Məhkəmə qərarları › İş №2-1(118)-2730/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2730/2025

28.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2730/2025 28.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Zəngilan rayon Alıbəyli (Rəbənd) icra nümayəndəliyi tərəfindən adına tərtib edilmiş xx.xx.1955-ci il tarixli 12 saylı doğum haqqında akt qeydində iddiaçının adının “Rəbiqa”dan, “Həcər”ə, Soyadının “Əhmədov”dan, “Əhmədova”ya, ata adının “İsmayl”dan, “İsmayıl”a düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib onun doğum haqqında akt qeydinin adının “Rabiqadən Həcər” adına düzəliş edilərək doğum haqqında akt qeydində İddiaçı olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Zəngilan rayonu, Sarılı kəndində anadan olmuş, onun doğum haqqında akt qeydində adının “Rabiqadən Həcər” adına düzəliş edilərək doğum haqqında akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnaməsinin verilməsinə dair Cavabdehnə müraciət etmişdir.Cavabdeh tərəfindən ona xx.xx.2024-cü il tarixdə imtina məktubu verilmişdir.Onun Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində, Nikah şəadətnaməsində, Əmək kitabçasında və Məcburi köçkün vəsiqəsində İddiaçı kimi göstərilmişdir. Cavabdehin imtina məktubu qanunsuz olduğuna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, vətəndaş İddiaçı iddiasına dair məhkəmənin verəcəyi qərara etiraz etmədiyini və iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini nəzərə alaraq işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxmağını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər məhkəməyə təqdim edilmişdir.Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 06-2024 nömrəli imtina məktubu, Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktub, şəxsiyyət vəsiqəsinin surəti, iddiaçıya aid doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, nikah haqqında şəhadətnamənin surəti, Əmək kitabçasının surəti, məcburi köçkün vəsiqəsinin surəti, BPQMİ-nin xx.xx.2025-ci il tarixli məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zəngilan rayon Alıbəyli (Rəbənd) icra nümayəndəliyi tərəfindən xx.xx.1955-ci il tarixli 12 nömrəli doğum haqqında akt qeydi tərtib edilmiş və həmin akt qeydində iddiaçının adı “Rəbiqa”, soyadı “Əhmədov”, ata adı isə “İsmayl” kimi qeyd edilmişdir. Halbuki, iş materiallarında olan digər sənədlərdə iddiaçının adı “Həcər”, soyadı “Əhmədova”, ata adı “İsmayıl”dır. İddiaçı adına olan doğum haqqında akt qeydində uyğunsuzluğu aradan qaldırmaq niyyətindədir. Bununla bağlı iddiaçı Cavabdehnə müraciət edərək, müvafiq dəyişiklikləri istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. İş materiallarında olan iddiaçıya aid hüquqmüəyyənedici sənədlərdən görünür ki, iddiaçı uzun illərdir ki, müvafiq kimliyi daşımış və ona məlum olan akt qeydindəki yanlışlığı başqa qaydada düzəldə bilməmişdir. Ona görə də məhkəməyə müraciət edir. İşin araşdırılan hallarından və cavabdehin ərizəsini də nəzərə alan məhkəmə tələbin təmin edilməsini məqsdəmüvafiq hesab etdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Zəngilan rayon Alıbəyli (Rəbənd) icra nümayəndəliyi tərəfindən xx.xx.1955-ci il tarixli 12 nömrəli doğum haqqında akt qeydində iddiaçıya aid müvafiq düzəlişin edilməsində istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, müvafiq qeydlərin aparılması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Zəngilan rayon Alıbəyli (Rəbənd) icra nümayəndəliyi tərəfindən iddiaçının adına tərtib edilmiş xx.xx.1955-ci il tarixli 12 saylı doğum haqqında akt qeydində İddiaçı adının “Rəbiqa”dan, “Həcər”ə, Soyadının “Əhmədov”dan, “Əhmədova”ya, ata adının “İsmayl”dan, “İsmayıl”a düzəliş olunması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Zəngilan rayoni, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar