Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2737/2022 07.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 (Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Nəzarət və Audit şöbəsinin aparıcı mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin yenidən təyin edilməsi öhdəliyinin cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, sağlamlıq imkanlarının məhdud olması olması səbəbindən ona əlillik dərəcəsinin yenidən təyin edilməsi öhdəliyinin cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının üçüncü şəxs qismində prosesual iştirakına xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1991-ci ildə anadan olmuşdur. 2010-cu ilin yanvar ayında hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini ön cəbhədə - Qızılobada mənfur duşmənlərilə üzbəüz layiqincə yerinə yetirmişdir. 2011-ci ilin fevral ayının 17-də xidmətinin bitməsinə üç ay qalmış hiyləgər düşmənlərin təxribatının qarşısını alaraq erməni səngərinə daxil olmuş və onların 5 əsgərini tərksilah edərək, güllələyıb məhv etmişdir. Sonra da silahlarını götürüb xidmət etdiyi posta gələrkən səngərə 15-20 metr qalmış erməni silahlı qüvvələri tərəfindən vurulmuşdur. Yaralanmasına baxmayaraq özünü toplayaraq sürünə-sürünə silahlarla birlikdə öz səngərlərinə çatmışdır. Hadisə yerindən qəti ağır vəziyyətdə N saylı hərbi hissəyə aparılmış (Sarıcalı hospitalı), orada təxirəsalınmaz qaydada üzərində sağtərəflı toraktonomiya, sağ ağ ciyərin aşağı və orta paylarının, diafraqmanın yarasının tikilməsi, sağ plevra boşluğunun drenajı, laparotomiya, qara ciyərin yarasının tikilməsi, yaraların birincili cərrahı işlənməsi əməliyyatı icra olunmuşdur. Sonra Bakı şəhərində Silahlı Qüvvələrin Hərbi Hospitalına yerləşdirilmişdir. Müalicələrdən sonra əmək qabiliyyətini itirmiş və İİ qrup əlil olmuş, hal-hazırda sağlamlıq vəziyyətində qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu qeyd olunur.Uzun müddətdir xəstədir. Sağlamlıq imkanlarının məhdud olduğuna görə işləyə bilmir. Əlilliyinə görə xx.xx.2011-ci il tarixdə pensiya təyin olunmuşdur. Lakin 2021-ci ilin oktyabr ayının 31-dən pensiyası dayandırılmışdır. Dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq əlilliyinin və pensiyasının bərpasına imtina edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ll dərəcəli əlillik təyin edilmişdir. Diaqnozun mətni: Sağtərəfli toroko-abdominal, dəlib kəçən güllə yaralanması (xx.xx.2011) hemopnermotoraks, sağ ağ ciyərin diafraqmanın qara ciyərin zədələnməsinə görə sağ tərəfli torokotomiya. Sağ ağ ciyərin aşağı və orta payının diafraqmanın yaralarının tikilməsi kimi qeyd edilmişdir. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağtərəfli toroko-abdominal, dəlib kəçən güllə yaralanması (xx.xx.2011) hemopnermotoraks, sağ ağ ciyərin diafraqmanın qara ciyərin zədələnməsinə görə sağ tərəf..." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => ҮЗб - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sağtərəfli torakoabdominal dəlib-kecən güllə yaralanması \xx.xx.2011\ hemapnevmotoraksa sağ ağciyrəin diafraqmanın qaraciyərin zədələnməsinə görə sağtərəfli torakotomiya sağ ağciyərin aşağı və orta payının diafraqmanın yaralarının tiklməsi yaraların birincili cərrahı işlənməsindən sonrakı vəziyyət qaraciyrə yarasının tikilməsindən sonrakı vzəiyyət Ağırlaşma J96 Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlığı İİ dərəcə; Mərkəzə göndərilmənin /İmtina edilmənin səbəbi; Göndərişin natamam doldurulması - Səbəb əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin’ səbəbi ilə imtina verilmişdir.Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sağtərəfli torakoabdominal dəlib-kecən güllə yaralanması (xx.xx.2011) hemopnevmotoraksa, sağ ağciyrəin, diafraqmanın, qaraciyərin zədələnməsinə görə sağtərəfli torakosintez, laporotomiya, sağ ağciyərin aşağı və orta payının diafraqmanın yaralarının, qaraciyər yarasının tikilməsindən,yaraların birincili cərrahi işlənməsindən sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş və qərar verilməsi üçün Agentliyə göndərilmişdir.Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparıiaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 561 nömrəli Məzuniyyət Arayışı verilmişdir. Həmin arayışda “Sağ tərəfli torakoabdominal dəlib-keçən güllə yaralanması (xx.xx.2011), hemopnevmotoraksa, sağ ağciyərin, diafraqmanın yaralarının tikilməsi, sağ pievra boşluğunun drenajı, laparotomiya (17.02.11), qaraciyər yarasının tikilməsi, yaraların birincili cərrahi işlənməsindən sonrakı vəziyyət' diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zaman/ alınmışdır” kimi müəyyənləşdirilmişdir (30 günlük). MN MHHK tərəfindən verilmiş digər Qərar/Şəhadətnamə təqdim edilməmişdir.Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ tərəfli döş qəfəsində və qarnın ön səthində laporatomik cərrahi əməliyyatlara uyğun köhnə çapıqlar, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs, tənəffüs keçiriciliyi sağ ağciyər müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat 'Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 etirazda göstərilənləri müdafiə edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan : - iddiaçıya məxsus AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1991-ci il təvəllüdlüdür. -Mərkəzi Hərbi Həkim Komissiyasının 561 nömrəli xx.xx.2011-ci il tarixli arayışından görünür ki, X5 diaqnozu hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. - TSEK tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə əlillik hər il 1 il olmaqla, sonuncu dəfə 2016-cı ildə 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. - DSMF-nun X8 filiaılı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********7/3 nömrəli arayışdan görünür ki, İddiaçı filialdan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2011-xx.xx.2021-ci il tarixədək İİ dərəcəli əlilliyə görə 350 (üç yüz əlli) manat sosial müavinət , 130 manat prezident təqaüdü almışdır. -TSEK tərəfindən edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmənin nəticəsindən görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir.İmtinanın səbəbi kimi “diaqnoz və ağırlaşma əlilliyinin təyininə əsas vermir” göstərilmişdir. - Məhkəmənin sorğusuna əsasən DSMF Arxiv və Sosial Ödəniş işlərinin İnvertarlaşdırılması üzrə Mərkəzi filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əlav edilmiş İddiaçı sosial ödənişinə dair sənədlərindən görünür ki, O. 2011- 2016 və 2016-2021-ci illərdə fasiləsiz olaraq əlilliyə görə sosial müavinət almışdır. - Şamaxı rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 1114 saylı məktubdan görünür ki, vətəndaş Şamaxı rayonu Dağ Bağırlı kənd sakini İddiaçı barəsində Şamaxı RMX-sı PHŞ-nin rəhbərliyi tərəfindən araşdırılma aparılmış və məlum olmuşdur ki, vətəndaş İddiaçı Şamaxı RMX-nın Həkim Məsləhət Komissiyasına əlilliyin qiymətləndirilməsi üçün müraciət etmiş, Həkim Məsləhət Komissiyası tərəfindən iki dəfə baxılması üçün Tibbi Sosial Ekspert komissiyasının reyestirinə işlənmişdir, ilk dəfə xx.xx.2021-ci il tarixində sənədlər Tibbi Sosial Ekspert komosiyasının reyestirinə işlənmişdir. Tibbi Sosial Ekspert komissiyası həmin zaman cavab olaraq (Dövlət səhiyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulmasını və əsas diaqnozun ağırlaşması və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin) bildirərək əliliyin təyinin imtina etmişdir. Daha sonra Şamaxı RMX-sı PHŞ-İ tərəfindən xx.xx.2022-ci il tarixində yenidən sənədləri qəbul edərək əliliyin təyinin olunması üçün Tibbi Sosial Ekspert komissiyasının reyestirinə işlənmişdir. Tibbi Sosial Ekspert komissiyası isə öz cavabında ( Diaqnoz əlillik əlaməti təyin etməməsi diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir) bildirərək əliliyin təyinin olunmasıdan imtina etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndində əlilliyin müəyyən olunması meyarları göstərilmişdir. Həmin Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkət etmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. Həmin Qərarın 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçıya ilk dəfə əlillik 2011-ci ilin oktyabr ayının 05-də təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçıya sonuncu dəfə verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq diaqnozun əlillik əlamətlərini təyin etməməsi və ağırlaşması əlilliyin təyininə əsas vermir səbəbi ilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya əlillik dərəcəsinin yenidən təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun . Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2737/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2737/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver