Məhkəmə qərarları › İş №2-1(118)-2744/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2744/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2744/2023 24.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "Abşeron rayon Mərkəzi Xəstəxanası" X6rşı “xx.xx.1933-cü il təvəllüdlü, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant şəhərciyi, bina 4, mənzil 88-də yaşayan məcburi köçkün İddiaçı xx.xx.2017-ci ildən birinci qrup əlil olması barədə rəyin elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. 07 sentyabr 2023-cü il tarixdə daxil olmuş vəsatətə əsasən iddiaçının qanuni vərəsəsi X5 iddiaçının xx.xx.2023-cü il tarixdə vəfat etməsi səbəbilə onun qanuni vərəsə kimi işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə, iddia ərizəsinə dəqiqləşdirmə isə xx.xx.2023-cü ildə daxil olmuşdur. İş üzrə bir məhkəmə iclası keçrilmiş, iclasda qarşı tərəfin nümayəndəsi mübahisənin həll ediləcəyinə söz verib, iclası təxirə saldırmışdır. Lakin sonradan heç bir telefon zənglərinə cavab verməmişdir. Bununla belə özü dəfələrlə Abşeron rayon Xəstəxanasının Baş həkimi vəzifəsini daşıyan Əli Allahverdiyevlə görüşmüş, məsələnin məhkəmədənkənar həll edilməsinə çalışmışdır. Baş həkim kimi özünü təqdim edən Ə.Allahverdiyev bildirmişdir ki, dimensiya xəstəliyinə dair elektron məlumatı Reabilitasiya Agentliyinə göndərə bilmirlər, çünki psixi xəstəlikdir, Sumqayıt Psixitariya Xəstəxanasına müraciət edin, Aybəniz həkim sənədləri özü ilə aparacaq. Təyin edilən tarixdə və saatda Sumqayıt Psixiatrik Xəstəxanasına getsə də, Aybəniz həkim də yoxa çıxmış, Sumqayıt Psixiatriya Xəstəxanasına gəlməmiş, telefon zənglərinə cavab verməmişdir. Aydın olmuşdur ki, anasının ağır xəstə olduğunu bilib, onun ölməsini gözləyirmişlər. Ona görə də 6.6 il ərzində həkim və xəstəxana olaraq heç nə ilə maraqlanmamışlar, məsələni bir-birinin üstünə ataraq yubatmışdırlar, heç kim xəstənin vəziyyəti ilə maraqlanmamış, nəticədə baxımsızlıqdan və xəstəni köməksiz vəziyyətdə buraxdıqlarına görə anası xx.xx.2023-cü ildə rəhmətə getmişdir. Bu inzibati iş məhkəmənin icraatında olduğu dövrdə və ondan əvvəl Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi’ X10 rəhbərliyi onun ərizə və şikayətlərimə cavab olaraq məktubla bildirmişlər ki, guya “tibbi sənədlər Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının Həkim Məsləhət Komisiyasına təqdim olunmuş və Komissiya tərəfindən stasionar müalicə olmadığı üçün sənədlərin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməyəcəyi bildirilərək stasionar müalicə məsləhət görülmüşdür. Eyni zamanıda İddiaçı mütəmadi olaraq Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi tərəfindən müayinə olunduğu və sonuncu dəfə ailə həkimi tərəfindən xx.xx.2023-cü il tarixdə yenidən aktiv gedişlə müayinə olunmuş və onun somatik olaraq heç bir şikayətinin olmadığı qeyd edilmişdir.”Məktubun əvvəlində X10 rəhbəri qeyd edir ki, 67.8 beyinin xroniki işemiyası, demensİya, daima ciddi qulluq və müalicə tələb olnunan və s.” Sual olunur: Demensiyanın 7 stadiyasında olan olan xəstə nəyin şikayətini edə bilərdi? Adi suallara cavab verə bilməyən, adını və yaxınlarını unutmuş şəxs necə deyə bilərdi ki, şikayəti yoxdur? Cavabdan göründüyü kimi Azərbaycan Respublikasında tibbi və səhiyyə sahələrini bir dəstə diletant- dələduz ələ keçiriblər. Hazırda Səhiyyə və Tibbi sahəyə diletantlar rəhbərlik edir.Səhiyyə və Tibbə belə şəxslərin rəhbərlik etməsinin nəticələrini yuxarıda ətraflı göstərdim.Baş vermiş hadisələrdə cinayət əməlləri var və müvafiq şikayətlər edilcək. Lakin bununla belə, baxılan həmin inzibati işə yuxarıda adlarını və ünvanlarını göstərdiyim 3-cü şəxslər cəlbetmə qaydısmda üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməlidir. İş materiallarından görünür ki, iddia tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.1932-ci il təvəllüdlü, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant şəhərciyi bina 4, mənzil 88-də məskunlaşdırılmış İddiaçı birinci qrup əlil olmasının müəyyən edilməsi öhdəliyinin üzərinə qoyulmasından ibarətdir. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi”X10 TTYS-nın xx.xx.2022-ci il tarixli,2091 nömrəli arayışından görünür ki, İddiaçı barəsində xx.xx.2017-ci ildə saat 14:35 radələrində 13 saylı çağırış daxil olmuşdur. Diaqnoz: "Sağ bud sümüyünün qapah sınığı” qoyulmuşdur.Həmin tarixdə beyin insultu keçirmiş, lakin həkimlər diaqnozu səhv qoymuşlar. İş materillannda olan Abşeron Mərkəzi Xəstəxanının və Azərbaycan Respublika Klinik Xəstəxanasının tibbi xidmətə göndəriş vərəqəsindən görünür ki, İddiaçı "alsheymer” 6.2 ağırlaşma diaqnozu qoyulmuşdur. İşə əlavə edilmiş digər tibbi sənədlərdən və xəstəlik tarixçəsindən görünür ki, xəstə ”demensiya” xəstəliyinin 7-ci stadiyasındadır. Qeyd etmək vacibdir ki, Demensiya xəstəliyi 7 stadiyadan ibarətdir, yəni bu sonuncu stadiyadır, müalİçəsi münkün deyil. İnzibati işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli 1538 nömrəli müqavilədən və məktubdan görünür ki, iddiaçı və ailə üzvləri Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant şəhərciyi bina 4, mənzil 88-də məskunlaşdırılmışdır. Bundan başqa, faktiki 1-ci qrup əlil olan xəstəyə baxan həyat yoldaşı X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və X4 publik hüquqi şəxs 1 saylı Bakı DOST Mərkəzinə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2017-ci ildən birinci qrup əlil olan İddiaçı pensiyasına xx.xx.2017-ci İldən başlayaraq hər ay 130 man. pensiya məbləğinə əlavə edilməsini, birinci qrup olduğunu və əlilə baxdığına görə hər ay 80 manat (cəmi 210 manat) müavinət əlavə edilərək ödəniş edilməsini xahiş etmişdir. 1 saylı DOST X2 Abdullayev həmin ərizəni aidiyyəti üzrə baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. xx.xx.2023-cü iİ tarixli AZ-İİİ seriyalı, 368761 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, anası İddiaçı dəqiqləşdirilməmiş ürək çatışmamazlığından xx.xx.2023-cü ildə ölmüşdür. xx.xx.2023-cü tarixli 6 saylı Bakı ASAN Xidmət Mərkəzi ölüm haqqında arayış vermişdir. xx.xx.2023-cü il tarixli, 1336 nömrəli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixədək anası onun himayəsində olmuşdur. xx.xx.2022-c il tarixli, **********1 nömrəli cavab məktubu ilə ƏƏSMN və DSMNF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Direktor müavini 1-ci qrup əlilin özünə müraciət etməyi tövsiyə edilmiş, xahişi rədd etmişdir. xx.xx.2023-cü il tarixli, 3-11-1/2-f-39320/2023 nömrəli məktubla yenidən imtina verilmişdir. Beləliklə: Məhkəmənin qəbul edəcəyi yekun qərarı üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən qəbul etməsi mümkün olmdıqda həmin şəxslər mütləq məhkəmə icraatına cəlb edilməli və zəruri cəletmə kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilik üçüncü şəxslərin işə cəlb olunmasını iki əsasla, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya məhkəmə qəran digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda həmin şəxslərin vəsatəti əsasında onların üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini nəzərdə tutmuşdur. İnzibati Prosessual Məcəllənin: 28.2.maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasının şərtləndirdiyi hallarda,həmin şəxs iştirakçı kimi inziabtİ məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3.maddəsinə əsasən üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017İ1 tarixli qərarında göstərilir ’’Zəruri cəlbetmə o zaman mövcud olur ki,qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil,həmçinin üçüncü şəxsə münsibətdə də hüquqi qüvvəyə malik olsun.Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəsx üçün hüquq və vəzifələrin yaradılması,təsdiq və ya müəyyən olunması,dəy işdirilməsi və ya ləğv edilməsi) qəbul etmək münkün deyilsə,həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu,zəruri cəlbetmə kimi qiymətləndirilməl id ir.Bu hal bir qayda olaraq o zaman mövcud olar ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin.Bu halda həmin şəxs üçüncü şəxs üçüncü şəxs qismində,yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”. Qanunverciliyin tələblərindən və iş materiallarından görünür ki, gələcəkdə qəbul ediləcək qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bilavasitə hüquqlarına toxunacaqdır, çünki 1-ci qrup əlilliyin müəyyən edilməsi 2017-ci ildən bu günkü tarixə ödənilməmiş müavinət və pensiyanın ödənilməsi tələbinə görədir.Naziriik əlillərin müvainətİni kəsir,almalarına imkan vermir.l-ci qrup əliliyin müəyyən edilməsinə də Nazirlik imkan vermir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 -cü şəxs qismində işə cəlb edilməlidir. Qeyd edilənlərə əsasən vəsatətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə əsasən, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; Göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında baxılan işlərdə Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilməsi üçün həmin müddəların inzibati icraatda olan prosessual prinsiplərə zidd olmaması şərti tələb olunur. Hazırkı iş üzrə iddia tələbi iddiaçının özü ilə əlaqədar olduğu üçün (əliliyin müəyyən edilməsi) məhkəmə hesab edir ki, iddiaçının ölməsi səbəbindən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı, iddiaçının qanuni vərəsəsinin vəsatəti təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar