı göstərilmişdir. Xaçmaz rayonu Bakı Soxvozunun Qımıl-Qışlaq kəndində torpaq payı alan subyektlərin yekun siyahısında mərhum X3 və ailə üzvlərinin adları aşkar edilməmişdir. Başqa sözlə cavabdehin adına qanunsuz olaraq, yəni İslahat Komissiyasının qərarı olmadan Şəhadətnamə işlənmişdir və bu səbəbdən də həmin şəhadətnamə ləğv edilməlidir. Cavabdeh 1990-cı illərin əvvəllərindən Qımıl-Qışlaqda yaşamır və Qımıl-Qışlaqda pasport qeydiyyatı yoxdur. O, uzun müddətdir ki, ailəsi ilə birlikdə Xaçmaz şəhərində yaşayır. Göstərilən mülkdə 20 ildən çoxdur ki, iddiaçı yaşayır və orada daimi pasport qeydiyyatındadır. Göründüyü kimi üçüncü şəxsin adına torpaq sahəsinə tam qanunsuz olaraq mülkiyyət sənədləri hazırlanmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0.37 ha torpaq sahəsi dair vətəndaş X5 mülkiyyət hüququnu təstiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Həmin çıxarışlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0.37 ha torpaq sahəsinə dair X5 adına hazırlanmış çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.” “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri hüquqları təsdiq edən aktlar” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X13 iddia tələbini qəbul etməyərək, torpaq sahəsinin ona atasının vəsiyyətnaməsi əsasında qaldığını bildirdi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin 19 avqust 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının X4 adına verilmiş çıxarışın ləğv edilməsinə dair müraciətinin təmin edilməsindən imtina edilmişdir. - İş materiallarına əlavə edilmiş AZ-İİ 011712 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 24 mart 1996-cı il tarixdə vəfat etmişdir. - Xaçmaz rayon Dövlət Arxivinin 16 iyun 2021-ci il tarixli 659 saylı və 08 oktyabr 2021-ci il tarixli, 1027 saylı məktublarından görünür ki, Xaçmaz rayon Dövlət Arxivində saxlanılan, Xaçmaz rayon AİK-nın xx.xx.1997-ci il tarixli 06 saylı protokolu ilə “Bakı” sovxozunun Qımıl-qışlaq kənd İnzibati Ərazi Vahidliyi üzrə və 17 dekabr 1997-ci il tarixli 16 saylı protokolu ilə Xaçmaz rayon “Bakı” sovxozu ərazisində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında X4 adı aşkar edilməmişdir. - Xaçmaz rayon Dövlət Arxivinin 18 iyun 2019-cu il tarixli 546 saylı arxiv arayışında qeyd olunmuşdur ki, Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Qımıl-qışlaq kənd X26 İcraiyyə Komitəsinin 1963-1965-ci illərə aid Qımıl-qışlaq kəndi üzrə 03 saylı təsərrüfatbaşına kitabında mərhum X7 təsərrüfat başçısı olub. - Xaçmaz rayon Dövlət Arxivinin 08 may 2019-cu il tarixli, 448 saylı arxiv arayışında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Xaçmaz rayon dövlət arxivində saxlanılan Qımıl-qışlaq kəndi üzrə 03 saylı təsərrüfatbaşına kitabında mərhum X7 təsərrüfat başçısı olub və onun şəxsi mülkiyyətində 1938-ci ildə tikilən yaşayış evi və şəxsi istifadəsində 0,33 ha torpaq sahəsi qeyd olunmuşdur. - “Torpağın mülkiyyətə verilməsinə dair” JN-538F KOD 30214018 saylı şəhadətnamədən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə verilmiş 0,37 ha torpaq sahəsi İsrafilov Şıxsəfanın adına qeydiyyata alınmışdır. - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Xaçmaz rayonu, Qımılqışlaq kəndində 0,37 ha torpaq sahəsi X6 adına qeydiyyata alınmışdır. - Xaçmaz rayon Dövlət Arxivinin 08 oktyabr 2021-ci il tarixli, 1027 saylı məktubu ilə təqdim edilmiş Rayon Aqrar İslahatı Komissiyasının 17 dekabr 1997-ci il tarixli iclasının 16 saylı protokolundan görünür ki, H.Z.Tağıyev adına sovxoz üzrə dövlət mülkiyyətində saxlanılan torpaqlar 23 ha bələdiyyə mülkiyyətinə torpaqlar 404 ha və xüsusi mülkiyyətə verilən torpaqlar 1595 ha təsərrüfat üzrə torpaq payı almaq hüququ olan hər bir subyektə 0,44 ha orta torpaq payının müəyyən edilməsi barədə H.Z. Tağıyev adına sovxozun AİKnın 08 dekabr 1997-ci il tarixli qərarı təsdiq edilməsi qərara alınmışdır. - Xaçmaz rayon Məhkəməsinin 2(067)-2033/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-538F saylı, 30214018 kodlu şəhadətnamənin X8 məxsus olması faktının doğruluğunun müəyyən edilməsi qət edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli N6 saylı Xaçmaz rayon Qımıl-qışlaq kənd inzibati ərazi vahidi üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında X6 adı qeyd olunmamışdır. - Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz rayon Dövlət Arxivinin 28 aprel 2022-ci il tarixli, 263 saylı arxiv arayışından görünür ki, Xaçmaz rayon Qımılqışlaq XDS-nin 1986- 1990-cı illərə aid 03 saylı təsərrüfatbaşına kitabda X3 təsərrüfatı qeyd olunan hissədə əlavə material qismində heç bir sənəd (vəsiyyətnamə) aşkarlanmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı atası mərhum X3 Qımıl-qışlaq kəndi üzrə 03 saylı təsərrüfatbaşına kitabında təsərrüfat başçısı olduğu və onun şəxsi mülkiyyətində 1938-ci ildə tikilən yaşayış evi və şəxsi istifadəsində 0,33 ha torpaq sahəsi olmuşdur. İddiaçı həmin torpaq sahəsinə dair X4 adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 538F saylı, 30214018 kodlu şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 538F saylı, 30214018 kodlu şəhadətnamənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçının mübahisələndirdiyi şəhadətnamənin verilməsinə əsas Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı olmuşdur. Məhkəmə araşdırması zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı aşkar edilməmişdir. Eyni zamanda üçüncü şəxs X17 tərəfindən də belə bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı məhkəmə iclasında izahatında ona torpaq sahəsinin atası tərəfindən tərtib edilmiş vəsiyyətnamə əsasında verildiyini bildirmiş və vəsiyyətnaməni məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən sözügedən vəsiyyətnamənin məhkəməyə təqdim edilməsi üçün müvafiq orqanlara sorğular verilmiş, Xaçmaz rayonu, Qımıl-Qışlaq İƏD nümayəndəliyi tərəfindən həmin vəsiyyətnamə məhkəməyə təqdim edilmiş, Ədliyyə Nazirliyi Dövlət notariat arxivinin və Xaçmaz rayon dövlət arxivinin məhkəmə sorğusuna cavabında vəsiyyətnamənin aşkar edilmədiyi müəyyən edilmişdir. Həmçnin, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, mübahisələndirilən şəhadətnamənin verilməsinə əsas həmin vəsiyyətnamə deyil, Aqrar İslahat Komissiyasının yuxarıda adı qeyd olunan qərarı olmuşdur. Lakin həmin qərar müvafiq sorğular verilməsinə baxmayaraq məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Beləliklə məhkəmə tərəfindən sözügedən şəhadətnamənin verilməsinə əsas olmuş qərarın mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən şəhadətnamənin verilməsinə əsas olmuş qərarın mövcud olmaması, ümumiyyətlə X11 adına aqrar islahat zamanı torpaq sahəsinin ayrılmasının müəyyən olunmaması həmin şəhadətnamənin hər hansı bir hüquqmüəyyənedici sənəd olmadan verilməsi qənaətinə gəlməyə əsas verir. Bu hal da qeyd olunan şəhadətnamənin ləğv edilməsi üçün əsasdır. Məhkəmə eyni zamanda qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi arxiv sənədləri ilə torpaq sahəsinin təsərrüfatbaşına kitabda iddiaçının atasının adına olduğu müəyyən edilmişdir. Beləliklə qeyd olunan şəhadətnamə qanunamüvafiq olmamaqla yanaşı, iddiaçının da həmin torpaq sahəsinə olan gözlənilən mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 538F KOD 30214018 saylı şəhadətnamə ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X4 adına işlənmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 538F KOD 30214018 saylı şəhadətnamə ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-273/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-273/2022
07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver