Məhkəmə qərarları › İş №2-1(118)-2738/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2738/2025

06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2738/2025 06.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayonu Bala Qusar bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3093399Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayonu Bala Qusar bələdiyyəsinə qarşı “maddi və mənəzi ziyanın ödənilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, iddiaçıya dəymiş 59000 manat məbləğində maddi ziyanın, 1000 manat məbləğində mənəvi ziyanın və 270 manat məbləğində dövlət rüsumunun, ümumilikdə cəmi 60270 məbləğində pulun iddiaçıya qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı ərizəsində qeyd edir ki, qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,“Qaz İxrac” İdarəsi,Siyəzən Magistral X1 “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında. Qusar rayonu Bədirqala kəndi ərazisində yerləşən cavabdeh İddiaçı qızma məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi,mühafizə zonasının boşaldılması və ödənilmiş rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "Qaz İxrac” İdarəsi iddianı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının və AZ DTN 2.9-2 X4 Layihələndirmə Normalarının tələbləri pozularaq Qusar rayonu Bədirqala kəndin ərazisindən keçən, “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X5 balans və istismarında olan 325 mm diametrli “Qusar QPS qolu" yeraltı magistral qaz kəmərindən mühafizə zonasında 7-9 metr məsafədə cavabdeh İddiaçı məxsus fərdi yaşayış evi tikilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Qusar rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinə məlumat verilmiş və mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikintiquraşdırma işlərinin aparılması qəti qadağandır. “Qaz İxrac” İdarəsi qanunsuz tikililərin sökülməsi barədə iddiaları gələcəkdə baş verəcək bədbəxt hadisələrdən sığortalanmaq üçün qaldırır, heç kimin evini indiyədək sökməmişlər. Hesab edir ki, cavabdehin inşa etdiyi ev də qanunsuz olduğundan, magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən sökülməlidir. Odur ki, iddianın və ona əlavənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddianı qəbul etmir, Qusar rayonu Bədirqala kəndi ərazisində yerləşən 0.03 ha torpaq sahəsi Seriya RX ******* saylı xx.xx.2019-cu il tarixli dövlət reyestrindən şıxarışa əsasən ona məxsusdur. Həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Qusar rayonu Balaqusar bələdiyyəsindən qanuni əsaslarla satın alınmışdır. Satın alınmış torpaq sahəsinin sənədləri çıxarışın alınması ilə bağlı AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim olunmuş və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi **********,qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li Çıxarışı verilmiş və Qusar rayonu Bədirqala kəndi ərazisində yerləşən Yaşayış məntəqələrinin kateqoriyasına aid olan 0.03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə onun adına rəsmiləşdirilmiş, dövlət qeydiyyatına alınmış və DƏDRX- nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2019- cu il tarixli A367999 №-li, həmin torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Sonradan onun sifarişinə əsasən qanunvericiliyin tələblərinə uyğun, "xxxx" MMC tərəfindən həmin torpaq sahəsində ümumi sahəsi 87.8 kv.m, yaşayış sahəsi 33.6 kv.m olan bir mərtəbəli fərdi yaşayış evinin tikinti layihəsi hazırlanmış və Qusar RİHB Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır. Sonradan isə qeyd olunan Tikinti layihəsinə uyğun olaraq həmin torpaq sahəsində ümumi sahəsi 87.8 kv m,yaşayış sahəsi 33.6 kv.m olan bir mərtəbəli yaşayış evi inşa etmişdir. Ona görə də hesab edir ki, iddiaçının iddiası əsassızdır. Bu səbəbdən də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, iş № 2(029)-197/2022 saylı qətnaməsi ilə, İddiaçı:“Qaz ixrac” İdarəsinin cavabdeh İddiaçı qızma qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiası təmin olunmamışdır. Bundan narazı qalan tərəf “Qaz İxrac” İdarəsi Qusar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, iş № 2(029)-197/2022 saylı qətnaməsindən Apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-651/2023 saylı qətnaməsi ilə Qusar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, iş № 2(029)-197/2022 saylı qətnaməsi ləğv edilmiş, apellyasiya şikayəti isə təmin olunmuşdur. Qusar rayonu Bədirqala kəndi ərazisində qaz kəmərinin mühafizə zonasında inşa olunmuş evinin sökülməsi barədə qətnamə qəbul edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3093399Nümayəndə iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Qusar rayonu Bala Qusar bələdiyyəsi iddiaya münasibətində qeyd etmişdir ki, iddiaçı iddiasının onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-651/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun Qusar rayonu Balaqusar bələdiyyəsindən satın aldığı 0.03 hektar torpaq sahəsinin üzərində inşa etdiyi fərdi yaşayış evinin sökülməsi qət edilmişdir. Həmin qətnamə “Qaz İxrac İdarəsi” nin iddiasına əsasən qəbul edilmişdir. İşə məhkəmələrdə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçının fərdi yaşayış evi qaz kəmərinin mühafizə zonasında inşa edilmişdir. Ona görə də, iddiaçı hesab edir ki, bələdiyyə tərəfindən həmin şəxsə ziyan vurulmuşdur. Lakin, qeyd olunmalıdır ki, Qusar rayon Balaqusar bələdiyyəsi tərəfindən iddiaçıya yalnız torpaq sahəsi satılmışdır. Həmin şəxs özü bələdiyyəyə müraciət etmiş, bələdiyyə tərəfindən prosedura başlanılmış, araşdırma zamanı torpaq sahəsinin alqı-satqının predmeti olması barədə rəy verilmiş və bundan sonra torpaq sahəsi torpaqların alqı-satqı qaydalarının tələblərinə əməl olunmaqla həmin şəxsə satılmışdır. Bundan sonra iddiaçı tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evinin inşa olunmasında bələdiyyənin hər hansı iştirakı olmamış, tikinti prosesinə bələdiyyə nəzarət etməmiş, bələdiyyənin belə bir səlahiyyəti də olmamışdır. Buna görə də, bələdiyyə tərəfindən iddiaçıya hər hansı ziyan vurulması halı mövcud deyildir. Çünki, iddiaçının fərdi yaşayış evinin sökülməsi barədə qətnamənin qəbul edilmısində, başqa sözlə fərdi yaşayış evinin inşası zamanı müvafiq qaydaların pozulması faktında bələdiyyənin qəsd və ya ehtiyatsızlıqda ifadə olunan hər hansı təqsiri yoxdur. Belə olan halda, iddiaçının Qusar rayonu Balaqusar bələdiyyəsinə qarşı belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbinə münasibət bildirməmişdir. Cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehlərin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu Bədirqala kəndi ərazisində yerləşən 0.03 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Qusar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)-197/2022 saylı qətnaməsinə əsasən Qaz İxrac İdarəsinin İddiaçı qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-651/2023 saylı qətnaməsinə əsasən Qusar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)-197/2022 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, Qaz İxrac İdarəsi Siyəzən Magistral X1 320 mm-lik, 12-25 təzyiqli Qusar QPS qol qaz kəmərinin mühafizə zonasında Qusar rayonu Bədirqala kəndi ərazisində cavabdeh İddiaçı məxsus fərdi yaşayış evi onun öz hesabına sökülərək mühafizə zonasının boşaldılması qət edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 31 yanvar 2025-ci il tarixli məktubu ilə reyestr nömrəsi **********43 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. SOCAR Qaz İxrac İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsindən keçən Qaz İxrac İdarəsinin Siyəzən Magistral X1 yeraltı Qusar QPS qolu magistral qaz kəməri 1986-cı ildə istismara verilmişdir. Fərdi yaşayış evinin layihə sənədi və video görüntüsünü əks etdirən CD disk iş materiallarına əlavə edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır (çünki qəbul edilmiş qərarın ləğv edilməsi nəticəsində məlumatların müvəkkil banka ötürülməsi baş vermir, beləliklə də iddiaçının hüquqi marağı təmin olunmur), iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ona dəymiş 59000 manat məbləğində maddi ziyanın, 1000 manat məbləğində mənəvi ziyanın və 270 manat məbləğində dövlət rüsumunun, ümumilikdə cəmi 60270 məbləğində pulun iddiaçıya qaytarılmasını istəyir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-651/2023 saylı qətnaməsinə əsasən Qaz İxrac İdarəsi Siyəzən Magistral X1 320 mm-lik, 12-25 təzyiqli Qusar QPS qol qaz kəmərinin mühafizə zonasında Qusar rayonu Bədirqala kəndi ərazisində cavabdeh İddiaçı məxsus fərdi yaşayış evinin onun öz hesabına sökülərək mühafizə zonasının boşaldılması qət edilmişdir. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-651/2023 saylı qətnaməsinə istinad edərək hesab edir ki, ona dəymiş maddi ziyan ödənilməlidir. Məhkəmə sorğusuna cavab olaraq reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olan sənədlər məhkəməyə təqdim edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Qusar rayon Bədirqala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 8-2-1 saylı qərarı ilə Nümayəndə fərdi ev tikintisi məqsədi ilə 0.03 ha torpaq sahəsi ayrılmışdır. Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması (satılması) barədə DT və XK-nin Qusar rayon şöbəsinin rəyi iş materiallarına əlavə edilmişdir. Qeyd edilən bələdiyyə qərarı əsasında ilkin olaraq Nümayəndə xx.xx.2016-cı il qeydiyyat tarixli, **********43 reyestr nömrəli çıxarış verilmiş, sonuncu xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə torpaq sahəsini anası İddiaçı bağışlamışdır. İddiaçı adına xx.xx.2019-cu il qeydiyyat tarixli, **********43 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı məhkəmə iclasında izahatı zamanı fərdi yaşayış evində yaşamaqda davam etdiyini, hər hansı söküntü işinin aparılmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, aparılan məhkəmə araşdırması nəticəsində cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin və Qusar rayonu Bala Qusar bələdiyyəsinin səlahiyyətlərini aşması, hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi ziyan dəyməsi halı aşkar edilməmişdir. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavəyə əsasən Bədirqala bələdiyyəsi Bala Qusar bələdiyyəsinə birləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər:

1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;

2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;

3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olması halı müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb edilən 270 manat dövlət rüsumu məhkəmə xərclərinin tərkibinə aid olmaqla iddianın həcminə daxil deyil. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri: 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.12. inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər İnzibati məhkəmə icraatı qaydasında dövlət rüsumunun ödənilməsi tələb olunmadığından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. 24 sentyabr 2024-cü il tarixli, İD 609382881, qəbz nömrəsi 4336 olan ödəniş qəbzinə əsasən ödənilmiş 270 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar