Məhkəmə qərarları › İş №2-1(118)-275/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-275/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-275/2023 06.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı xx.xx.2009-cu il tarixli **********2 qeydiyyat nömrəli, **********42 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan, Quba rayonu Ərməki kəndi ərazisində yerləşən 1.01 ha torpaq sahəsinin kateqoriyasına düzəliş edilməməsi barədə cavabdehin imtinasını əsassız hesab etməklə, qeyd olunan 1.01 ha torpaq sahəsinin kateqoriyasının X6ından sənayə-tikinti yaşayış məntəqələrinin torpaq sahəsi kateqoriyasına düzəliş edilməsi öhdəliyini cavabdeh Respublikası Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək **********2 qeydiyyat nömrəli, **********42 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan, Quba Rayonunun Ərməki kəndi ərazisində yerləşən 1.01 ha torpaq sahəsinin kateqoriyasına düzəliş edilməməsi barədə cavabdehin imtinasını əsassız hesab etməklə,qeyd olunan 1.01 ha torpaq sahəsinin kateqoriyasının X6ından sənayə-tikinti yaşayış məntəqələrinin torpaq sahəsi kateqoriyasına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Quba rayonu Ərməki kəndində yerləşən Amsar kəndi istiqamətində 1,01 ha torpaq sahəsini X1 almışdır. Torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X5 adına cavabdeh tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarışda göstərilir ki, torpaq sahəsi sahibkarlıq məqsədlidir. İddiaçının adına cavabdeh tərəfindən işlənmiş xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********742 reyestr nömrəli çıxarışda torpağın məqsədli istifadə növü sahibkarlıq kimi göstərilmişdir. Lakin torpağın təyinatı (kateqoriyası) X6ı kimi göstərilmişdir. Həmin ərazinin ehtiyyat fondu torpaqları kimi göstərilməsi düzgün hesab olunmamalıdır. Buna görə də, torpaq sahəsinin təyinatı (kateqoriyası) dəyişdirilərək sənaye-tikinti yaşayış məntəqələrinin torpaq sahəsi kimi göstərilməlidir. Çünki torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədi ilə alınmışdır. Cavabdehin imtinasında göstərildiyi kimi torpaq sahəsinin bir hissəsi kənd təsərrüfatı təyinatlı torpaq, digər hissəsi su fondu torpaqları olsaydı, hələ 2007-ci ildə əvvəlki mülkiyyətçinin adına çıxarış verilərkən torpağın məqsədli istifadəsi sahibkarlıq kimi göstərilməzdi. Torpaq sahəsinin planı və ölçüsü adlanan sənədə baxdıqda da görmək olar ki, qeyd olunan torpaq sahəsi çay kənarına yaxın ərazidə yerləşməklə kənd təsərrüfatlı təyinatlı və su fondu torpaqlarına aid deyildir. Bundan başqa iddiaçının aldığı torpaq sahəsinin yerləşdiyi digər vətəndaşlara da sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahələri ayrılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinni məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinini iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının qeyd olunan çıxarışda torpaq sahəsinin kateqoriyasında düzəliş edilməsi ilə bağlı müraciəti üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə görə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar, digər hissəsi su fondu torpaqlar kimi göstərilmiş ərazidə yerləşir. Bu səbəbdən iddiaçınnı müraciətinin təmin olunmasından imtina edilmişdir. İş materiallarında olan : -MH № ******* seriyalı xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu Ərməki kəndində yerləşən 2.01 ha torpaq sahəsi X5 mülkiyyətindədir, torpaq sahəsinin təyinatı qrafasında “X6ı”, məqsədli istifadə növü kimi “sahibkarlıq” göstərilmişdir. -AN№ ******* seriyalı xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X2 rayonu Ərməki kəndində yerləşən 1.01 ha torpaq sahəsini İddiaçı satmışdır. -MH № ******* seriyalı reystrdən çıxarışda görünür ki, oğlu Quba rayonu Ərməki kəndində yerləşən 1.01 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir, torpaq sahəsinin təyinatı qrafasında “X6ı”, məqsədli istifadə növü kimi “sahibkarlıq” göstərilmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş müayinə aktından görünür ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə iddiaçıya məxsus **********42 reyestr nömrəli çıxarışda göstərilən koordinatlar kəskin fərqlidir. İddiaçının mülkiyyətində olan **********42 reyestr nömrəli çıxarışa əsasən 1.01 ha torpaq sahəsi çıxarışa əsasən “X6” təyinatlıdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi torpaqların elektron kadastrı uçotu informasiya sisteminə (TEKUİS) əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olub uqodiyası “kolluq”dur. Torpaq sahəsinə dair sxem tərtib edilmiş, koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi “MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Araşdırma zamanı müəyyən olunmuşdur ki, məktuba qoşma kimi əlavə olunmuş AA011556 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlarda yerləşən 1,01 ha torpaq sahəsinin 0,61 ha hissəsi TEKUİS və elektron kadastr məlumat bazasında olan məlumatlara əsasən bələdiyyə mülkiyyətinə aid keyfiyyət göstəricisi (bonitet balı) 51 bal olmaqla kənd təsərrüfatına yararlı torpaq sahəsidir, qalan 0,40 ha hissəsi isə dövlət mülkiyyətində olmaqla su fondu torpaqlarına aiddir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 23 oktyqabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan **********42 reyestr nömrəli çıxarışa əsasən 1.01 ha torpaq sahəsi “Ehtiyyat fondu torpaqları” təyinatlıdır , iddiaçının mülkiyyətində olan **********42 reyestr nömrəli çıxarışa əsasən 1.01 ha torpaq sahəsinin koordinatları ilə faktiki istifadə vəziyyətinin koordinatları fərqlidir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Quba rayonu Ərməki kəndində yerləşən 1.01 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla, daşınmaz əmlakn dövlət reyestrində torpaqların təyinatı (kateqoriyası) qrafasında “X6ı”, məqsədli istifadə növü kimi “sahibkarlıq” göstərilmişdir. İddiaçı həmin torpaq sahəsini alqı-satqı müqavilsinə əsasən X4 almışdır ki, sonuncuya verilmiş çıxarışda da torpaq sahəsinin təyinatı və məqsədli istifadə növü ilə eyni ilə göstərilmişdir. Hazırda iddiaçı cavabdeh inzibati orqana müraciət edərək torpaq sahəsinin kateqoriyasında düzəliş edilərək “sənaye-tikinti, yaşayış məntəqələrinin torpaq sahəsi” kimi göstərilməsini xahiş etmişdir. Cavabdeh isə imtina cavabında iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar, digər hissəsinin isə su fondu torpaqlarına aid olduğunu və çıxarışda torpaq sahəsinin kateqoriyasıa düzəliş edilməsinə ehtiyacın olmadığını bildirmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 33.1 X6ı dövlət və bələdiyyə ehtiyat torpaqlarından ibarətdir. 33.3 Bələdiyyələrin X6ına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə müəyyən olunmuş torpaqlar aid edilir. 33.4.X6ının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. 33.5.X6ının istifadəsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. 47.5. Bələdiyyə X6ı aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin,sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar yarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”: 1.11. Torpaqların kateqoriyaları Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12-33-cü maddələrinə əsasən müəyyən edilir. 1.14. X6ının bu Qaydalarla müəyyən edilmiş əsaslar üzrə istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. 3.1. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə kateqoriyası dəyişdirilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması, kadastr nömrəsi, sahə ölçüsü, məqsədli təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı təyinatlı olduqda torpağın yeri (uqodiyası), suvarılan və ya dəmyə olması barədə məlumatlar və planlaşdırılan konkret istifadə istiqamətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatəti aşağıdakılar qaldırırlar: 3.1.1. dövlət mülkiyyətində olan torpaqlara münasibətdə – aidiyyəti dövlət təşkilatları və ya müvafiq yerli icra hakimiyyəti orqanları; 3.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə – müvafiq bələdiyyələr; 3.1.3. xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə – torpaq mülkiyyətçiləri. 3.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəsatətlərə baxılaraq, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair təklifin sənədlər əsasında araşdırılması və yerquruluşu işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müvafiq tapşırıq verilir. 3.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mülkiyyət növlərinə uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi əsasında nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu qaydasında yerdə (naturada) sərhədlərini, qonşuluqlarını, döngə nöqtələrinin koordinatlarını 20 (iyirmi) iş günü müddətində müəyyən edir, mərzçəkmə işlərini aparır və torpaq sahəsinin ərazisindən asılı olaraq sahəsi 4 kv.km-ə qədər olduqda - 1:5000, 4 kv.km-dən 25 kv.km-ə qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə qədər olduqda - 1:25000 və 100 kv.km-dən artıq olduqda - 1:50000 miqyasda iki nüsxədən ibarət kağız üzərində və elektron daşıyıcıda xəritəsini hazırlayır və təsdiq edir. 3.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi kateqoriyası dəyişdiriləcək torpaq sahəsinin kağız üzərində və elektron daşıyıcıda hazırlanmış, müvafiq yerli icra hakimiyyəti orqanı, bələdiyyə və ya aidiyyəti təşkilatlarla razılaşdırılmış xəritəsinin bir nüsxəsini, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları, torpaq sahəsinin ölçüsü, yerləşdiyi ərazi vahidi, kadastr nömrəsi, əvvəl mövcud olduğu və aid edildiyi kateqoriya, habelə torpaqdan istifadəyə dair xüsusi şərtlər və məhdudiyyətlər barədə məlumatlar göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılaşdırılmış sərəncam layihəsini və öz rəyini baxılmaq üçün 10 (on) iş günü müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir. https://e-qanun.az/framework/34682 3.6. Torpaq sahəsinin bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi prosesi daşınmaz əmlakın dövlət reyestrinin və dövlət torpaq kadastrının müvafiq məlumatlarında bu barədə zəruri dəyişikliklər edildikdən sonra tamamlanmış hesab olunur. 3.7. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrinin və dövlət torpaq kadastrının məlumatlarında dəyişikliklər edilməsi 2 (iki) iş günü müddətində həyata keçirilir və bu barədə vəsatət qaldıran subyektə 3 (üç) iş günü müddətində rəsmi qaydada məlumat verilir. 5.1. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarın surəti daşınmaz əmlakın sahə kadastrlarını aparan mərkəzi icra hakimiyyəti orqanlarına, rəyləri alınmış aidiyyəti təşkilatlara, müvafiq yerli icra hakimiyyəti orqanlarına, bələdiyyələrə və torpaq mülkiyyətçilərinə göndərilir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi ilə cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində torpağın kateqoriyasının yanlış qeyd edildiyinə istinad edərək torpağın kateqoriyasının “X6ı”ndan “sənaye-tikinti, yaşayış məntəqələri torpaqları” kateqoriyasına dəyişdirilməsini xahiş edir. Halbuki, yuxarıda istinad olunan normalara görə “sənaye-tikinti, yaşayış məntəqələri, kənd təsərüfatı və s.təyinatlı torpaqların hamısı bələdiyyənin X6ına daxildir və torpaq sahəsinin X6ının müvafiq kateqoriyaya keçirilməsindən sonra hər hansı şəkildə özgəninkişləşdirilməsinə yol verilir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə cavabdeh iddiaçıya imtina cavabı verməklə hər hansı qanunpozuntusuna yol verilməmişdir. Cavabdehin daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin kateqoriyasına düzəliş edilməsi üçün əsasları olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar