Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-274/2023 03.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçı və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlillik və sağlamlıq imkanının məhdudluğunun təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin saxlanılmasını və ona əlilliiynin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1994-cü ildə döyüş əməliyyatlarında iştirak edən zaman xəsarət almış və bununla bağlı Göyçay rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə edilmişəm.İdiaçının diaqnozu “hər iki baldırın aşağı 1/3-nin kor qəlpə odlu silah yarası” olmuşdur. Daha sonra M.Nağıyev adına X5 Xəstəxanasında müalicə olmuş və nəticə olaraq ona “sol baldırın aşağı 1/3-də iç tərəfdən irinli yaralar (qəlpə yarasından sonra) diaqnozu qoyulmuşdur. Müdafiə Nazirliyi Mərkə Hərbi Həkim Komissiyası həmin xəsarətləri “həbi travma və Azərbaycan Respublikasının müdafiəsi zamanı” kimi qiymətləndirilmişdir. 2016-cı ilin noyabr ayında cərrahiyyə əməliyyatı keçirmişdir. İddiaçının əlillik dərəcəsinini təyin olunması ilə bağlı cavabdehə müraciət etmişəm, lakin ona göstərilən diaqnozun əlilliyin təyin edilməsinə əsas verməməsi ilə bağlı imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 15 nömrəli şəhər poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T80- T88 - Digər rubrikalarda təsnif olunmayan, cərrahi və terapevtik müdaxilələrin ağırlaşmaları => T82-...;Diaqnozun mətni:Qamış sümüyünün proksimal şöbəsinin sınığı, Sag qamış sümüyünün orta-aşagı və sol qamış sümüyünün bayır kondilusunun qəlpəlı ,hər iki incik sümüyünün başının qəlpəli sınıqlarından sonrakı qalıq əlamətləri. Ağırlaşma M84.2 Sümük sınığının ləng bitişməsi, Sag qamış sümüyünün ortaaşagı 1/3-nin (metal lövhəylə osteosintezdən sonra) bitişməkdə olan sınığı. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol diz oynağının açıcı-bükücü kontrakturası, sag aşıqdaban oynağının agrı sindromu ilə hərəkət məhdudluğu. Ağırlaşma M25.7 Osteofit, Sol bud sümüyünün medial kondilusunun osteofiti.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: Xəstə bərpa müalicəsinə göndərilir” səbəbi İlə imtina verilmişdir. Bakı 15 nömrəli şəhər poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S82- Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni:Sol qamış sümüyünün lateral kondilusunun, sol bud sümüyü medial epikondilusunun və qamış sümüyü kondilusiararasıhündürlüyünün, incik sümüyünün qəlpəli,yerdəyişən, bitişmiş sınıqlarından sonrakı ağırlaşma.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 413 nömrəli qərarının tələblərinə uyğun müalicə almadığına görə müalicəni davam etdirməsi məsləhət görülür” səbəbi ilə imtinə vərilmkrlir. Bakı 15 nömrəli şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36-Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Hər iki baldırın aşagğı 1/3 -nin qəlpə yaralanmasından sonrakı vəziyyət.(xx.xx.1994) Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol diz oynağının açıcıbükücü kontrakturası.Yerişin kəskin pozulması ilə. Ağırlaşma İ87.2 (Xroniki) (periferik) venoz çatmamazlıq, Hər iki aşağı ətrafda birincili varikoz.Xroniki venoz şatmammazlıq V sinif. Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol diz oynağının sərbəst sümük qəlpələrinin xaric edilməsi,sol qamış sümüyünün tış kondilusunun iki vintli osteosintezindən və sol diz oynağı bağlarının bərpasından, sol diz oynağının kontrakturasına görə oynağın reqressiyasından ,sol qamış sümüyünün orta agağı 1/3-nin metal lövhə ilə osteosintezi əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma İ87.0 Posttrombotik sindrom, Sol aşağı ətrafda dərin venaların dizaltı seqmentdə postrombotik vəziyyət. Ağırlaşma R52.2 Digər daimi ağrı, Sol diz oynağında və aşıqdaban oynağında daimi agrı. Ağırlaşma M84.0 Sümük sınığının pis bitişməsi, Sol qamış sümüyünün lateral kondilusunun ,sol bud sümüyü medial epikondilusunun və qamış sümüyü kondiluslararası hündürlüyünün ,incik sümüyünün qəlpəli, yerdəyişən ,bitişmiş sınıqlarından sonrakı ağırlaşmalar. Yanaşı xəstəliklər D50.8 Digər dəmir defisitli anemiyalar, ll-li anemiya.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Köməkçi diaqnostik müayinə səthi yazılıb, ağırlaşmanı əsaslandırmır” səbəbi ilə imtina verilmişdir. Bakı 15 nömrəli şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X1:XX Sinif-Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Hər iki baldırın aşağı 1/3-nin qəlpə yaralanmasından sonrakı vəziyyət.(xx.xx.1994); Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: oynaqlarda hərəkətin həcmi və dopleroqrqfiya müayinəsi ətraflı qeyd edilməyib” səbəbi ilə imtina verilmişdir. Bakı 15 nömrəli şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36-Hərbi əməliyyatlar => Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Hər iki baldırın aşağı 1/3 -nin qəlpə yaralanmasından sonrakı vəziyyət (xx.xx.1994); Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: diaqnoz əlillik əlamətləri təyin etmir” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0033003AADEB nömrəli göndərişi əsasında xx.xx.2020ci il tarixdə qiymətləndirilmiş, natamam doldurulma barədə qərar verilmişdir. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında 19 mart 2021-ci ildə əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019cu il tarixli 17 nömrəli Qərar verilmişdir. Həmin qərarada “Hər iki baldırın aşağı 1/3-nin kor qəlpə odlu silah varası, sol baldırın aşağı 1/3-də iç tərəfindən irinli varalar" dıagnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Hər iki baldırın aşağı 1/3-nin qəlpə yaralanmasından sonrakı vəziyyət (xx.xx.1994)" anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik təyin etmir” səbəbi ilə imtina qərarı qəbul edilmişdir. İş materiallarında olan : -Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 17 nömrəli qərarından görünür ki, İddiaçı diaqnozunun səbəbli əlaqəsi kimi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. -Ambulator kitbaçadan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə M.Topşubaşov adına Cərrahiyyə Mərkəzi PHŞ-da müalicə alımışdır. -- 15 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 0033003AADEB nömrəli göndərişdən görünür ki, İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. İş üzrə təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş T 62/2023 saylı rəyindən görünür ki, vətəndaş M.B.Əliyevin iş materiallarında əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarda və ya qəlpələrlə törənmiş zədələnmələr, hər iki baldırın aşağı ‘/з-nin qəlpə yaralanmasından sonrakı vəziyyət” diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklərin (şəxsin əyani müayinəsi zamanı əsas xəstəliyin ağırlaşmalarının daha da kəskinləşməsi, sol diz oynağında bükücü kontraktura və baldırlarda trofıki yaralar) əlilliyin təyini zamanı Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyinində olan meyarlarla dəyərləndirilməsi üçün tibb müəssisəsindən yeni Forma 088 rəsmiləşdirildikdən sonra TSEK-in hərbi komissiyasında baxıla bilər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlaını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, istər iddiaçının əlilliyin qiymətləndirilməsi zamanı, istərsə də hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması ona əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün əsasdır. İş materiallarında iddiaçının eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə, ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. İddiaçının barəsində verilmiş forma 88 üzrə göndərişlərdə onun son 3 il ərzində yalnız xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək (20 gün) və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (10 gün) stasionarda müalicədə olması müəyyən edilmişdir ki, bu qeyd edilən tələblərə cavab vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədən görünür ki, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Əsasnamənin 1.4-cü bəndinə əasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur (1.5) Əsasnamənin 2.1-2.5-ci bəndlərində əlilliyin təyin olunması üçün meyarlar sadalanmışdır. Lakin iddiaçıda müəyyən edilən diaqnoz əlilliyin təyin olunması üçün nəzərdə tutulmuş meyarlar arasında nəzərdə tutulmamışdır. Azəfrbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliin qiymətlənidirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinı göndərişlərin verilməsi Qaydası”nın 1.-ci bəndinə görə göndərişin verilməsi üçün əsas aşağıdakılardan ibarətdir ... 1.5.1 şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyat pozuntularının olması. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyi ilə də iddiaçıya təyin olunmuş diaqnozun əlillik dərəcəsinin təyin edilməsi üçün əsas vermədiyi öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-274/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-274/2023
03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver