Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-274/2024 13.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Siyəzən bələdiyyəsinin 28 iyul 2005-ci il tarixli 7-17 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin faktiki mövcud olan və bələdiyyənin yerquruluşu planından çıxarışa uyğun olan 665 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Siyəzən şəhərinin şimal hissəsində bələdiyyənin ehtiyat fonduna ayrılmış ərazidən 1000 kv.metr torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçirilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Siyəzən bələdiyyəsinin 28 iyul 2005-ci il tarixli 7-17 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin faktiki mövcud olan və bələdiyyənin yerquruluşu planından çıxarışa uyğun olan 665 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq adına çıxarış və və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Siyəzən rayon Şöbəsinin 20 iyul 2005-ci il tarixli 418 nömrəli təsdiqlənmiş rəyindən də aydın görünür ki, İddiaçı fərdi mənzil tikintisi məqsədilə Siyəzən şəhərinin şimal hissəsində bələdiyyənin ehtiyat fonduna ayrılmış ərazidən 1000 kv.metr torpaq sahəsinin satılmasına etiraz edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Siyəzən rayonu İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti bölməsinin xx.xx.2005-ci ildə təsdiqlənmiş tikinti işləri haqqında rəydən də aydın görünür ki, Siyəzən şəhər sakini İddiaçı ayrılmış 1000 kv.metr torpaq sahəsində torpaqdan istifadə haqqında hüquqi sənəd alındıqdan sonra, razılaşdırılmış layihə əsasında tikinti işlərinin aparılmasına etiraz edilməmişdir. Azərbaycan Respublikası Siyəzən rayonu Siyəzən Bələdiyyəsinin 7-17 nömrəli 28 iyul 2005-ci il tarixli qərarında “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"-nin tələblərinə müvafiq qaydada, X6 Komitəsinin Siyəzən rayon şöbəsinin verdiyi xx.xx.2005-ci il tarixli 418 nömrəli, Siyəzən rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Bölməsinin əsaslı tikinti işləri aparmağa icazə verən xx.xx.2005-ci il tarixli 111 nömrəli rəyi və təsdiq olunmuş layihəsinə, həmçinin ayrılmış torpaq sahəsinin dəyərinin ödənildiyini təsdiq edən AUN 394062 nömrəli mədaxil orderinə əsaslanaraq, Siyəzən şəhərinin şimal hissəsində, 4 saylı Y.İ.İ-nin yaxınlığındakı torpaqlardan 1000 kv.metr ayrılaraq fərdi yaşayış evi tikintisi məqsədilə İddiaçı satılması, torpaqdan istifadə hüququnun müvafiq qaydada qeydə alınması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilməsi, İddiaçı Siyəzən rayon DTİ və MHQ idarəsi ilə tipik müqavilə bağlamasının tapşırılması göstərilmişdir. Torpaqların alqı-satqısına dair aktdan da görünür ki, Siyəzən şəhər bələdiyyə ərazisində 0,1 ha torpaq sahəsinin satılması barədə 28 iyul 2005-ci il tarixli 7-17 № qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Siyəzən rayon Kapital Bankının **********0 saylı hesabına əvvəlcədən 1.500.000 manat haqqı ödənilmişdir. Bu akt Siyəzən rayon bələdiyyə orqanının sədri X5, torpağı alan İddiaçı və rayon, şəhər Torpaq şöbəsinin müdiri X1 iştirakı ilə 28 iyul 2005-ci il tarixdə tərtib edilərək imza və möhür ilə təsdiq edilmiş və xx.xx.2005-ci il tarixdə 327 nömrə ilə qeydiyyata alınmışdır. X8 kitabında xx.xx.2010-cu il tarixdə 194 nömrə ilə həmin torpaq sahəsinin planı və ölçüsü İddiaçı adına uçota alınıb. Burdan da aydın olur ki, Siyəzən şəhərinin şimal hissəsində bələdiyyənin ehtiyat fonduna ayrılmış ərazidən 1000 kv.metr torpaq sahəsi iddiaçıya satılaraq onun istifadəsinə verilmişdir. 02 dekabr 2010-cu il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Siyəzən Rayon Filialından təqdim edilmiş arayışda da aydın qeyd edilmişdir ki, 29 iyul 2005-ci il tarixində Siyəzən bələdiyyəsi tərəfindən kassa qalığı kimi ümumi reyestrli filiala təhvil verilən 31150000 manat (6230 AZN) məbləğində nəğd pulun ******* (300 yüz manat AZN) manatı əlavə edilən reyestrdə İddiaçı adına olmuşdur. Azərbaycan Respublikası Siyəzən rayonu Siyəzən Bələdiyyəsinin 423 nömrəli xx.xx.2021-ci il tarixli məktubunda da görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə Siyəzən şəhər sakini Şükürov X3 Bələdiyyəsinin 28 iyul 2005-ci il tarixli 7-17 № qərarı ilə 1000 kv.metr torpaq sahəsini aldığı və vətəndaş İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi bildirilmişdir. 29 oktyabr 2021-ci ildə bağlanmış və təsdiqlənmiş aktdan da görünür ki, torpaq sahəsi kadastr tərəfindən ölçülmüş plan və ölçüdə göstərilən 0.1 ha sahədən kənara çıxmamış, mövcud vəziyyət araşdırılmış və eskiz çəkilmiş, sərhədlər dəqiqləşdirilmişdir və qonşularla heç bir mübahisə olmadığı müəyyənləşdirilmişdir. Həmçinin həmin torpaq sahəsinə daşınmaz əmlaka dövlət reyestrindən çıxarış və texniki pasport tərtib etmək məqsədə uyğun hesab edilmişdir. 29 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi qanunsuz və əssasız olaraq dəqiq nəticəni araşdırmadan dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İddiaçı hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin müraciətindən imtina etməsi əsassız və qanunsuzdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Siyəzən rayonu Siyəzən şəhərində yerləşən 1000 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və plan-ölçü sənədinin verilməsi ilə bağlı 2 saylı Sumqayıt Ərazi İdarəsinə 19 oktyabr 2021-ci il tarixli müraciəti olmuşdur. Müraciətlə bağlı ərizəçiyə bildirilmişdir ki, onun tərəfindən təqdim edilmiş alqı-satqı aktının idarənin arxiv saxlancında nüsxəsi aşkar olunmamışdır. Həmçinin aktdakı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsinin möhürünün həqiqiliyi şübhə doğurduğu üçün Siyəzən Bələdiyyəsinin torpaq sahəsinin ayrılması barədə xx.xx.2005-ci il tarixli 7-17 saylı qərarının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq X2 qeydiyyatdan keçib-keçməməsi, qeydiyyatdan keçdiyi halda qərarın və qərara əlavə olunmuş digər hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərinin idarəyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə sorğu ünvanlanmışdır . Sorğuya cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinin ayrılmasına dair Siyəzən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 7-17 nömrəli qərarının və digər sənədlərin arxiv əsası X4 aşkar edilməmişdir. Həmçinin daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasının təyin edilməsi üçün idarənin mütəxəssisləri tərəfindən müvafiq torpaq sahəsinə müayinə baxışı keçirilərkən faktiki torpaq sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən koordinatlardan 7 metr kənarda yerləşdiyi və 354 kv.m zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1,-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsini rəbhər tutaraq iddia tələbinin mümkün sayılmaması məhkəmədən xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Siyəzən rayonu Siyəzən bələdiyyəsinin 28 iyul 2005-ci il il tarixli, 7-17 nömrəli qərarı; Azərbaycan Respublikası Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti Bölməsinin müdiri tərəfindən təsdiq edilmiş rəy; mübahisəli torpaq sahəsinə dair Siyəzən rayonu Siyəzən bələdiyyəsinin sədri tərəfindən təsdiqlənmiş yerquruluşu planından çıxarış; 440/55 saylı, 02 dekabr 2010-cu il tarixli X10 Səhmdar Cəmiyyətinin Siyəzən rayon Filialı tərəfindən verilən arayış; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon Şöbəsinin 418 saylı, 20 iyul 2005-ci il tarixli rəyi; 01 avqust 2005-ci il tarixdə 327 nömrə ilə qeydə alınmış “Torpaqların alqı-satqısına dair akt”-ı; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 308295 saylı, 03 dekabr 2010-cu il tarixdə 194 nömrə ilə qeydə alınmış planölçü sənədi; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 29 noyabr 2022-ci il tarixli imtina məktubu və digər sənədlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 29 noyabr 2022-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Siyəzən rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Siyəzən rayonu, Siyəzən şəhərində yerləşən 1000 kv.metr torpaq sahəsi Siyəzən rayonu Siyəzən bələdiyyəsinin 28 iyul 2005ci il tarixli, 7-17 saylı qərarı ilə İddiaçı ayrılması qərara alınmışdır və qeyd olunan torpaq sahəsi həmin vaxtdan onun istifadəsində və sahibliyində olmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 418 saylı, 20 iyul 2005-ci il tarixli rəyi ilə iddiaçıya torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı tərəfindən əvvəlcədən, mübahisəli torpaq sahəsinin ona satılması müqabilində 1.500.000 (dörd yüz) manat məbləğində pul Siyəzən rayonu Siyəzən bələdiyyəsinin hesabına ödənilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin satılması barədə qərar, Siyəzən rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müvafiq rəyi, alqı-satqı aktı ilə də təsdiq edilir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 29 noyabr 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsasları kimi: 1.Təqdim edilmiş alqı-satqı aktının idarənin arxiv saxlancında nüsxəsinin aşkar edilmədiyi;
2. Torpaq sahəsinin ayrılmasına dair Siyəzən rayon Siyəzən bələdiyyəsinin 28 iyul 2005-ci il tarixli, 7-17 nömrəli qərarının və digər sənədlərin arxiv əsasının X4 aşkar edilmədiyi; 3.Torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, yerinin dəyişdiyini və zəbt torpaq sahəsi olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mübahisəli torpaq sahəsi iddiaçıya Siyəzən rayonu Siyəzən bələdiyyəsinin 28 iyul 2005-ci il tarixində, 7-17 nömrəli qərarı və torpaqların alqı-satqısına dair akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsinin 418 saylı, 20 iyul 2005-ci il tarixli rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 28 iyul 2005-ci ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Torpaq sahəsinə dair alqı-satqı aktının idarənin arxiv saxlancında nüsxəsinin olmaması həmin torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasından imtinanın əsasını təşkil edə bilməz. Çünki sözügedən torpaq sahəsi ayrılmamışdan öncə bununla bağlı müvafiq orqanların rəyi alınmış və eyni zamanda iddiaçı tərəfindən bələdiyyənin hesabına 1.500.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 1.500.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Siyəzən rayon Siyəzən bələdiyyəsinin 28 iyul 2005-ci il tarixində, 7-17 nömrəli qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqı-satqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Alqısatqı aktının arxiv nüsxəsinin olmaması isə iddiaçının təqsiri kimi qiymətləndirilib, onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. Eyni zamanda torpaq sahəsinin ayrılmasına dair Siyəzən rayon Siyəzən bələdiyyəsinin 28 iyul 2005-ci il tarixli qərarının və digər sənədlərin arxiv əsasının aşkar edilməməsi vətəndaşın ziyanına şərh oluna və ya onun məsuliyyətinə səbəb ola bilməz, ona torpaq sahəsinin ayrıldığını təkzib edə bilməz və qeyd olunan hal vətəndaşın əleyhinə şərh olunmamalıdır. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtinanın digər bir əsası kimi isə torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, yerinin dəyişdiyini və zəbt torpaq sahəsinin olduğunu qeyd etmişdir. Məhkəmə qeyd olunan halın tam və hərtərəfli araşdırılması üçün aidiyyatı üzrə sorğular vermişdir. Məhkəməyə sorğu əsasında əldə edilmiş mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki koordinatları arasında fərq mövcuddur. Torpaq sahəsinin sənəd üzrə qeyd edilmiş koordinatları faktiki istifadə etdiyi torpaq sahəsindən 5-7 metr kənardadır və sənəd üzrə qeyd edilmiş torpaq sahəsinin 665.0 kv.metr sahəsi ilə üst-üstə düşür. İddiaçıya ayrılmış 1000 kv.metr torpaq sahəsinin qalan hissəsi ətrafda yerləşən digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşür. Məhkəmə iclasında iştirak edən iddiaçı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə üst-üstə düşən mübahisəsiz hissə olan 665.0 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarış verilməsini istədiyini bildirdi və bu barədə məhkəməyə iddia tələbinə dair dəqiqləşmə ərizəsi təqdim etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Siyəzən bələdiyyəsinin 28 iyul 2005-ci il tarixli 7-17 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin faktiki mövcud olan və bələdiyyənin yerquruluşu planından çıxarışa uyğun olan 665 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq adına çıxarış və plan-ölçü sənədinin verilməsi verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. Siyəzən bələdiyyəsinin 28 iyul 2005-ci il tarixli 7-17 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin faktiki mövcud olan və bələdiyyənin yerquruluşu planından çıxarışa uyğun olan 665 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva